AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2009-cu ilin 8 ayı ərzində

2009-cu ilin 8 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
 
2009-cu ilin ilk 8 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 129 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 12407743,5 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 8584531,2 min ABŞ dolları dəyərində 1693 adda mal ixrac, 3823212,4 min ABŞ dolları dəyərində 5321 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 4761318,8 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 17864,5 min ABŞ dolları dəyərində 859,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin ilk 8 ayına nisbətən 2009-cu ilin ilk 8 ayında ixrac əməliyyatlarının həcmi 77,23% (29123900,5 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 15,18% (684317,7 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 97622,9 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 335460,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin ilk 8 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 27499,5 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,09% təşkil etmişdir. Bunlardan 22583,1 min ton ixrac, 4916,4 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (181,1 min ton), dəmiryolu (2079,9 min ton), avtomobil (286,2 min ton), hava (1600,4 min ton) və stasionar nəql etmə (boru kəməri) (18430,6 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (214,4 min ton), dəmiryolu (3692,3 min ton), avtomobil (974,8 min ton) və hava (14,7 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 132955 (əlavə vərəqlə birlikdə 181245) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 20807 (əlavə vərəqlə birlikdə 23858) ədəd ixrac, 112148 (əlavə vərəqlə birlikdə 157387) ədəd idxal YGB-dir. 2009-cu ilin ilk 8 ayında YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 84,43% təşkil etmiş və ya 24520 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda azalma 9017 (69,77%) ədəd, idxalda isə 15503 (87,86%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4202,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1405,8 min ton), İtaliya (903,8 min ton), Bermud adaları (698,2 min ton), Gürcüstan (372,7 min ton), Türkmənistan (238,9 min ton), Tacikistan (194,8 min ton), İran (133,7 min ton), Rusiya (80,1 min ton) və Türkiyə (70,8 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 95,73% olmuş və ya 187,6 min ton azalmışdır.
2009-cu ilin ilk 8 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (1440129,0 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (572082,6 min ABŞ dolları), aşağı həddi isə mart ayında (397794,3 min ABŞ dolları) olmuşdur;
- avqust ayında ixrac əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə 109416,7 min ABŞ dolları həcmində artmışdır;
- avqust ayında idxal əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə 50481,4 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 106519,9 min ABŞ dolları, idxal əməliyyatlarında isə 7702,2 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 146036,5 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 94,14% təşkil etmiş və ya 9083,3 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin ilk 8 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                                                      İxracda:                 İdxalda:
01 (milli valyuta ilə hesablaşma)           -5,42 %                  -0,31 %
21 (SDV ilə hesablaşma)                        -90,52 %                -76,33 %
23 (dövlət krediti üzrə hesablaşma)      -0,01 %                  -6,67 %
41 (qapalı dövriyyəli valyuta)                    -0,71 %                  -3,86 %
80 (digərləri)                                               -3,34 %                  -12,83 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin ilk 8 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 79,73% (2008-ci ilin ilk 8 ayının ixracına nisbətən 19,35%), neft məhsulları - 12,77% (78,35%), meyvə-tərəvəz - 0,90% (77,80%), bitki və heyvan mənşəli yağlar - 0,89% (96,00%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,58% (57,50%), kimya sənayesi məhsulları - 0,17% (16,40%), alüminium və ondan hazırlanan məmulatlar - 0,13% (13,45%), pambıq - 0,12% (122,45%), alkoqollu və alkoqolsuz içkilər - 0,08% (55,15%), tütün və tütün məmulatları - 0,04% (149,46%) təşkil edir. Qalan əmtəələrin payına 4,58% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 35,06% (2008-ci ilin ilk 8 ayının idxalına nisbətən 99,60%), nəqliyyat vasitələri və onların hissələri - 13,15% (59,19%), ərzaq məhsulları - 12,02% (84,27%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,68% (78,77%), əczaçılıq məhsulları - 2,54% (136,89%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,25% (94,36%), xalq istehlakı malları - 0,69% (80,70%), mebel - 0,59% (94,12%) təşkil edir. Qalan əmtəələrin payına 26,01% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                     Miqdarı                       Dəyəri                   2008-ci ilin
                                                                                                        (min ABŞ              8 ayına netto
                                                                                                         dolları)                çəki nisb.%-lə
 
1) Neft (xam)                                             18054082,4 t             6844401,4
1.1) Boru kəməri ilə 01.09.2009-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                            1718418,0 t
-Supsa boru kəməri ilə                           2761207,5 t
-Bakı-Tbilisi-Ceyhan                                23108058,2 t
1.2) Dəmiryolu nəqliyyatı
01.09.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)                  815408,2 t
2) Neft emal məhsulları                          2363113,4 t               1096275,8
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                    1591194,8 t                624434,9
- digərləri                                                   14544,0 t                     7491,3
2.1) 01.09.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları    121315,2 t
3) Bitki və heyvan mənş.yağ.                  32826,5 t                     76571,0                  63,2 %
4) Spirtli içkilər                                          4487257,8 L               6794,4                     55,4 %
5) Tütün                                                      1243,6 t                        2845,3                    80,5 %
6) Tütün məmulatı                                   140106,0 min əd.       723,7                       117,8 %
7) Qara metallar                                       26740,0 t                     12187,6                   36,0 %
8) Alüminium                                            12257,5 t                      11323,4                   29,8 %
9) Çay                                                         3669,6 t                        15314,1                  109,8 %
10) Pambıq mahlıcı                                 10691,4 t                      10231,7                  128,9 %
11) Elektrik enerjisi                                  592,2 mln. kvt/s           23592,4
12) Təbii qaz                                             4990085,8 min kub/m92198,2
 
