—
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı
haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik
edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan
Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan
malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli
qərarına dəyişikliklər edilməsi barədə» 30.12.2007-ci il tarixli 220
nömrəli qərarlarına əsasən respublikanın gömrük ərazisinə gətirilən 1
litr mineral sulara 0,20 ABŞ dolları həcmində idxal gömrük rüsumu və 18
faiz həcmində əlavə dəyər vergisi tətbiq olunur.