2009-cu ilin I rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2009-cu ilin I rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 108 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 3804414,2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2482312,1 min ABŞ dolları dəyərində 972 adda mal ixrac, 1322102,1 min ABŞ dolları dəyərində 4148 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1160210,1 min ABŞ dolları təşkil etmişdir.
.jpg)
O cümlədən, respublikaya 6746,4 min ABŞ dolları dəyərində 210,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin I rübünə nisbətən 2009-cu ilin I rübündə ixrac əməliyyatlarının həcmi 60,77% (938335,3 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 2,25% (30432,3 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 33723,6 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 86442,9 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin I rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 9456,4 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 209,97% təşkil etmişdir. Bunlardan 7831,0 min ton ixrac, 1625,4 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (78,9 min ton), dəmiryolu (773,9 min ton), avtomobil (85,4 min ton), hava (0,7 min ton) və stasionar nəqletmə (boru kəməri) (6890,4 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (30,9 min ton), dəmiryolu (1263,9 min ton), avtomobil (313,7 min ton) və hava (5,7 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 45627 (əlavə vərəqlə birlikdə 62221) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 6290 (əlavə vərəqlə birlikdə 7046) ədəd ixrac, 39337 (əlavə vərəqlə birlikdə 55175) ədəd idxal YGB-dir. 2009-cu ilin I rübündə YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 90,5% təşkil etmiş və ya 5040 ədəd bəyannamə az olmuşdur. O cümlədən, ixracda azalma 2665 (70,24%) ədəd, idxalda isə 2375 (94,31%) ədəd YGB olmuşdur.
.jpg)
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1456,2 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (641,2 min ton), İtaliya (174,3 min ton), Bermud adaları (168,1 min ton), Gürcüstan (127,8 min ton), Türkmənistan (120,8 min ton), Tacikistan (57,6 min ton), İran (55,9 min ton), Rusiya (47,1 min ton) və Türkiyə (29,6 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 85,57% olmuş və ya 245,5 min ton azalmışdır.
2009-cu ilin I rübü ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında (989931,9 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (518167,1 min ABŞ dolları), aşağı həddi isə mart ayında (395809,5 min ABŞ dolları) olmuşdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 192041,7 min ABŞ dolları həcmində artmış, idxal əməliyyatlarının həcmi isə 12316,0 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 147721,0 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 61178,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 63074,4 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 182% təşkil etmiş və ya 28414,74 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin I rübü ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -0,01 % -0,73%
21 (SDV ilə hesablaşma) -96,54 % -77,07 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,03 % -3,63 %
41 (qapalı dövriyyəli valyuta) -0,42 % -3,76 %
80 (digərləri) -3,00 % -14,81 %
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin I rübünə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 82,70% (2008-ci ilin I rübünün ixracına nisbətən 245,45%), neft məhsulları - 8,94% (50,58%), bitki və heyvan mənşəli yağlar - 1,23% (101,83%), meyvə-tərəvəz - 0,59% (63,97%), alüminium və ondan hazırlanan məmulatlar - 0,45% (32,34%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,29% (29,75%), kimya sənayesi məhsulları - 0,14% (12,55%), alkoqollu və alkoqolsuz içkilər - 0,07% (37,60%), pambıq - 0,06% (55,58%), tütün və tütün məmulatları - 0,05% (125,53%) təşkil edir. Qalan əmtəələrin payına 5,49% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 33,28% (2008-ci ilin I rübünün idxalına nisbətən 117,45%), ərzaq məhsulları - 14,39% (107,50%), nəqliyyat vasitələri və onların hissələri - 13,43% (59,29%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,50% (107,14%), əczaçılıq məhsulları - 1,84% (115,78%), oduncaq və ondan hazırlanan məmulatlar - 0,82% (62,73%), mebel - 0,74% (125,75%), xalq istehlakı malları - 0,67% (85,30%) təşkil edir. Qalan əmtəələrin payına 26,33% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ci ilin
(min ABŞ I rübünə netto
lları) çəki nisb.%-lə
1) Neft (xam) 6694332,0 t 2052901,1
1.1) Boru kəməri ilə 01.04.2009-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə 610842,0 t
-Supsa boru kəməri ilə 1105316,0 t
-Bakı-Tbilisi-Ceyhan 7716799,7 t
1.2) Dəmiryolu nəqliyyatı
01.04.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 191594,6 t
2) Neft emal məhsulları 683960,3 t 221875,4
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 683960,3 t 221875,4
2.1) 01.04.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları 97814,6 t
3) Bitki və heyvan mənş. yağ. 12416,3 t 30434,9 62,7 %
4) Spirtli içkilər 1394372,1 L 1756,8 43,7 %
5) Tütün 450,1 t 1052,8 61,5 %
6) Tütün məmulatı 122500,0 min əd. 93,7 316,5 %
7) Qara metallar 14675,1 t 6548,4 47,6 %
8) Alüminium 11879,6 t 11055,1 71,3 %
9) Çay 1413,9 t 6438,1 109,9 %
10) Pambıq mahlıcı 1634,6 t 1489,8 60,3 %
11) Elektrik enerjisi 118,6 mln. kvt/s 4086,7
12) Təbii qaz 260343,6 min kub/m 52398,8
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ci ilin
(min ABŞ I rübünə netto
dolları) çəki nisb.%-lə
1) Ət və ət məhsulları 5799,9 t 4158,5 132,7 %
2) Buğda 372167,6 t 68248,2 146,1 %
3) Un 17682,0 t 3936,7 776,8 %
4) Şəkər 65220,0 t 21590,8 123,3 %
5) Yağ 26082,3 t 23166,5 85,7 %
- kərə yağı 3225,1 t 4579,6
- bitki və heyvan mən.yağ. 22857,2 t 18587,0
6) Çay 2704,3 t 5771,9 129,0 %
7) Spirt 228471,6 L 259,1 32,49 %
8) Spirtli içkilər 1780875,5 L 2710,4 69,0 %
9) Tütün 414,0 t 550,2 49,4 %
10) Tütün məmulatı 2232537,3 min əd. 44836,8 98,6 %
11) Qara metallar 93808,1 t 27048,4 54,6 %
12) Minik avtomobilləri
-YGB əsasında 4451 əd. 43137,8 43,2 %
-GMO əsasında 12311 əd. 60314,9
13) Neft məhsulları 11446,1 t 12259,0
14) Elektrik enerjisi 37,7 mln. kvt/s 1409,4
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (6694332,0 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (659024,5 ton (96,35%)), "Azneftyağ" İstehsalat Birliyi (20487,5 tonu (3,00%)) və "Monolit-D LTD" firması (4448,2 ton (0,65%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 2242098,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 90,32%) çıxarmışlar, o cümlədən, 2237506,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,80%) və 4451,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,20%) çıxarılmışdır.
.jpg)
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 933189,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 70,58%) gətirilmişdir. Onlardan 699244,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,93%) və 180463,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 19,34 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1308909,7 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,38%); alüminium və alüminium məmulatları (0,49%); qara metallar (0,29%); ətdən, balıqdan hazır məhsullar (0,21%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,12%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 24,31%); elektrik maşınları və avadanlıqları, onların hissələri (14,44%); quru nəqliyyat vasitələri (11,61%); qara metallardan məmulatlar (8,09%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (7,38%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 240213,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 9,68%) çıxarmışlar, o cümlədən, 158990,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 66,19%), 69939,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 29,12%) və 10349,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 4,31%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 388912,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 29,42%) gətirilmişdir. Onlardan 319718,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 82,21%), 43631,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,22 %) və 15312,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,94%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 148699,6 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 53,56%); heyvan və ya bitki mənşəli piylər və yağlar (12,63%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,04%); meyvə (4,75%); gəmilər, qayıqlar və digər üzən vasitələr (3,95%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 18,68%); elektrik maşınları və avadanlıqları, onların hissələri (13,08%); quru nəqliyyat vasitələri (10,23%); avadanlıqlar və mexaniki qurğular (7,09%); tütün və tütünün sənaye əvəzediciləri (5,89%) idxal edilmişdir.
.jpg)
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
İxracda
Ölkənin adı Dəyəri (min Ümumi ixra-
ABŞ dol.) ca nisb.%-lə
İtaliya 763267,49 30,75
Fransa 335624,99 13,52
ABŞ 255069,35 10,28
İsrail 163236,15 6,58
Kanada 129665,42 5,22
Gürcüstan 122277,98 4,93
Koreya Resp. 93388,00 3,76
İndoneziya 86224,74 3,47
Tayvan 81564,12 3,29
Rusiya 78042,40 3,14
İdxalda
Ölkənin adı Dəyəri (min Ümumi idxa-
ABŞ dol.) la nisb.%-lə
Rusiya 232011,31 17,55
Almaniya 163262,59 12,35
Türkiyə 162291,32 12,28
Ukrayna 110217,08 8,34
B.Britaniya 80259,13 6,07
ABŞ 76798,16 5,81
Çin 61481,54 4,65
Fransa 50335,31 3,81
Yaponiya 30252,14 2,29
İtaliya 25181,28 1,90
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4814 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2438-i hüquqi, 2376-sı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2354641,2 min ABŞ dolları (94,86%), özəl sektorun 115537,4 min ABŞ dolları (4,65%), fiziki şəxslərin payı isə 12133,6 min ABŞ dolları (0,49%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 326800,22 min ABŞ dolları (24,72%), özəl sektorun payı 932167,67 min ABŞ dolları (70,57%), fiziki şəxslərin payı isə 63134,16 min ABŞ dolları (4,78%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi