AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 


İyun
01
2009
Naxçıvanın «Ümid körpüsü»
Həyati əhəmiyyətli bu layihənin reallaşmasından 17 il ötür
 
28 may 1992-ci il. Bu tarix dili, dini, mənəviyyatı, ruhu... bir olan iki xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq və ən nəhayət ağır blokada vəziyyətində boğulan bir diyarın - Naxçıvanın nəfəs alması, mənfur düşmən önündə əyilməməsi və yaşaması baxımından özündə bir çox mətləbləri birləşdirir. Əlbəttə ki, söhbət 17 il bundan öncə Azərbaycan-Türkiyə sərhədində salınan, şərti və rəmzi adı "Ümid körpüsü" olan həyati bir layihənin reallaşmasından gedir.  

May
19
2009
ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir
Mayın 18-19 tarixlərində Norveç Krallığının Bergen şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir  

May
18
2009
Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin növbəti iclası

Mayın 14-də Bakıdakı «Crescent Beach» hotelində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Ukrayna, Özbəkistan, Tacikistan, Rusiya və Moldovanın nümayəndələri iştirak etmişlər.

  

May
18
2009
Gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilmişdir
Mayın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul etmişdir.
  

May
18
2009
Gömrükçülər yaşıllaşdırma işləri aparmışlar
Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin kollektivi bir sıra abadlıq və yaşıllaşdırma işləri həyata keçirmişdir.  

<<  <  88 89 90  >  >>



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az