— Gümüş məmulatları hansı dərəcədə gömrük vergi və rüsumlarına cəlb olunurlar?
—
Respublikanın gömrük ərazisinə gətirilən gümüş məmulatları Azərbaycan
Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında»
12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi
barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan
Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan
malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli
qərarına dəyişikliklər edilməsi barədə» 30.12.2007-ci il tarixli 220
nömrəli qərarlarına əsasən 15 faiz həcmində gömrük idxal rüsumuna və 18
faiz həcmində əlavə dəyər vergisinə cəlb olunurlar.










