AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2010-cu ilin 4 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2010-cu ilin 4 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
 
2010-cu ilin ilk 4 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 118 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 8007870,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6246533,8 min ABŞ dolları dəyərində 1218 adda mal ixrac, 1761336,5 min ABŞ dolları dəyərində 4556 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 4485197,3 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 8567,0 min ABŞ dolları dəyərində 714,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2009-cu ilin ilk 4 ayına nisbətən 2010-cu ilin ilk 4 ayında ixrac əməliyyatlarının həcmi 76,49% (2707150,5 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 5,27% (97996,1 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 45094,9 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 115949,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2010-cu ilin ilk 4 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 13402,0 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 102,53% təşkil etmişdir. Bunlardan 11280,2 min ton ixrac, 2121,8 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (104,7 min ton), dəmiryolu (1066,3 min ton), avtomobil (165,5 min ton), hava (141,5 min ton) və stasionar nəql etmə (boru kəməri) (9801,1 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (192,3 min ton), dəmiryolu (1452,7 min ton), avtomobil (464,9 min ton) və hava (6,2 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 63402 (əlavə vərəqlə birlikdə 88857) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 11259 (əlavə vərəqlə birlikdə 12588) ədəd ixrac, 52143 (əlavə vərəqlə birlikdə 76269) ədəd idxal YGB-dir. 2010-cu ilin ilk 4 ayındə YGB-lərin ümumi sayı 2009-cu ilin müvafiq dövrünə nisbətən 99,80% təşkil etmiş və ya 128 ədəd bəyannamə az olmuşdur. O cümlədən ixracda artım 2403 (127,13%) ədəd, idxalda isə azalma 2531 (95,37%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3116,0 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Bermud adaları (1205,3 min ton), İsveçrə (507,8 min ton), İtaliya (474,9 min ton), İran (213,9 min ton), Gürcüstan (178,2 min ton), Türkiyə (141,0 min ton), Tacikistan (119,4 min ton), Əfqanistan (105,6 min ton) və Türkmənistan (85,6 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 153,63% olmuş və ya 1087,7 min ton çoxalmışdır.
2010-cu ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (1788577,6 min ABŞ dolları), aşağı həddi isə mart ayında (1292909,1 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (601445,8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (345297,4 min ABŞ dolları) olmuşdur;
- aprel ayında ixrac əməliyyatlarının həcmi mart ayı ilə müqayisədə 444095,0 min ABŞ dolları həcmində artmış, idxal əməliyyatlarının həcmi isə 150852,7 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 102987,0 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 79148,5 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 52823,2 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 65,87% təşkil etmiş və ya 27367,9 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2010-cu ilin ilk 4 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                                                    İxracda:                İdxalda:
 
01 (milli valyuta ilə hesablaşma)        - 0,39 %                 - 0,08 %
21 (SDV ilə hesablaşma)                     - 94,79 %               - 78,05 %
23 (dövlət krediti üzrə hesablaşma)   - 0,01 %                 - 3,82 %
41 (qapalı dövriyyəli valyuta)                 - 0,27 %                 - 5,21 %
80 (digərləri)                                            - 4,54 %                 - 12,83 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2009-cu ilin ilk 4 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 84,97% (2009-cu ilin ilk 4 ayının ixracına nisbətən 180,64%), neft məhsulları - 6,71% (136,58%), bitki və heyvan mənşəli yağlar - 1,05% (157,70%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,58% (216,15%), meyvə-tərəvəz - 0,29% (98,00%), kimya sənayesi məhsulları - 0,28% (376,37%), alkoqollu və alkoqolsuz içkilər - 0,09% (188,59%), pambıq - 0,04% (140,93%), tütün və tütün məmulatları - 0,03% (123,39%), alüminium və ondan hazırlanan məmulatlar - 0,02% (11,34%) təşkil edir. Qalan əmtəələrin payına 5,95% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,44% (2009-cu ilin ilk 4 ayının idxalına nisbətən 77,73%), ərzaq məhsulları - 16,12% (114,08%), nəqliyyat vasitələri və onların hissələri - 11,61% (78,37%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,99% (107,83%), oduncaq və ondan hazırlanan məmulatlar - 2,68% (258,41%), əczaçılıq məhsulları - 2,26% (109,58%), xalq istehlakı malları - 0,77% (105,96%), mebel - 0,75% (111,69%) təşkil edir. Qalan əmtəələrin payına 28,38% düşür.
 
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                    Miqdarı                      Dəyəri                     2009-cu ilin
                                                                                                      (min ABŞ                 4 ayına netto
                                                                                                        dolları                   çəki nisb.%-lə
 
1) Neft (xam)                                          9396231,9 t                 5307861,7
1.1) Boru kəməri ilə 01.05.2010-cu
ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                         664253,0 t
-Supsa boru kəməri ilə                        1420837,8 t
-Bakı-Tbilisi-Ceyhan                            11208886,2 t
1.2) Dəmiryolu nəqliyyatı
01.05.2010-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)               354923,9 t
2) Neft emal məhsulları                       748396,9 t                   419207,4
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                 534368,8 t                   289571,0
2.1) 01.05.2010-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları            93337,6 t
3) Bitki və heyvan mənş. yağ.              26448,5 t                      65677,8                  155,1 %
4) Spirtli içkilər                                       2647826,7 L                5210,1                     128,0 %
5) Tütün                                                   566,8 t                          1309,0                     101,6 %
6) Tütün məmulatı                                45100,0 min əd.          360,9                       36,8 %
7) Qara metallar                                    63392,6 t                      27235,8                   400,0 %
8) Alüminium                                         1758,3 t                        1265,2                      14,7 %
9) Çay                                                      2489,8 t                        10147,3                   139,1%
10) Pambıq mahlıcı                              1825,5 t                        2232,5                     105,3 %
11) Elektrik enerjisi                               121,7 mln. kvt/s          4322,0
12) Təbii qaz                                           603030,3 min kub/m 97143,6

 
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                   Miqdarı                        Dəyəri                     2009-cu ilin
                                                                                                       (min ABŞ                  4 ayına netto
                                                                                                         dolları                   çəki nisb.%-lə
 
1) Ət və ət məhsulları                           5695,3 t                        5368,9                       74,0 %
2) Buğda                                                 349357,7 t                   72636,3                     76,3 %
3) Un                                                        1152,9 t                        310,8                         4,6 %
4) Şəkər                                                  90668,4 t                      46859,4                    106,9 %
5) Yağ                                                      44445,8 t                      44681,4                    131,9 %
 - kərə yağı                                              4882,6 t                        11716,4
 - bitki və heyvan mən.yağ.                   39563,3 t                     32965,1
6) Çay                                                      2863,9 t                        6161,6                       91,0 %
7) Spirt                                                     505224,7 L                 408,1                          120,7 %
8) Spirtli içkilər                                       1427499,8 L               2795,9                        62,0 %
9) Tütün                                                   523,3 t                         1930,7                        91,8 %
10) Tütün məmulatı                              3257488,4 min əd.    64895,7                     115,5 %
11) Qara metallar                                 109790,7 t                    41649,6                     80,8 %
12) Minik avtomobilləri
 -YGB əsasında                                    7669 əd.                       70492,3                     103,8 %
 -GMO əsasında                                   6534 əd.                       46762,7
13) Neft məhsulları                              9445,1 t                        10971,6
14) Elektrik enerjisi                              25,2 mln. kvt/s             1154,2
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (9396231,9 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (622274,7 ton (83,15%)), "İlqar LTD" şirkəti (54839,0 ton (7,33%)), "Azneftyağ" İstehsalat Birliyi (29131,1 ton (3,89%)) və Azərbaycan Hava Yolları" QSC (28093,5 ton (3,75%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 5651518,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 90,47%) çıxarmışlar, o cümlədən, 5588426,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,88%) və 50536,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,89%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1163247,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,04%) gətirilmişdir. Onlardan 888276,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,36%) və 206945,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 17,79%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 4488270,5 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,80%); qara metallar (0,48%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,38%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,32%); üzvi kimyəvi birləşmələr (0,17%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 22,82%); elektrik maşınları və avadanlıqları, onların hissələri (11,06%); quru nəqliyyat vasitələri (9,78%); qara metallardan məmulatlar (5,97%); şüşə və şüşə məmulatlarI (4,77%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 595015,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 9,53%) çıxarmışlar, o cümlədən, 332764,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 55,93%), 232923,2 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 39,15%) və 16937,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 2,85%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 598088,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,96%) gətirilmişdir. Onlardan 486455,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,34%), 89401,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 14,95 %) və 18987,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,17%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 3073,2 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 52,36%); gəmilər, qayıqlar və digər üzən vasitələr (19,88%); heyvan və ya bitki mənşəli piylər və yağlar (10,56%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,57%); meyvə (1,90%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 13,35%); avadanlıqlar və mexaniki qurğular (12,40%); qara metallardan məmulatlar (10,84%); quru nəqliyyat vasitələri (9,93%); tütün və tütünün sənaye əvəzediciləri (6,71%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
 
İxracda
Ölkənin adı           Dəyəri (min          Ümumi ixra-
                                  ABŞ dol.)             ca nisb.%-lə
 
İtaliya                      2176607,42            34,85
İsrail                       553503,16               8,86
Fransa                   536779,55               8,59
İndoneziya            382313,27               6,12
Malayziya               301821,87              4,83
Ukrayna                 252846,79              4,05
Xorvatiya                231337,94              3,70
ABŞ                        231090,05               3,70
Rusiya                   192762,29               3,09
Çin                         168489,78               2,70
 
 
İdxalda
Ölkənin adı           Dəyəri (min          Ümumi idxa-
                                 ABŞ dol.)              lanisb.%-lə
 
 
Rusiya                   312477,06               17,74
Türkiyə                  192555,00               10,93
Çin                         188200,38               10,69
Ukrayna                159339,32                9,05
Almaniya              132454,25                7,52
B. Britaniya           90216,18                  5,12
Qazaxıstan           74445,57                  4,23
ABŞ                        52856,09                 3,00
İsrail                      46757,28                  2,65
Belarus                 42153,12                  2,39
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4047 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2399-u hüquqi, 1648-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 5869022,9 min ABŞ dolları (93,96%), özəl sektorun 363388,8 min ABŞ dolları (5,82%), fiziki şəxslərin payı isə 14122,1 min ABŞ dolları (0,22%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 544994,4 min ABŞ dolları (30,94%), özəl sektorun payı 1118977,2 min ABŞ dolları (63,53%), fiziki şəxslərin payı isə 97364,9 min ABŞ dolları (5,53%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az