Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi
barədə
Qərar № 31
Bakı şəhəri, 1 fevral 2006-cı il
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli, 291 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında polis
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı»na
uyğun olaraq daxili işlər orqanlarının maddi-texniki təchizatının
yaxşılaşdırılması məqsədi ilə, həmçinin Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin və Dövlət Gömrük
Komitəsinin təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları
üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarının
4.7-ci yarımbəndində «əl-barmaq izlərinin» sözlərindən sonra «, güllə
və gilizlər üzərindəki izlərin» sözləri əlavə edilsin.
2. «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə
dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli, 11
nömrəli qərarının 1.7-ci yarımbəndində «əl-barmaq izlərinin»
sözlərindən sonra «, güllə və gilizlər üzərindəki izlərin» sözləri
əlavə edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
© VneshExpertService