| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2006-cı ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı
ilin 10 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 136 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi
9420701,5 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 5210321,7 min ABŞ
dolları dəyərində 2087 adda mal ixrac, 4210379,8 min ABŞ dolları
dəyərində 5666 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyatları
üzrə müsbət saldo 999941,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 32460,9 min ABŞ dolları dəyərində 20311,6 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci
ilin 10 ayına nisbətən 2006-cı ilin 10 ayında ixrac əməliyyatlarının
həcmi 40,74% (1508209,6 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi
isə 19,69% (692562,1 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 31543,5 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 297885,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2006-cı ilin 10 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 20409,1 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 116,02% təşkil etmişdir. Bunlardan 11610,0 min
ton ixrac, 8799,1 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (5888,2 min ton), dəmiryolu (1116,5
min ton), avtomobil (405,5 min ton), hava (3,0 min ton) və stasionar
nəql etmə (boru kəməri) (4190,3 min ton) nəqliyyatından istifadə
olunmuşdur. İdxal əməliyyatlarında dəniz (234,5 min ton), dəmiryolu
(4943,4 min ton), avtomobil (918,9 min ton), hava (21,8 min ton) və
stasionar nəql etmə (boru kəməri) (2646,3 min ton) nəqliyyatına
üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən
istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük
bəyannamələri əsasında rəsmiləşdirilməsi nəzərə alınmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 152347 (əlavə vərəqlə
birlikdə 204013) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir.
Bunlardan 32932 (əlavə vərəqlə birlikdə 38103) ədəd ixrac, 119415
(əlavə vərəqlə birlikdə 165910) ədəd idxal YGB-dir. 2006-cı ilin ilk 10
ayında YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən
111,11% təşkil etmiş və ya 15228 ədəd bəyannamə çox olmuşdur. O
cümlədən ixracda artım 3807(113,07%) ədəd, idxalda isə 11421(110,58%)
ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5596,7 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1769,1 min ton), İtaliya
(1488,1 min ton), Gürcüstan (1014,9 min ton), Tacikistan (333,6 min
ton), Rusiya (184,1 min ton), Türkmənistan (154,8 min ton), Türkiyə
(150,1 min ton), İran (144,0 min ton) və Kipr (112,0 min ton)
ölkələrinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan
tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 82,98% olmuş
və ya 1147,7 min ton azalmışdır.
2006-cı ilin 10 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi sentyabr ayında
(1189283,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236625,9
min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (737520,2
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253189,4 min ABŞ
dolları) olmuşdur;
- oktyabr ayında ixrac əməliyyatlarının həcmi sentyabr ayı ilə
müqayisədə 826473,2 min ABŞ dolları həcmində, idxal əməliyyatlarının
həcmi isə 2340,3 min ABŞ dolları həcmində azalmışdır.
- orta aylıq artım ixrac əməliyyatlarında 14020,5 min ABŞ dolları, idxal əməliyyatlarında isə 19775,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 134226,4 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 130,97% təşkil etmiş və ya 31736,5 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2006-cı ilin ilk 10 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,37% |
| 21 (SDV ilə hesablaşma) |
-62,35,43% |
-59,91% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-3,34% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,21% |
-3,42% |
| 51 (barter sazişi) |
-0,01% |
-0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-30,77% |
-0,00% |
| 80 (digərləri) |
-5,65% |
-32,96% |
İdxalın
və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı
(%-lə) aşağıdakı kimidir (2005-ci ilin 10 ayına nisbətən müqayisə
statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 59,69% (2005-ci ilin 10 ayının ixracına nisbətən
158,12%), neft məhsulları - 24,80% (147,89%), kimya sənayesi məhsulları
- 3,11% (155,46%), meyvə-tərəvəz - 1,79% (84,04%), alüminium və ondan
hazırlanan məmulatlar - 1,16% (140,64%), bitki və heyvan mənşəli yağlar
- 0,95% (83,44%), qara metallar və onlardan hazırlanan məmulatlar -
0,93% (124,46%), pambıq - 0,63% (116,24%), tütün və tütün məmulatları -
0,35% (115,61%), alkoqollu və alkoqolsuz içkilər - 0,27% (203,60%)
təşkil edir. Qalan əmtəələrin payına 6,32% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 30,99% (2005-ci ilin 10
ayının idxalına nisbətən 109,46%), nəqliyyat vasitələri və onların
hissələri - 15,47% (194,76%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 9,25% (111,47%), neft qazı və digər qazaoxşar
karbohidrogenlər - 9,22% (163,71%), ərzaq məhsulları - 7,67% (112,61%),
xalq istehlakı malları - 1,10% (83,27%), oduncaq və ondan hazırlanan
məmulatlar - 1,08% (110,89%), əczaçılıq məhsulları - 0,95% (176,52%),
mebel - 0,48% (82,84%) təşkil edir. Qalan əmtəələrin payına 23,80%
düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin 10 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
7477270,9 t |
3109971,6 |
|
| -Şimal boru kəməri ilə |
3813266,0 t |
| |
| -Supsa boru kəməri ilə |
5615560,2 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
5523811,0 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
4911674,9 t |
| |
| 2) Neft emal məhsulları |
2723056,7 t |
1292310,1 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
2622305,5 t |
1241941,3 |
|
| - digərləri |
100751,1 t |
50368,9 |
|
2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
99135,6 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
40813,8 t |
49410,4 |
81,2 % |
| 4) Spirtli içkilər |
10740069,1 L |
13847,4 |
141,7 % |
| ё |
4495,4 t |
3278,9 |
72,2 % |
| 6) Tütün məmulatı |
2518,3 mln.əd |
14728,8 |
149,3 % |
| 7) Qara metallar |
66634,4 t |
21205,9 |
61,7 % |
| 8) Alüminium |
27819,7 t |
60514,6 |
105,4 % |
| 9) Çay |
5138,6 t |
14411,9 |
121,9 % |
| 10) Pambıq mahlıcı |
38714,9 t |
32949,0 |
115,5 % |
| 11) Elektrik enerjisi |
771,4 mln kvt*s |
12455,8 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin 10 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
16315,0 t |
11923,0 |
56,0% |
| - humanitar yardım |
187,3 t |
457,8 |
|
| 2) Buğda |
758045,6 t |
103461,4 |
103,9% |
| 3) Un |
3457,4 t |
930,9 |
95,4% |
| - humanitar yardım |
2992,8 t |
782,0 |
|
| 4) Şəkər |
116180,4 t |
36585,5 |
83,1% |
| - humanitar yardım |
399,5 t |
352,6 |
|
| 5) Yağ |
73238,0 t |
41985,9 |
96,7% |
| - kərə yağı |
5999,3 t |
7192,0 |
|
| - bitki və heyvan mən.yağ |
67238,7 t |
34793,9 |
|
| - humanitar yardım |
301,0 t |
366,2 |
|
| 6) Çay |
5487,7 t |
10295,1 |
95,5 % |
| 7) Spirt |
708521,6 L |
615,9 |
55,2 % |
| 8) Spirtli içkilər |
8081814,9 L |
11080,8 |
157,3 % |
| 9) Tütün məmulatı |
5665,2 mln. əd. |
77046,5 |
119,5 % |
| 10) Qara metallar |
288884,4 t |
84260,7 |
137,2 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
22083əd. |
160270,5 |
96,1% |
| -GMO əsasında |
25488əd. |
127867,6 |
|
| 12) Neft məhsulları |
115497,2 t |
69018,1 |
|
| 13) Elektrik enerjisi |
1925,3 mln. kvt*s |
53037,8 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
3730527,7 min kub.m |
388291,6 |
|
Xam
neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (4142382,8 ton
(55,40%)) və Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi
(3305012,3 ton (44,20%)) tərəfindən ixrac edilmişdir. Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr
İdarəsi (2438991,1 ton (89,57%)), "Azneftyağ" İstehsalat Birliyi
(86194,8 tonu (3,17%)), "Middle East Petrol Farm FZE" şirkətinin
Azərbaycandakı filialı (64876,0 ton (2,38%)), "Aztrans Reil" MMC
(35872,1 ton (1,32%)) və "Monolit-D" firması (28325,6 ton (1,04%))
üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 4490242,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
86,18%) çıxarmışlar, o cümlədən, 2778559,9 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 61,88%) və 1603468,9
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 35,71 %), 107690,2 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 2,40%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2545413,1
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 60,46%)
gətirilmişdir. Onlardan 1374749,4 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 54,01%), 1017995,3 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (idxala nisbətən 39,99
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1944829,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
93,58%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,37%);
alüminium və alüminium məmulatları (1,34%); qeyri-üzvi kimya məhsulları
(0,50%); meyvə və qoz-fındıq (0,47%); qara metallar (0,43%) ixrac
edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və texniki qurğular (idxala nisbətən 33,04%); elektrik
maşınları və avadanlıqları, onların hissələri (13,05%); qara
metallardan hazırlanan məmulatlar (9,99%); quru nəqliyyat vasitələri
(6,98%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq
tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və
ləvazimatları (2,82%); mebel (2,81%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 720079,0
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 13,82%)
çıxarmışlar, o cümlədən, 470327,1 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 65,32%), 186758,1 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 25,94%), 62778,1
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 8,72%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1664966,7 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 39,54%) gətirilmişdir. Onlardan
1147511,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 68,92%), 139822,5 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8,40%), 369820,6
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
22,20%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 944887,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən, mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 31,51%),
qeyri-üzvi kimya məhsulları (15,07%); gəmilər, qayıqlar və digər üzən
vasitələr (10,11%); heyvan və ya bitki mənşəli piylər və yağlar
(6,66%); meyvə (5,61%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq (idxala nisbətən 28,00%); gəmilər, qayıqlar və digər üzən
vasitələr (17,94%); quru nəqliyyat vasitələri (7,20%); dənli bitkilər
(6,41%); avadanlıqlar və texniki qurğular (5,11%); qara metallar
(3,76%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
2412770,59 |
46,31 |
| İsrail |
522165,66 |
10,02 |
| Türkiyə |
312667,74 |
6,00 |
| Fransa |
312192,00 |
5,99 |
| Rusiya |
238764,04 |
4,58 |
| Gürcüstan |
224301,53 |
4,30 |
| İran |
211945,12 |
4,07 |
| Yunanistan |
160485,40 |
3,08 |
| Tacikistan |
108290,90 |
2,08 |
| Qazaxıstan |
99199,93 |
1,90 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
908997,66 |
21,59 |
| B.Britaniya |
385621,53 |
9,16 |
| Almaniya |
319973,96 |
7,60 |
| Türkiyə |
304385,78 |
7,23 |
| Ukrayna |
222575,46 |
5,29 |
| Çin |
178881,35 |
4,25 |
| ABŞ |
159627,60 |
3,79 |
| Finlandiya |
151192,03 |
3,59 |
| Yaponiya |
116362,61 |
2,76 |
| İtaliya |
101728,69 |
2,42 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 10003 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3484-ü hüquqi, 6519-u isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
3042018,3 min ABŞ dolları (58,38%), özəl sektorun 2105188,4 min ABŞ
dolları (40,40%), fiziki şəxslərin payı isə 63115,0 min ABŞ dolları
(1,21%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
1228709,2 min ABŞ dolları (29,18%), özəl sektorun payı 2754984,2 min
ABŞ dolları (65,43%), fiziki şəxslərin payı isə 226686,4 min ABŞ
dolları (5,38%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|