AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№201 / 13.12.2007 «İxrac nəzarəti haqqında»

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli, 230 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Qərar № 201

Bakı şəhəri, 13 dekabr 2007-ci il
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli, 230 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1230; 2006-cı il, № 9, maddə 822, № 11, maddə 1000; 2007-ci il, № 4, maddə 387; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 8 oktyabr tarixli, 161 nömrəli qərarı) ilə təsdiq edilmiş «İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı»nın 3-cü kateqoriyasına aid 3-cü və 4-cü sütunlarda «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri «aidiyyəti üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi» sözləri ilə əvəz edilsin, 6-cı, 7-ci, 8-ci, 9-cu kateqoriyalarına aid 4-cü sütunların birinci abzaslarında, 10-İML kateqoriyasına aid 4-cü sütunlarda («ML8 (1-ci və 2-ci hissələr), «ML11», «ML18; PL5017; ML16; ML19; ML20; ML21; ML22», «PL5001» bölmələrinə aid 4-cü sütunlar istisna olmaqla) «Azərbaycan Respublikasının Müdafiə Nazirliyi» sözlərindən sonra, «ML8» bölməsinin 3-cü hissəsinə aid 3-cü və 4-cü sütunlarda isə «Sənaye və Energetika Nazirliyi» sözlərindən sonra «, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)» sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ

© VES Consultancy LLC



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az