AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2009-cu ilin I yarımili ərzində

2009-cu ilin I yarımili ərzində respublikanın xarici ticarətinin vəziyyəti
 
2009-cu ilin I yarımili ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 122 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 8530483,6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 5811601,4 min ABŞ dolları dəyərində 1459 adda mal ixrac, 2718882,3 min ABŞ dolları dəyərində 5004 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 3092719,1 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 15205,7 min ABŞ dolları dəyərində 683,0 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin I yarımilinə nisbətən 2009-cu ilin I yarımilində ixrac əməliyyatlarının həcmi 66,77% (11677790,0 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 11,86% (365995,8 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 59966,0 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 271225,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin I yarımili ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 19633,1 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 52,57% təşkil etmişdir. Bunlardan 16117,9 min ton ixrac, 3515,2 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (130,4 min ton), dəmiryolu (1523,5 min ton), avtomobil (210,3 min ton), hava (405,8 min ton) və stasionar nəqletmə (boru kəməri) (13844,1 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (145,7 min ton), dəmiryolu (2627,8 min ton), avtomobil (713,2 min ton), hava (11,4 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 98110 (əlavə vərəqlə birlikdə 133560) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 14857 (əlavə vərəqlə birlikdə 16868) ədəd ixrac, 83253 (əlavə vərəqlə birlikdə 116692) ədəd idxal YGB-dir. 2009-cu ilin I yarımilində YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 84,36% təşkil etmiş və ya 18181 ədəd bəyannamə az olmuşdur. O cümlədən,ixracda 7293 (67,07%) ədəd, idxalda isə 10888 (88,43%) ədəd YGB az olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3147,7 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1135,2 min ton), İtaliya (602,7 min ton), Bermud adaları (386,6 min ton), Gürcüstan (310,1 min ton), Türkmənistan (227,3 min ton), Tacikistan (159,5 min ton), İran (132,0 min ton), Rusiya (77,4 min ton) və Türkiyə (52,4 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 93,51% olmuş və ya 218,33 min ton azalmışdır.
2009-cu ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (1220499,4 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (518167,1 min ABŞ dolları), aşağı həddi isə mart ayında (395938,4 min ABŞ dolları) olmuşdur;
- iyun ayında ixrac əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 166696,7 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 20088,3 min ABŞ dolları həcmində artmışdır;
-ixrac əməliyyatlarında orta aylıq artım 105201,9 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 12345,3 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 112101,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 118,58% təşkil etmiş və ya 17562,6 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin I yarımili ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                                                     İxracda                  İdxalda:
01 (milli valyuta ilə hesablaşma)          -4,15 %                   -0,41 %  
21 (SDV ilə hesablaşma)                       -91,80 %                 -78,10 %
23 (dövlət krediti üzrə hesablaşma)     -0,02 %                   -3,87 %  
41 (qapalı dövriyyəli valyuta)                   -0,87 %                   -3,89 %  
80 (digərləri)                                              -3,17 %                   -13,73 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin I yarımilinə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 80,10% (2008-ci ilin I yarımilinın ixracına nisbətən 29,66%), neft məhsulları - 11,69% (62,13%), meyvə-tərəvəz - 1,10% (74,99%), bitki və heyvan mənşəli yağlar - 1,09% (109,43%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,55% (62,56%), alüminium və ondan hazırlanan məmulatlar - 0,19% (17,61%), kimya sənayesi məhsulları - 0,16% (13,37%), alkoqollu və alkoqolsuz içkilər - 0,08% (52,12%), pambıq - 0,05% (49,11%), tütün və tütün məmulatları - 0,05% (140,50%) təşkil edir. Qalan əmtəələrin payına 4,95% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 34,24% (2008-ci ilin I yarımilinın idxalına nisbətən 106,04%), ərzaq məhsulları - 13,35% (91,51%), nəqliyyat vasitələri və onların hissələri - 11,77% (54,89%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,72% (80,44%), əczaçılıq məhsulları - 2,69% (140,41%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,06% (78,05%), xalq istehlakı malları - 0,67% (74,89%), mebel - 0,60% (93,83%) təşkil edir. Qalan əmtəələrin payına 26,87% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:                                                                           
 
                                                                      Miqdarı                  Dəyəri                   2008-ci ilin
                                                                                                    (min ABŞ             I yarımilinə netto
                                                                                                      dolları)                  çəki nisb.%-lə
 
1) Neft (xam)                                            13473463,7 t            4654873,8
1.1) Boru kəməri ilə 01.07.2009-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                            1230770,0 t
-Supsa boru kəməri ilə                           2230357,8 t
-Bakı-Tbilisi-Ceyhan                               16840637,4 t
1.2) Dəmiryolu nəqliyyatı
01.07.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)                  582733,5 t
2) Neft emal məhsulları                          1589527,6 t              679458,3
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                    1192956,6 t               433602,3
- digərləri                                                    10752,1 t                   5256,7
2.1) 01.07.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmiləş-
dirilməmiş neft məhsulları                      144282,4 t
3) Bitki və heyvan mənş. yağ.                  26998,3 t                   63468,0                   71,4 %
4) Spirtli içkilər                                           3186809,1 L             4644,1                     50,8 %
5) Tütün                                                       853,2 t                        1958,6                     68,1%
6) Tütün məmulatı                                     135106,0 min əd.    686,2                       125,9 %
7) Qara metallar                                         21561,7 t                   9784,0                     37,5 %   
8) Alüminium                                              12109,5 t                   11227,4                   38,8 %   
9) Çay                                                           2757,5 t                     11788,0                   111,2 % 
10) Pambıq mahlıcı                                   3307,1 t                     3051,6                     52,3 %   
11) Elektrik enerjisi                                   223,4 mln. kvt/s        7953,0
12) Təbii qaz                                              491478,7 min kub/m 90676,8
 
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                        Miqdarı                   Dəyəri                     2008-ci ilin
                                                                                                        (min ABŞ               I yarımilinə netto
                                                                                                          dolları)                    çəki nisb.%-lə
 
1) Ət və ət məhsulları                               10460,8 t                 7181,9                       90,4 %   
 - humanitar yardım                                   36,9 t                       36,9
2) Buğda                                                      591505,7 t             117976,5                   138,0 % 
3) Un                                                             27888,6 t                6157,6                       58,2 %   
4) Şəkər                                                       140401,3 t              46720,0                     96,2 %   
5) Yağ                                                           50418,5 t                46106,8                     77,7 %   
- kərə yağı                                                    5878,7 t                   9771,1
- bitki və heyvan mən. yağ.                        44539,8 t                36335,7
6) Çay                                                           4057,2 t                   8842,8                      101,6 % 
7) Spirt                                                          880362,8 L             832,7                        115,8 % 
8) Spirtli içkilər                                            3556821,5 L           6064,3                       61,7 %   
9) Tütün                                                        1086,4 t                   1649,8                       68,9 %   
10) Tütün məmulatı                                   4741343,7 min əd.92565,3                    105,0 % 
11) Qara metallar                                       200028,9 t               56982,4                    62,1 %   
12) Minik avtomobilləri
 -YGB əsasında                                          11952 əd.                107607,8                 53,9 %   
 -GMO əsasında                                         19761 əd.                105895,1
13) Neft məhsulları                                    29317,3 t                  26248,1  
14) Elektrik enerjisi                                    69,7 mln. kvt/s         2608,5
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (13473463,7 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1138563,0 ton (71,63%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azal-OİLl" YSM idarəsi (385818,9 tonu (24,27%)), "Azneftyağ" İstehsalat Birliyi (48711,9 ton (3,06%)) və "Az Trans Reil" MMC (10752,1 ton (0,68%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 5097853,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 87,72%) çıxarmışlar, o cümlədən, 5038296,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,83%), 35537 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalar ilə (ixraca nisbətən 0,70%) və 24019,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,47%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1890703,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 69,54%) gətirilmişdir. Onlardan 1444300,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,39%), 96394,3 min ABŞ dolları dəyərində əmtəə dövlət krediti üzrə (idxala nisbətən 5,10%) və 340563,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 18,01 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 3207150,2 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,30%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,48%); alüminium və alüminium məmulatları (0,22%); qara metallar (0,19%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,19%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 25,05%); elektrik maşınları və avadanlıqları, onların hissələri (14,45%); quru nəqliyyat vasitələri (10,34%); qara metallardan məmulatlar (8,49%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (6,00%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 713748,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 12,28%) çıxarmışlar, o cümlədən, 296690,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 41,57%), 205689,0 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalar ilə (ixraca nisbətən 28,82%) və 160089,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (ixraca nisbətən 22,43%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 828179,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 30,46%) gətirilmişdir. Onlardan 679214,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 82,01%), 96547,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,66 %) və 32761,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,96%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 114431,1 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 60,00%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,86%); tərəvəz (6,09%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,45%); qara metallardan məmulatlar (3,06%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 15,18%); elektrik maşınları və avadanlıqları, onların hissələri (14,02%); quru nəqliyyat vasitələri (8,77%); avadanlıqlar və mexaniki qurğular (8,22%); tütün və tütünün sənaye əvəzediciləri (6,01%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
 
İxracda
 
Ölkənin adı           Dəyəri (min          Ümumi ixra-
                               ABŞ dol.)               ca nisb.%-lə
 
İtaliya                      1514743,69            26,06
ABŞ                         749340,22              12,89
Fransa                    489285,92              8,42
İsrail                        479756,62              8,26
Tayvan                    271755,97              4,68
Rusiya                    249572,30              4,29
Kanada                   239971,02              4,13
İndoneziya              234035,08              4,03
Gürcüstan              220864,75              3,80
Hindistan                202411,42              3,48
 
İdxalda
 
Ölkənin adı           Dəyəri (min           Ümumi idxa-
                                 ABŞ dol.)               la nisb.%-lə
 
Rusiya                     475506,25              17,49      
Türkiyə                     363670,66              13,38      
Almaniya                 278940,81              10,26      
Ukrayna                   231906,86              8,53        
Çin                           164739,83               6,06        
B.Britaniya              154841,24               5,70        
ABŞ                          121576,04               4,47        
Fransa                     72013,52                 2,65
Yaponiya                 62448,84                 2,30
İtaliya                        59244,78                2,18
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6476 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3142-si hüquqi, 3334-ü isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 5480453,1 min ABŞ dolları (94,30%), özəl sektorun 273717,8 min ABŞ dolları (4,71%), fiziki şəxslərin payı isə 57430,4 min ABŞ dolları (0,99%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 740968,8 min ABŞ dolları (27,25%), özəl sektorun payı 1851353,2 min ABŞ dolları (68,09%), fiziki şəxslərin payı isə 126560,3 min ABŞ dolları (4,65%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az