AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2009-cu ilin 10 ayı ərzində

2009-cu ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
 
2009-cu ilin ilk 10 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 136 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 16517608,9 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 11560983,9 min ABŞ dolları dəyərində 1922 adda mal ixrac, 4956625,0 min ABŞ dolları dəyərində 5609 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 6604358,9 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 25375,4 min ABŞ dolları dəyərində 1570,2 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin ilk 10 ayına nisbətən 2009-cu ilin ilk 10 ayında ixrac əməliyyatlarının həcmi 74,86% (34425858,0 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 16,00% (943934,8 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 123432,0 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 382339,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin ilk 10 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 34428,4 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 39,31% təşkil etmişdir. Bunlardan 28186,3 min ton ixrac, 6242,1 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (254,0 min ton), dəmiryolu (2587,9 min ton), avtomobil (367,4 min ton), hava (1623,5 min ton) və stasionar nəql etmə (boru kəməri) (23347,8 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (315,5 min ton), dəmiryolu (4645,4 min ton), avtomobil (1234,8 min ton) və hava (18,6 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 169585 (əlavə vərəqlə birlikdə 232018) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 27226 (əlavə vərəqlə birlikdə 31411) ədəd ixrac, 142359 (əlavə vərəqlə birlikdə 200607) ədəd idxal YGB-dir. 2009-cu ilin ilk 10 ayındə YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 84,56% təşkil etmiş və ya 30967 ədəd bəyannamə az olmuşdur. O cümlədən ixracda azalma 9976 (73,18%) ədəd, idxalda isə 20991 (87,15%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5412,6 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1781,5 min ton), İtaliya (1219,6 min ton), Bermud adaları (993,4 min ton), Gürcüstan (434,8 min ton), Tacikistan (286,1 min ton), Türkmənistan (268,8 min ton), İran (133,2 min ton), Rusiya (90,6 min ton) və Türkiyə (82,6 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 100,63% olmuş və ya 33,9 min ton artmışdır.
2009-cu ilin ilk 10 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (1568597,8 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (579539,6 min ABŞ dolları), aşağı həddi isə mart ayında (401513,8 min ABŞ dolları) olmuşdur;
- oktyabr ayında ixrac əməliyyatlarının həcmi sentyabr ayı ilə müqayisədə 161373,0 min ABŞ dolları həcmində artmışdır;
- oktyabr ayında idxal əməliyyatlarının həcmi sentyabr ayı ilə müqayisədə 65959,5 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 97123,1 min ABŞ dolları, idxal əməliyyatlarında isə 7091,3 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 180799,5 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 84,46% təşkil etmiş və ya 33270,8 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin ilk 10 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
 
                                                                     İxracda:                   İdxalda:
01 (milli valyuta ilə hesablaşma)            -4,05 %                   -0,69 %
21 (SDV ilə hesablaşma)                        -90,87 %                 -77,06 %
23 (dövlət krediti üzrə hesablaşma)      -0,01 %                   -7,09 %
41 (qapalı dövriyyəli valyuta)                    -0,78 %                   -3,80 %
80 (digərləri)                                               -4,28 %                  -11,36 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin ilk 10 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 80,46% (2008-ci ilin ilk 10 ayının ixracına nisbətən 21,66%), neft məhsulları - 10,95% (72,22%), meyvə-tərəvəz - 1,14% (89,08%), bitki və heyvan mənşəli yağlar - 0,87% (113,96%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,85% (44,87%), kimya sənayesi məhsulları - 0,20% (23,59%), pambıq - 0,14% (112,87%), alüminium və ondan hazırlanan məmulatlar - 0,10% (10,86%), alkoqollu və alkoqolsuz içkilər - 0,08% (59,41%), tütün və tütün məmulatları - 0,04% (161,33%) təşkil edir. Qalan əmtəələrin payına 5,17% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 35,22% (2008-ci ilin ilk 10 ayının idxalına nisbətən 96,74%), nəqliyyat vasitələri və onların hissələri - 13,07% (63,03%), ərzaq məhsulları - 11,44% (77,98%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,20% (81,43%), əczaçılıq məhsulları - 2,31% (128,94%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,34% (99,47%), xalq istehlakı malları - 0,72% (86,36%), mebel - 0,67% təşkil edir. Qalan əmtəələrin payına 26,01% düşür.
 
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                     Miqdarı                       Dəyəri                   2008-ci ilin
                                                                                                        (minABŞ              10 ayına netto
                                                                                                         dolları)                 çəki nisb.%-lə
 
1) Neft (xam)                                            22914252,2 t              9302263,7
1.1) Boru kəməri ilə 01.11.2009-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                           2105495,0 t
-Supsa boru kəməri ilə                          3488047,4 t
-Bakı-Tbilisi-Ceyhan                               29182333,6 t
1.2) Dəmiryolu nəqliyyatı ilə
01.11.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)                 1119849,5 t
2) Neft emal məhsulları                         2701825,5 t                1266116,4
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                   1917907,5 t                786184,7
- milli valyuta ilə                                       761568,8 t                   467541,8
- digərləri                                                   22349,2 t                    12390,0
2.1) 01.11.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmiləş-
dirilməmiş neft məhsulları                    163021,3 t
3) Bitki və heyvan mənş.yağ.                 42863,0 t                    100692,0                 74,4 %
4) Spirtli içkilər                                         5854101,3 L               8976,6                     61,4 %
5) Tütün                                                    1500,8 t                        3510,0                     88,8 %
6) Tütün məmulatı                                  161206,0 min əd.      878,6                        124,2 %
7) Qara metallar                                      38957,2 t                     17186,2                   48,1 %
8) Alüminium                                           12541,5 t                      11465,4                  24,3 %
9) Çay                                                        4944,0 t                        21020,3                  114,6 %
10) Pambıq mahlıcı                                15809,4 t                     15608,5                   117,8 %
11) Elektrik enerjisi                                 644,9 mln. kvt/s          25480,2
12) Təbii qaz                                             578582,0 min kub/m107458,3
 
İdxalın strukturunda əsasyertutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                    Miqdarı                       Dəyəri                      2008-ci ilin
                                                                                                       (min ABŞ                10 ayına netto
                                                                                                         dolları)                   çəki nisb.%-lə
 
1) Ət və ət məhsulları                            14831,3 t                     10481,9                     80,7 %
    - humanitar yardım                             36,9 t                           36,9
2) Buğda                                                   757443,2 t                  159654,6                   75,1 %
3) Un                                                         32399,5 t                     7327,7                        34,8 %
4) Şəkər                                                    248705,6 t                  82592,3                      112,9 %
5) Yağ                                                        84947,5 t                    79231,0                      98,8 %
 - kərə yağı                                                8964,8 t                      16722,6
 - bitki və heyvan mən.yağ.                    75982,7 t                     62508,4
6) Çay                                                        5986,0 t                       13174,4                     104,1 %
7) Spirt                                                      1205658,7 L               1198,3                        89,6 %
8) Spirtli içkilər                                         6026744,8 L              8609,3                        60,1 %
9) Tütün                                                     2015,8 t                      4239,8                        73,6 %
10) Tütün məmulatı                                9146035,9 min əd.   174867,3                   102,3 %
11) Qara metallar                                    441353,5 t                  126286,5                   88,3 %
12) Minik avtomobilləri
 -YGB əsasında                                       23316 əd.                    212723,6                   60,9 %
 -GMO əsasında                                      30225 əd.                    169122,8
13) Neft məhsulları                                 53563,8 t                     46475,4
14) Elektrik enerjisi                                 108,3 mln. kvt/s          4034,8
 
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (22914251,9 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1758759,3 ton (65,10%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" hava hərəkəti idarəsi (761568,8 tonu (28,19%)), "Azneftyağ" İstehsalat Birliyi (101215,9 ton (3,75%)) və "İlqar LTD" şirkəti (50916,0 ton (1,88%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 10236459,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88,54%) çıxarmışlar, o cümlədən, 9996286,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,65%) və 93065,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,91%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3409333,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,78%) gətirilmişdir. Onlardan 2560122,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,09%) və 498500,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 14,62 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 6827125,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,16%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,37%); meyvə (0,21%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,21%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,19%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 24,45%); elektrik maşınları və avadanlıqları, onların hissələri (18,91%); quru nəqliyyat vasitələri (10,06%); qara metallardan məmulatlar (7,53%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,45%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1324524,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 11,46%) çıxarmışlar, o cümlədən, 509545,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,47%), 402262,3 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 30,37%) və 89946,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmaları ilə (ixraca nisbətən 6,79%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1547291,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31,22%) gətirilmişdir. Onlardan 1259231,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,38%), 174879,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,30 %) və 64765,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,19%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 222766,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 50,19%); gəmilər, qayıqlar və digər üzən vasitələr (11,53%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,58%); qara metallardan məmulatlar (6,09%); meyvə (4,67%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 11,09%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,26%); quru nəqliyyat vasitələri (8,16%); avadanlıqlar və mexaniki qurğular (8,02%); uçan aparatlar (6,58%) idxal edilmişdir.
 
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
 
İxracda
 
Ölkənin                 Dəyəri (min          Ümumi ixra-
   adı                         ABŞ dol.)             ca nisb.%-lə
 
 
İtaliya                       2948960,50            25,51
ABŞ                         1370446,09             11,85
Fransa                    1017627,05            8,80
İsrail                        856902,97               7,41
Tayvan                    680392,45               5,89
Rusiya                    617748,34               5,34
Kanada                   433355,01               3,75
İndoneziya              431894,58               3,74
Malayziya                387557,07               3,35
Gürcüstan              335066,41               2,90
 
İdxalda
 
Ölkənin                 Dəyəri (min          Ümumi idxa-
    adı                      ABŞ dol.)               la nisb.%-lə
 
Rusiya                    894411,29              18,04
Türkiyə                    722576,10              14,58
Almaniya                468991,95               9,46
Ukrayna                  423881,97               8,55
Çin                          355522,47               7,17
B.Britaniya             231738,83               4,68
ABŞ                         199059,81               4,02
Yaponiya                129872,22               2,62
İtaliya                       115288,92              2,33
Belarus                   104372,66              2,11
 
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 8345 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3856-sı hüquqi, 4489-u isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 10789732,8 min ABŞ dolları (93,33%), özəl sektorun payı 673067,4 min ABŞ dolları (5,82%), fiziki şəxslərin payı isə 98183,7 min ABŞ dolları (0,85%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1592850,0 min ABŞ dolları (32,13%), özəl sektorun payı 3123944,2 min ABŞ dolları (63,03%), fiziki şəxslərin payı isə 239830,9 min ABŞ dolları (4,84%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az