— Buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün güllər hansı dərəcədə gömrük vergi və rüsumlarına cəlb olunurlar?
— Xarici İqtisadi Fəaliyyətin Vahid Mal Nomenklaturasında 0603 mal
mövqeyində sinifləşdirilən buket düzəltmək üçün və ya dekorativ
məqsədlər üçün güllər respublikanın gömrük ərazisinə gətirilərkən
gömrük dəyərindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər
Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə
gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan
yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli
qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161
nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il
tarixli 11 nömrəli qərarına əsasən 15 faiz həcmində gömrük idxal
rüsumuna və 18 faiz həcmində əlavə dəyər vergisinə cəlb olunur.