2009-cu ilin 4 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2009-cu ilin ilk 4 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 116 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5354274,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3537099,8 min ABŞ dolları dəyərində 1138 adda mal ixrac, 1817174,2 min ABŞ dolları dəyərində 4518 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1719925,6 min ABŞ dolları təşkil etmişdir.

O cümlədən, respublikaya 8977,4 min ABŞ dolları dəyərində 372,8 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin ilk 4 ayına nisbətən 2009-cu ilin ilk 4 ayında ixrac əməliyyatlarının həcmi 8,31% (320396,5 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 5,60% (107829,7 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 43502,3 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 116363,5 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin ilk 4 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 13071,8 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 138,75% təşkil etmişdir. Bunlardan 10775,9 min ton ixrac, 2295,9 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (101,5 min ton), dəmiryolu (1008,4 min ton), avtomobil (122,8 min ton), hava (22,3 min ton) və stasionar nəqletmə (boru kəməri) (9518,7 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (60,0 min ton), dəmiryolu (1761,1 min ton), avtomobil (453,7 min ton) və hava (7,8 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 63530 (əlavə vərəqlə birlikdə 86357) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 8856 (əlavə vərəqlə birlikdə 9865) ədəd ixrac, 54674 (əlavə vərəqlə birlikdə 76492) ədəd idxal YGB-dir. 2009-cu ilin ilk 4 ayında YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 86,85% təşkil etmiş və ya 9617 ədəd bəyannamə az olmuşdur. O cümlədən ixracda azalma

4438 (66,62%) ədəd, idxalda isə 5179 (91,35%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2028,3 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (840,1 min ton), İtaliya (299,1 min ton), Bermud adaları (205,6 min ton), Gürcüstan (191,0 min ton), Türkmənistan (183,7 min ton), İran (85,0 min ton), Tacikistan (76,0 min ton), Rusiya (62,1 min ton) və Türkiyə (41,6 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 89,71% olmuş və ya 232,7 min ton azalmışdır.
2009-cu ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (1054819,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (518167,1 min ABŞ dolları), aşağı həddi isə mart ayında (395922,5 min ABŞ dolları) olmuşdur;
- aprel ayında ixrac əməliyyatlarının həcmi mart ayı ilə müqayisədə 64919,6 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 99022,0 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 120109,9 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 7740,9 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 80191,1 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 176,76% təşkil etmiş və ya 34824,8 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin ilk 4 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -0,17 % -0,55 %
21 (SDV ilə hesablaşma) -96,41 % -77,54 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,02 % -3,88 %
41 (qapalı dövriyyəli valyuta) -0,34 % -3,75 %
80 (digərləri) -3,05 % -14,28 %
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin ilk 4 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 83,07% (2008-ci ilin ilk 4 ayıının ixracına nisbətən 106,55%), neft məhsulları - 8,68% (47,28%), bitki və heyvan mənşəli yağlar - 1,15% (95,03%), meyvə-tərəvəz - 0,52% (65,06%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,47% (49,02%), alüminium və ondan hazırlanan məmulatlar - 0,32% (26,80%), kimya sənayesi məhsulları - 0,13% (11,09%), alkoqollu və alkoqolsuz içkilər - 0,08% (43,19%), pambıq - 0,04% (36,30%), tütün və tütün məmulatları - 0,04% (117,42%) təşkil edir. Qalan əmtəələrin payına 5,50% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 34,02% (2008-ci ilin ilk 4 ayının idxalına nisbətən 113,04%), ərzaq məhsulları - 13,46% (95,66%), nəqliyyat vasitələri və onların hissələri - 12,82% (61,89%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,86% (97,68%), əczaçılıq məhsulları - 1,99% (98,79%), oduncaq və ondan hazırlanan məmulatlar - 0,98% (75,60%), xalq istehlakı malları - 0,71% (77,04%), mebel - 0,64% (114,40%) təşkil edir. Qalan əmtəələrin payına 26,52% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ci ilin
(min ABŞ 4 ayına netto
dolları) çəki nisb.%-lə
1) Neft (xam) 9209382,9 t 2938373,3
1.1) Boru kəməri ilə 01.05.2009-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə 835315,0 t
-Supsa boru kəməri ilə 1483620,0 t
-Bakı-Tbilisi-Ceyhan 10487952,1 t
1.2) Dəmiryolu nəqliyyatı
01.05.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 402343,2 t
2) Neft emal məhsulları 895039,0 t 306942,3
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 882787,1 t 299673,6
- digərləri 3562,8 t 1388,5
2.1) 01.05.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmiləş-
dirilməmiş neft məhsulları 107136,3 t
3) Bitki və heyvan mənş.yağ. 16653,2 t 40620,4 59,1 %
4) Spirtli içkilər 2068956,1 L 2785,5 46,0 %
5) Tütün 557,9 t 1258,8 58,1%
6) Tütün məmulatı 122500,0 min əd. 93,7 246,5 %
7) Qara metallar 15789,8 t 7077,1 40,0 %
8) Alüminium 11999,5 t 11151,3 58,9 %
9) Çay 1790,2 t 7811,1 108,4 %
10) Pambıq mahlıcı 1733,1 t 1583,5 39,0 %
11) Elektrik enerjisi 132,6 mln. kvt/s 4552,6
12) Təbii qaz 411668,3 min kub/m74714,7
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarıvə dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ci ilin
(minABŞ 4 ayına netto
dolları) çəki nisb.%-lə
1) Ət və ət məhsulları 7626,6 t 5304,0 118,7 %
- humanitar yardım 36,9 t 36,9
2) Buğda 456146,3 t 81630,5 127,3 %
3) Un 25124,5 t 5428,4 1015,8 %
4) Şəkər 84781,3 t 28152,0 105,8 %
5) Yağ 30883,9 t 27976,9 75,1 %
- kərə yağı 4155,9 t 6299,6
- bitki və heyvan mən.yağ. 26728,0 t 21677,3
6) Çay 3147,9 t 6855,1 119,0 %
7) Spirt 418733,6 L 428,6 57,4 %
8) Spirtli içkilər 2301178,0 L 4143,8 72,4 %
9) Tütün 556,0 t 1038,7 52,1 %
10) Tütün məmulatı 2820100,6 min əd. 57517,3 93,5 %
11) Qara metallar 131827,1 t 38926,7 57,3 %
12) Minik avtomobilləri
-YGB əsasında 6980 əd. 65774,5 49,1 %
-GMO əsasında 14891 əd. 76171,5
13) Neft məhsulları 14435,6 t 16078,9
14) Elektrik enerjisi 46,5 mln. kvt/s 1694,0
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (9209382,9 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (845186,9 ton (94,43%)), "Azneftyağ" İstehsalat Birliyi (32255,3 tonu (3,60%)), "Azərbaycan Hava Yolları" QSC (8689,1 ton (0,97%)), və "Monolit-D LTD" firması (5344,9 ton (0,60%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 3207595,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 90,68%) çıxarmışlar, o cümlədən, 3195409,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,62%) və 11164,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,35%) çıxarılmışdır.
.jpg)
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1255112,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 69,07%) gətirilmişdir. Onlardan 947698,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,51%) və 236549,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 18,85 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1952483,5 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,46%); alüminium və alüminium məmulatları (0,35%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,23%); qara metallar (0,22%); ətdən, balıqdan hazır məhsullar (0,15%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 25,00%); elektrik maşınları və avadanlıqları, onların hissələri (13,46%); quru nəqliyyat vasitələri (11,35%); qara metallardan məmulatlar (8,69%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (6,24%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 329504,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 9,32%) çıxarmışlar, o cümlədən, 214871,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 65,21%), 96804,2 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 29,38%) və 11893,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3,61%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 562062,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 30,93%) gətirilmişdir. Onlardan 461321,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 82,08%), 60942,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,84 %) və 22993,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,09%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 232557,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 51,82%); heyvan və ya bitki mənşəli piylər və yağlar (12,27%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (6,23%); meyvə (3,86%); gəmilər, qayıqlar və digər üzən vasitələr (3,36%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində elektrik maşınları və avadanlıqları, onların hissələri (idxala nisbətən 15,69%); dənli bitkilər (15,45%); quru nəqliyyat vasitələri (9,31%); avadanlıqlar və mexaniki qurğular (8,42%); tütün və tütünün sənaye əvəzediciləri (5,37%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar: .jpg)
İxracda
Ölkənin Dəyəri (min Ümumi ixra-
adı ABŞ dol.) ca nisb.%-lə
İtaliya 1146465,19 32,41
ABŞ 423591,26 11,98
Fransa 365418,75 10,33
İsrail 268326,84 7,59
Gürcüstan 162665,22 4,60
İndoneziya 130320,84 3,68
Kanada 129715,41 3,67
Rusiya 110309,10 3,12
Koreya 93388,00 2,64
Tayvan 81564,12 2,31
İdxalda
Ölkənin Dəyəri (min Ümumi idxa-
adı ABŞ dol.) la nisb.%-lə
Rusiya 317598,17 17,48
Türkiyə 242834,38 13,36
Almaniya 205720,71 11,32
Ukrayna 165052,45 9,08
B. Britaniya 109721,03 6,04
Çin 103080,00 5,67
ABŞ 94758,24 5,21
Fransa 53985,04 2,97
Yaponiya 42636,00 2,35
Belarus 37348,07 2,06
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5463 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2725-i hüquqi, 2738-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 3353067,1 min ABŞ dolları (94,80%), özəl sektorun 169567,9 min ABŞ dolları (4,79%), fiziki şəxslərin payı isə 14464,8 min ABŞ dolları (0,41%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 466773,7 min ABŞ dolları (25,69%), özəl sektorun payı 1266522,0 min ABŞ dolları (69,69%), fiziki şəxslərin payı isə 83878,5 min ABŞ dolları (4,62%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi