AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№95 / 15.07.1996(Qüvvədən düşmüş)

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 13 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış-keçid mənqələrində Sərhədyanı bazarların yaradılması və fəaliyyəti Qaydaları»na əlavə edilməsi haqqında

Qərar № 95

Bakı şəhəri, 15 iyul 1996-cı il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 13 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış-keçid məntəqələrində Sərhədyanı bazarların yaradılması və fəaliyyəti Qaydaları»nın 11-ci bəndinə aşağıdakı abzas əlavə edilsin:

«Bazarın ərazisindən çıxarılan mallar, mövcud qanunvericiliyə və normativ aktlara uyğun olaraq gömrük rüsumlarına və vergilərə cəlb olunur».

2. Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, Sərhədyanı bazarların yaradılması və fəaliyyəti qaydalarının təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin qərar layihəsini bir ay müddətində hazırlayıb əlaqədar təşkilatlarla razılaşdıraraq təqdim etsin.

Baş nazir

F.QULİYEV.

31 iyul 1998-ci il tarixli 162 saylı Qərara əsasən qüvvədən düşmüşdür.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az