| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
№37 / 11.02.2008
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nda dəyişiklik edilməsi barədə
Qərar № 37
Azərbaycan Respublikasının 1998-ci il 23 iyun tarixli 507-IQ nömrəli Qanunla qoşulduğu «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin 2007-ci il 3-15 iyun tarixlərində Hollandiyanın Haaqa şəhərində keçirilmiş XIV Konfransında qəbul edilmiş qərarına uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №5, maddə 355; 2002-ci il, №11, maddə 678; 2003-cü il, №6, maddə 342; 2004-cü il, №4, maddə 308, №5, maddə 385, №8, maddə 655, №11, maddə 966; 2005-ci il, №6, maddə 558, №11, maddə 1061; 2006-cı il, №3, maddə 297, №5, maddə 463; 2007-ci il, №5, maddə 543) ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.9-cu bəndində «250» rəqəmi «125» rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri, 11 fevral 2008-ci il.
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|