| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№230 / 15.12.2005
Azərbaycan Respublikasının
Nazirlər Kabineti «İxrac nəzarəti
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə
Qərar № 230
Bakı şəhəri,
15 dekabr 2005-ci il «İxrac
nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun
olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır: 1. «İxrac
nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ayrı-ayrı dövlətlərə ixrac rejimləri», «İxrac
nəzarətinin aparılması Qaydaları», «İxrac nəzarətinə
düşən malların nomenklaturuna uyğun, habelə işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin
qanunvericiliklə müəyyən edilmiş siyahısındakı
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) kateqoriyaları və bölmələri
üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi
icazə verilməsindən əvvəl və sonra yoxlamaları,
ikili təyinatlı malların sifariş edilmiş məqsədlər
üçün istifadə olunmasına nəzarəti həyata
keçirən icra hakimiyyəti orqanlarının Siyahısı»,
«İxrac nəzarətinə düşən mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xüsusi icazənin verilməsi Qaydaları», «İxrac
nəzarətinə düşən mallar (işlər, xidmətlər,
əqli fəaliyyətin nəticələri) üzrə
xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə
xüsusi icazənin verilməsindən əvvəl və sonra
yoxlamaların aparılması Qaydası», «İkili təyinatlı
mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin
nəticələrindən) sifariş edilmiş məqsədlər
üçün istifadə olunmasına nəzarətin həyata
keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə
olunur). 2.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİ-ZADƏ. «Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(12 dekabr 2005-ci il, № 12, maddə 1230) («VES Consultancy» LLC). 13 sentyabr 2006-cı
il tarixli, 207 nömrəli; 29 noyabr 2006-cı il tarixli, 251 nömrəli;
2 aprel 2007-ci il tarixli, 60 nömrəli; 8 oktyabr 2007-ci il tarixli,
161 nömrəli qərarlara əsasən dəyişikliklərlə
(«VES Consultancy» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli,
230 nömrəli qararı ilə
təsdiq edilmişdir
İxrac nəzarətinə
düşən malların (işlərin, xidmətlərin, əqli
fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə
ixrac rejimləri 1.
Bu normativ hüquqi sənəd «İxrac nəzarəti haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr
tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır
və ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin
) ayrı-ayrı dövlətlərə ixrac rejimlərini müəyyən
edir. İxrac
nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ayrı-ayrı dövlətlərə ixrac rejimlərinin bütün
şəxslər üçün yerinə yetirilməsi məcburidir. 2. İxrac
nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə,
son istifadəçilərə ixracına, o cümlədən
Azərbaycan Respublikasının ərazisindən tranzit ölkəsi
kimi istifadə edilməsinə yol verilmir. 3.
Azərbaycan Respublikasının ayrı-ayrı dövlətlərlə
bağladığı və Azərbaycan Respublikasının
müvafiq qanunları ilə təsdiq edilmiş ikitərəfli
və çoxtərəfli beynəlxalq müqavilələrdə
ixrac nəzarətinə düşən mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
nəzərdə tutulduğu hallarda, həmin mallar üzrə
xarici iqtisadi əməliyyatlar «İxrac nəzarəti haqqında»
Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə uyğun
həyata keçirilir. 4.
Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi
kimi istifadə etməklə, Azərbaycan Respublikasının
milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə,
habelə əks istiqamətdə malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
keçirilməsinə yol verilmir. 5.
Azərbaycan Respublikasının müvafiq qanunları ilə
qoşulduğu «Nüvə silahlarının yayılmaması
haqqında», «Nüvə sınaqlarının hərtərəfli
qadağan edilməsi haqqında» müqavilələrin müddəalarına
uyğun olaraq kütləvi qırğın silahlarının
yaradılmasında, daşınmasında istifadə edilə
bilən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) üzrə hər hansı bir dövlətlə
xarici iqtisadi əməliyyatların aparılmasına yol
verilmir. 6.
Azərbaycan Respublikasının müvafiq qanunları ilə
təsdiq edilmiş «Azərbaycan Respublikası ilə Atom
Enerjisi üzrə Beynəlxalq Agentlik arasında Nüvə
Silahının Yayılmaması haqqında Müqavilə ilə
əlaqədar olaraq təminatların tətbiq edilməsi barədə
Sazişin və ona əlavə olunmuş Protokol»un və qoşulduğu
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsinin müddəalarına
uyğun olaraq atom enerjisindən yalnız dinc məqsədlər
üçün istifadə edilməsi nəzərdə
tutulan ixrac nəzarətinə düşən mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xarici iqtisadi fəaliyyət əməliyyatları
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata
keçirilə bilər. 7.
Azərbaycan Respublikasının müvafiq qanunu ilə qoşulduğu
«Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması
və tətbiq edilməsinin qadağan olunması və onun məhv
edilməsi haqqında Konvensiya»nın müddəalarına uyğun
olaraq, bu Konvensiyanın iştirakçısı olan dövlətlər
və iştirakçısı olmayan dövlətlər üzrə
kimyəvi maddələrin tərkibində olan qarışıqların
xüsusi çəkisindən asılı olaraq həmin maddələrlə
bağlı xarici iqtisadi fəaliyyət əməliyyatlarının
aparılmasına nəzarət edilir. 8.
Azərbaycan Respublikasının müvafiq qanunu ilə qoşulduğu
«Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının,
istehsalının və ehtiyata yığılmasının
qadağan olunması və onların məhv edilməsi haqqında
Konvensiya»nın müddəalarına uyğun olaraq, bu
Konvensiyanın iştirakçısı olan dövlətlər
və iştirakçısı olmayan dövlətlərlə
həmin silahların hazırlanmasında, istehsalında istifadə
edilməsi ehtimalı ola bilən ikili təyinatlı mallar üzrə
xarici iqtisadi fəaliyyət əməliyyatlarının aparılması
həmin malların təyinatına Konvensiyanın tələblərinə
əsasən zəmanət və nəzarət olduğu təqdirdə
həyata keçirilə bilər. 9. İxrac
nəzarətinə düşən mallar üzrə xarici
iqtisadi fəaliyyət əməliyyatları ayrı-ayrı ölkələrlə
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin,
siyasi, hərbi və iqtisadi maraqlarının təmin edilməsi,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
kütləvi qırğın və başqa növ silahların
yayılmaması barədə dövlətlərarası beynəlxalq
müqavilələr üzrə öhdəliklərə riayət
edilməsi şərtilə həyata keçirilə bilər. 10. İxrac
nəzarəti rejimini pozan hər hansı bir ölkə ilə
ixrac nəzarətinə düşən mallar üzrə
xarici iqtisadi fəaliyyət əməliyyatları bağlanmış
müqavilənin (kontraktın) həyata keçirilməsi Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun müvəqqəti
və ya tam dayandırıla bilər.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli,
230 nömrəli qərarı ilə təsdiq edilmişdir
İxrac nəzarətinin
aparılması Qaydaları
1. Ümumi müddəalar 1.1.
Bu Qaydalar «İxrac nəzarəti haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli
Fərmanına uyğun olaraq hazırlanmışdır və
müvafiq dövlət orqanları tərəfindən ixrac nəzarətinin
aparılması qaydalarını müəyyən edir. 1.2.
İxrac nəzarəti qanunvericiliyinə uyğun olaraq, bu sahədə
nəzarət sistemi ixrac nəzarətinə düşən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) ixracının, idxalının, təkrar
ixracının, təkrar idxalının və tranzitinin xüsusi
icazə əsasında həyata keçirilməsinə, ikili
təyinatlı malların sifariş edilmiş məqsədlər
üçün istifadə edilməsinə, xüsusi icazə
verilməsindən əvvəl və sonra ixrac nəzarətinə
düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) üzrə xarici iqtisadi əməliyyatların
aparılmasına, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı kütləvi qırğın və
başqa növ silahların yayılmaması barədə, dövlətlərarası
beynəlxalq müqavilələr üzrə öhdəliklərə
riayət edilməsinə, ayrı-ayrı ölkələr üzrə
müəyyən edilmiş İxrac rejimlərinə riayət
edilməsinə nəzarətdən, beynəlxalq təşkilatlarla
və xarici dövlətlərin ixrac nəzarəti orqanları
ilə məlumat mübadiləsindən və digər qarşılıqlı
əlaqələrin yaradılmasından, istehsalçı müəssisələrdə
(təşkilatlarda) daxili ixrac nəzarətindən, sərhəd
və gömrük nəzarətindən, bu sahədə müvafiq
dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsindən,
ixrac nəzarəti sisteminin fəaliyyətinə dair ictimaiyyətə
məlumatların verilməsindən və bu sahə üzrə
ictimai rəyin öyrənilməsindən ibarətdir. 1.3.
İxrac nəzarətinin aparılması Azərbaycan
Respublikasının milli təhlükəsizliyini, siyasi, hərbi
və iqtisadi maraqlarını təmin etməlidir. 2. İxrac nəzarətinin həyata keçirilməsi
2.1.
İxrac nəzarəti müvafiq dövlət orqanları tərəfindən
xüsusi icazənin verilməsi üçün ərizəçinin
(sifarişçinin) həqiqiliyinin öyrənilməsindən
başlayaraq, ixrac nəzarətinə düşən malların
(işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
hərəkətinə (dövriyyəsinə) və sifariş
edilmiş məqsədlər üçün istifadə edilməsinə
nəzarətin həyata keçirilməsindən, kütləvi
qırğın silahlarının yayılmaması rejimli çərçivəsində
nəzarətə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
dinc məqsədlər üçün istifadəsini müəyyən
etmək üçün son istifadəçisinin, aralıq tərəflərin
tətbiq etdikləri texnoloji proseslərin və istifadə
olunan avadanlıqların kütləvi qırğın
silahlarının yaradılması üçün yararlı
olmadığının yoxlanılmasından ibarətdir. 2.2.
Müvafiq dövlət orqanı xüsusi icazənin alınması
üçün təqdim edilmiş ərizə (sifariş)
sahibinin həqiqiliyini, sifariş sənədlərinin və məqsədlərinin
dürüstlüyünü və qanunvericiliklə müəyyən
edilmiş ixrac rejimlərinə riayət olunduğunu yoxlayır,
xüsusi icazə verilməsindən əvvəl və sonra
ixrac nəzarətinə düşən mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xarici iqtisadi əlaqələrin yoxlamaları,
ikili təyinatlı malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) sifariş
edilmiş məqsədlər üçün istifadəsinə
nəzarəti qanunvericilikdə nəzərdə tutulmuş
qaydada aparır, zəruri hallarda bu sahədə nəzarəti
Azərbaycan Respublikasının digər dövlət orqanları,
habelə mövcud qaydada Azərbaycan Respublikasının
xarici ölkələrdəki diplomatik nümayəndəlikləri
vasitəsilə həyata keçirir. 2.3.
Kütləvi qırğın silahlarının və digər
növ silahların yaradılmasında istifadə edilə bilən
və nüvə enerjisi ilə bağlı mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə ixrac nəzarəti Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin
yerinə yetirilməsi nəzərə alınmaqla həyata
keçirilir. 2.4.
İxrac nəzarətinə düşən malların Azərbaycan
Respublikasının Dövlət sərhədindən və gömrük
ərazisindən keçirilməsinə nəzarəti
qanunvericiliyə uyğun olaraq, aidiyyəti üzrə Azərbaycan
Respublikasının sərhəd və gömrük orqanları
həyata keçirirlər. 3. İxrac nəzarətinin əlaqələndirilməsi
3.1.
İxrac nəzarəti sistemi fəaliyyətinin səmərəliliyinin
təmin edilməsi məqsədi ilə ixrac nəzarətində
iştirak edən Dövlət orqanları arasında bu sahə
üzrə əməkdaşlıq yaradılır və aşağıdakı
əlaqələndirmə işləri aparılır: 3.1.1.
xüsusi icazəni verən Dövlət orqanı xüsusi
icazənin verildiyi barədə ixrac nəzarəti sahəsində
iştirak edən digər Dövlət orqanlarını məlumatlandırır
və həmin dövlət orqanları öz səlahiyyətləri
çərçivəsində ixrac nəzarətinin həyata
keçirilməsi üçün müvafiq dövlət
orqanlarından, hüquqi və fiziki şəxslərdən
ixrac nəzarəti məsələlərinə aid sənəd
və məlumatları almaq hüququna malikdirlər; 3.1.2.
qanunvericiliklə müəyyən edilmiş müvafiq dövlət
orqanları malların Azərbaycan Respublikasının ərazisinə
gətirilməsinə (aparılmasına), son istifadəçisinə
çatdırılmasına və sifariş edilmiş məqsədlər
üçün istifadəsinə nəzarəti həyata keçirir; 3.1.3.
ixrac nəzarətində iştirak edən Azərbaycan
Respublikasının dövlət orqanları arasında ixrac nəzarəti
üzrə məlumatlar mübadiləsi aparılır, sənaye
sahəsinin, elmi tədqiqat institutlarının nümayəndələri,
ixrac nəzarətinə düşən mallar üzrə
xarici iqtisadi fəaliyyət iştirakçıları ilə
birlikdə konfranslar, seminarlar, təlim kursları təşkil
edilir. 4. İkili təyinatlı mallar üzrə
ixrac nəzarəti Mülki
məqsədlər üçün istifadə edilən, lakin
kütləvi qırğın silahlarının nüvə,
kimyəvi, bakterioloji (bioloji) və toksin silahlarının çatdırılma
(daşınma) vasitələrinin, digər silah növlərinin,
hərbi texnikanın, sursatın yaradılmasında istifadə
edilə bilən ikili təyinatlı mallar (işlər, xidmətlər,
əqli fəaliyyətin nəticələri), o cümlədən
insan həyatı və heyvanlar aləmi üçün təhlükəli
olan patogenlər, toksinlər və digər kimyəvi
preparatlar və onların istifadəsi üçün avadanlıqlar
üzrə ixrac nəzarəti alınmış xüsusi icazədə
göstərilən şərtlərə uyğun olaraq, həmin
mallardan sifariş edilmiş məqsədlər üçün
istifadə olunmasına nəzarət qanunvericiliklə müəyyən
olunmuş qaydada müvafiq dövlət orqanları tərəfindən
həyata keçirilir. 5. İstehsalçı müəssisələrdə
(təşkilatlarda) daxili ixrac nəzarəti 5.1.
İxrac nəzarətinə düşən mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
ilə bağlı istehsalla (fəaliyyətlə) məşğul
olan müəssisələrdə (təşkilatlarda) ixrac nəzarəti
haqqında qanunvericiliyə riayət olunmasının təmin
edilməsi məqsədi ilə aşağıdakı qaydada
daxili ixrac nəzarəti həyata keçirilir: 5.1.1.
ixrac nəzarəti haqqında qanunvericiliyə uyğun olaraq,
müəssisələrdə (təşkilatlarda) istehsal edilən
ixrac nəzarətinə düşən mallarla bağlı işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin
siyahısı tərtib olunur, onlar üzərində müvafiq
ixrac nəzarəti rejimləri müəyyən edilir; 5.1.2.
ixrac nəzarətini həyata keçirən şəxslər
müəssisə (təşkilat) rəhbərinin əmri ilə
təyin edilir və bu barədə xüsusi icazəni verən
müvafiq dövlət orqanına məlumat verilir; 5.1.3.
ixrac nəzarətinə düşən mallar istehsalatdan, işlər,
xidmətlər isə müəssisənin (təşkilatın)
fəaliyyətindən çıxarıldıqda, təkmilləşdirildikdə
və yaxud yeni növləri yaradıldıqda, ixrac nəzarəti
üzrə müvafiq dövlət orqanlarına məlumat
verilir; 5.1.4.
müəssisələrdə (təşkilatlarda) daxili ixrac nəzarətinin
həyata keçirilməsində qanunvericiliyə riayət
edilməlidir. 6. Tranzit üzrə ixrac nəzarətinin
həyata keçirilməsi Müvafiq
dövlət orqanının xüsusi icazəsi ilə həyata
keçirilən ixrac nəzarətinə düşən
malların tranziti üzrə nəzarət istifadə edilən
nəqliyyat vasitələri nəzərə alınmaqla,
qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti
dövlət orqanları tərəfindən aparılır. 7. İxrac nəzarətinin təkmilləşdirilməsi
İxrac
nəzarətinin aparılmasının təkmilləşdirilməsi
üçün beynəlxalq təşkilatlarla və xarici dövlətlərin
ixrac nəzarəti üzrə dövlət orqanları ilə
məlumat mübadiləsi və digər qarşılıqlı
əlaqələr yaradılır, bu sahədə müvafiq dövlət
orqanlarının fəaliyyəti əlaqələndirilir,
ictimaiyyətə məlumatlar verilir və ictimai rəy öyrənilir. 8. İxrac nəzarətinin aparılması
zamanı pozuntuların aşkar edilməsi İxrac
nəzarətinin aparılması zamanı müvafiq dövlət
orqanları tərəfindən aşkar edilmiş pozuntulara görə
qanunvericiliyə uyğun olaraq xüsusi icazənin dayandırılması,
ləğv edilməsi, məsul şəxslərin inzibati və
cinayət məsuliyyətinə cəlb olunması barədə
vəsatət qaldırılır.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 15dekabr tarixli,
230 nömrəli qərarı ilə
təsdiq edilmişdir
İxrac nəzarətinə
düşən malların nomenklaturuna uyğun, habelə işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin
qanunvericiliklə müəyyən edilmiş siyahısındakı
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) kateqoriyaları və bölmələri
üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi
icazə verilməsindən əvvəl və sonra yoxlamaları,
ikili təyinatlı malların sifariş edilmiş məqsədlər
üçün istifadə olunmasına nəzarəti həyata
keçirən icra hakimiyyəti orqanlarının
Siyahısı
| Kateqoriyalar və bölmələr
|
|
|
İxrac nəzarətinə düşən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) adları
|
İcra hakimiyyəti orqanlarının
adları
|
|
|
|
|
|
|
xüsusi icazə verən
|
ixrac nəzarətini, xüsusi icazə
verilməsindən əvvəl və sonra yoxlamaları,
ikili təyinatlı malların sifariş edilmiş məqsədlər
üçün istifadə olunmasına nəzarəti həyata
keçirən
|
| 1.
|
|
|
2.
|
3.
|
4.
|
0 0A; 0C;
0D; 0E 0B
|
|
|
Nüvə
materialları, texnologiyası, qurğuları, avadanlıqları,
radioaktiv ionlaşdırıcı şüa mənbələri,
o cümlədən radioaktiv tullantılar və izotop məhsulu
(radioaktiv və süni surətdə alınmış sabit
izotoplar), bu kateqoriyada göstərilən malların hazırlanması,
istehsalı, istifadəsi üçün texnologiyalar,
«proqram təminatı» Nüvə
qurğuları, avadanlıqları ilə bağlı ikili təyinatlı
mallar İonlaşdırıcı
şüa mənbələrindən istifadə ilə əlaqədar
işlərin, xidmətlərin yerinə yetirilməsi
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Nazirlər Kabineti—Fövqəladə
Hallar Nazirliyi , Səhiyyə Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Sənaye və Energetika
Nazirliyinin rəyləri əsasında ixracı, idxalı, təkrar
ixracı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi —Səhiyyə
Nazirliyi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəyləri əsasında
|
Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi ,
Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Sərhəd
Xidməti (öz səlahiyyətləri çərçivəsində)
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
1 1A, 1B,
1C (1C35O;1C351;
1C352; 1C353; 1C354; 1C450 istisna olmaqla) 1C239
|
|
Materiallar,
kimyəvi preparatlar, toksinlər: sistemlər,
avadanlıqlar və komponentlər, materiallar; partlayıcı
maddələr;
|
|
ixracı,
idxalı, təkrar ixracı,təkrar idxalı, tranziti üzrə:
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi; Azərbaycan
Respublikasının Nazirlər Kabineti—Fövqəladə
Hallar Nazirliyinin rəyi əsasında
|
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi; Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi ,
Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri
çərçivəsində)
|
| 1C350;1C351;
1C352; 1C353; 1C354; 1C450
|
|
toksin
kimyəvi birləşmələrin istehsalı üçün
maddələr, insan həyatı və heyvanlar aləmi,
bitkilər üçün təhlükəli olan patogenlər
və toksinlər
|
|
ixracı,
idxalı,təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
aidiyyəti üzrə Azərbaycan Respublikasının Sənaye
və Energetika Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Sənaye və
Energetika Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və
Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri
çərçivəsində)
|
| 1D; 1E
|
|
«Proqram
təminatı» və texnologiyalar, o cümlədən əqli
fəaliyyətin nəticələri olanlar
|
|
ixracı,
təkrar ixracı, idxalı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyi—Milli Elmlər Akademiyasının rəyi əsasında
|
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi
|
2 2A; 2B;
2D;2E
|
|
Materialların
emalı: sistemlər,
avadanlıqlar, komponentlər, «proqram təminatı»,
texnologiyalar
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyi
|
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi və
Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri
çərçivəsində)
|
3 3A;3A001; 3A002;3A201:
3A225-3A230; 3B; 3C; 3D; 3E 3A231;3A232; 3A233
|
|
Elektronika: sistemlər,
avadanlıqlar, komponentlər, materiallar, elektron komponentləri
və inteqral sxemlər, «proqram təminatı» texnologiyalar;
neytron generator sistemləri, detonatorlar, mass-spektrometrlər
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyi;
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi
|
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi; Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi ,
Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi və Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri
çərçivəsində)
|
4 4A; 4D;
4E
|
|
Hesablama
texnikası
|
|
ixracı,
idxalı, təkrar ixracı,təkrar idxalı, tranziti üzrə:
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi (qurğu
avadanlıq və onların komponentləri), Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi (proqram vasitələri və
texnologiyalar) Xüsusi Dövlət Mühafizə Xidməti
(Mühafizə olunan obyektlər üzrə)
|
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi (öz səlahiyyətləri
çərçivəsində), Xüsusi Dövlət Mühafizə
Xidməti (Mühafizə olunan obyektlər üzrə), Dövlət
Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
|
5 5A1:5B1;
5D1;5E1 5A2:
5B2; 5D2; 5E2
|
|
|
Telekommunikasiya
və informasiyanın mühafizəsi: 1-ci
hissə—telekommunikasiya: sınaq, nəzarət və istehsal
avadanlıqları, «proqram təminatı», texnologiyalar; 2-ci
hissə—informasiyanın mühafizəsi sistemləri, avadanlıqlar
və komponentlər, «proqram təminatı», texnologiyalar
|
ixracı,
idxalı, təkrar idxalı, təkrar ixracı, tranziti üzrə:
Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi; ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi—Milli Təhlükəsizlik Nazirliyi və
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri
əsasında
|
Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri
çərçivəsində); Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi Dövlət
Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti
(öz səlahiyyətləri çərçivəsində)
|
6 6A 6B; 6C;
6D; 6E
|
|
|
Qəbuledicilər
(datçiklər) və lazerlər: akustika,
optika, lokasiya sistemləri, lazer avadanlıqları; sınaq,
nəzarət və istehsalat avadanlıqları, materiallar,
«proqram təminatı», texnologiyalar
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
hərbi məqsədlər üçün—Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti Dövlət
orqanlarının rəyləri əsasında; mülki
məqsədlər üçün: Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyi—aidiyyəti təşkilatların
rəyləri əsasında; ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd
Xidməti; Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi; Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi
|
7 7A; 7B:
7D: 7E
|
|
|
Naviqasiya
avadanlığı və aviasiya elektronikası: sistemlər,
avadanlıqlar və komponentlər, sınaq, nəzarət və
istehsalat avadanlıqları
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
hərbi
məqsədlər üçün: Azərbaycan Respublikasının
Nazirlər Kabineti—aidiyyəti Dövlət orqanlarının
rəyləri əsasında; mülki
məqsədlər üçün: Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Dəniz Administrasiyası
—aidiyyəti təşkilatların rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət
Mühafizə Xidməti; Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dövlət Dəniz
Administrasiyası
|
8 8A; 8B;
8C; 8D;8E
|
|
|
Dəniz
işi: sualtı
aparatlar və suüstü gəmilər, onlar üçün
sistemlər, avadanlıqlar, komponentlər, materiallar, «proqram təminatı»,
texnologiyalar
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
hərbi
məqsədlər üçün: Azərbaycan Respublikasının
Nazirlər Kabineti—aidiyyəti Dövlət orqanlarının
rəyləri əsasında; mülki
məqsədlər üçün: Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Dəniz Administrasiyası
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Dövlət Sərhəd Xidməti; Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Dəniz Administrasiyası
|
9 9A; 9B;
9C; 9D;9E
|
|
Mühərrik
qurğuları, kosmik aparatlar və uyğun avadanlıqlar: sistemlər,
avadanlıqlar və komponentlər. sınaq, nəzarət və
istehsalat avadanlıqları, materiallar, «proqram təminatı»,
texnologiyalar
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: hərbi
məqsədlər üçün: Azərbaycan Respublikasının
Nazirlər Kabineti—aidiyyəti Dövlət orqanlarının
rəyləri əsasında; mülki
məqsədlər üçün: Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Dövlət Sərhəd Xidməti; Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi
|
| 10-İML
|
|
Hərbi
təyinatlı mallar
|
|
|
|
| İML1
|
|
Tanklar,başqa
özüyeriyən zirehli döyüş maşınları,baza
köməkçi maşınları
|
|
ixracı,
idxalı,təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti
Dövlət orqanlarının rəyləri əsasında
|
Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Dövlət Sərhəd
Xidməti (öz səlahiyyətləri çərçivəsində)
|
| ML1;
ML2; PL5018; PL5020; PL5021; ML3; ML4; PL5030
|
|
Avtomat
silahlar və onların komponentləri, hamarlüləli
silahlar, hərbi sursatlar və ya patronlar,bombalar, qranatlar,
torpedlər, idarəolunan və idarəolunmayan raketlər
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti Dövlət
orqanlarının rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət
Mühafizə Xidməti
|
| PL5002;
PL5006; ML5; ML6; PL5031
|
|
Atəşi
idarə edən hərbi təyinatlı aparatlar, teleskopik nişangahlar,
hərbi məqsədlər üçün yerüstü nəqliyyat
vasitələri
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti Dövlət
orqanlarının rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət
Mühafizə Xidməti
|
| ML7
|
|
Toksikoloji
maddələr, göz yaşı axıdan qazlar, hərbi təyinatlı
reagentlər, zəhərli maddələrin hazırlanması
üçün prekursorlar
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti
Dövlət orqanlarının rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət
Mühafizə Xidməti
|
| ML8
|
|
Hərbi
partlayıcı maddələr və onların qarışıqları
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti Dövlət
orqanlarının rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azarbaycan Respubikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sərhəd Xidməti
|
| ML8
|
|
Raket
yanacağı, hərbi təyinatlı aviasiya yanacağı,
hərbi pirotexnika
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət
orqanlarının rəyləri əsasında
|
Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Dövlət Sərhəd
Xidməti (öz səlahiyyətləri çərçivəsində)
|
| ML8
|
|
«Additivlər»(partlayıcı
maddələrin parametrlərinin yaxşılaşdırılması
üçün istifadə edilən maddələr) və
prekursorlar
|
|
İxracı,
idxalı, təkrar ixracı, təkrar idxalı üzrə:
Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyi—Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəyləri əsasında; tranziti
üzrə: Nəqliyyat
Nazirliyi—Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəyləri əsasında
|
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi
|
| Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi
|
| ML9
|
|
Hərbi
gəmilər (sualtı, suüstü)
|
|
ixracı,
idxalı, təkrar ixacı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti Dövlət
orqanlarının rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Dövlət Sərhəd Xidməti
|
| ML10
|
|
Hərbi
təyinatlı uçuş aparatları, «pilotsuz» uçuş
aparatları, raketlər, onların mühərrikləri,
avadanlıqları və yardımçı avadanlıqları,
hərbi təyinatı üçün xüsusi düzəldilmiş
komponentlər; xüsusi
təyinatlı desantın çıxarılması və
endirilməsi, yüklərin atılması üçün
paraşütlər
|
|
ixracı,
idxalı, təkrar idacı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət
orqanlarının rəyləri əsasında; ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti
dövlət orqanlarının rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət
Mühafizə Xidməti; aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət
Mühafizə Xidməti
|
| ML11
|
|
Hərbi
təyinatı üçün xüsusi düzəldilmiş
elektron avadanlığı və onlar üçün xüsusi
düzəldilmiş komponentlər
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət
orqanlarının rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Müdafiə Sənayesi
Nazirliyi , Dövlət Sərhəd Xidməti
|
ML12; ML13;ML14;
PL5034; ML15 ML17
|
|
Yüksəksürətli
kinetik enerjidən istifadə edən silah sistemləri, yardımçı
avadanlıqlar və onlar üçün xüsusi düzəldilmiş
komponentlər; zirehli
və ya mühafizə avadanlığı, hərbi təyinatlı
radiolokasiya stansiyaları, yazma qurğuları, görmə
aparatları, təlim və təqlid (imitasiya) avadanlıqları
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respubikasının Nazirlər Kabineti—aidiyyəti dövlət
orqanlarının rəyləri əsasında
|
Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi; aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi, Dövlət Sərhəd Xidməti
|
| PL5033
|
|
Hərbi
təyinatı üçün xüsusi layihələşdirilmiş
və ya modifikasiya edilmiş körpülər, pontonlar,
plotlar, hərbi təyinatlı komponentlər
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—Müdafiə
Nazirliyinin rəyi əsasında
|
Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi
|
ML18;PL5017
İML16;ML19; ML20;ML21; ML22
|
|
Hərbi
malların istehsalı, hazırlanması və ya istismarı
üçün xüsusi düzəldilmiş avadanlıqlar,
komponentlər, «proqram təminatı», texnologiyalar
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—Müdafiə
Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin, Müdafiə
Sənayesi Nazirliyinin rəyləri əsasında
|
aidiyyəti
üzrə: Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Müdafiə Sənayesi
Nazirliyi , Dövlət Sərhəd Xidməti
|
| PL5001
|
|
Digər
hərbi mallar və polis qüvvələri üçün
mallar
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti—aidiyyəti Dövlət
orqanlarının rəyləri əsasında
|
Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik
Nazirliyi, Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri
çərçivəsində)
|
| 11.1
|
Kütləvi
qırğın silahlarının və onların çatdırılma
(daşınma) vasitələrin, digar silah növlərinin,
hərbi texnikanın, sursatın, eləcə də cinayətkarlığa
qarşı istifadə olunan vasitələririn yaradılmasında
və hazırlanmasında istifadə edilə bilən elmi işlərə,
informasiyaya, əqli fəaliyyət nəticələrinə
aid olan müəlliflik hüququ və əlaqəli hüquqların
obyektləri, o cümlədən kompüter proqramları və
müəlliflik hüququ ilə qorunan məlumat topluları,
habelə onlara olan müstəsna hüquqlar
|
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Respublika
Müəllif Hüquqları Agentliyi
|
Respublika
Müəllif Hüquqları Agentliyi
|
| 11.2.
|
Kütləvi
qırğın silahlarının və onların çatdırılma
(daşınma) vasitələrinin, digər silah növlərinin,
hərbi texnikanın yaradılmasında və hazırlanmasında
istifadə edilə bilən elmi işlərə,
informasiyaya, əqli fəaliyyət nəticələrinə
aid olan xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları,
həmçinin onlara və inteqral sxem topologiyalarına olan
müstəsna hüquqlar
|
|
|
ixracı,
idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Respublika Müəllif Hüquqları Agentliyi
|
Respublika
Müəllif Hüquqları Agentliyi
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli,
230 nömrəli qərarı ilə
təsdiq edilmişdir
İxrac nəzarətinə
düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) üzrə xüsusi icazənin verilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar «İxrac nəzarəti haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli
Fərmanına uyğun olaraq hazırlanmışdır və
ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
nəzarət siyahısı üzrə ixracına, idxalına,
təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi
icazənin verilməsi qaydalarını müəyyən edir. 1.2.
İxrac nəzarətinə düşən malların
nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin
qanunvericiliklə müəyyən edilmiş siyahısındakı
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) kateqoriyaları və bölmələri
üzrə müvafiq dövlət orqanları tərəfindən
verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, hüquqi şəxslər
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslər (bundan
sonra—sifarişçilər) tərəfindən bu Qaydaların
1.1-ci bəndində göstərilən əməliyyatların
hər hansı birini həyata keçirməyə icazə
verən rəsmi sənəddir. 1.3.
Sifarişçilər yalnız bu Qaydalara əsasən xüsusi
icazə aldıqdan sonra icazədə göstərilən əməliyyatı
həyata keçirə bilərlər. 1.4.
Xüsusi icazənin sahibi verilən xüsusi icazədən (xüsusi
icazənin surətindən) yalnız özü istifadə edə
bilər, onu başqa şəxslərə verə bilməz və
bu xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin
təsisçisi olduğu hüquqi şəxslərə, xüsusi
icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən
onunla əməkdaşlıq barədə bağlanmış
müqavilə əsasında fəaliyyət göstərən
başqa şəxslərə şamil edilmir. 2. Xüsusi icazənin verilməsi qaydası
və şərtləri 2.1.
Xüsusi icazə almaq üçün sifarişçilər
ixrac nəzarətinə düşən malların
nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə
müəyyən edilmiş siyahısında göstərilən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) kateqoriyaları və bölmələri
üzrə xarici iqtisadi əməliyyatların növlərindən
asılı olaraq, müvafiq dövlət orqanlarına aşağıdakıları
təqdim etməlidirlər: 2.1.1.
xüsusi icazə almaq üçün ərizə (sifariş):- hüquqi
şəxslər üçün—hüquqi şəxsin adı,
hüquqi ünvanı və xüsusi icazənin alınması
ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın
növü;
- fiziki
şəxslər üçün—adı, atasının adı,
soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar
(seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın
adı və ünvanı), xüsusi icazənin alınması
ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın
növü;
- malalan
(malgöndərən) və son istifadəçi haqqında məlumat;
- malın
son istifadəsi və texniki təsnifatı haqqında məlumat;
- bağlanmış
müqavilənin (kontraktın) surəti;
- ixrac
edilən malın mənşə sertifikatının əsli;
2.1.2.
sifarişçilərin (ərizəçilərin) vergi
orqanları tərəfindən uçota alınması haqqında
şəhadətnamənin surəti. 2.2.
Malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) kateqoriyalarından asılı olaraq, ərizəyə
(sifarişə) aşağıdakı sənədlər əlavə
olunmalıdır: 2.2.1.
nüvə materialları, texnologiyaları, qurğuları,
radioaktiv ionlaşdırıcı şüa mənbələri
və izotoplar, partlayıcı maddələr və vasitələr
üzrə:- ixrac,
idxal, təkrar ixrac, təkrar idxal üçün müvafiq
olaraq malın istifadəsinə, saxlanılmasına və daşınmasına
verilmiş xüsusi icazənin surəti, malalan (malgöndərən),
istehsalçı, son istifadəsi və istifadəçisi
haqqında aidiyyəti Dövlət orqanı tərəfindən
təsdiq edilmiş ətraflı məlumat, malın texniki göstəriciləri,
təhlükəsizliyinin və fiziki mühafizəsinin təmin
edilməsi, nəqliyyat vasitələrinin növləri və
onların mənsub olduqları ölkə barədə məlumatlar;
- tranzit
üçün xarici ölkələrin diplomatik missiyalarının
müraciətləri əsasında Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin məktubu, malalan (malgöndərən),
istehsalçı, malın son istifadəsi və istifadəçisi
haqqında ətraflı məlumat, malın texniki göstəriciləri
və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat
vasitələrinin növləri və onların mənsub
olduqları ölkə barədə məlumatlar;
2.2.2.
toksiki kimyəvi maddələr, insan həyatı və
heyvanlar aləmi üçün təhlükəli olan
patogenlər, genetik cəhətdən dəyişdirilmiş
mikroorqanizmlər və toksinlər, prekursorlar üzrə:- ixrac,
idxal, təkrar ixrac, təkrar idxal üçün malalan (malgöndərən),
istehsalçı, malın son istifadəsi və istifadəçisi,
təyinatı üzrə istifadə edilməsi haqqında müvafiq
dövlət orqanı tərəfindən təsdiq edilmiş
ətraflı məlumat, malın texniki göstəriciləri
və təhlükəsizliyinin təmin edilməsi barədə
məlumatlar;
- tranzit
üçün malalan (malgöndərən), son istifadəçi,
malın texniki göstəriciləri və nəql edilməsində
təhlükəsizliyin təminatı haqqında məlumatlar;
2.2.3.
hərbi təyinatlı mallar, gəmilər, uçuş
aparatları üzrə:- ixrac,
idxal, təkrar ixrac, təkrar idxal üçün malalan (malgöndərən),
istehsalçı, malın son istifadəsi və istifadəçisi
haqqında ətraflı məlumat, malın texniki göstəriciləri
və təhlükəsizliyin, fiziki mühafizəsinin təmin
edilməsi barədə məlumatlar;
- tranzit
üçün xarici ölkələrin diplomatik missiyalarının
müraciətləri əsasında Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin məktubu, malalan (malgöndərən),
istehsalçı, malın son istifadəsi və istifadəçisi
haqqında ətraflı məlumat, malın texniki göstəriciləri
və təhlükəsizliyin təmin edilməsi barədə
məlumatlar;
2.2.4.
materialların emalı üçün sistemlər, avadanlıqlar
komponentlər, materiallar və digər ikili təyinatlı
mallar üzrə:- ixrac
üçün aidiyyəti dövlət orqanlarına ixracatçı
tərəfindən təqdim edilən ərizədə
(sifarişdə) ixracatçı (vasitəçi olduqda
istehsalçı) və idxalatçı, malın son istifadəsi
və sifariş edilmiş məqsədlər barədə məlumatlar
həmin ərizədə (sifarişdə) təsvir edilir və
ərizədə (sifarişdə) xüsusi icazə verən
dövlət orqanı xüsusi icazənin verilməsi baradə
qeydiyyat aparır və təsdiqləyir;
- idxal,
təkrar ixrac, təkrar idxal, tranzit üçün malalan
(malgöndərən), istehsalçı, malın son istifadəçisi
haqqında məlumatlar ərizə (sifariş) vərəqəsində
təsvir edilir və gömrük orqanları tərəfindən
qanunvericiliyə uyğun qaydada gömrük rəsmiləşdirilməsi
həyata keçirilir.
2.3.
Təqdim olunmuş ərizələr (sifarişlər)
qeydiyyata alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar
və ya imtina üçün əsas olmadıqda, 15 gündən
gec olmayaraq xüsusi icazə verilir. İxrac
nəzarətinə düşən mallar (işlər, xidmətlər,
əqli fəaliyyətin nəticələri) üzrə
xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə
xüsusi icazə verilməzdən əvvəl yoxlamalar
qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq
dövlət orqanları tərəfindən aparılır. Təqdim
olunmuş sənədlərdə çatışmazlıqlar
aşkar edildikdə, bu barədə sifarişçiyə 5 gündən
gec olmayaraq məlumat verilir, həmin çatışmazlıqlar
aradan qaldırıldıqdan və sənədlər təkrar
təqdim edildikdən sonra sənədlərə 5 gün müddətində
yenidən baxılır və müvafiq qərar qəbul
edilir. Zəruri
hallarda təqdim olunmuş sənədlər ekspert rəyi alınması
üçün müvafiq təşkilatlara göndərilir
və ekspert rəyinin alınma müddəti xüsusi icazənin
verilmə müddətinə daxil deyildir. Sifarişçilərə
xüsusi icazə verilməsindən imtina edildikdə, bu barədə
onlara imtinanın səbəbləri göstərilməklə,
10 gün müddətində yazılı məlumat verilir. 2.4.
Xüsusi icazə verilməsindən aşağıdakı
hallarda imtina edilir: 2.4.1.
xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının
milli təhlükəsizliyinə, siyasi, hərbi və iqtisadi
maraqlarına zərər gətirə bildiyi halda; 2.4.2.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr üzrə öhdəliklərə
riayət olunmaması ehtimalı olduqda; 2.4.3.
ixrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracına qadağa və ya məhdudiyyət qoyulmuş dövlətlər
və son istifadəçilər olduqda; 2.4.4.
təyinat ölkəsi Azərbaycan Respublikasının qarşısında
öz öhdəliklərini yerinə yetirmədikdə; 2.4.5.
Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi
kimi istifadə etməklə, Azərbaycan Respublikasının
milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə,
habelə əks istiqamətdə malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
keçirilməsi ehtimalı olduqda; 2.4.6.
araşdırma və yoxlamalar aparıldıqdan sonra ərizəçi
(sifarişçi) tərəfindən doğru olmayan məlumatlar
təqdim edildiyi aşkar olunduqda; 2.4.7.
ixrac olunan malların kütləvi qırğın silahlarının
yaradılmasında istifadə edilməsi ehtimalı və
yaxud təyinat ölkəsinin həmin silahların yaradılmasında
və istehsalında marağı olduğu halda; 2.4.8.
sövdələşmələrdə iştirak edən vasitəçilər
tərəfindən ixrac nəzarəti haqqında
qanunvericiliyin tələblərinə riayət edilməməsi
ehtimalı olduqda və yaxud onların hüquq pozuntuları
etmiş şəxslərlə və ya terrorçu təşkilatlarla
əlaqə ehtimalı olduqda; 2.4.9.
sövdələşmələrdə digər faktlar aşkar
edildikdə. 3. Xüsusi icazənin rəsmiləşdirilməsi
3.1.
Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında
qanunvericiliyi ilə təsdiq edilmiş malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
siyahısındakı kateqoriyaları və bölmələri
üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə
verilən xüsusi icazə qanunvericiliklə müəyyən
edilmiş müvafiq icra hakimiyyəti orqanları tərəfindən
rəsmiləşdirilir: 3.1.1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
verilən xüsusi icazə aidiyyəti Dövlət orqanlarının
rəyləri və vəsatəti əsasında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin reqlamentinə uyğun olaraq
rəsmiləşdirilir; 3.1.2.
Azərbaycan Respublikasının ərazisindən müvafiq
malların tranziti üzrə xüsusi icazə xarici ölkələrin
diplomatik missiyalarının rəsmi müraciəti ilə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin vəsatəti və
aidiyyəti Dövlət orqanlarının rəyləri əsasında
verilir; 3.1.3.
rəsmiləşdirilmiş xüsusi icazənin surəti
ixrac nəzarəti haqqında qanunvericiliyə uyğun olaraq nəzarətin
aparılması üçün müvafiq Dövlət
orqanlarına göndərilir. 3.2.
Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında
qanunvericiliyi ilə müəyyən edilmiş mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə
müvafiq Dövlət orqanları tərəfindən verilən
xüsusi icazədə aşağıdakılar göstərilir: 3.2.1.
xüsusi icazə verən Dövlət orqanının adı; 3.2.2.
xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə
tarixi; 3.2.3.
hüquqi şəxslər üçün—xüsusi icazə
verilən hüquqi şəxsin adı və hüquqi ünvanı; 3.2.4.
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslər üçün—adı,
atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə
dair məlumatlar (seriya nömrəsi, kim tərəfindən və
nə vaxt verilmişdir, ünvanı); 3.2.5.
həyata keçirilən xarici iqtisadi əməliyyatın növü; 3.2.6.
müqabil tərəflə bağlanmış müqavilənin
(kontraktın) nömrəsi, tarixi, müqavilədə
(kontraktda) göstərilən əməliyyatın həyata
keçirilmə müddəti. 3.3.
Xüsusi icazəni verən Dövlət orqanı tərəfindən
xüsusi icazənin müəyyən edilən Şərtləri
xüsusi icazə blankına əlavə olunmuş vərəqlərdə
göstərilir. 3.4.
Xüsusi icazə bu icazəni verən müvafiq dövlət
orqanlarının rəhbərləri (və yaxud müəyyən
edilmiş vəzifəli şəxsləri) tərəfindən
imzalanır və möhürlə təsdiq olunur. 4. Xüsusi icazənin müddəti 4.1.
Xüsusi icazənin müddəti müvafiq xarici iqtisadi əməliyyatın
həyata keçirilmə müddəti ilə müəyyən
edilir (1 ildən artıq olmamaq şərtilə). 4.2.
Müqabil tərəflə bağlanmış müqavilələrin
(kontraktların) mərhələlərlə yerinə yetirilməsi
nəzərdə tutulduqda, xüsusi icazədə həmin mərhələlərin
yerinə yetirilməsi müddətləri göstərilir. 4.3.
Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması
onun verilməsi üçün müəyyən edilmiş
qaydada həyata keçirilir. 4.4.
Müddəti bitmiş xüsusi icazə və onun surətləri
etibarsız sayılır. 5. Xüsusi icazənin qüvvədə
olma şərtləri 5.1.
Xüsusi icazə sahibləri ixrac nəzarəti haqqında Azərbaycan
Respublikası qanunvericiliyinin müddəalarına riayət
etməli, xüsusi icazənin şərtlərini yerinə
yetirməlidirlər. 5.2.
Xüsusi icazənin qüvvədə olma şərtlərinin
yerinə yetirilməsinə nəzarət xüsusi icazə
verən dövlət orqanı və müvafiq dövlət
orqanları tərəfindən ixrac nəzarətinin aparılması
qaydalarına uyğun həyata keçirilir. 6. Xüsusi icazənin qüvvədə
olmasının dayandırılması və ya ləğv edilməsi 6.1.
Xüsusi icazə verən Dövlət orqanları xüsusi
icazənin fəaliyyətini aşağıdakı hallarda
dayandırırlar: 6.1.1.
sifarişçi tərəfindən müvafiq ərizə təqdim
edildikdə; 6.1.2.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq müvafiq dövlət orqanları tərəfindən xüsusi
icazə sahibinin fəaliyyəti dayandırıldıqda; 6.1.3.
xüsusi icazə sahibinin müflisləşməsi faktı
Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq
edildikdə; 6.1.4.
xarici iqtisadi əməliyyat növünün həyata keçirilməsi
üçün bu Qaydalarda tələb olunan şərtlərin
pozulduğu aşkar edildikdə. 6.2.
Xüsusi icazənin fəaliyyəti dayandırıldıqda,
xüsusi icazəni verən dövlət orqanı bu barədə
bir gün müddətində xüsusi icazə sahibinə yazılı
surətdə bildiriş göndərir və ixrac nəzarətini
aparan müvafiq dövlət orqanlarını məlumatlandırır.
Xüsusi icazənin dayandırılmasına səbəb olan
hallar dəyişildikdə, xüsusi icazə sahibinin müraciətinə
əsasən, xüsusi icazə həmin icazəni verən dövlət
orqanı tərəfindən bərpa edilə bilər və
müvafiq dövlət orqanlarına xüsusi icazənin fəaliyyətinin
bərpası barədə məlumat verilir. 6.3.
Xüsusi icazəni verən dövlət orqanları tərəfindən
xüsusi icazə aşağıdakı hallarda ləğv edilir: 6.3.1.
sifarişçi tərəfindən müvafiq ərizə təqdim
edildikdə; 6.3.2.
xüsusi icazənin verilməsi üçün təqdim edilən
sənədlərdə düzgün olmayan məlumatlar və
xüsusi icazənin verilməsinə imtina üçün əsas
olan yeni faktlar aşkar edildikdə; 6.3.3.
sifarişçi Azərbaycan Respublikasının ixrac nəzarəti
haqqında qanunvericiliyini pozduqda; 6.3.4.
məhkəmənin qərarı olduqda; 6.3.5.
verilmiş xüsusi icazə itirildikdə; 6.3.6.
hüquqi şəxs ləğv edildikdə və hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxsə verilən şəhadətnamə qüvvədən
düşdükdə. 6.4.
Xüsusi icazəni verən Dövlət orqanı xüsusi
icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan bir gün
müddətində yazılı şəkildə xüsusi
icazənin sahibinə məlumat göndərməklə xüsusi
icazəni geri alır. 6.5.
Müvafiq Dövlət orqanı verdiyi, qeydə aldığı,
fəaliyyətini dayandırdığı, bərpa etdiyi və
ləğv etdiyi xüsusi icazələrin reyestrini aparır.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli,
230 nömrəli qərarı ilə
təsdiq edilmişdir
İxrac nəzarətinə
düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) üzrə xarici iqtisadi əlaqələrin
həyata keçirilməsinə xüsusi icazənin verilməsindən
əvvəl və sonra yoxlamaların aparılması Qaydası
1. Ümumi müddəalar 1.1.
Bu Qayda «İxrac nəzarəti haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli
Fərmanına uyğun olaraq hazırlanmışdır və
ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər,
əqli fəaliyyətin nəticələri) üzrə
xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə
xüsusi icazənin verilməsindən əvvəl və sonra
yoxlamaların aparılması qaydasını müəyyən
edir. 1.2.
İxrac nəzarəti qanunvericiliyinə uyğun olaraq ixrac nəzarətinə
düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) üzrə xüsusi icazənin verilməsindən
əvvəl və sonra yoxlamaların aparılması xüsusi
icazənin alınması üçün təqdim olunmuş
sənədlərin və həmin sənədlərdə göstərilən
məlumatların dürüstlüyünün, ərizəçinin
(sifarişçinin) həqiqiliyinin, onun fəaliyyət növünün
uyğunluğunun, xüsusi icazədə göstərilən
şərtlərə riayət edilməsinin və xarici
iqtisadi əməliyyatların təyinatı üzrə həyata
keçirilməsinin yoxlanmasından ibarətdir. 1.3.
Bu Qaydanın 1.2-ci bəndində göstərilən yoxlamaların
aparılması Azərbaycan Respublikasının milli təhlükəsizliyini,
siyasi, hərbi və iqtisadi maraqlarını təmin etməlidir. 2. Xüsusi icazənin verilməsindən əvvəl
yoxlamaların aparılması 2.1.
Xüsusi icazə verən Dövlət orqanı tərəfindən
ona təqdim olunmuş sənədlərdə məlumatların,
texniki göstəricilərin dürüstlüyü yoxlanılır,
xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün
nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) ixrac nəzarətinə
düşən malların (işlərin, xidmətlərin, əqli
fəaliyyətin nəticələrinin) siyahısına uyğunluğu
müəyyən edilir. Bu uyğunluğu müəyyən
etmək üçün təqdim olunmuş texniki göstəricilər
və digər məlumatlar kifayət dərəcədə
olmadığı hallarda xüsusi icazə verən dövlət
orqanı ərizəçidən (sifarişçidən) əlavə
məlumatları tələb edir. 2.2.
Müqabil tərəflə bağlanmış müqavilədə
(kontraktda) göstərilən malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) ixrac nəzarətinə
düşən malların (işlərin, xidmətlərin, əqli
fəaliyyətin nəticələrinin) siyahısına uyğunluğu
müəyyən edildikdən sonra xüsusi icazəni verən
dövlət orqanı aşağıdakıları yoxlayır: 2.2.1.
müqavilənin (kontraktın) ərizədə (sifarişdə)
göstərilən malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) son istifadəsinə
və son istifadəçisinə uyğunluğunu; 2.2.2.
əvvəldən verilmiş xüsusi icazələrin və
yaxud imtinaların olub-olmamasını; 2.2.3.
ərizəçinin (sifarişçinin) və müqabil tərəfin
ixrac nəzarəti qanunvericiliyini pozduqlarına görə məsuliyyətə
cəlb olunanların siyahısında və yaxud ixrac nəzarəti
qanunvericiliyini pozan şəxslərin siyahısında
olub-olmamasını; 2.2.4.
müqabil tərəf ölkəsinin kütləvi qırğın
silahlarının yayılmaması, nüvə sınaqlarının
hərtərəfli qadağan edilməsi, kimyəvi və
bioloji silahlar barədə konvensiyalara, beynəlxalq müqavilələrə
qoşulub-qoşulmamasını, ixrac nəzarətinə düşən
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə hər hansı bir beynəlxalq ixrac rejiminin iştirakçısı
olub-olmamasını; 2.2.5.
müqabil tərəf ölkəsinə Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasınin qərarı ilə embarqonun və yaxud müəyyən
məhdudiyyətlərin qoyulub-qoyulmamasını; 2.2.6.
müqabil tərəf ölkəsində Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin nəzarəti altında nüvə,
radioaktiv mənbələri və materialları istehsal edən
müəssisələrin olub-olmamasını (göstərilən
müəssisələr barədə məlumat tələb
olunduqda); 2.2.7.
Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi
kimi istifadə etməklə, Azərbaycan Respublikasının
milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə,
habelə əks istiqamətdə malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
keçirilməsi ehtimalının olub-olmamasını. 2.3.
Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən
yoxlamalar zəruri hallarda aidiyyəti üzrə müvafiq Dövlət
orqanlarının və Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik nümayəndəliklərinin
iştirakı ilə aparıla bilər. 2.4.
Aparılmış yoxlamaların nəticələri xüsusi
icazənin verilməsi və yaxud imtina edilməsinə əsasdır. 3. Xüsusi icazə veriləndən sonra
yoxlamaların aparılması 3.1.
Malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) kateqoriyalarından asılı olaraq, xüsusi
icazə veriləndən sonra xüsusi icazə verən dövlət
orqanı tərəfindən və aidiyyəti üzrə digər
dövlət orqanlarının iştirakı ilə yoxlamalar
aşağıdakı qaydada həyata keçirilir: 3.1.1.
nüvə materialları, texnologiyaları, qurğuları,
radioaktiv ionlaşdırıcı şüa mənbələri
və izotop məhsulları, partlayıcı maddələr və
vasitələr üzrə: 3.1.1.1.
idxal, təkrar idxal zamanı yoxlamalar bu Qaydanın 3.1.1-ci bəndində
göstərilən malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) təyinatı
üzrə istifadə edilməsinə, saxlanma şəraitinin,
fiziki mühafizəsinin, təhlükəsizliyinin təmin
olunmasına və xüsusi icazədə göstərilən
şərtlərə riayət edilməsinə nəzarəti
əhatə edir; yoxlamanın
aparılması üçün xüsusi icazə sahibi müvafiq
dövlət orqanlarının nümayəndələrini
obyektlərə buraxmağa, zəruri normal şərait
yaratmağa və tələb olunan sənədləri onlara təqdim
etməyə borcludur; yoxlama
zamanı ortaya çıxan suallara dair xüsusi icazə
sahibindən əlavə məlumatlar, arayışlar alınır; yoxlamanın
nəticələrinə dair pozuntuları və onların
aradan qaldırılması müddəti göstərilməklə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada akt tərtib
edilir, bir nüsxəsi xüsusi icazə sahibinə verilir və
ona xəbərdarlıq edilir; 3.1.1.2.
ixrac, təkrar ixrac zamanı yoxlamalar malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
son istifadəçisinə çatmasına və onun təyinatı
üzrə istifadə olunmasına, müqabil tərəflə
bağlanmış müqavilənin (kontraktın) şərtlərinin
yerinə yetirilməsinə nəzarəti əhatə edir və
bu yoxlamalar adətən Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik nümayəndəliklərinin
iştirakı ilə həyata keçirilə bilər.
Yoxlamaların nəticəsi əsasında bu Qaydanın
3.1.1.1-ci yarımbəndində göstərilən müddəalar
tətbiq edilə bilər; 3.1.1.3.
tranzit zamanı (nəqliyyat növündən asılı
olmayaraq) yoxlamalar qanunvericiliyə uyğun aidiyyəti üzrə
aparılan sərhəd və gömrük nəzarətindən
ibarətdir. Sərhəd və gömrük orqanları bu cür
malların Azərbaycan Respublikasının ərazisinə
daxil olması və çıxarılması zamanı Azərbaycan
Respublikasının ixrac nəzarəti haqqında
qanunvericiliyin müddəalarına riayət olunmasına nəzarəti
həyata keçirir və pozuntular aşkar edildikdə,
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq
tədbirlər görülür; 3.1.2.
genetik dəyişilmiş mikroorqanizmlər, toksinlər və
onların yaradılması üçün kimyəvi maddələr,
insan həyatı və heyvanlar aləmi üçün təhlükəli
olan patogenlər üzrə: 3.1.2.1.
idxal, təkrar idxal zamanı yoxlamalar kütləvi qırğın
silahlarının yayılmaması barədə Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq konvensiya və
müqavilələrdən irəli gələn öhdəliklərin
yerinə yetirilməsi nəzərə alınmaqla, bu Qaydanın
3.1.1.1 -ci yarımbəndində göstərilən qaydada həyata
keçirilir və müvafiq tədbirlər görülür; 3.1.2.2.
ixrac, təkrar ixrac zamanı yoxlamalar bu Qaydanın 3.1.1.2-ci yarımbəndində
göstərilən qaydada həyata keçirilir və eyni
zamanda bu Qaydanın 3.1.2-ci yarımbəndində göstərilən
mallar üzrə elmi tədqiqat işlərinin aparılması
üçün müəyyən avadanlıqların təyinatı
üzrə istifadəsinə nəzarət edilir; 3.1.2.3.
tranzit zamanı yoxlamalar bu Qaydanın 3.1.1.3-cü yarımbəndində
göstərilən qaydada həyata keçirilir; 3.1.3.
hərbi təyinatlı mallar, gəmilər, uçuş
aparatları üzrə: 3.1.3.1.
idxal, təkrar idxal, ixrac, təkrar ixrac zamanı yoxlamalar ixrac
nəzarəti haqqında qanunvericiliyin tələblərinin,
verilmiş xüsusi icazədə göstərilən şərtlərin,
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq
konvensiya və müqavilələrdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsinə, Azərbaycan
Respublikasının təhlükəsizliyinin, siyasi və
iqtisadi maraqlarının təmin edilməsinə nəzarəti
əhatə edir; 3.1.3.2.
tranzit zamanı (nəqliyyat növündən asılı
olmayaraq) yoxlamalar qanunvericiliyə uyğun aidiyyəti üzrə
aparılan sərhəd və gömrük nəzarətindən
ibarətdir. Sərhəd və gömrük orqanları bu cür
malların Azərbaycan Respublikasının ərazisinə
daxil olması və çıxarılması zamanı Azərbaycan
Respublikasının ixrac nəzarəti haqqında
qanunvericiliyinin müddəalarına riayət olunmasına nəzarəti
həyata keçirir və pozuntular aşkar edildikdə,
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq
tədbirlər görülür. 4. Yoxlamalar zamanı pozuntuların aşkar
edilməsi Yoxlamaların
aparılması zamanı müvafiq Dövlət orqanları tərəfindən
aşkar edilmiş pozuntulara görə qanunvericiliyə uyğun
olaraq xüsusi icazənin qüvvədə olması dayandırıla
və ya ləğv edilə bilər, ixrac nəzarəti haqqında
qanunvericiliyi pozan məsul şəxslərin məsuliyyətə
cəlb olunması barədə vəsatət qaldırıla
bilər.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli,
230 nömrəli qərarı ilə
təsdiq edilmişdir
İkili təyinatlı
mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin
nəticələrindən) sifariş edilmiş məqsədlər
üçün istifadə olunmasına nəzarətin həyata
keçirilməsi Qaydası
1. Ümumi müddəalar 1.1.
Bu Qayda «İxrac nəzarəti haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli
Fərmanına uyğun olaraq hazırlanmışdır və
ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən,
əqli fəaliyyətin nəticələrindən) sifariş
edilmiş məqsədlər üçün istifadə
olunmasına nəzarətin həyata keçirilməsi qaydasını
müəyyən edir. 1.2.
İxrac nəzarəti haqqında qanunvericiliyə uyğun
olaraq ikili təyinatlı malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) sifariş
edilmiş məqsədlər üçün istifadə
olunmasına nəzarətin aparılması həmin malların
(işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
kütləvi qırğın silahları və onların çatdırılma
(daşınma) vasitələrinin, digər silah növlərinin,
hərbi texnikanın yaradılmasında və hazırlanmasında
istifadə edilməsinin qarşısının alınmasından,
mülki məqsədlər üçün istifadəsinin təmin
edilməsinə nəzarətdən və bu sahədə müvafiq
Dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsindən
ibarətdir. 1.3.
İkili təyinatlı malların sifariş edilmiş məqsədlər
üçün istifadə olunmasına nəzarət Azərbaycan
Respublikasının milli təhlükəsizliyini, siyasi, hərbi
və iqtisadi maraqlarını təmin etməlidir. 2. İkili təyinatlı malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
sifariş edilmiş məqsədlər üçün
istifadə olunmasına nəzarət 2.1.
Kütləvi qırğın silahlarının yaradılmasında,
daşınmasında istifadə ehtimalı olan, habelə nüvə
texnologiyasının, radioaktiv mənbələrin və materialların,
adi silahların, bioloji maddələrin istehsalında istifadə
edilə bilən, ixrac nəzarətinə düşən
ikili təyinatlı malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) sifariş
edilmiş məqsədlər üçün istifadə
olunmasına nəzarət aşağıdakı qaydada həyata
keçirilir: 2.1.1.
ixrac nəzarətinə düşən ikili təyinatlı
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xüsusi icazə vermiş müvafiq dövlət
orqanı tərəfindən son istifadənin və son istifadəçinin,
tətbiq edilən texnologiyanın sifariş edilmiş məqsədlərə
uyğunluğunun yoxlanılması və istehsalat bazası
barədə texniki məlumatın alınması; 2.1.2.
kimyəvi maddələrin istehsalı, nüvə texnologiyası,
radioaktiv maddələrin istifadəsi ilə bağlı aparılan
elmi tədqiqat işlərinin sifariş edilmiş məqsədlərə
uyğunluğunun yoxlanılması; 2.1.3.
mikroorqanizmlər, insan həyatı və heyvanlar aləmi üçün
təhlükəli olan patogenlər və toksinlər,
prekursorlar və digər bioloji maddələrlə bağlı
fəaliyyətin, o cümlədən elmi tədqiqat işlərinin
aparılması üçün istifadə olunacaq avadanlığın,
texnologiyanın bioloji materiallarla işlər üçün
yararlılığının və bioloji mühafizənin təmin
edilməsinin yoxlanılması. 2.2.
Nəzarətin aparılması üçün xüsusi icazə
sahibi müvafiq Dövlət orqanlarının nümayəndələrini
obyektlərə buraxmağa, zəruri normal şərait
yaratmağa və tələb olunan sənədləri onlara təqdim
etməyə borcludur. 2.3.
İkili təyinatlı malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin) sifariş
edilmiş məqsədlər üçün istifadə
olunmasına nəzarət xüsusi icazə alınması üçün
sifariş edilmiş məqsədlərin tam yerinə yetirilməsi
müddəti ərzində həyata keçirilir. 2.4.
İxrac olunmuş ikili təyinatlı malların (işlərin,
xidmətlərin, əqli mülkiyyətin nəticələrinin)
sifariş edilmiş məqsədlər üçün
istifadə olunmasına nəzarət zəruri hallarda müvafiq
qaydada digər Dövlət orqanlarının və Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri
vasitəsilə həyata keçirilir. 3. İkili təyinatlı malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
sifariş edilmiş məqsədlər üçün
istifadə olunmasında pozuntuların aşkar edilməsi İkili
təyinatlı malların (işlərin, xidmətlərin, əqli
fəaliyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər
üçün istifadə olunmasında pozuntular aşkar
edildikdə, Azərbaycan Respublikasının ixrac nəzarəti
haqqında qanunvericiliyinə uyğun olaraq verilmiş xüsusi
icazənin qüvvədə olması dayandırıla və
yaxud ləğv edilə bilər, ixrac nəzarəti haqqında
qanunvericiliyi pozan məsul şəxslərin məsuliyyətə
cəlb olunması barədə vəsatət qaldırıla
bilər.
© VES Consultancy LLC
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|