AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2010-cu ilin 5 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

 
2010-cu ilin ilk 5 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 126 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 10579007,5 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 8176965,0 min ABŞ dolları dəyərində 1473 adda mal ixrac, 2402042,5 min ABŞ dolları dəyərində 4904 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 5774922,5 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 10570,7 min ABŞ dolları dəyərində 855,6 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2009-cu ilin ilk 5 ayına nisbətən 2010-cu ilin ilk 5 ayında ixrac əməliyyatlarının həcmi 78,02% (3583750,6 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 4,43% (101851,2 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 54522,1 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 144714,3 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2010-cu ilin ilk 5 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 17115,0 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 105,62% təşkil etmişdir. Bunlardan 14351,4 min ton ixrac, 2763,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (134,7 min ton), dəmiryolu (1357,3 min ton), avtomobil (217,5 min ton), hava (167,7 min ton) və stasionar nəqletmə (boru kəməri) (12471,5 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (258,2 min ton), dəmiryolu (1885,4 min ton), avtomobil (603,5 min ton) və hava (8,5 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 82711 (əlavə vərəqlə birlikdə 115792) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 14807 (əlavə vərəqlə birlikdə 16614) ədəd ixrac, 67904 (əlavə vərəqlə birlikdə 99178) ədəd idxal YGB-dir. 2010-cu ilin ilk 5 ayındə YGB-lərin ümumi sayı 2009-cu ilin müvafiq dövrünə nisbətən 102,39% təşkil etmiş və ya 1931 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 3110 (126,59%) ədəd, idxalda isə azalma 1179 (98,29%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4100,8 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Bermud adaları (1599,3 min ton), İsveçrə (729,1 min ton), İtaliya (664,7 min ton), İran (225,5 min ton), Gürcüstan (218,7 min ton), Tacikistan (193,2 min ton), Əfqanistan (162,9 min ton), Rusiya (105,9 min ton), Türkmənistan (93,3 min ton) və Türkiyə (58,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 164,73% olmuş və ya 1611,4 min ton artmışdır.
2010-cu ilin ilk 5 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi may ayında (2047492,0 min ABŞ dolları), aşağı həddi isə mart ayında (1287860,5 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi may ayında (637950,8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (345297,4 min ABŞ dolları) olmuşdur;
- may ayında ixrac əməliyyatlarının həcmi aprel ayı ilə müqayisədə 310036,5 min ABŞ dolları həcmində artmışdır;
- may ayında idxal əməliyyatlarının həcmi aprel ayı ilə müqayisədə 33655,1 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 154865,4 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 68487,6 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 70741,1 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 74,56% təşkil etmiş və ya 24134,1 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2010-cu ilin ilk 5 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                                                    İxracda:                 İdxalda:
 
01 (milli valyuta ilə hesablaşma)         -0,35 %                   -0,06 %
21 (SDV ilə hesablaşma)                      -94,47 %                 -72,54 %
23 (dövlət krediti üzrə hesablaşma)    -0,01 %                   -3,33 %
41 (qapalı dövriyyəli valyuta)                  -0,39 %                   -4,98 %
80 (digərləri)                                             -4,78 %                   -19,09 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2009-cu ilin ilk 5 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 85,35% (2009-cu ilin ilk 5 ayının ixracına nisbətən 193,33%), neft məhsulları - 6,41% (86,78%), bitki və heyvan mənşəli yağlar - 0,98% (150,99%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,58% (193,66%), meyvə-tərəvəz - 0,32% (83,90%), kimya sənayesi məhsulları - 0,25% (289,76%), alkoqollu və alkoqolsuz içkilər - 0,08% (162,24%), tütün və tütün məmulatları - 0,03% (120,39%), pambıq - 0,03% (130,68%), alüminium və ondan hazırlanan məmulatlar - 0,02% (12,14%) təşkil edir. Qalan əmtəələrin payına 5,96% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 25,38% (2009-cu ilin ilk 5 ayının idxalına nisbətən 77,11%), ərzaq məhsulları - 14,99% (124,76%), nəqliyyat vasitələri və onların hissələri - 14,40% (115,08%), qara metallar və onlardan hazırlanan məmulatlar - 13,03% (151,88%), oduncaq və ondan hazırlanan məmulatlar - 2,57% (249,43%), əczaçılıq məhsulları - 2,17% (91,86%), xalq istehlakı malları - 0,76% (117,79%), mebel - 0,76% (128,51%) təşkil edir. Qalan əmtəələrin payına 25,94% düşür.
 
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                    Miqdarı                      Dəyəri                      2009-cu ilin
                                                                                                     (min ABŞ                  5 ayına netto
                                                                                                       dolları                   çəki nisb.%-lə
 
1) Neft (xam)                                          12046770,8 t             6979097,6
1.1) Boru kəməri ilə 01.06.2010-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                         878908,0 t
-Supsa boru kəməri ilə                       1801602,4 t
-Bakı-Tbilisi-Ceyhan                            14276062,5 t
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2010-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)               492255,4 t
2) Neft emal məhsulları                       921961,9 t                  524078,0
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                 534368,8 t                  289571,0
2.1) 01.06.2010-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları            77436,5 t
3) Bitki və heyvan mənş.yağ.               32408,0 t                    80118,6                     146,4 %
4) Spirtli içkilər                                       3578417,0 L              6695,5                        124,6 %
5) Tütün                                                   828,8 t                         1909,5                       108,0 %
6) Tütün məmulatı                                56090,0 min əd.        450,6                          43,8 %
7) Qara metallar                                    74873,2 t                     32803,9                     436,1 %
8) Alüminium                                         1900,5 t                       1361,4                        15,7 %
9) Çay                                                      3011,9 t                       12264,0                     132,7 %
10) Pambıq mahlıcı                              1846,9 t                       2245,4                        97,9 %
11) Elektrik enerjisi                               192,7 mln. kvt/s         7340,2
12) Təbii qaz                                           634621,3 min kub/m98543,0

