AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2010-cu ilin I yarımili ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2010-cu ilin I yarımili ərzində respublikanın xarici ticarətinin vəziyyəti
 
2010-cu ilin I yarımili ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 130 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 13147076,2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 10245378,4 min ABŞ dolları dəyərində 1639 adda mal ixrac, 2901697,8 min ABŞ dolları dəyərində 5164 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 7343680,7 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 12770,5 min ABŞ dolları dəyərində 1130,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2009-cu ilin I yarımilinə nisbətən 2010-cu ilin I yarımilində ixrac əməliyyatlarının həcmi 76,17% (4429692,5 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 5,23% (144131,6 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 81149,2 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 165553,4 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2010-cu ilin I yarımili ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 21509,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 109,6% təşkil etmişdir. Bunlardan 18169,1 min ton ixrac, 3340,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (164,6 min ton), dəmiryolu (1663,3 min ton), avtomobil (273,4 min ton), hava (167,9 min ton) və stasionar nəqletmə (boru kəməri) (15896,8 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (270,1 min ton), dəmiryolu (2324,2 min ton), avtomobil (725,5 min ton) və hava (10,3 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 100798 (əlavə vərəqlə birlikdə 140599) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 18578 (əlavə vərəqlə birlikdə 21007) ədəd ixrac, 82220 (əlavə vərəqlə birlikdə 119592) ədəd idxal YGB-dir. 2010-cu ilin I yarımilində YGB-lərin ümumi sayı 2009-cu ilin müvafiq dövrünə nisbətən 102,74% təşkil etmiş və ya 2688 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 3721 (125,05%) ədəd, idxalda isə azalma 1033 (98,76%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4938,4 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Bermud adaları (1905,0 min ton), İtaliya (890,1 min ton), İsveçrə (839,9 min ton), İran (275,9 min ton), Gürcüstan (254,9 min ton), Tacikistan (235,5 min ton), Əfqanıstan (190,4 min ton), Rusiya (115,3 min ton), Türkmənistan (102,8 min ton) və Türkiyə (64,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 156,89% olmuş və ya 1790,7 min ton artmışdır.
2010-cu ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (2068377,7 min ABŞ dolları), aşağı həddi isə mart ayında (1287860,5 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi may ayında (640584,4 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (345306,1 min ABŞ dolları) olmuşdur;
- iyun ayında ixrac əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 20849,9 min ABŞ dolları həcmində artmışdır;
- iyun ayında idxal əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 142335,4 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 128069,5 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 26849,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 88647,2 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 79,08% təşkil etmiş və ya 23454,6 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2010-cu ilin I yarımili ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                                                    İxracda:                  İdxalda:
01 (milli valyuta ilə hesablaşma)         -0,28 %                   -0,10 %
21 (SDV ilə hesablaşma)                      -94,74 %                 -73,96 %
23 (dövlət krediti üzrə hesablaşma)    -0,01 %                   -3,04 %
41 (qapalı dövriyyəli valyuta)                  -0,58 %                   -4,87 %
80 (digərləri)                                             -4,39 %                   -18,03 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2009-cu ilin I yarımilinə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 85,77% (2009-cu ilin I yarımilinın ixracına nisbətən 188,79%), neft məhsulları - 6,05% (91,19%), bitki və heyvan mənşəli yağlar - 1,04% (165,93%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,53% (169,75%), meyvə-tərəvəz - 0,52% (82,62%), kimya sənayesi məhsulları - 0,26% (279,25%), alkoqollu və alkoqolsuz içkilər - 0,07% (155,29%), tütün və tütün məmulatları - 0,03% (102,56%), pambıq - 0,02% (73,56%), alüminium və ondan hazırlanan məmulatlar - 0,01% (13,16%) təşkil edir. Qalan əmtəələrin payına 5,69% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 25,23% (2009-cu ilin I yarımilinın idxalına nisbətən 78,57%), ərzaq məhsulları - 15,38% (121,81%), nəqliyyat vasitələri və onların hissələri - 13,89% (114,79%), qara metallar və onlardan hazırlanan məmulatlar - 13,21% (160,54%), oduncaq və ondan hazırlanan məmulatlar - 2,43% (240,12%), əczaçılıq məhsulları - 2,30% (91,16%), mebel - 0,78% (139,26%), xalq istehlakı malları - 0,76% (119,62%) təşkil edir. Qalan əmtəələrin payına 26,01% düşür.
 
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                    Miqdarı                        Dəyəri                      2009-cu ilin
                                                                                                        (min ABŞ               I yarımilinə netto
                                                                                                          dolları)                    çəki nisb.%-lə
 
1) Neft (xam)                                           15305353,4 t             8787770,2
1.1) Boru kəməri ilə 01.07.2010-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                          1048751,0 t
-Supsa boru kəməri ilə                         2169573,6 t
-Bakı-Tbilisi-Ceyhan                             17221475,3 t
1.2) Dəmiryolu nəqliyyatı
01.07.2010-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)                620665,6 t
2) Neft emal məhsulları                        1090902,8 t               619611,7
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                  1057378,1 t                593990,5
2.1) 01.07.2010-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmiləş-
dirilməmiş neft məhsulları                   75212,6 t
3) Bitki və heyvan mənş.yağ.                43235,4 t                    107015,6                 157,8 % 
4) Spirtli içkilər                                        3898385,5 L              7024,1                      122,3 % 
5) Tütün                                                    940,7 t                        2178,2                      110,3 % 
6) Tütün məmulatı                                  67090,0 min əd.       535,3                        49,7 %
7) Qara metallar                                     83347,6 t                    37021,5                    385,5 %
8) Alüminium                                          2079,5 t                       1477,8                      17,2 %   
9) Çay                                                       3749,1 t                       15384,8                   136,0 % 
10) Pambıq mahlıcı                               1846,9 t                       2245,4                      55,9 %
11) Elektrik enerjisi                               208,1 mln. kvt/s          8005,4
12) Təbii qaz                                           856144,5 min kub/m146580,8

