| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2007-ci ilin 10 ayı ərzində
2007-ci ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 10 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 136 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 9241633,8 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 4819834,8 min ABŞ dolları dəyərində 2327 adda mal ixrac,
4421230,8 min ABŞ dolları dəyərində 6478 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 398604,0 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 54308,7 min ABŞ dolları dəyərində 16460,4 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 10 ayına nisbətən 2007-ci ilin ilk 10 ayında ixrac
əməliyyatlarının həcmi 7,49% (390468,4 min ABŞ dolları) azalmış, idxal
əməliyyatlarının həcmi isə 4,86% (205016,4 min ABŞ dolları) artmışdır.
Müvəqqəti
ixrac rejimində ölkəmizdən 258957,0 min ABŞ dolları dəyərində mal ixrac
edilmiş, 275098,5 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti
idxal edilmişdir.
2007-ci ilin ilk 10 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 16671,3 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 81,69% təşkil etmişdir. Bunlardan 9502,6 min
ton ixrac, 7168,7 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (674,6 min ton), dəmiryolu (2908,3
min ton), avtomobil (592,3 min ton), hava (3,1 min ton) və stasionar
nəqletmə (boru kəməri) (5312,4 min ton) nəqliyyat vasitələrindən
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (90,6 min ton),
dəmiryolu (5532,2 min ton), avtomobil (1139,9 min ton), hava (21,6 min
ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat
vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat
vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların
yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə
alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 178550 (əlavə vərəqlə
birlikdə 237313) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 35444 (əlavə
vərəqlə birlikdə 40312) ədəd ixrac, 143106 (əlavə vərəqlə birlikdə
197001) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 10 ayında YGB-lərin ümumi
sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 117,20% təşkil etmiş və ya
26203 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 2512
(107,60%) ədəd, idxalda isə artım 23691 (119,20%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4847,9 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1421,3 min ton), İsveçrə
(1307,4 min ton), Gürcüstan (980,6 min ton), Tacikistan (362,3 min
ton), Türkiyə (201,1 min ton), İran (160,0 min ton), Türkmənistan
(123,4 min ton), Rusiya (116,9 min ton) və Qazaxıstan (78,1 min ton)
dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən
daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən
88,62% olmuş və ya 748,8 min ton azalmışdır.
2007-ci ilin ilk 10 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
-
ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866336,8 min
ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ dolları)
olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (543903,7
min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ
dolları) olmuşdur;
- oktyabr ayında ixrac əməliyyatlarının həcmi sentyabr ayı ilə
müqayisədə 179933,6 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə
18416,9 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 11990,8 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq artım 13641,3 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 154809,7 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 115,30% təşkil etmiş və ya 20583,3 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2007-ci ilin ilk 10 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,02 % |
-0,28 % |
| 21 (SDV ilə hesablaşma) |
-80,31 % |
-72,51 % |
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0,00 % |
-1,24 % |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,84 % |
-4,48 % |
| 78 (kompen.öhdəliklər hesabına) |
-9,29 % |
-0,00 % |
| 80 (digərləri) |
-8,54 % |
-21,48 % |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 10 ayına nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 53,99% (2006-cı ilin ilk 10 ayının ixracına
nisbətən 83,68%), neft məhsulları - 26,84% (100,12%), meyvə-tərəvəz -
1,99% (103,04%), kimya sənayesi məhsulları - 1,48% (44,13%), bitki və
heyvan mənşəli yağlar - 1,45% (141,08%), alüminium və ondan hazırlanan
məmulatlar - 1,39% (110,95%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 1,16% (115,81%), pambıq - 0,49% (71,40%), alkoqollu və
alkoqolsuz içkilər - 0,36% (121,75%), tütün və tütün məmulatları -
0,13% (34,89%) təşkil edir. Qalan əmtəələrin payına 10,71% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 30,15% (2006-cı ilin ilk 10
ayının idxalına nisbətən 102,04%), nəqliyyat vasitələri və onların
hissələri - 14,34% (96,77%), ərzaq məhsulları - 11,68% (159,93%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 11,34% (128,78%),
əczaçılıq məhsulları - 1,64% (181,44%), oduncaq və ondan hazırlanan
məmulatlar - 1,27% (123,61%), neft qazı və digər qazaoxşar
karbohidrogenlər - 1,18% (13,39%), xalq istehlakı malları - 0,92%
(87,24%), mebel - 0,56% (122,98%) təşkil edir. Qalan əmtəələrin payına
26,92% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 9 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
5387089,1 t |
2602314,0 |
|
| -Şimal boru kəməri ilə |
1840887,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
22348496,7 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.11.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
3870510,4 t |
| |
| 2) Neft emal məhsulları |
2536299,0 t |
1293883,5 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
2508620,8 t |
1282077,9 |
|
| - digərləri |
27678,2 t |
11805,7 |
|
2.1) 01.11.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
184752,9 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
52770,2 t |
69707,5 |
129,3 % |
| 4) Spirtli içkilər |
12225318,8 L |
16999,3 |
113,8 % |
| 5)Tütün |
3116,9 t |
2625,8 |
69,3 % |
| 6) Tütün məmulatı |
594371,6 min.əd |
3656,6 |
23,6 % |
| 7) Qara metallar |
73852,6 t |
31699,7 |
110,8 % |
| 8) Alüminium |
30004,1 t |
67141,0 |
107,8 % |
| 9) Çay |
4971,6 t |
14459,5 |
96,8 % |
| 10) Pambıq mahlıcı |
26487,8 t |
23525,6 |
68,4 % |
| 11) Elektrik enerjisi |
373,6 mln kvt/s |
7827,5 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 10 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
20907,9 t |
13239,6 |
128,2 % |
| - humanitar yardım |
40,0 t |
555,9 |
|
| 2) Buğda |
1038438,9 t |
193576,8 |
137,0 % |
| 3) Un |
1490,4 t |
488,7 |
43,1 % |
| -humanitar yardım |
3,6 t |
1,9 |
|
| 4) Şəkər |
270037,6 t |
88448,1 |
232,4 % |
| - humanitar yardım |
163,3 t |
83,3 |
|
| 5) Yağ |
74975,7 t |
45217,8 |
102,4 % |
| - kərə yağı |
7679,0 t |
8849,9 |
|
| - bitki və heyvan mən.yağ |
67296,8 t |
36367,9 |
|
| - humanitar yardım |
287,6 t |
341,1 |
|
| 6) Çay |
6986,7 t |
12523,6 |
127,3 % |
| 7) Spirt |
1185219,6 L |
1154,2 |
167,3 % |
| 8) Spirtli içkilər |
11471589,2 L |
12775,6 |
141,9 % |
| 9) Tütün |
3300,8 t |
4801,7 |
85,5 % |
| 10) Tütün məmulatı |
9628,1 mln. əd. |
142084,0 |
169,9 % |
| 11) Qara metallar |
410658,1 t |
97523,2 |
142,2 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
26163 əd. |
211741,7 |
117,2 % |
| -GMO əsasında |
29575 əd. |
143462,8 |
|
| 13) Neft məhsulları |
57403,1 t |
46926,1 |
|
| 14) Elektrik enerjisi |
715,6 mln. kvt/s |
21481,7 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470098,2 min kub.m |
51975,3 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (4410623,1 ton (81,87%)), Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkəti (976466,0 ton (18,13%)) tərəfindən ixrac edilmişdir.
Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi (2338933,1 ton (92,22%)), "AZERİSTAR"
(28952,2 ton (1,14%)), "Az Trans Reil" MMC (27657,9 ton (1,09%)) və
"Sumqayıt Aşqarlar" ASC (22735,7 ton (0,90%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 3915327,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
81,23%) çıxarmışlar, o cümlədən, 3496112,9 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 89,29%), 357167,6
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 9,12 %) və 61526,1 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 1,57%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2930654,5
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,29%)
gətirilmişdir. Onlardan 1990522,7 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (idxala nisbətən 67,92%) və 877718,5 min
ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən
29,95 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 984673,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
93,38%); alüminium və alüminium məmulatları (1,69%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (0,99%); qara metallar
(0,78%); meyvə (0,60%) ixrac edilmişdir.
Xarici
ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 28,09%); quru
nəqliyyat vasitələri (10,95%); qara metallardan məmulatlar (10,26%);
elektrik maşınları və avadanlıqları, onların hissələri (9,92%); optik,
fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya
cərrahi cihaz və aparatlar, onların hissələri və ləvazimatları (4,64%)
idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 904506,9
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,77%)
çıxarmışlar, o cümlədən, 374603,6 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 41,42%), 350270,2 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 38,72%) və 88784,8
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 9,82%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1490576,3 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 33,71%) gətirilmişdir. Onlardan
1215360,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 81,54%), 190322,4 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,77 %) və 71753,9
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
4,81%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 586069,4 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 30,83%); şəkər və
şəkərdən hazırlanan qənnadı məmulatı (14,33%); gəmilər, qayıqlar və
digər üzən vasitələr (10,27%); heyvan və ya bitki mənşəli piylər və
yağlar (7,69%); qeyri-üzvi kimya məhsulları (4,47%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli
bitkilər (idxala nisbətən 13,29%); quru nəqliyyat vasitələri (10,85%);
avadanlıqlar və mexaniki qurğular (9,08%); qara metallardan məmulatlar
(6,92%); elektrik maşınları və avadanlıqları, onların hissələri (5,62%)
idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Türkiyə |
837202,03 |
17,37 |
| İtaliya |
638121,90 |
13,24 |
| Rusiya |
406663,48 |
8,44 |
| İran |
391044,92 |
8,11 |
| Gürcüstan |
297911,83 |
6,18 |
| İndoneziya |
297125,30 |
6,16 |
| İsrail |
252028,02 |
5,23 |
| Fransa |
195364,45 |
4,05 |
| Hindistan |
144947,94 |
3,01 |
| ABŞ |
137156,26 |
2,85 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
793498,26 |
17,95 |
| Türkiyə |
452103,24 |
10,23 |
| Ukrayna |
393623,48 |
8,90 |
| Almaniya |
385837,35 |
8,73 |
| B.Britaniya |
335777,17 |
7,59 |
| Yaponiya |
228808,41 |
5,18 |
| ABŞ |
221967,80 |
5,02 |
| Çin |
205869,60 |
4,66 |
| Qazaxıstan |
132808,76 |
3,00 |
| İtaliya |
108226,66 |
2,45 |
|
Qeyd
etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 11803 hüquqi və
fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3725-si hüquqi, 8078-i isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
3665076,9 min ABŞ dolları (76,04%), özəl sektorun payı 1083680,2 min
ABŞ dolları (22,48%), fiziki şəxslərin payı isə 71077,8 min ABŞ dolları
(1,47%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
1084374,2 min ABŞ dolları (24,53%), özəl sektorun payı 3079466,7 min
ABŞ dolları (69,65%), fiziki şəxslərin payı isə 257390,0 min ABŞ
dolları (5,82%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|