 
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

                                                                    Miqdarı                      Dəyəri                      2009-cu ilin
                                                                                                     (min ABŞ                  5 ayına netto
                                                                                                       dolları                   çəki nisb.%-lə
 
1) Ət və ət məhsulları                            7231,1 t                      6765,8                        82,2 %
2) Buğda                                                  424053,2 t                 86835,3                      88,5 %
3) Un                                                         1349,0 t                     428,5                           4,9 %
4) Şəkər                                                   116711,1 t                 60228,6                      114,0 %
5) Yağ                                                       59913,2 t                   59735,6                      139,9 %
 - kərə yağı                                               6223,9 t                      14955,4
 - bitki və heyvan mən.yağ.                    53689,3 t                   44780,2
6) Çay                                                       3904,1 t                      8365,4                        105,5%
7) Spirt                                                      505230,3 L                408,1                          102,7 %
8) Spirtli içkilər      1                                735714,6 L                3216,4                        58,6 %
9) Tütün                                                    615,1 t                        2263,3                        84,1 %
10) Tütün məmulatı                               3661923,4 min əd.  72685,4                      93,3 %
11) Qara metallar                                  135817,0 t                  55380,2                      77,0 %
12) Minik avtomobilləri
 -YGB əsasında                                     9532 əd.                     88726,6                      100,5 %
 -GMO əsasında                                    8625 əd.                     63205,6
13) Neft məhsulları                               13492,8 t                    17346,4
14) Elektrik enerjisi                               37,0 mln. kvt/s           1664,4
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (12046770,8 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (775950,4 ton (84,16%)), "İlqar LTD" şirkəti (60916,5 ton (6,61%)), "Azneftyağ" İstehsalat Birliyi (36886,9 ton (4,00%)) və Azərbaycan Hava Yolları" QSC (33524,7 ton (3,64%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 7355315,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 89,95%) çıxarmışlar, o cümlədən, 7272653,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,88%) və 68317,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,93%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1638607,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,22%) gətirilmişdir. Onlardan 1123400,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 68,56%) və 434773,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 26,53%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 5716708,0 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,84%); qara metallar (0,45%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,38%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,36%); üzvi kimyəvi birləşmələr (0,15%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 21,09%); qara metallardan məmulatlar (10,37%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,54%); quru nəqliyyat vasitələri (8,57%); gəmilər, qayıqlar və digər üzən vasitələr (4,95%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 821649,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 10,05%) çıxarmışlar, o cümlədən, 452294,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 55,05%), 322800,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 39,29%) və 31625,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3,85%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 763435,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31,78%) gətirilmişdir. Onlardan 619007,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,08%), 116883,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 15,31%) və 23784,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,12%) gətirilmişdir.
MDB ölkələri üzrə müsbət saldo 58214,5 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 51,90%); gəmilər, qayıqlar və digər üzən vasitələr (21,24%); heyvan və ya bitki mənşəli piylər və yağlar (9,31%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,06%); meyvə (1,43%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 12,49%); avadanlıqlar və mexaniki qurğular (11,78%); qara metallardan məmulatlar (11,49%); quru nəqliyyat vasitələri (9,89%); oduncaq və ondan hazırlanan məmulatlar; ağac kömürü (6,63%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
 
İxracda
Ölkənin adı           Dəyəri (min           Ümumi ixra-
                                  ABŞ dol. )             ca nisb.%-lə
 
İtaliya                     2650532,33             32,41
İsrail                      789486,28                9,66
Fransa                  692002,89                8,46
İndoneziya            466895,36               5,71
ABŞ                       409070,80                5,00
Malayziya              387291,42                4,74
Xorvatiya               363182,08                4,44
Ukrayna                358183,21                4,38
Rusiya                  243640,33                2,98
Hindistan             240215,20                2,94
 
İdxalda
Ölkənin adı           Dəyəri (min          Ümumi idxa-
                                  ABŞ dol.)             la nisb.%-lə
 
Rusiya                   407175,20               16,95
Türkiyə                   252781,48               10,52
Çin                          216927,55               9,03
Ukrayna                 204203,19                8,50
Sinqapur                164685,72               6,86
Almaniya                161077,18               6,71
B. Britaniya            114765,87               4,78
Qazaxıstan             87484,67                 3,64
ABŞ                         72571,89                 3,02
Belarus                  52815,74                  2,20
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4629 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2643-ü hüquqi, 1986-sı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 7670139,7 min ABŞ dolları (93,70%), özəl sektorun 484794,5 min ABŞ dolları (5,93%), fiziki şəxslərin payı isə 22030,8 min ABŞ dolları (0,27%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 669997,2 min ABŞ dolları (27,89%), özəl sektorun payı 1609325,7 min ABŞ dolları (67,00%), fiziki şəxslərin payı isə 122719,6 min ABŞ dolları (5,11%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az