AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№60 / 06.05.2004 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna əlavə edilməsi haqqında

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna əlavə edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-IQ nömrəli qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq, gömrük orqanlarına xidmətə qəbul edilən əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi və tibbi təminatın yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası prezidentinin 2001-ci il 19 iyun tarixli, 510 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi strukturunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 408) 2-ci bəndində «Statistika və İnformasiya Texnologiyaları İdarəsi» sözlərindən sonra «Tibbi Xidmət İdarəsi» sözləri əlavə edilsin.

2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 6 may 2004-cü il.№ 60

«Azərbaycan» qəzetində dərc edilmişdir (7 may 2004-cü il, № 106) («AzerSoft»).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 may 2004-cü il, № 5, maddə 333).


© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az