 
İdxalınstrukturunda əsasyertutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                     Miqdarı                        Dəyəri                       2009-cu ilin
                                                                                                         (min ABŞ                 I yarımilinə netto
                                                                                                           dolları                     çəki nisb.%-lə
 
1) Ət və ət məhsulları                             10022,0 t                     9310,5                      95,4 %
    - humanitar yardım                             186,5 t                          186,5
2) Buğda                                                   570518,1t                    115814,8                 96,2 %
3) Un                                                         1867,7 t                        585,9                        6,7 %
4) Şəkər                                                    156743,3 t                   80646,0                   111,6 %
5) Yağ                                                        64936,7 t                     65245,8                   121,9 %
 - kərə yağı                                                6703,6 t                       16501,8
 - bitki və heyvan mən.yağ.                    58233,1 t                     48744,0
6) Çay                                                       4517,2 t                        9685,1                      111,3 % 
7) Spirt                                                      746681,9 L                  613,6                        84,8 %   
8) Spirtli içkilər                                        2804071,8 L                4436,3                      78,8 %
9) Tütün                                                    715,3 t                          2697,1                      65,8 %   
10) Tütün məmulatı                               4957278,3 min əd.    97257,3                    104,8 %
11) Qara metallar                                   189731,1 t                   90309,2                    93,0 %   
12) Minik avtomobilləri
   -YGB əsasında                                    11979 əd.                    108307,9                  95,8 %   
   -GMO əsasında                                   10833 əd.                    79631,0
13) Neft məhsulları                                18562,7 t                     24614,7
14) Elektrik enerjisi                                37,0 mln. kvt/s            1665,3
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (15305353,4 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (929355,8 ton (85,19%)), "İlqar LTD" şirkəti (68232,3 ton (6,25%)), "Azneftyağ" İstehsalat Birliyi (44736,6 ton (4,10%)) və Azərbaycan Hava Yolları" QSC (33524,7 ton (3,07%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 9240889,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 90,20%) çıxarmışlar, o cümlədən, 9142872,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,94%) və 83394,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,90%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1974364,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,04%) gətirilmişdir. Onlardan 1388781,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 70,34%) və 497041,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 25,17 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 7266524,8 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 97,94%); qara metallar (0,40%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,35%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,35%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,16%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 21,56%); qara metallardan məmulatlar (9,55%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,28%); quru nəqliyyat vasitələri (8,99%); gəmilər, qayıqlar və digər üzən vasitələr (4,27%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1004489,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 9,80%) çıxarmışlar, o cümlədən, 563494,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 56,10%), 367298,8 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 36,57%) və 58743,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,85%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 927333,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31,96%) gətirilmişdir. Onlardan 757235,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,66%), 138057,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 14,89 %) və 26219,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 2,83%) gətirilmişdir.
MDB ölkələri üzrə müsbət saldo 77155,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 52,45%); gəmilər, qayıqlar və digər üzən vasitələr (17,38%); heyvan və ya bitki mənşəli piylər və yağlar (10,21%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,26%); tərəvəz (3,48%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 13,48%); qara metallardan məmulatlar (11,26%); avadanlıqlar və mexaniki qurğular (10,84%); quru nəqliyyat vasitələri (9,72%); qara metallar (7,06%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
 
İxracda 
Ölkənin adı           Dəyəri (min           Ümumi ixra-
                                  ABŞ dol.)              ca nisb.%-lə
 
İtaliya                      3445605,49            33,63
İsrail                       974738,96               9,51
Fransa                   913632,26               8,92
ABŞ                        693365,97               6,77
İndoneziya            623945,62                6,09
Ukrayna                 407169,92               3,97
Malayziya               387291,42               3,78
Xorvatiya                363182,08               3,54
Rusiya                   360351,05               3,52
Hindistan              298525,34               2,91
 
 
İdxalda
Ölkənin adı           Dəyəri (min           Ümumi idxa-
                                  ABŞ dol.)              la nisb.%-lə
 
Rusiya                    488204,46              16,82      
Türkiyə                    321531,21              11,08      
Çin                           244132,27              8,41        
Ukrayna                  243294,46              8,38        
Almaniya                221433,22              7,63        
Sinqapur                165160,87              5,69        
B. Britaniya            136111,37               4,69        
Qazaxıstan            120310,58               4,15        
ABŞ                         92354,66                 3,18        
Koreya Resp.        63927,21                 2,20
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5112 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2835-i hüquqi, 2277-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 9639034,6 min ABŞ dolları (94,08%), özəl sektorun 556730,1 min ABŞ dolları (5,43%), fiziki şəxslərin payı isə 49613,8 min ABŞ dolları (0,48%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 795430,3 min ABŞ dolları (27,41%), özəl sektorun payı 1955648,4 min ABŞ dolları (67,4%), fiziki şəxslərin payı isə 150653,8 min ABŞ dolları (5,19%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az