2010-cu ilin yanvar ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 99 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1791906,2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1428077,3 min ABŞ dolları dəyərində 497 adda mal ixrac, 363828,9 min ABŞ dolları dəyərində 2677 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1064248,4 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 3440,1 min ABŞ dolları dəyərində 41,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2009-cu ilin yanvar ayına nisbətən 2010-cu ilin yanvar ayında ixrac əməliyyatlarının həcmi 105,63% (733587,4 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 29,43% (151711,0 min ABŞ dolları) azalmışdır.
Müvəq

qəti ixrac rejimində ölkəmizdən 8176,5 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 22925,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2010-cu ilin yanvar ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 3063,6 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 108.03% təşkil etmişdir. Bunlardan 2587,0 min ton ixrac, 476,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (6,6 min ton), dəmiryolu (206,3 min ton), avtomobil (50,6 min ton), hava (57,5 min ton) və stasionar nəqletmə (boru kəməri) (2265,4 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (29,9 min ton), dəmiryolu (341,5 min ton), avtomobil (103,3 min ton) və hava (0,9 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 13659 (əlavə vərəqlə birlikdə 18999) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 2770 (əlavə vərəqlə birlikdə 3097) ədəd ixrac, 10889 (əlavə vərəqlə birlikdə 15902) ədəd idxal YGB-dir. 2010-cu ilin yanvar ayında YGB-lərin ümumi sayı 2009-cu ilin müvafiq dövrünə nisbətən 90.09% təşkil etmiş və ya 1502 ədəd bəyannamə az olmuşdur. O cümlədən ixracda artım 566 (125,68%) ədəd, idxalda isə azalma 2068 (84,04%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 783,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Bermud adaları (328,9 min ton), İsveçrə (176,1 min ton), İtaliya (128,1 min ton), Gürcüstan (33,4 min ton), Türkmənistan (27,1 min ton), İran (24,3 min ton), Rusiya (18,9 min ton), Tacikistan (18,6 min ton), Əfqanıstan (17,5 min ton) və Türkiyə (6,2 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 159,95% olmuş və ya 293,5 min ton artmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 13147,9 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 68,86% təşkil etmiş və ya 5947 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2010-cu ilin yanvar ayı ərzində 01, 21, 23, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -0,63 % -0,00 %
21 (SDV ilə hesablaşma) -95,70 % -75,77 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,01 % -4,77 %
41 (qapalı dövriyyəli valyuta) -0,54 % -6,69 %
80 (digərləri) -3,11 % -12,77 %
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2009-cu ilin yanvar ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 88,52% (2009-cu ilin yanvar ayının ixracına nisbətən 225,93%), neft məhsulları - 5,99% (111,97%), bitki və heyvan mənşəli yağlar - 1,31% (198,59%), meyvə-tərəvəz - 0,53% (105,99%), kimya sənayesi məhsulları - 0,32% (338,48%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,31% (168,18%), alkoqollu və alkoqolsuz içkilər - 0,13% (744,85%), alüminium və ondan hazırlanan məmulatlar - 0,05% (9,83%), pambıq - 0,04%, tütün və tütün məmulatları - 0,03% (101,82%) təşkil edir. Qalan əmtəələrin payına 2,79% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 26,02% (2009-cu ilin yanvar ayının idxalına nisbətən 55,59%), ərzaq məhsulları - 17,27% (122,12%), nəqliyyat vasitələri və onların hissələri - 14,29% (60,78%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,90% (49,11%), oduncaq və ondan hazırlanan məmulatlar - 3,81% (358,21%), əczaçılıq məhsulları - 1,87% (76,33%), mebel - 1,30% (131,05%), xalq istehlakı malları - 0,66% (83,30%) təşkil edir. Qalan əmtəələrin payına 25,89% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2009-cu ilin
(min ABŞ yanvarına netto
dolları) çəki nisb.%-lə
1) Neft (xam) 2265399,7 t 1264114,7
1.1) Boru kəməri ilə
01.02.2010-cu ilə qədər gedən
xam neft (sayğac göstəricilə-
rinə əsasən)
-Şimal boru kəməri ilə 129870,0 t
-Supsa boru kəməri ilə 372361,3 t
-Bakı-Tbilisi-Ceyhan 2847923,1 t
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2010-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 76523,4 t
2) Neft emal məhsulları 142929,2 t 85507,8
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 131190,6 t 76561,0
2.1) 01.02.2010-cu ilə qədər şər-
ti bəyannamə ilə yola salın. rəs-
miləşdirilməmiş neft məhsulları 87907,9 t
3) Bitki və heyvan mənş. yağ. 7587,9 t 18681,9 199,3 %
4) Spirtli içkilər 316572,5 L 1763,0 171,0 %
5) Tütün 80,3 t 306,1 51,2 %
6) Tütün məmulatı 11000,0 min əd. 81,0 10,0 %
7) Qara metallar 1687,6 t 768,5 28,0 %
8) Alüminium 1000,5 t 697,6 15,6 %
9) Çay 660,6 t 2824,5 141,6 %
10) Pambıq mahlıcı 453,8 t 543,2
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2009-cu ilin
(min ABŞ yanvarına netto
dolları) çəki nisb.%-lə
1) Ət və ət məhsulları 1746,1 t 1579,9 71,4 %
2) Buğda 71143,8 t 14402,2 83,9 %
3) Un 12,6 t 7,5 0,2 %
4) Şəkər 24387,8 t 13048,0 152,7 %
5) Yağ 10923,0 t 10907,3 103,3 %
- kərə yağı 1029,1 t 2710,1
- bitki və heyvan mən.yağ. 9893,9 t 8197,2
6) Çay 737,6 t 1519,3 78,2 %
7) Spirtli içkilər 106326,3 L 377,0 22,5 %
8) Tütün 146,3 t 649,4 172,3 %
9) Tütün məmulatı 688053,0 min əd. 13938,0 70,0 %
10) Qara metallar 42687,2 t 11717,3 100,4 %
11) Minik avtomobilləri
-YGB əsasında 1516 əd. 15600,4 102,1 %
-GMO əsasında 1671 əd. 11992,7
12) Neft məhsulları 1680,8 t 1839,6
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2265399,7 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (129315,5 ton (90,48%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azal OİL" YSM idarəsi (11738,5 tonu (8,21%)) və "Azneftyağ" İstehsalat Birliyi (1875,2 ton (1,31%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 1311059,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 91,81%) çıxarmışlar, o cümlədən, 1296645,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,90%) və 10334,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,79%) çıxarılmışdır.
.jpg)
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 238937,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 65,67%) gətirilmişdir. Onlardan 178664,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,77%) və 43454,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 18,19 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1072121,7 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,85%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,71%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,32%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar, bijuteriya, sikkələr (0,30%), üzvi kimyəvi birləşmələr (0,13%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən quru nəqliyyat vasitələri (idxala nisbətən 16,53%); avadanlıqlar və mexaniki qurğular (15,77%); elektrik maşınları və avadanlıqları, onların hissələri (14,55%); qara metallardan məmulatlar (5,72%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,48%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 117018,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 8,19%) çıxarmışlar, o cümlədən, 70041,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 59,86%), 34055,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 29,10%) və 7760,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 6,63%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 124891,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 34,33%) gətirilmişdir. Onlardan 96998,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 77,67%), 24103,0 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 19,30 %) və 3008,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 2,41%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 7873,3 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 58,40%); heyvan və ya bitki mənşəli piylər və yağlar (15,92%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,98%); meyvə (5,05%); qara metallardan məmulatlar (2,90%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 12,16%); dənli bitkilər (12,07%); oduncaq və ondan hazırlanan məmulatlar; ağac kömürü (7,89%); qara metallar (7,86%); quru nəqliyyat vasitələri (7,20%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda
Ölkənin adı Dəyəri (min Ümumi ixra-
ABŞ dol.) ca nisb.%-lə
İtaliya 611934,77 42,85
İndoneziya 138442,36 9,69
Fransa 120256,12 8,42
İsrail 77050,13 5,40
Kanada 77045,08 5,40
ABŞ 72648,65 5,09
Tayvan 71313,30 4,99
Tailand 53571,99 3,75
Ukrayna 46871,45 3,28
Rusiya 44993,37 3,15
İdxalda
Ölkənin adı Dəyəri (min Ümumi idxa-
ABŞ dol.) la nisb.%-lə
Rusiya 74675,85 20,53
Türkiyə 40017,52 11,00
Almaniya 31576,47 8,68
Ukrayna 25042,15 6,88
Çin 24407,23 6,71
Fransa 20071,72 5,52
Qazaxıstan 14422,39 3,96
Braziliya 10695,35 2,94
ABŞ 9829,92 2,70
B. Britaniya 9288,15 2,55
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 1874 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1331-i hüquqi, 543-ü isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1368590,7 min ABŞ dolları (95,84%), özəl sektorun 53452,7 min ABŞ dolları (3,74%), fiziki şəxslərin payı isə 6033,9 min ABŞ dolları (0,42%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 120385,2 min ABŞ dolları (33,09%), özəl sektorun payı 220533,3 min ABŞ dolları (60,61%), fiziki şəxslərin payı isə 22910,4 min ABŞ dolları (6,30%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi