AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2009-cu ilin 9 ayı ərzində

2009-cu ilin 9 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
 
2009-cu ilin ilk 9 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 132 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 14355940,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 9986766,2 min ABŞ dolları dəyərində 1804 adda mal ixrac, 4369174,2 min ABŞ dolları dəyərində 5445 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 5617592,0 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 20203,1 min ABŞ dolları dəyərində 999,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin ilk 9 ayına nisbətən 2009-cu ilin ilk 9 ayında ixrac əməliyyatlarının həcmi 74,37% (28983843,2 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 16,49% (862578,5 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 107822,9 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 349027,3 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin ilk 9 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 30772,6 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 40,32% təşkil etmişdir. Bunlardan 25150,3 min ton ixrac, 5622,2 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (207,1 min ton), dəmiryolu (2293,3 min ton), avtomobil (320,5 min ton), hava (1623,4 min ton) və stasionar nəql etmə (boru kəməri) (20701,0 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (269,1 min ton), dəmiryolu (4210,7 min ton), avtomobil (1100,6 min ton) və hava (16,3 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 150146 (əlavə vərəqlə birlikdə 204641) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 23452 (əlavə vərəqlə birlikdə 26972) ədəd ixrac, 126694 (əlavə vərəqlə birlikdə 177669) ədəd idxal YGB-dir. 2009-cu ilin ilk 9 ayındə YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 84,27% təşkil etmiş və ya 28018 ədəd bəyannamə az olmuşdur. O cümlədən ixracda azalma 71,42 (9386%) ədəd, idxalda isə 87,18 (18632%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4796,0 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1607,8 min ton), İtaliya (1088,5 min ton), Bermud adaları (788,0 min ton), Gürcüstan (404,0 min ton), Tacikistan (249,7 min ton), Türkmənistan (249,0 min ton), İran (133,9 min ton), Rusiya (88,5 min ton) və Türkiyə (73,0 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 98,18% olmuş və ya 89,1 min ton azalmışdır.
2009-cu ilin ilk 9 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (1440171,7 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (573684,8 min ABŞ dolları), aşağı həddi isə mart ayında (401497,8 min ABŞ dolları) olmuşdur;
- sentyabr ayında ixrac əməliyyatlarının həcmi avqust ayı ilə müqayisədə 38572,3 min ABŞ dolları həcmində azalmışdır;
- sentyabr ayında idxal əməliyyatlarının həcmi avqust ayı ilə müqayisədə 69680,8 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 88388,7 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 1743,4 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 163604,0 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 88,36% təşkil etmiş və ya 21549,8 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin ilk 9 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                                                   İxracda:                 İdxalda:
 
01 (milli valyuta ilə hesablaşma)        -4,69 %                   -0,77 %
21 (SDV ilə hesablaşma)                     -90,18 %                 -77,10 %
23 (dövlət krediti üzrə hesablaşma)   -0,01 %                   -6,54 %
41 (qapalı dövriyyəli valyuta)                 -0,67 %                   -3,79%
80 (digərləri)                                            -4,45 %                   -11,80 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin ilk 9 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 79,96% (2008-ci ilin ilk 9 ayının ixracına nisbətən 22,06%), neft məhsulları - 11,66% (72,62%), meyvə-tərəvəz - 0,93% (80,37%), bitki və heyvan mənşəli yağlar - 0,85% (100,40%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,60% (27,84%), kimya sənayesi məhsulları - 0,19% (20,12%), pambıq - 0,14% (132,19%), alüminium və ondan hazırlanan məmulatlar - 0,11% (12,00%), alkoqollu və alkoqolsuz içkilər - 0,08% (58,14%), tütün və tütün məmulatları - 0,04% (144,75%) təşkil edir. Qalan əmtəələrin payına 5,44% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 34,25% (2008-ci ilin ilk 9 ayının idxalına nisbətən 93,05%), nəqliyyat vasitələri və onların hissələri - 13,71% (63,24%), ərzaq məhsulları - 11,63% (83,27%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,40% (81,85%), əczaçılıq məhsulları - 2,38% (129,22%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,29% (97,12%), xalq istehlakı malları - 0,71% (85,24%), mebel - 0,64% (101,85%) təşkil edir. Qalan əmtəələrin payına 26,00% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                    Miqdarı                       Dəyəri                    2008-ci ilin
                                                                                                       (min ABŞ               9 ayına netto
                                                                                                         dolları)                 çəki nisb.%-lə
   
1) Neft (xam)                                            20316978,1 t             7985158,9
1.1) Boru kəməri ilə 01.10.2009-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                           1858182,0 t
-Supsa boru kəməri ilə                          3124528,4 t
-Bakı-Tbilisi-Ceyhan                               26113341,9 t
1.2) Dəmiryolu nəqliyyatı
01.10.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)                 968602,4 t
2) Neft emal məhsulları                         2497928,2 t                1164069,1
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                   1717588,9 t                 686441,4
- milli valyuta ilə                                        761551,4 t                  467552,9
- diğərləri                                                   18787,9 t                     10101,8
2.1) 01.10.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmiləş-
dirilməmiş neft məhsulları                    191882,4 t
3) Bitki və heyvan mənş.yağ.                 36338,6 t                      84771,9                   65,9%
4) Spirtli içkilər                                          5251430,8 L                8281,0                     57,6 %
5) Tütün                                                      1275,1 t                        2896,4                     80,2 %
6) Tütün məmulatı                                    145106,0 min əd.      761,2                        111,8 %
7) Qara metallar                                        28434,0 t                    12980,0                    37,1 %
8) Alüminium                                             12325,5 t                     11357,4                   26,7 %
9) Çay                                                          4239,2 t                       17798,7                   110,4 %
10) Pambıq mahlıcı                                  14424,0 t                     14135,6                   139,3 %
11) Elektrik enerjisi                                   607,4 mln. kvt/s         24227,2
12) Təbii qaz                                               512901,1 min kub/m94712,0
 
İdxalınstruk turunda əsasyertutan əmtəələrinmiqdarıvə dəyəriaşağıdakıkimidir:
 
                                                                     Miqdarı                        Dəyəri                     2008-ci ilin
                                                                                                         (minABŞ                 9 ayına netto
                                                                                                          dolları)                   çəki nisb.%-lə
   
1) Ət və ət məhsulları                               13525,1 t                     9122,5                      80,1 %
    - humanitar yardım                                36,9 t                           36,9
2) Buğda                                                      699136,4 t                 146697,2                  88,4 %
3) Un                                                            31522,6 t                     7094,1                      38,9 %
4) Şəkər                                                       232330,6 t                  77181,9                    115,7 %
5) Yağ                                                           75113,0 t                    69001,3                    100,7 %
 - kərə yağı                                                   7776,5 t                      13839,5
 - bitki və heyvan mən.yağ.                       67336,5 t                     55161,8
6) Çay                                                           5326,6 t                      11739,4                    98,1 %
7) Spirt                                                         1166334,4 L              1139,4                       86,7 %
8) Spirtli içkilər                                            5774035,1 L              8069,1                      62,9 %
9) Tütün                                                       1862,2 t                       3579,1                      79,6 %
10) Tütün məmulatı                                   8190523,9 min əd.  158198,8                  105,2 %
11) Qara metallar                                       393459,3 t                 112489,6                  83,5 %
12) Minik avtomobilləri
 -YGB əsasında                                          20318 əd.                  186296,1                   58,2 %
 -GMO əsasında                                         27561 əd.                  153411,6
13) Neft məhsulları                                    51108,8 t                    44092,1
14) Elektrik enerjisi                                    93,3 mln. kvt/s           3576,9
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (20316977,9 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1583677,2 ton (63,40%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" hava hərəkəti idarəsi (761551,4 tonu (30,49%)), "Azneftyağ" İstehsalat Birliyi (85620,9 ton (3,43%)) və "İlqar LTD" şirkəti (41524,5 ton (1,66%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 8813930,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88,26%) çıxarmışlar, o cümlədən, 8588524,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,44%) və 78301,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,89%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3001380,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,69%) gətirilmişdir. Onlardan 2258963,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,26%) və 457394,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 15,24 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 5812550,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,21%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,39%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,21%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,20%); qara metallar (0,15%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 24,77%); elektrik maşınları və avadanlıqları, onların hissələri (16,95%); quru nəqliyyat vasitələri (10,32%); qara metallardan məmulatlar (8,05%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,58%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1172835,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 11,74%) çıxarmışlar, o cümlədən, 417347,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 35,58%), 366239,7 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 31,23%) və 66818,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,70%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1367793,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31,31%) gətirilmişdir. Onlardan 1109763,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,14%), 153475,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,22 %) və 58035,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,24%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 194958,3 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 53,06%); gəmilər, qayıqlar və digər üzən vasitələr (12,98%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,21%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,16%); tərəvəz (4,01%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 11,43%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,86%); quru nəqliyyat vasitələri (8,51%); avadanlıqlar və mexaniki qurğular (8,00%); uçan aparatlar (7,44%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
 
İxracda
 
Ölkənin adı           Dəyəri (min           Ümumi ixra-
                                  ABŞ dol.)              ca nisb.%-lə
 
İtaliya                      2480280,61            24,84
ABŞ                        1157777,12            11,59
Fransa                   890625,24               8,92
İsrail                       770096,08               7,71
Rusiya                   552856,61               5,54
Tayvan                   547189,45               5,48
Kanada                  433285,99              4,34
İndoneziya             363234,48              3,64
Gürcüstan             296402,48               2,97
Hindistan               266775,32              2,67
 
İdxalda
 
Ölkənin adı            Dəyəri (min           Ümumi idxa-
                                  ABŞ dol.)               la nisb.%-lə
 
Rusiya                    792182,27              18,13
Türkiyə                    662404,52              15,16
Almaniya                423445,05               9,69
Ukrayna                  372180,79              8,52
Çin                           279490,14              6,40
B. Britaniya             214067,88              4,90
ABŞ                         190811,56               4,37
Yaponiya                118946,46               2,72
İtaliya                       109229,01               2,50
Belarus                   94500,81                 2,16
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7912 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3666-ı hüquqi, 4246-ı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 9344884,2 min ABŞ dolları (93,57%), özəl sektorun 561274,6 min ABŞ dolları (5,62%), fiziki şəxslərin payı isə 80607,5 min ABŞ dolları (0,81%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1362466,5 min ABŞ dolları (31,18%), özəl sektorun payı 2802735,0 min ABŞ dolları (64,15%), fiziki şəxslərin payı isə 203972,7 min ABŞ dolları (4,67%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az