AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№962 / 23.10.2003 Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarının qüvvədən düşməsi

Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarının qüvvədən düşməsi və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli, 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»yə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq qərara alıram:

1. «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 15 mart tarixli, 342 nömrəli və «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətnində dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 may tarixli, 436 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli, 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 5.14-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«5.14. Rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsinə, habelə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirir;».

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

№ 962 «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2003-cü il, № 10, maddə 567) («AzerSoft»).

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az