Azərbaycan Respublikası
Nazirlər Kabineti
«Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə
görə alınan yığımların miqdarı haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel
tarixli, 80 nömrəli qərarının əlavəsi olan
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22
dekabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq
edilmiş mətndə «Azərbaycan Respublikasının ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının
dərəcələri»ndə dəyişiklik edilməsi
barədə
Qərar ¹ 78
Bakı şəhəri,
21 may 2007-ci il
Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası
Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin razılaşdırılmış
təkliflərini nəzərə alaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
«Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları
üzrə gömrük rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə görə alınan
yığımların miqdarı haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 nömrəli
qərarının əlavəsi olan Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli, 161 nömrəli
qərarı ilə təsdiq edilmiş mətndə «Azərbaycan
Respublikasının ərazisinə gətirilən mallar üzrə
gömrük idxal rüsumlarının dərəcələri»nin
70-ci mal qrupunda «7019 12 000 0» mal mövqeyinə aid olan
sətrin 4-cü sütununda «15» tarif dərəcəsi
«0» tarif dərəcəsi ilə əvəz
edilsin.
2.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
© VES
Consultancy LLC