AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 


Okt
23
2010
Ünvanına çatmayan «bağlama»

Poçtla narkoqaçaqmalçılıq
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 17 iyul 2010-cu il tarixdən 17 sentyabr 2010-cu il tarixədək olan müddət ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi məqsədilə narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 17 fakt üzrə 27 kq 981 qramı tiryək, 10 kq 157 qramı heroin olmaqla, ümumi çəkisi 38 kq 138 qram narkotik vasitə və 1 ədəd PSM sistemli «Makarov» tipli odlu silah, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülmüşdür.
  

Okt
16
2010
Ümumdünya Gömrük Forumu keçirilmişdir

Oktyabrın 6-7 tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Ümumdünya Gömrük Forumu keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyilə nümayəndə heyəti iştirak etmişdir.

  

Okt
11
2010
«İnsan hüquqları və sərhəd idarəçiliyi» mövzusunda seminar

Sentyabrın 13-17 tarixlərində Tacikistan Respublikasının Düşənbə şəhərində “İnsan hüquqları və sərhəd idarəçiliyi” mövzusunda seminar keçirilmişdir. ATƏT-in Sərhəd İdarəçiliyi üzrə Təlim Mərkəzinin təşkil etdiyi bu tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin şöbə rəisi Səməd Qaralov iştirak etmişdir.

  

Okt
11
2010
Gömrükdən gizlədilən 51 ədəd mobil telefon aşkar olunmuşdur

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Nizami Abbasovun əl yükü və baqajları Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baxışdan keçirilmişdir.

  

Okt
04
2010
İran və Azərbaycan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələri bütün sahələrdə inkişaf etdiriləcək

Sentyabrın 29-da Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev İran Gömrük Administrasiyası rəhbərinin müavini Məhəmməd Rza Nasirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

  

<<  <  43 44 45  >  >>



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az