2009-cu ilin 5 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2009-cu ilin ilk 5 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 120 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 6853258,8 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 4591237,8 min ABŞ dolları dəyərində 1300 adda mal ixrac, 2262021,0 min ABŞ dolları dəyərində 4797 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 2329216,8 min ABŞ dolları təşkil etmişdir.
.jpg)
O cümlədən, respublikaya 14384,9 min ABŞ dolları dəyərində 428,5 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin ilk 5 ayına nisbətən 2009-cu ilin ilk 5 ayında ixrac əməliyyatlarının həcmi 69,12% (10278034,0 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 8,16% (201001,5 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 49407,6 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 148377,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin ilk 5 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 16203,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 48,38% təşkil etmişdir. Bunlardan 13291,9 min ton ixrac, 2911,8 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (107,1 min ton), dəmiryolu (1253,0 min ton), avtomobil (164,4 min ton), hava (397,4 min ton) və stasionar nəqletmə (boru kəməri) (11366,9 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (116,1 min ton), dəmiryolu (2183,6 min ton), avtomobil (587,8 min ton) və hava (9,6 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 80780 (əlavə vərəqlə birlikdə 110186) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 11697 (əlavə vərəqlə birlikdə 13107) ədəd ixrac, 69083 (əlavə vərəqlə birlikdə 97079) ədəd idxal YGB-dir. 2009-cu ilin ilk 5 ayında YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 83,89% təşkil etmiş və ya 15510 ədəd
.jpg)
bəyannamə az olmuşdur. O cümlədən ixracda azalma 6414 (64,59%) ədəd, idxalda isə 9096 (88,37%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2489,4 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (951,6 min ton), İtaliya (450,1 min ton), Gürcüstan (260,2 min ton), Bermud adaları (237,5 min ton), Türkmənistan (205,2 min ton), İran (116,5 min ton), Tacikistan (97,3 min ton), Rusiya (72,6 min ton) və Türkiyə (44,7 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 86,40% olmuş və ya 391,7 min ton azalmışdır.
2009-cu ilin ilk 5 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (1055036,8 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (518167,1 min ABŞ dolları), aşağı həddi isə mart ayında (395922,5 min ABŞ dolları) olmuşdur;
- may ayında ixrac əməliyyatlarının həcmi aprel ayı ilə müqayisədə 1116,0 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 67355,4 min ABŞ dolları həcmində azalmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 89857,7 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 20487,3 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 94875,2 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 140,98% təşkil etmiş və ya 27580,6 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin ilk 5 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -5,20 % -0,46 %
21 (SDV ilə hesablaşma) -91,25 % - 77,70 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,02 % -4,00 %
41 (qapalı dövriyyəli valyuta) -0,51 % -3,85 %
80 (digərləri) -3,03 % -13,99 %
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin ilk 5 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 78,63% (2008-ci ilin ilk 5 ayının ixracına nisbətən 26,88%), neft məhsulları - 13,15% (68,96%), bitki və heyvan mənşəli yağlar - 1,14% (101,08%), meyvə-tərəvəz - 0,69% (71,18%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,53% (58,27%), alüminium və ondan hazırlanan məmulatlar - 0,24% (20,88%), kimya sənayesi məhsulları - 0,15% (12,69%), alkoqollu və alkoqolsuz içkilər - 0,09% (50,03%), tütün və tütün məmulatları - 0,04% (135,18%), pambıq - 0,04% (32,67%) təşkil edir. Qalan əmtəələrin payına 5,30% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 34,91% (2008-ci ilin ilk 5 ayının idxalına nisbətən 114,79%), ərzaq məhsulları - 12,62% (87,73%), nəqliyyat vasitələri və onların hissələri - 11,91% (57,20%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,06% (90,07%), əczaçılıq məhsulları - 2,50% (126,27%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,07% (79,79%), xalq istehlakı malları - 0,69% (71,23%), mebel - 0,62% (99,13%) təşkil edir. Qalan əmtəələrin payına 26,62% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ci ilin
(min ABŞ 5 ayına netto
dolları) çəki nisb.%-lə
1) Neft (xam) 10996279,6 t 3609916,5
1.1) Boru kəməri ilə 01.06.2009-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə 1059927,0 t
-Supsa boru kəməri ilə 1856656,3 t
-Bakı-Tbilisi-Ceyhan 13643874,6 t
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 572089,2 t
2) Neft emal məhsulları 1436680,5 t 603909,1
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 1049588,7 t 364360,9
- digərləri 3562,8 t 1388,5
2.1) 01.06.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları 119278,6 t
3) Bitki və heyvan mənş. yağ. 21862,2 t 52172,7 64,7 %
4) Spirtli içkilər 2872394,1 l 4171,3 48,3 %
5) Tütün 767,3 t 1768,5 69,9 %
6) Tütün məmulatı 128106,0 min əd. 191,0 178,1 %
7) Qara metallar 17110,0 t 7698,4 34,8 %
8) Alüminium 12079,5 t 11209,4 45,9 %
9) Çay 2269,4 t 9824,3 107,1 %
10) Pambıq mahlıcı 1887,0 t 1717,5 35,6 %
11) Elektrik enerjisi 190,7 mln. kvt//s 6716,7
12) Təbii qaz 491478,7min kub//m90676,8
İdxalınstrukturunda əsasyertutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ciilin
(min ABŞ 5 ayına netto
dolları) çəki nisb.%-lə
1) Ət və ət məhsulları 8751,9 t 6044,8 95,4 %
- humanitar yardım 36,9 t 36,9
2) Buğda 477409,1 t 85921,6 121,7 %
3) Un 27341,8 t 5956,8 93,6 %
4) Şəkər 102420,7 t 34079,6 95,1 %
5) Yağ 40021,1 t 36302,1 80,8 %
- kərə yağı 4886,7 t 7703,8
- bitki və heyvan mən. yağ. 35134,4 t 28598,3
6) Çay 3700,9 t 8077,1 108,4 %
7) Spirt 491873,4 L 528,2 67,4 %
8) Spirtli içkilər 2962126,3 L 4918,4 65,5 %
9) Tütün 731,3 t 1362,9 51,6 %
10) Tütün məmulatı 3932453,7 min əd. 77178,9 108,0 %
11) Qara metallar 172702,3 t 48709,2 61,0 %
12) Minik avtomobilləri
-YGB əsasında 8934 əd. 84118,4 47,2 %
-GMO əsasında 17512 əd. 89960,1
13) Neft məhsulları 18125,1 t 19476,1
14) Elektrik enerjisi 63,1 mln. kvt//s 2392,6
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (10996279,6 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1004091,8 ton (69,89%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azal OİL" YSM İdarəsi (383528,9 tonu (26,70%)), "Azneftyağ" İstehsalat Birliyi (40151,9 ton (2,79%)) və "Monolit-D LTD" (5344,9 ton (0,37%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 3978054,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 86,64%) çıxarmışlar, o cümlədən, 3926832,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,71%) və 15826,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,40%) çıxarılmışdır.
.jpg)
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1588245,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 70,21%) gətirilmişdir. Onlardan 1205583,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,91%) və 292046,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 18,39 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 2389809,0 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,32%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,40%); alüminium və alüminium məmulatları (0,28%); qara metallar (0,19%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,18%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 25,39%); elektrik maşınları və avadanlıqları, onların hissələri (14,53%); quru nəqliyyat vasitələri (10,39%); qara metallardan məmulatlar (8,81%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (5,74%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 613183,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 13,36%) çıxarmışlar, o cümlədən, 262647,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 42,83%), 123150,2 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 20,08%) və 23262,0 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3,79%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 673775,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 29,79%) gətirilmişdir. Onlardan 552083,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,94%), 78999,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,72 %) və 24335,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,61%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 60592,2 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 66,14%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,47%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (3,81%); qara metallardan məmulatlar (2,71%); tərəvəz (2,31%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində elektrik maşınları və avadanlıqları, onların hissələri (idxala nisbətən 14,36%); dənli bitkilər (13,59%); quru nəqliyyat vasitələri (9,11%); avadanlıqlar və mexaniki qurğular (8,74%); tütün və tütünün sənaye əvəzediciləri (6,20%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:.jpg)
İxracda
Ölkənin Dəyəri (min Ümumi ixra-
adı ABŞ dol.) ca nisb.%-lə
İtaliya 1304558,97 28,41
ABŞ 466025,28 10,15
Fransa 442249,44 9,63
İsrail 335574,97 7,31
Gürcüstan 201239,89 4,38
Rusiya 193453,80 4,21
Kanada 181258,82 3,95
İndoneziya 178222,81 3,88
Hindistan 145727,79 3,17
Tayvan 135403,92 2,95
İdxalda
Ölkənin Dəyəri (min Ümumi idxa-
adı ABŞ dol.) la nisb.%-lə
Rusiya 385690,55 17,05
Türkiyə 311621,78 13,78
Almaniya 239314,73 10,58
Ukrayna 95059,10 8,62
B. Britaniya 138144,00 6,11
Çin 136840,97 6,05
ABŞ 107654,41 4,76
Fransa 61353,99 2,71
Yaponiya 52842,21 2,34
İtaliya 49646,31 2,19
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5971 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2959-u hüquqi, 3012-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 4350761,7 min ABŞ dolları (94,76%), özəl sektorun 214077,8 min ABŞ dolları (4,66%), fiziki şəxslərin payı isə 26398,3 min ABŞ dolları (0,57%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 602399,4 min ABŞ dolları (26,63%), özəl sektorun payı 1554811,6 min ABŞ dolları (68,71%), fiziki şəxslərin payı isə 104809,9 min ABŞ dolları (4,63%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi