2009-cu ilin 2 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2009-cu ilin ilk 2 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 103 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2417965,1 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1491915,0 min ABŞ dolları dəyərində 786 adda mal ixrac, 926050,1 min ABŞ dolları dəyərində 3724 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 565864,9 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 6051,0 min ABŞ dolları dəyərində 190,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
.jpg)
2008-ci ilin ilk 2 ayına nisbətən 2009-cu ilin ilk 2 ayında ixrac əməliyyatlarının həcmi 24,55% (294078,7 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 1,02% (9538,8 min ABŞ dolları) azalmışdır.
2009-cu ilin ilk 2 ayı ərzində respublikadan 27186,8 min ABŞ dolları dəyərində mal müvəqqəti ixrac, 46203,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin ilk 2 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 5875,8 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 174,05% təşkil etmişdir. Bunlardan 4796,5 min ton ixrac, 1079,3 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (54,4 min ton), dəmiryolu (526,5 min ton), avtomobil (62,4 min ton), hava (0,4 min ton) və stasionar nəqletmə (boru kəməri) (4151,9 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (20,2 min ton), dəmiryolu (837,7 min ton), avtomobil (208,8 min ton) və hava (3,3 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşımalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 31058 (əlavə vərəqlə birlikdə 42181) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 4464 (əlavə vərəqlə birlikdə 4957) ədəd ixrac, 26594 (əlavə vərəqlə birlikdə 37224) ədəd idxal YGB-dir. 2009-cu ilin ilk 2 ayında YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 93,46% təşkil etmiş və ya 2173 ədəd bəyannamə az olmuşdur. O cümlədən, ixracda azalma 1431 (75,73%) ədəd, idxalda isə 742 (97,29%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 944,2 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (409,6 min ton), Bermud adaları (111,2 min ton), İtaliya (100,7 min ton), Gürcüstan (99,0 min ton), Türkmənistan (65,1 min ton), Tacikistan (40,7 min ton), İran (39,5 min ton), Rusiya (34,7 min ton) və Türkiyə (19,6 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 85,86% olmuş və ya 155,5 min ton azalmışdır.
2009-cu ilin ilk 2 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (797425,1 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (518173,9 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (407876,2 min ABŞ dolları) olmuşdur;
- fevral ayında ixrac əməliyyatlarının həcmi yanvar ayı ilə müqayisədə 102935,2 min ABŞ dolları həcmində artmışdır, idxal əməliyyatlarının həcmi isə 110297,6 min ABŞ dolları həcmində azalmışdır.
.jpg)
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 42217,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 187,23% təşkil etmiş və ya 19669,5 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin ilk 2 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -0,01 % -0,99 %
21 (SDV ilə hesablaşma) -96,34 % -75,99 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,00 % -3,13 %
41 (qapalı dövriyyəli valyuta) -0,56 % -3,89 %
80 (digərləri) -3,09 % -16,00 %
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin ilk 2 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 78,93% (2008-ci ilin ilk 2 ayının ixracına nisbətən 151,55%), neft məhsulları - 10,20% (59,49%), bitki və heyvan mənşəli yağlar - 1,40% (102,11%), meyvə-tərəvəz - 0,78% (70,09%), alüminium və ondan hazırlanan məmulatlar - 0,71% (58,71%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,34% (34,01%), kimya sənayesi məhsulları - 0,14% (11,70%), alkoqollu və alkoqolsuz içkilər - 0,08% (53,07%), tütün və tütün məmulatları - 0,06% (117,23%), pambıq - 0,04% (60,21%) təşkil edir. Qalan əmtəələrin payına 7,32% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 32,98% (2008-ci ilin ilk 2 ayının idxalına nisbətən 120,01%), nəqliyyat vasitələri və onların hissələri - 14,68% (57,99%), ərzaq məhsulları - 13,45% (101,22%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,39% (131,94%), əczaçılıq məhsulları - 1,66% (94,74%), mebel - 0,87% (150,86%), oduncaq və ondan hazırlanan məmulatlar - 0,75% (54,66%), xalq istehlakı malları - 0,58% (81,96%) təşkil edir. Qalan əmtəələrin payına 25,64% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri (min ABŞ dolları) 2008-ci ilin 2 ayına netto
çəki nisb.%-lə
1) Neft (xam) 3955830,9 t 1177556,1
1.1) Boru kəməri ilə
01.03.2009-cu ilə qədər gedən
xam neft (sayğac göstəricilərinə
əsasən)
-Şimal boru kəməri ilə 386589,0 t
-Supsa boru kəməri ilə 722603,1 t
-Bakı-Tbilisi-Ceyhan 4795591,6 t
1.2) Dəmiryolu nəqliyyatı
01.03.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 127105,1 t
2) Neft emal məhsulları 472383,8 t 152165,2
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 472383,8 t 152165,2
2.1) 01.03.2009-cu ilə qədər
şərti bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları 135989,9 t
3) Bitki və heyvan mənş.yağ. 8528,6 t 20917,4 63,0 %
4) Spirtli içkilər 900359,6 L 1150,5 58,0 %
5) Tütün 357,4 t 833,7 59,0 %
6) Tütün məmulatı 110000,0 min əd. 18,7 428,0 %
7) Qara metallar 11045,1 t 4842,3 53,2 %
8) Alüminium 11234,4 t 0625,1 126,5 %
9) Çay 975,9 t 4564,5 233,6 %
10) Pambıq mahlıcı 585,6 t 550,5 68,8 %
11) Elektrik enerjisi 106,1 mln. kvt//s 3663,0
12) Təbii qaz 260343,6 min kub//m 52398,8
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri (min ABŞ dolları) 2008-ci ilin 2 ayına netto
çəki nisb.%-lə
1) Ət və ət məhsulları 4441,9 t 3111,3 175,1 %
2) Buğda 240472,3 t 45514,7 122,0 %
3) Un 11041,0 t 2573,9 501,2 %
4) Şəkər 49858,2 t 16515,6 123,4 %
5) Yağ 17526,7 t 15712,2 104,3 %
- kərə yağı 2439,3 t 3388,6
- bitki və heyvan mən.yağ. 15087,4 t 12323,6
6) Çay 2089,6 t 4448,2 156,5 %
7) Spirt 187371,6 L 197,5 48,2 %
8) Spirtli içkilər 1535325,7 L 2346,0 128,9 %
9) Tütün 242,3 t 340,4 6,9 %
10) Tütün məmulatı 1508619,3 min əd. 30497,4 90,7 %
11) Qara metallar 59193,2 t 18153,3 43,8 %
12) Minik avtomobilləri
-YGB əsasında 2585 əd. 28956,5 37,7 %
-GMO əsasında 8205 əd. 40560,1
13) Neft məhsulları 5093,7 t 8397,3
14) Elektrik enerjisi 34,7 mln. kvt//s 1295,6
.jpg)
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (3955830,9 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (458612,3 ton (97,08%)), "Azneftyağ" İstehsalat Birliyi (10720,0 ton (2,27%)) və "Monolit-D LTD" firması (3051,6 ton (0,65%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 1314328,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88,10%) çıxarmışlar, o cümlədən, 1310689,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,72%) və 3519,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,27%) çıxarılmışdır.
.jpg)
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 666980,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 72,02%) gətirilmişdir. Onlardan 492477,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 73,84%) və 140426,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 21,05 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 647347,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,73%); alüminium və alüminium məmulatları (0,80%); qara metallar (0,37%); ətdən, balıqdan hazır məhsullar (0,36%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,17%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 24,97%); elektrik maşınları və avadanlıqları, onların hissələri (12,65%); quru nəqliyyat vasitələri (12,47%); qara metallardan məmulatlar (9,40%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (7,73%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 177587,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 11,90%) çıxarmışlar, o cümlədən, 126661,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 71,32%), 42557,1 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 23,96%) və 8331,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 4,69%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 259069,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 27,98%) gətirilmişdir. Onlardan 211200,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,52%), 30972,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,96 %) və 7767,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,00%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 81482,5 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 58,46%); heyvan və ya bitki mənşəli piylər və yağlar (11,73%); meyvə (5,31%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,73%); qəhvə, çay və ədviyatlar (2,58%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 18,78%); elektrik maşınları və avadanlıqları, onların hissələri (12,35%); quru nəqliyyat vasitələri (10,24%); avadanlıqlar və mexaniki qurğular (8,66%); tütün və tütünün sənaye əvəzediciləri (5,61%) idxal edilmişdir.
.jpg)
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
İxracda
Ölkənin adı Dəyəri (min ABŞ dol.) Ümumi ixraca nisb.%-lə
İdxalda
Ölkənin adı Dəyəri (min ABŞ dol.) Ümumi idxala nisb.%-lə
İtaliya 479973,20 32,17 Rusiya 157385,31 17,00
Fransa 183085,17 12,27 Türkiyə 121679,20 13,14
ABŞ 164687,19 11,04 Almaniya 103091,19 11,13
İsrail 135353,34 9,07 Ukrayna 71590,05 7,73
Gürcüstan 105378,40 7,06 ABŞ 61548,02 6,65
Kanada 85371,59 5,72 B.Britaniya 61268,19 6,62
Rusiya 56402,81 3,78 Çin 47517,33 5,13
İspaniya 46137,85 3,09 Fransa 38721,01 4,18
Tayvan 38390,33 2,57 Yaponiya 22310,28 2,41
B.Britaniya 26072,34 1,75 İsrail 19354,30 2,09
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 3961 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2094-ü hüquqi, 1867-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1406169,1 min ABŞ dolları (94,25%), özəl sektorun 76068,2 min ABŞ dolları (5,10%), fiziki şəxslərin payı isə 9677,6 min ABŞ dolları (0,65%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 250025,7 min ABŞ dolları (27,00%), özəl sektorun payı 630407,4 min ABŞ dolları (68,07%), fiziki şəxslərin payı isə 45617,0 min ABŞ dolları (4,93%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi