2009-cu ilin 7 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2009-cu ilin ilk 7 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 126 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 10379551,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 7141651,2 min ABŞ dolları dəyərində 1597 adda mal ixrac, 3237900,2 min ABŞ dolları dəyərində 5155 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 3903751,0 min ABŞ dolları təşkil etmişdir.

O cümlədən, respublikaya 16618,9 min ABŞ dolları dəyərində 785,5 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin ilk 7 ayına nisbətən 2009-cu ilin ilk 7 ayında ixrac əməliyyatlarının həcmi 79,40% (27533885,3 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 17,16% (670895,3 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 86451,4 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 310776,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin ilk 7 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 23330,8 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 33,22 % təşkil etmişdir. Bunlardan 19025,6 min ton ixrac, 4305,2 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (168,3 min ton), dəmiryolu (1799,5 min ton), avtomobil (249,7 min ton), hava (828,5 min ton) və stasionar nəql etmə (boru kəməri) (15975,1 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (178,2 min ton), dəmiryolu (3249,5 min ton), avtomobil (846,0 min ton) və hava (12,9 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 115743 (əlavə vərəqlə birlikdə 157340) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 17850 (əlavə vərəqlə birlikdə 20372) ədəd ixrac, 97893 (əlavə vərəqlə birlikdə 136968) ədəd idxal YGB-dir. 2009-cu ilin ilk 7 ayında YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 83,18% təşkil etmiş və ya 23412 ədəd bəyannamə az olmuşdur. O cümlədən, ixracda azalma 8972 (66,55%) ədəd, idxalda isə 14440 (87,15%) ədəd YGB olmuşdur.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3624,6 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1263,5 min ton), İtaliya (765,1 min ton), Bermud adaları (497,9 min ton), Gürcüstan (342,0 min ton), Türkmənistan (232,6 min ton), Tacikistan (170,5 min ton), İran (135,0 min ton), Rusiya (79,4 min ton) və Türkiyə (55,8 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 92,81% olmuş və ya 280,6 min ton azalmışdır.
2009-cu ilin ilk 7 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (1329958,4 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (519558,7 min ABŞ dolları), aşağı həddi isə mart ayında (395938,4 min ABŞ dolları) olmuşdur;
- iyul ayında ixrac əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə 109454,6 min ABŞ dolları həcmində artmışdır;
- iyul ayında idxal əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə 63072,5 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 105911,4 min ABŞ dolları, idxal əməliyyatlarında isə 231,9 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 129145,2 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 104,0% təşkil etmiş və ya 4976,9 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin ilk 7 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -4,96 % -0,36 %
21 (SDV ilə hesablaşma) -91,00 % - 78,73 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,01 % -3,90 %
41 (qapalı dövriyyəli valyuta) -0,79 % -3,95 %
80 (digərləri) -3,24 % -13,06 %
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin ilk 7 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 79,68% (2008-ci ilin ilk 7 ayıının ixracına nisbətən 17,49%), neft məhsulları - 12,45% (68,55%), meyvə-tərəvəz - 1,01% (77,25%), bitki və heyvan mənşəli yağlar - 0,98% (98,10%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,59% (51,96%), kimya sənayesi məhsulları - 0,17% (14,84%), alüminium və ondan hazırlanan məmulatlar - 0,16% (15,11%), pambıq - 0,09% (91,47%), alkoqollu və alkoqolsuz içkilər - 0,07% (49,36%), tütün və tütün məmulatları - 0,04% (141,30%) təşkil edir. Qalan əmtəələrin payına 4,76% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 33,05% (2008-ci ilin ilk 7 ayıının idxalına nisbətən 92,04%), nəqliyyat vasitələri və onların hissələri - 13,23% (56,10%), ərzaq məhsulları - 12,74% (86,92%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,76% (78,46%), əczaçılıq məhsulları - 2,61% (132,66%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,25% (94,03%), xalq istehlakı malları - 0,67% (74,86%), mebel - 0,60% (95,73%) təşkil edir. Qalan əmtəələrin payına 27,09% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ci ilin
(min ABŞ 7 ayına netto
dolları) çəki nisb.%-lə
1) Neft (xam) 15598566,6 t 5690397,0
1.1) Boru kəməri ilə 01.08.2009-cu
ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə 1478605,0 t
-Supsa boru kəməri ilə 2545307,8 t
-Bakı-Tbilisi-Ceyhan 20019232,0 t
1.2) Dəmiryolu nəqliyyatı
01.08.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 704887,1 t
2) Neft emal məhsulları 2022672,3 t 889106,6
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 1395674,2 t 530725,8
- diğərləri 10752,1 t 5256,7
2.1) 01.08.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları 116325,4 t
3) Bitki və heyvan mənş.yağ. 30184,6 t 69935,0 65,0 %
4) Spirtli içkilər 3507834,8 L 5158,9 48,9 %
5) Tütün 1077,6 t 2483,1 73,3 %
6) Tütün məmulatı 135106,0 min əd. 686,2 125,9 %
7) Qara metallar 24522,7 t 11171,7 36,2 %
8) Alüminium 12133,5 t 11239,4 33,3 %
9) Çay 3182,3 t 13480,8 111,8 %
10) Pambıq mahlıcı 6567,5 t 6101,1 96,8 %
11) Elektrik enerjisi 534,7 mln. kvt/s 21316,3
12) Təbii qaz 499085,8 min kub/m92198,2
İdxalın strukturunda əsasyertutan əmtəələrinmiqdarıvə dəyəriaşağıdakıkimidir:
Miqdarı Dəyəri 2008-ciilin
(min ABŞ 7 ayına netto
dolları) çəki nisb.%-lə
1) Ət və ət məhsulları 11247,4 t 7692,3 83,2 %
- humanitar yardım 36,9 t 36,9
2) Buğda 621997,3 t 127953,7 110,8 %
3) Un 29069,4 t 6477,6 41,5 %
4) Şəkər 163357,5 t 54299,7 111,9 %
5) Yağ 63058,6 t 57050,3 90,9 %
- kərə yağı 6306,3 t 10727,5
- bitki və heyvan mən.yağ. 56752,3 t 46322,8
6) Çay 4562,8 t 10036,0 101,3 %
7) Spirt 909865,8 L 880,6 79,1 %
8) Spirtli içkilər 4843235,6 L 6765,3 65,8 %
9) Tütün 1309,5 t 2559,8 69,2 %
10) Tütün məmulatı 5983001,4 min əd.116440,7 104,0 %
11) Qara metallar 253763,9 t 76163,2 66,3 %
12) Minik avtomobilləri
-YGB əsasında 14960n əd. 135795,0 56,5 %
-GMO əsasında 22361 əd. 121490,1
13) Neft məhsulları 37794,1 t 32929,5
14) Elektrik enerjisi 71,8 mln/. kvt/s 2680,6
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (15598566,4 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1321503,8 ton (65,33%)), "Azərbaycan Hava Yolları" QSC-nin "AZAL OİL" YSM İdarəsi (616246,0 tonu (30,47%)), "Azneftyağ" İstehsalat Birliyi (57308,6 ton (2,83%)) və "İlqar LTD" şirkəti (11180,1 ton (0,55%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 6305720,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88,30%) çıxarmışlar, o cümlədən, 6161984,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,72%) və 41659,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,66%) çıxarılmışdır.

Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2245539,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 69,35%) gətirilmişdir. Onlardan 1743064,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 77,62%) və 375598,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 16,73 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 4060181,1 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,37%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,44%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,20%); alüminium və alüminium məmulatları (0,18%); qara metallar (0,18%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 24,86%); elektrik maşınları və avadanlıqları, onların hissələri (13,78%); quru nəqliyyat vasitələri (10,68%); qara metallardan məmulatlar (8,21%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (5,46%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 835930,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 11,71%) çıxarmışlar, o cümlədən, 337207,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 40,34%), 189474,3 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 22,67%) və 56433,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 6,75%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 992360,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 30,65%) gətirilmişdir. Onlardan 806162,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,24%), 117616,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,85 %) və 47359,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,77%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 156430,1 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 59,53%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,34%); tərəvəz (5,57%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,62%); gəmilər, qayıqlar və digər üzən vasitələr (3,82%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 13,82%); elektrik maşınları və avadanlıqları, onların hissələri (12,08%); avadanlıqlar və mexaniki qurğular (8,33%); quru nəqliyyat vasitələri (8,09%); tütün və tütünün sənaye əvəzediciləri (6,76%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
İxracda 
Ölkənin Dəyəri (min Ümumi ixra-
adı ABŞ dol.) ca nisb.%-lə
İtaliya 1693101,50 23,71
ABŞ 822266,81 11,51
Fransa 739185,21 10,35
İsrail 585731,58 8,20
İndoneziya 363234,48 5,09
Rusiya 314110,73 4,40
Kanada 302313,18 4,23
Tayvan 271755,97 3,81
Gürcüstan 244343,56 3,42
Hindistan 202422,70 2,83
İdxalda
Ölkənin Dəyəri (min Ümumi idxa-
аdı ABŞ dol.) la nisb.%-lə
Rusiya 568344,48 17,55
Türkiyə 427414,91 13,20
Almaniya 326271,69 10,08
Ukrayna 272766,32 8,42
Çin 196357,00 6,06
B.Britaniya 174002,30 5,37
ABŞ 162660,04 5,02
Fransa 86193,78 2,66
İtaliya 79099,34 2,44
Yaponiya 75430,68 2,33
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6943 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3321-i hüquqi, 3622-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 6745324,7 min ABŞ dolları (94,45%), özəl sektorun 330674,9 min ABŞ dolları (4,63%), fiziki şəxslərin payı isə 65651,6 min ABŞ dolları (0,91%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 874496,1 min ABŞ dolları (27,02%), özəl sektorun payı 2205777,6 min ABŞ dolları (68,13%), fiziki şəxslərin payı isə 157176,5 min ABŞ dolları (4,39%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi