AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2010-cu ilin I rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti

 
2010-cu ilin I rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 112 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5667674,9 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 4509261,5 min ABŞ dolları dəyərində 995 adda mal ixrac, 1158413,4 min ABŞ dolları dəyərində 4050 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 3350848,1 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 5641,1 min ABŞ dolları dəyərində 469,1 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2009-cu ilin I rübünə nisbətən 2010-cu ilin I rübündə ixrac əməliyyatlarının həcmi 81,65% (2026894,3 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 12,60% (166968,7 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 33810,9 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 72734,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2010-cu ilin I rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 9527,8 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 100,76% təşkil etmişdir. Bunlardan 8111,5 min ton ixrac, 1416,3 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (82,2 min ton), dəmiryolu (773,8 min ton), avtomobil (123,4 min ton), hava (86,6 min ton) və stasionar nəqletmə (boru kəməri) (7044,7 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (141,4 min ton), dəmiryolu (948,2 min ton), avtomobil (319,2 min ton), hava (3,7 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 43646 (əlavə vərəqlə birlikdə 61223) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 8037 (əlavə vərəqlə birlikdə 8934) ədəd ixrac, 35609 (əlavə vərəqlə birlikdə 52289) ədəd idxal YGB-dir. 2010-cu ilin I rübündə YGB-lərin ümumi sayı 2009-cu ilin müvafiq dövrünə nisbətən 95,66% təşkil etmiş və ya 1981 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 1747 (127,77%) ədəd, idxalda isə azalma 3728 (90,52%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2154,9 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Bermud adaları (891,7 min ton), İsveçrə (400,1 min ton), İtaliya (299,2 min ton), Gürcüstan (129,7 min ton), Tacikistan (100,2 min ton), İran (71,6 min ton), Əfqanıstan (71,3 min ton), Türkmənistan (66,0 min ton) və Türkiyə (34,8 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 147,98% olmuş və ya 698,7 min ton çoxalmışdır.
2010-cu ilin I rübü ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (1788577,6 min ABŞ dolları), aşağı həddi isə mart ayında (1292640,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi mart ayında (449248,5 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (345164,7 min ABŞ dolları) olmuşdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 495936,7 min ABŞ dolları həcmində azalmışdır;
- mart ayında idxal əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 104083,8 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq azalma 67701,1 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 42624,1 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 38461,1 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 60,98% təşkil etmiş və ya 24613,3 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2010-cu ilin I rübü ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                                                    İxracda:                 İdxalda:
 
01 (milli valyuta ilə hesablaşma)         -0,30 %                   -0,09 %
21 (SDV ilə hesablaşma)                      -93,89 %                 -76,56 %
23 (dövlət krediti üzrə hesablaşma)    -0,01 %                   -4,16 %
41 (qapalı dövriyyəli valyuta)                  -0,33 %                   -5,96 %
80 (digərləri)                                             -5,48 %                   -13,24 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2009-cu ilin I rübünə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 84,61% (2009-cu ilin I rübünün ixracına nisbətən 185,84%), neft məhsulları - 6,72% (136,51%), bitki və heyvan mənşəli yağlar - 1,23% (182,43%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,61% (374,27%), meyvə-tərəvəz - 0,33% (100,75%), kimya sənayesi məhsulları - 0,31% (407,89%), alkoqollu və alkoqolsuz içkilər - 0,10% (256,92%), pambıq - 0,05% (151,87%), tütün və tütün məmulatları - 0,02% (93,26%), alüminium və ondan hazırlanan məmulatlar - 0,02% (8,80%) təşkil edir. Qalan əmtəələrin payına 6,00% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,77% (2009-cu ilin I rübünün idxalına nisbətən 72,99%), ərzaq məhsulları - 17,63% (107,37%), nəqliyyat vasitələri və onların hissələri - 12,34% (79,42%), qara metallar və onlardan hazırlanan məmulatlar - 7,44% (76,62%), oduncaq və ondan hazırlanan məmulatlar - 2,81% (298,51%), əczaçılıq məhsulları - 1,92% (91,76%), mebel - 0,89% (105,28%), xalq istehlakı malları - 0,77% (100,64%) təşkil edir. Qalan əmtəələrin payına 28,43% düşür.
 
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                    Miqdarı                       Dəyəri                     2009-cu ilin
                                                                                                       (min ABŞ                I rübünə netto
                                                                                                         dolları                 çəki nisb.%-lə
  
1) Neft (xam)                                           6850072,8 t                 3815118,9
1.1) Boru kəməri ilə 01.04.2010-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                          449589,0 t
-Supsa boru kəməri ilə                        1052853,7 t
-Bakı-Tbilisi-Ceyhan                             8266683,5 t
1.2) Dəmiryolu nəqliyyatı
01.04.2010-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)               278184,2 t
2) Neft emal məhsulları                       551931,7 t                    302893,5
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                 534368,8 t                    289571,0
2.1) 01.04.2010-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları            85695,1 t
3) Bitki və heyvan mənş. yağ.              22211,7 t                      55523,8                   178,9 %
4) Spirtli içkilər                                       1979610,4 L                4439,1                      142,0 %
5) Tütün                                                   354,1 t                           869,8                        78,7 %
6) Tütün məmulatı                                 27100,0 min əd.         199,9                        22,1 %
7) Qara metallar                                     45573,8 t                     19015,8                    310,6 %
8) Alüminium                                          1389,5 t                        973,3                        11,7 %
9) Çay                                                       2028,1 t                        8402,1                     143,4 %
10) Pambıq mahlıcı                               1782,7 t                        2214,8                     111,9 %
11) Elektrik enerjisi                                31,7 mln. kvt/s            1112,7
12) Təbii qaz                                            295057,8 min kub/m42377,9

 
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                   Miqdarı                        Dəyəri                      2009-cu ilin
                                                                                                       (min ABŞ                I rübünə netto
                                                                                                         dolları                 çəki nisb.%-lə
    
1) Ət və ət məhsulları                           4711,1 t                         4297,2                      81,2 %
2) Buğda                                                 215287,6 t                    44079,5                    57,9 %
3) Un                                                        689,3 t                           176,0                        3,9 %
4) Şəkər                                                  73198,2 t                       37944,7                   112,2 %
5) Yağ                                                      36696,9 t                       36817,4                   140,7 %
 - kərə yağı                                              4210,4 t                         9769,3
 - bitki və heyvan mən.yağ.                   32486,5 t                       27048,2
6) Çay                                                      2332,0 t                         4966,2                     86,2 %
7) Spirt                                                     424072,3 L                   330,2                       185,6 %
8) Spirtli içkilər                                       1149387,3 L                 2127,4                     64,5 %
9) Tütün                                                   271,5 t                           1086,7                     65,6 %
10) Tütün məmulatı                              2211215,1 min əd.      44254,2                  99,0 %
11) Qara metallar                                  70558,2 t                       24962,3                  75,2 %
12) Minik avtomobilləri
 -YGB əsasında                                     5301 əd.                        47339,2                  113,3 %
 -GMO əsasında                                    4799 əd.                        34007,1
13) Neft məhsulları                               6538,0 t                         7781,5
14) Elektrik enerjisi                               5,8 mln. kvt/s                196,2
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (6850072,8 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (474066,3 ton (85,89%)), "İlqar LTD" şirkəti (34269,3 tonu (6,21%)), "Azneftyağ" İstehsalat Birliyi (20181,5 ton (3,66%)) və Azərbaysan Hava Yolları" QSC-nin "Azal OİL" YSM idarəsi (17562,9 ton (3,18%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 4088746,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 90,67%) çıxarmışlar, o cümlədən, 4045137,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,93%) və 37471,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,92%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 777620,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67,13%) gətirilmişdir. Onlardan 589215,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,77%) və 139820,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 17,98 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 3311126,2 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,73%); qara metallar (0,47%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,38%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,34%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,22%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 21,97%); elektrik maşınları və avadanlıqları, onların hissələri (12,20%); quru nəqliyyat vasitələri (10,37%); şüşə və şüşə məmulatları (5,68%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,66%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 420514,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 9,33%) çıxarmışlar, o cümlədən, 188463,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 44,82%), 209788,1 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 49,89%) və 14605,0 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3,47%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 380792,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 32,87%) gətirilmişdir. Onlardan 297623,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 78,16%), 67250,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 17,66 %) və 13519,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,55%) gətirilmişdir.
MDB ölkələri üzrə müsbət saldo 39721,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 41,03%); gəmilər, qayıqlar və digər üzən vasitələr (28,12%); heyvan və ya bitki mənşəli piylər və yağlar (12,74%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,13%); meyvə (2,46%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 12,71%); avadanlıqlar və mexaniki qurğular (11,45%); quru nəqliyyat vasitələri (10,65%); tütün və tütünün sənaye əvəzediciləri (7,27%); qara metallardan məmulatlar (6,70%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
 
İxracda
Ölkənin adı           Dəyəri (min                           Ümumi ixra-
                                  ABŞ dol.)                             ca nisb.%-lə
 
İtaliya                      1764436,67                            39,13
İsrail                       347444,37                               7,71
Fransa                   318209,46                               7,06
İndoneziya             272271,96                              6,04
ABŞ                         200455,77                              4,45
Xorvatiya                182586,04                               4,05
Ukrayna                 153101,68                               3,40
Hindistan              152341,47                               3,38
Malayziya               143480,36                               3,18
Rusiya                   132588,45                               2,94
 
 
İdxalda
Ölkənin adı           Dəyəri (min                           Ümumi idxa-
                                  ABŞ dol.)                              la nisb.%-lə
 
Rusiya                    213447,99                               18,43
Çin                          130625,28                               11,28
Türkiyə                   127703,50                               11,02
Ukrayna                 86890,94                                  7,50
Almaniya                77432,56                                 6,68
B. Britaniya            58263,93                                  5,03
Qazaxıstan            43653,35                                  3,77
ABŞ                         32954,44                                  2,84
Belarus                  29401,67                                  2,54
Fransa                   29243,10                                  2,52
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 3393 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2149-u hüquqi, 1244-ü isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 4197091,5 min ABŞ dolları (93,08%), özəl sektorun 300797,7 min ABŞ dolları (6,67%), fiziki şəxslərin payı isə 11372,3 min ABŞ dolları (0,25%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 325310,1 min ABŞ dolları (28,08%), özəl sektorun payı 761999,6 min ABŞ dolları (65,78%), fiziki şəxslərin payı isə 71103,7 min ABŞ dolları (6,14%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az