Azərbaycan Respubilkasına gələn poçt bağlamalarına hansı gömrük vergi və rüsumları tətbiq edilir?
—
Respublikanın gömrük ərazisinə gətirilən mallara gömrük vergi və
rüsumları Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı
haqqında» 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik
edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan
Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan
malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli
qərarları ilə tətbiq edilir.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may
2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki
şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsi Qaydaları»nın 2.1.2. yarımbəndinə əsasən fiziki şəxslər
beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ
dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları
aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük
ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirə bilərlər.