AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Fiziki şəxslər tərəfindən beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınan (göndərilən) mallara gömrük ödənişlərinin tətbiqinə dair məlumat


          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 saylı Qərarı (əlavə və dəyişiklərlə birgə) ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.1.2. yarımbəndinə uyğun olaraq beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirə bilərlər.


         Gətirilən mallar yuxarıda qeyd olunan həddən cox olduqda, mallara gömrük vergi və rüsumları Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 14.5.2 yarımbəndində nəzərdə tutulan müvafiq təsdiqedici sənədlər (malın mənşəyini təsdiq edən sənəd, yol-nəqliyyat sənədləri, invoys - idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd və s.) gömrük orqanına təqdim olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 27 noyabr 2007-ci il tarixli 189 nömrəli, «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə» 30.12.2007-ci il tarixli 220 nömrəli qərarlarına uyğun olaraq tətbiq edilir.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az