İdxalınstrukturunda əsasyertutan əmtəələrinmiqdarıvə dəyəriaşağıdakıkimidir:
 
                                                                     Miqdarı                        Dəyəri                    2008-ciilin
                                                                                                         (minABŞ               8 ayınanetto
                                                                                                           dolları)                 çəkinisb.%-lə
 
1) Ət və ət məhsulları                              12328,4 t                      8223,8                     83,6 %
    - humanitar yardım                               36,9 t                            36,9
2) Buğda                                                    644993,3 t                   133583,6                 92,0 %
3) Un                                                           30190,8 t                      6742,5                     41,4 %
4) Şəkər                                                      209742,9 t                   69727,3                   127,3 %
5) Yağ                                                          70336,2 t                     63956,6                   99,5 %
 - kərə yağı                                                  7038,7 t                       12246,1
 - bitki və heyvan mən.yağ.                      63297,5 t                      51710,5
6) Çay                                                         5103,8 t                        11256,9                   102,1 %
7) Spirt                                                        963801,7 L                  961,5                        73,3 %
8) Spirtli içkilər                                          5352958,8 L                7393,4                     64,0 %
9) Tütün                                                      1625,9 t                        3171,1                      77,6 %
10) Tütün məmulatı                                  7184365,8 min əd.    138993,0                108,2 %
11) Qara metallar                                     317379,9 t                    90688,9                   74,1 %
12) Minik avtomobilləri
 -YGB əsasında                                         17939 əd.                    163297,6                 58,3 %
  -GMO əsasında                                       24989 əd.                    137286,5
13) Neft məhsulları                                   49331,2 t                     42140,3
14) Elektrik enerjisi                                   90,7 mln. kvt/s            3488,2
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (18054082,1 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1481881,2 ton (62,71%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" hava hərəkəti idarəsi (757374,7 tonu (32,05%)), "Azneftyağ" İstehsalat Birliyi (70716,3 ton (2,99%)) və "İlqar LTD" şirkəti (32915,7 ton (1,39%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 7609591,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88,64%) çıxarmışlar, o cümlədən, 7396264,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,20%) və 67708,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,89%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2675480,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 69,98%) gətirilmişdir. Onlardan 1984320,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,17%) və 434909,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 16,26 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 4934110,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,23%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,39%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,23%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,22%); qara metallar (0,16%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 24,65%); elektrik maşınları və avadanlıqları, onların hissələri (17,09%); quru nəqliyyat vasitələri (10,15%); qara metallardan məmulatlar (8,00%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,79%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 974940,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 11,36%) çıxarmışlar, o cümlədən, 374622,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,43%), 218964,0 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 22,46%) və 60619,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 6,22%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1147731,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 30,02%) gətirilmişdir. Onlardan 934081,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,38%), 136770,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,92 %) və 55464,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,83%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 172791,6 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 60,55%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,83%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,80%); tərəvəz (4,80%); qara metallardan məmulatlar (3,84%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 12,45%); elektrik maşınları və avadanlıqları, onlarIn hissələri (11,16%); avadanlıqlar və mexaniki qurğular (8,34%); quru nəqliyyat vasitələri (7,73%); uçan aparatlar (7,40%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
 
İxracda
 
Ölkənin adı           Dəyəri (min          Ümumi ixra-
                                 ABŞ dol.)            ca nisb.%-lə
 
İtaliya                       2008999,07            23,40
ABŞ                        1019017,76             11,87
Fransa                    790240,33              9,21
İsrail                        649844,89              7,57
Kanada                   433285,99              5,05
Tayvan                    408793,77              4,76
Rusiya                     400787,27              4,67
İndoneziya              363234,48              4,23
Gürcüstan               269225,13              3,14
Malayziya                 254203,19              2,96
 
İdxalda
 
Ölkənin adı           Dəyəri (min           Ümumi idxa-
                                  ABŞ dol.)               la nisb.%-lə
 
Rusiya                     667573,03              17,46
Türkiyə                    593101,02               15,51
Almaniya                 362863,52               9,49
Ukrayna                  305504,82                7,99
Çin                           243820,11               6,38
B. Britaniya             200549,45               5,25
ABŞ                          177733,81               4,65
Yaponiya                 102759,34               2,69
İtaliya                        91932,22                 2,40
Fransa                     89810,67                 2,35
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7421 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3509-u hüquqi, 3912-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 8126200,9 min ABŞ dolları (94,66%), özəl sektorun 388122,7 min ABŞ dolları (4,52%), fiziki şəxslərin payı isə 70207,5 min ABŞ dolları (0,82%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1127406,4 min ABŞ dolları (29,49%), özəl sektorun payı 2515236,7 min ABŞ dolları (65,79%), fiziki şəxslərin payı isə 180569,2 min ABŞ dolları (4,72%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az