AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2009-cu ilin yanvar ayı ərzində

2009-cu ilin yanvar ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
 
2009-cu ilin yanvar ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 92 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1200269,7 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 681495,9 min ABŞ dolları dəyərində 492 adda mal ixrac, 518773,8 min ABŞ dolları dəyərində 2729 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 162722,1 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 4281,1 min ABŞ dolları dəyərində 58,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin yanvarına nisbətən 2009-cu ilin yanvarında ixrac əməliyyatlarının həcmi 8,87% (55495,7 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 4,63% (22948,6 min ABŞ dolları) artmışdır.
2009-cu ilin yanvar ayı ərzində respublikadan 5856,8 min ABŞ dolları dəyərində mal müvəqqəti ixrac, 19129,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin yanvar ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 2835,9 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 156,56% təşkil etmişdir. Bunlardan 2252,1 min ton ixrac, 583,8 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (27,3 min ton), dəmiryolu (227,6 min ton), avtomobil (31,6 min ton), hava (0,2 min ton) və stasionar nəqletmə (boru kəməri) (1965,0 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (15,8 min ton), dəmiryolu (456,0 min ton), avtomobil (104,3 min ton) və hava (1,8 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşımaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 15161 (əlavə vərəqlə birlikdə 20094) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 2204 (əlavə vərəqlə birlikdə 2464) ədəd ixrac, 12957 (əlavə vərəqlə birlikdə 17630) ədəd idxal YGB-dir. 2009-cu ilin yanvarında YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 101,73% təşkil etmiş və ya 258 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda azalma 520 (80,9%) ədəd, idxalda isə artım 778 (106,39%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 489,6 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (213,1 min ton), Bermud adaları (68,1 min ton), Gürcüstan (61,8 min ton), İtaliya (36,4 min ton), Tacikistan (27,0 min ton), İran (21,3 min ton), Rusiya (21,0 min ton), Türkmənistan (20,0 min ton) və Türkiyə (7,3 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 118,71% olmuş və ya 77,16 min ton artmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 19094,9 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 197,05% təşkil etmiş və ya 9404,6 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin yanvar ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                    İxracda:            İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -0,01%      -1,68%
21 (SDV ilə hesablaşma) -95,87%     -76,65%
23 (dövlət krediti üzrə hesablaşma) -0,00%      -3,17%
41 (qapalı dövriyyəli valyuta)     -0,85%      -3,50%
80 (digərləri)    -3,26%      -15,00%
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin yanvarına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 82,10% (2008-ci ilin yanvarının ixracına nisbətən 131,92%), neft məhsulları - 9,30% (50,49%), bitki və heyvan mənşəli yağlar - 1,38% (138,27%), meyvə-tərəvəz - 1,06% (75,83%), alüminium və ondan hazırlanan məmulatlar - 1,04% (74,32%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,39% (35,05%), kimya sənayesi məhsulları - 0,19% (16,11%), tütün və tütün məmulatları - 0,06% (131,12%), alkoqollu və alkoqolsuz içkilər - 0,04% (18,21%) təşkil edir. Qalan əmtəələrin payına 4,45% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 33,07% (2008-ci ilin yanvarının idxalına nisbətən 155,77%), nəqliyyat vasitələri və onların hissələri - 16,86% (50,45%), qara metallar və onlardan hazırlanan məmulatlar - 12,71% (236,99%), ərzaq məhsulları - 9,93% (91,17%), əczaçılıq məhsulları - 1,72% (137,66%), oduncaq və ondan hazırlanan məmulatlar - 0,75% (70,37%), mebel - 0,70% (142,19%), xalq istehlakı malları - 0,55% (84,96%) təşkil edir. Qalan əmtəələrin payına 23,72% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
Miqdarı Dəyəri (min ABŞ dolları) 2008-ci ilin I ayına netto çəki nisb.%-lə
 
1) Neft (xam)     1960077,7 t 559517,1
1.1) Boru kəməri ilə
01.02.2009-cu ilə qədər gedən
xam neft (sayğac göstəricilərinə
əsasən)
-Şimal boru kəməri ilə 167444,0 t
-Supsa boru kəməri ilə 383033,8 t
-Bakı-Tbilisi-Ceyhan    2340852,9 t
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 45773,9 t
2) Neft emal məhsulları 196902,5 t 63370,7
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 196902,5 t 63370,7
2.1) 01.02.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları 133883,6 t
3) Bitki və heyvan mənş.yağ. 3806,6 t    9407,1      82,9%
4) Spirtli içkilər      185171,0 L 239,8 28,7%
5) Tütün    156,8 t     361,3 68,9%
6) Tütün məmulatı 110000,0 min əd. 18,7 916,7%
7) Qara metallar 6022,3 t    2588,8      57,9%
8) Alüminium      6410,6 t    7099,8      138,0%
9) Çay      466,4 t     2263,2      229,8%
10) Elektrik enerjisi   61,1 mln. kvt/s   1996,9
11) Təbii qaz     6600,7 min kub/m 1650,2
 
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
Miqdarı Dəyəri (min ABŞ dolları) 2008-ci ilin I ayına netto çəki nisb.%-lə
 
1) Ət və ət məhsulları 2446,6 t    1639,7      282,8%
2) Buğda    84772,4 t   14880,8     93,9%
3) Un 5459,4 t    1303,7      256,1%
4) Şəkər    15974,1 t   5271,4      129,5%
5) Yağ      10578,6 t   8995,3      128,7%
- kərə yağı 605,6 t     782,2
- bitki və heyvan mən.yağ.   9973,0 t    8213,1
6) Çay      943,7 t     2009,1      126,2%
7) Spirt    187371,6 L 197,5 105,4%
8) Spirtli içkilər      472514,9 L 1358,1      50,8%
9) Tütün    85,0 t      214,5 23,3%
10) Tütün məmulatı      982947,3 min əd. 20089,2     117,1%
11) Qara metallar 42506,7 t   10048,3     80,8%
12) Minik avtomobilləri
 -YGB əsasında  1553 əd.    16264,6     58,3%
 -GMO əsasında  3538 əd.    18486,9
13) Neft məhsulları     3378,8 t    6095,1
14) Elektrik enerjisi   18,3 mln. kvt/s   588,0
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1960077,7 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (188386,7 ton (95,68%)), "Azneftyağ" İstehsalat Birliyi (7255,9 ton (3,69%)) və "Monolit-L LTD" firması (1260,0 ton (0,64%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 617855,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 90,66%) çıxarmışlar, o cümlədən, 616548,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,79%) və 1231,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,20%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 381714,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 73,58%) gətirilmişdir. Onlardan 290923,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,21%) və 73211,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 19,18 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 236140,9 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,64%); alüminium və alüminium   məmulatları (1,14%); qara metallar (0,42%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,22%); meyvə (0,11%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 24,51%); qara metallardan məmulatlar (13,57%); elektrik maşınları və avadanlıqları, onların hissələri (13,15%); quru nəqliyyat vasitələri (12,77%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (7,37%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 63640,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 9,34%) çıxarmışlar, o cümlədən, 36804,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 57,83%), 21016,0 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 33,02%) və 5794,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 9,10%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 137059,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 26,42%) gətirilmişdir. Onlardan 106710,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 77,86%), 17073,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,46 %) və 4625,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,37%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 73418,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 38,76%); heyvan və ya bitki mənşəli piylər və yağlar (14,78%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (9,98%); meyvə (9,89%); qəhvə, çay və ədviyatlar (3,58%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində elektrik maşınları və avadanlıqları, onların hissələri (idxala nisbətən 15,63%); quru nəqliyyat vasitələri (14,55%); dənli bitkilər (11,82%); dəmiryol nəqliyyat vasitələri (9,83%); tütün və tütünün sənaye əvəzediciləri (5,63%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
 
İxracda:
Ölkənin adı Dəyəri (min ABŞ dol.) Ümumi ixraca nisb.%-lə
İdxalda:
Ölkənin adı Dəyəri (min ABŞ dol.) Ümumi idxala nisb.%-lə
 
İtaliya         238182,39   34,95    Rusiya         82679,01    15,94
ABŞ            77451,20    11,36   Türkiyə         69400,13    13,38
Fransa         72363,14    10,62   Almaniya      52279,27    10,08
Tayvan         38390,33    5,63     ABŞ            45284,72    8,73
İsrail            34316,12    5,04     Ukrayna       41463,69    7,99
Rusiya         31751,53    4,66     Fransa         30417,01    5,86
Gürcüstan    26259,89    3,85     Çin              27578,94    5,32
Yunanıstan   24684,92    3,62     B. Britaniya  26382,09    5,09
B. Britaniya  23636,43    3,47     Yaponiya     12628,60    2,43
İspaniya       22803,80    3,35      İsrail           11910,57    2,30
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 2593 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1522-i hüquqi, 1071-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 641345,9 min ABŞ dolları (94,11%), özəl sektorun 33949,7 min ABŞ dolları (4,98%), fiziki şəxslərin payı isə 6200,3 min ABŞ dolları (0,91%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 159100,3 min ABŞ dolları (30,67%), özəl sektorun payı 338786,7 min ABŞ dolları (65,31%), fiziki şəxslərin payı isə 20886,8 min ABŞ dolları (4,03%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az