2010-cu ilin 2 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2010-cu ilin 2 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2010-cu ilin ilk 2 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 105 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 3920308,8 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3216620,6 min ABŞ dolları dəyərində 795 adda mal ixrac, 703688,2 min ABŞ dolları dəyərində 3521 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 2512932,4 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 4309,0 min ABŞ dolları dəyərində 356,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.2009-cu ilin ilk 2 ayına nisbətən 2010-cu ilin ilk 2 ayında ixrac əməliyyatlarının həcmi 115,54% (1724240,4 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 23,84% (220220,1 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 17338,4 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 38937,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2010-cu ilin ilk 2 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 6627,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 112,80% təşkil etmişdir. Bunlardan 5672,5 min ton ixrac, 955,2 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (45,6 min ton), dəmiryolu (451,3 min ton), avtomobil (80,7 min ton), hava (86,2 min ton) və stasionar nəql etmə (boru kəməri) (5008,0 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (63,3 min ton), dəmiryolu (687,6 min ton), avtomobil (199,8 min ton), hava (2,3 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 27561 (əlavə vərəqlə birlikdə 38649) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 5173 (əlavə vərəqlə birlikdə 5782) ədəd ixrac, 22388 (əlavə vərəqlə birlikdə 32867) ədəd idxal YGB-dir. 2010-cu ilin ilk 2 ayındə YGB-lərin ümumi sayı 2009-cu ilin müvafiq dövrünə nisbətən 88,74% təşkil etmiş və ya 3497 ədəd bəyannamə az olmuşdur. O cümlədən ixracda artım 709 (115,88%) ədəd, idxalda isə azalma 4206 (84,18%) ədəd YGB olmuşdur..jpg)
.jpg)
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1422,4 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Bermud adaları (581,0 min ton), İsveçrə (273,4 min ton), İtaliya (224,2 min ton), Gürcüstan (90,4 min ton), Tacikistan (52,9 min ton), İran (46,8 min ton),Türkmənistan (41,2 min ton), Rusiya (38,8 min ton), Əfqanistan (34,0 min ton) və Türkiyə (22,7 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 150,65% olmuş və ya 478,2 min ton çoxalmışdır.
2010-cu ilin ilk 2 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (1788577,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (1428043,0 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (364000,2 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (339688,0 min ABŞ dolları) olmuşdur;
- fevral ayında ixrac əməliyyatlarının həcmi yanvar ayı ilə müqayisədə 360534,6 min ABŞ dolları həcmində artmışdır;
- fevral ayında idxal əməliyyatlarının həcmi yanvar ayı ilə müqayisədə 24312,3 min ABŞ dolları həcmində azalmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 24906,1 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 58,99% təşkil etmiş və ya 17311,7 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2010-cu ilin ilk 2 ayı ərzində 01, 21, 23, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -0,42 % -0,06 %
21 (SDV ilə hesablaşma) -93,00 % -74,11 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,01 % -3,63 %
41 (qapalı dövriyyəli valyuta) -0,39 % -6,43 %
80 (digərləri) -6,18 % -15,77 %
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2009-cu ilin ilk 2 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 85,18% (2009-cu ilin ilk 2 ayıının ixracına nisbətən 232,67%), neft məhsulları - 5,34% (112,86%), bitki və heyvan mənşəli yağlar - 1,24% (190,33%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,49% (310,55%), meyvə-tərəvəz - 0,38% (104,27%), kimya sənayesi məhsulları - 0,21% (324,45%), alkoqollu və alkoqolsuz içkilər - 0,10% (281,67%), pambıq - 0,03% (176,57%), alüminium və ondan hazırlanan məmulatlar - 0,03% (7,95%), tütün və tütün məmulatları - 0,02% (81,24%) təşkil edir. Qalan əmtəələrin payına 6,99% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,24% (2009-cu ilin ilk 2 ayının idxalına nisbətən 62,98%), ərzaq məhsulları - 19,31% (109,14%), nəqliyyat vasitələri və onların hissələri - 13,08% (68,23%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,71% (70,48%), oduncaq və ondan hazırlanan məmulatlar - 3,62% (364,57%), əczaçılıq məhsulları - 1,92% (88,04%), mebel - 1,12% (97,22%), xalq istehlakı malları - 0,77% (101,07%) təşkil edir. Qalan əmtəələrin payına 24,24% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2009-cu ilin
(min ABŞ 2 ayına netto
dolları) çəki nisb.%-lə
1) Neft (xam) 4896304,0 t 2739866,9
1.1) Boru kəməri ilə 01.03.2010-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə 289728,0 t
-Supsa boru kəməri ilə 676041,0 t
-Bakı-Tbilisi-Ceyhan 5370071,7 t
1.2) Dəmiryolu nəqliyyatı
01.03.2010-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 147414,3 t
2) Neft emal məhsulları 313232,9 t 171736,0
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 295670,0 t 158413,5
2.1) 01.03.2010-cu ilə qədər
şərti bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları 89363,0 t
3) Bitki və heyvan mənş.yağ. 15863,1 t 39813,5 186,0 %
4) Spirtli içkilər 1105804,3 L 3211,9 122,8 %
5) Tütün 206,4 t 492,8 57,8 %
6) Tütün məmulatı 27100,0 min əd. 199,9 24,6 %
7) Qara metallar 20449,5 t 8374,9 185,1 %
8) Alüminium 1230,3 t 844,7 10,9 %
9) Çay 1360,5 t 5847,5 139,4 %
10) Pambıq mahlıcı 806,8 t 972,5 137,8 %
11) Elektrik enerjisi 12,5 mln. kvt/s 493,1
12) Təbii qaz 183204,8 min kub/m37422,5
.jpg)
İdxalınstrukturunda əsasyertutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2009-cu ilin
(min ABŞ 2 ayına netto
dolları) çəki nisb.%-lə
1) Ət və ət məhsulları 3470,1 t 3156,2 78,1 %
2) Buğda 154868,8 t 31918,7 64,4 %
3) Un 272,1 t 71,2 2,5 %
4) Şəkər 47948,2 t 25064,0 96,2 %
5) Yağ 27963,3 t 26728,2 159,6 %
- kərə yağı 2285,8 t 5555,6
- bitki və heyvan mən.yağ. 25677,5 t 21172,6
6) Çay 1843,1 t 3853,8 88,2 %
7) Spirt 424072,3 L 330,2 226,3 %
8) Spirtli içkilər 584612,3 L 1465,6 38,1 %
9) Tütün 77,8 t 704,5 73,4 %
10) Tütün məmulatı 903891,1 min əd. 19447,9 59,9 %
11) Qara metallar 56776,8 t 18185,0 95,9 %
12) Minik avtomobilləri
-YGB əsasında 3144 əd. 28308,2 122,1 %
-GMO əsasında 3093 əd. 22326,9
13) Neft məhsulları 3053,1 t 3539,9
14) Elektrik enerjisi 0,6 mln. kvt/s 22,5
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (4896304,0 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (269398,7 ton (86,01%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azal OİL" YSM idarəsi (17562,9 tonu (5,61%)), "Azneftyağ" İstehsalat Birliyi (12937,4 ton (4,13%)), və "İlqar LTD" şirkəti (12698,8 ton (4,05%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 2851382,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88,65%) çıxarmışlar, o cümlədən, 2821999,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,97%) və 23266,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,82%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 467462,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,43%) gətirilmişdir. Onlardan 341587,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 73,07%) və 101005,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 21,61 %) gətirilmişdir.Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 2383920,3 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,90%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,47%); qara metallar (0,29%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,29%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,29%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 20,53%); elektrik maşınları və avadanlıqları, onların hissələri (13,13%); quru nəqliyyat vasitələri (12,62%); qara metallardan məmulatlar (5,85%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,93%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 365238,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 11,35%) çıxarmışlar, o cümlədən, 169617,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 46,44%), 175502,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 48,05%) və 12497,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3,42%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 236226,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,57%) gətirilmişdir. Onlardan 179889,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,15%), 44615,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 18,89 %) və 9993,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,23%) gətirilmişdir.
MDB ölkələri üzrə müsbət saldo 129012,1 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 44,40%); gəmilər, qayıqlar və digər üzən vasitələr (31,00%); heyvan və ya bitki mənşəli piylər və yağlar (10,54%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (2,66%); meyvə (2,40%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 14,84%); avadanlıqlar və mexaniki qurğular (10,19%); quru nəqliyyat vasitələri (9,02%); oduncaq və ondan hazırlanan məmulatlar; ağac kömürü (8,45%); qara metallardan məmulatlar (6,66%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda .jpg)
.jpg)
Ölkənin adı Dəyəri (min Ümumi ixra-
ABŞ dol.) ca nisb.%-lə
İtaliya 1248735,91 38,82
İndoneziya 272271,96 8,46
İsrail 238349,00 7,41
Fransa 213797,40 6,65
ABŞ 200280,46 6,23
Ukrayna 143448,44 4,46
Qazaxıstan 118526,51 3,68
Rusiya 96503,54 3,00
Xorvatiya 89756,26 2,79
Hindistan 79459,28 2,47
İdxalda
Ölkənin adı Dəyəri (min Ümumi idxa-
ABŞ dol.) la nisb.%-lə
Rusiya 130822,54 18,59
Türkiyə 81381,97 11,57
Almaniya 51615,93 7,34
Çin 50806,04 7,22
Ukrayna 50627,18 7,19
B. Britaniya 33735,42 4,79
Qazaxıstan 31694,07 4,50
Fransa 24355,10 3,46
ABŞ 22041,11 3,13
Belarus 18325,55 2,60
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 2700 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1814-ü hüquqi, 886-sı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2976950,1 min ABŞ dolları (92,55%), özəl sektorun 230508,1 min ABŞ dolları (7,17%), fiziki şəxslərin payı isə 9162,4 min ABŞ dolları (0,28%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 201075,2 min ABŞ dolları (28,57%), özəl sektorun payı 455776,6 min ABŞ dolları (64,77%), fiziki şəxslərin payı isə 46871,2 min ABŞ dolları (6,66%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi










