AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8034

EUR   1.096

GBP   1.2032

CHF   0.7502

TRY   0.5237

GEL   0.468

 

RUR                             0.0272





Gömrük orqanlarında xidmətə qəbul hansı qaydada keçirilir?

Dövlət Gömrük Komitəsində xidmətə qəbul hansı qaydada keçirilir?

-- Dövlət Gömrük Komitəsində xidmətə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar Komitə Sədrinin adına ünvanlandırılmış müvafiq ərizəni, eyni zamanda müvafiq ali təhsil haqqında diplom, şəxsiyyət vəsiqəsinin, kişilər isə həmçinin hərbi biletin sürətlərini Dövlət Gömrük Komitəsinə təqdim edirlər.  
         Qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən namizədlər müsabiqəyə buraxılırlar. Müsabiqə test imtahanından və şifahi müsahibədən ibarətdir. İmtahanda mümkün olan baldan ən azı 80%-ni toplayan namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir. Həmin namizəd növbəti mərhələyə - müsahibəyə buraxılır.
         Test imtahanından və müsahibədən müvəffəqiyyətlə keçmiş şəxslər Komitənin ehtiyat kadrı kimi saxlanılır.

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya