Respublikamıza müvəqqəti idxal olunan mallardan gömrük vergi və rüsumları tutulurmu?
— Müvəqqəti idxal rejimi altında gətirilən mal və ya nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 27 iyul 1998-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) edilən
malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya
qismən azad edilməsi Qaydaları»nda nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
Müvəqqəti idxal rejimi altında respublika ərazisinə gətirilən
malların müvəqqəti idxal müddəti gömrük orqanları tərəfindən bir ilədək
müəyyən olunduqda və həmin müddət başa çatdıqdan sonra malların geri
aparılacağı barədə öhdəlik gömrük orqanına təqdim olunduqda, həmin
mallardan gömrük rüsumları və vergiləri tutulmur.