AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2008-ci ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2008-ci ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2008-ci ilin ilk 10 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 51885464,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 45987052,6 min ABŞ dolları  dəyərində 1993 adda mal ixrac, 5898411,7 min ABŞ dolları dəyərində 5669 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 40088640,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən:
- respublikaya  29278,8 min  ABŞ dolları  dəyərində 3893,4 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin ilk 10 ayına nisbətən 2008-ci ilin ilk 10 ayında ixrac əməliyyatlarının həcmi 854,15% (41167384,4 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 33,14% (1468056,5 min ABŞ dolları) artmışdır.


Müvəqqəti ixrac rejimində ölkəmizdən 288626,5 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 390889,6 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 10 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 87590,7 min ton yük daşınmışdır.  Bu da keçən ilin müvafiq dövrünə nisbətən 525,40% təşkil etmişdir. Bunlardan 79483,2 min ton ixrac, 8107,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (672,5 min ton), dəmiryolu (14430,5 min ton), avtomobil (539,4 min ton), hava (2,8 min ton) və stasionar nəqletmə (boru kəməri) (63831,9 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (332,1 min ton), dəmiryolu (6396,3 min ton), avtomobil (1296,1 min ton) və hava (23,5 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 200552 (əlavə vərəqlə birlikdə 269966) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 37202 (əlavə vərəqlə  birlikdə 42039) ədəd ixrac, 163350 (əlavə vərəqlə birlikdə 227927) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 10 ayında YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 112,32% təşkil etmiş və ya 22002 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 1758 (104,96%) ədəd, idxalda isə artım 20244 (114,15%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5378,7 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (2044,1 min ton), İsveçrə (1486,2 min ton), Gürcüstan (773,7 min ton), Tacikistan (271,4 min ton), Türkmənistan (193,1 min ton), İran (182,5 min ton), Türkiyə (160,5 min ton), Rusiya (147,3 min ton) və Qazaxıstan (37,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 110,95% olmuş və ya 530,9 min ton artmışdır.


2008-ci ilin ilk 10 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (17186217,5 min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (823902,8 min ABŞ dolları), aşağı həddi isə mart ayında (416945,5 min ABŞ dolları) olmuşdur;
- oktyabr ayında ixrac əməliyyatlarının həcmi sentyabr ayı ilə müqayisədə 5753925,3 min ABŞ dolları həcmində artmışdır, idxal əməliyyatlarının həcmi isə 57262,8 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 710026,5 min ABŞ dolları, idxal əməliyyatlarında isə 18920,7 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 214072,3 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 138,2% təşkil etmiş və ya 59262,6 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin ilk 10 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.

 

 

İxracda:  

 İdxalda:

01

(milli valyuta ilə hesablaşma)

- 0,00 %  

- 0,28 %

21

(SDV ilə hesablaşma)

- 36,51 % 

- 76,31 %

23

(dövlət krediti üzrə hesablaşma)

- 0,00 % 

- 2,18 %

41

(qapalı dövriyyəli valyuta)  

- 0,31 % 

- 4,89 %

78

(kompen. öhdəlikləri hesabına

- 62,03 % 

- 0,00 %

80

(digərləri) 

- 1,14 %

-16,34 %

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 10 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 93,39% (2007-ci ilin ilk 10 ayıının ixracına nisbətən 16,5 dəfə), neft məhsulları - 3,81% (135,54%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,48% (391,63%), meyvə-tərəvəz - 0,32% (154,12%), alüminium və ondan hazırlanan məmulatlar - 0,23% (157,30%), kimya sənayesi məhsulları - 0,22% (140,22%), bitki və heyvan mənşəli yağlar - 0,19% (126,76%), alkoqollu və alkoqolsuz içkilər - 0,03% (89,13%), pambıq - 0,03% (58,94%), tütün və tütün məmulatları - 0,01% (43,30%) təşkil edir. Qalan əmtəələrin payına 1,29% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,59% (2007-ci ilin ilk 10 ayıının idxalına nisbətən 135,26%), nəqliyyat vasitələri və onların hissələri - 17,42% (160,41%), ərzaq məhsulları - 12,33% (140,82%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,50% (111,62%), əczaçılıq məhsulları - 1,51% (122,82%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,13% (118,85%), xalq istehlakı malları - 0,70% (102,30%), mebel - 0,54% (127,92%), - 0,23% (103,70%) təşkil edir. Qalan əmtəələrin payına 26,29% düşür.


İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 

Miqdarı

 

Dəyəri (min ABŞ dolları)

2007-ci ilin 10 ayına netto çəki nisb.%-lə

1)

Neft (xam)

75183945,8 t    

42947844,3

 

1.1)

Boru kəməri ilə 01.11.2008-ci
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)

 

 

-Şimal boru kəməri ilə

1217765,2 t

 

-Supsa boru kəməri ilə

83663,8 t

 

-Bakı-Tbilisi-Ceyhan

266444558,3 t

 

1.2)

Dəmiryolu nəqliyyatı 01.08.2008-ci ilə qədər yola salınan xam neft (şərti YGB)

1980560,2 t

 

2)

Neft emal məhsulları

2179527,7 t

1753447,5

 

 

o cümlədən, saziş növləri üzrə:

 

- sərbəst dönərli valyuta ilə

2154273,6 t

1730695,9

 

- digərləri

25254,2 t  

22751,6

 

2.1)

01.11.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları

316782,3 t

 

3)

Bitki və heyvan mənş. yağ.

57597,6 t  

88359,8

109,2%

4)

Spirtli içkilər

9535779,1 L

14674,2    

78,0 %

5)

Tütün

1689,6 t

1966,0

54,2 %

6)

Tütün məmulatı

129810,0 min əd. 

754,2

21,8%

7)

Qara metallar 

80920,8 t 

45122,8  

109,6 %

8)

Alüminium 

51581,3 t  

105614,6 

171,9 %

9)

Çay

4315,3 t

14852,8    

86,8 %

10)

Pambıq mahlıcı 

13466,1 t

13866,4 

50,8 %

11)

Elektrik enerjisi  

466,5 mln. kvt/s 

13001,1

 

12)

Təbii qaz 

249974,8 min kub/m 

49710,0

 

 

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 

Miqdarı

Dəyəri (min ABŞ dolları)

2007-ci ilin 10 ayına netto çəki nisb.%-lə

1)

Ət və ət məhsulları 

18380,9 t 

13808,0   

87,9 %

 

- humanitar yardım

37,3 t  

25,0

 

2)

Buğda 

1008529,7 t 

302730,6 

97,1 %

3)

Un

93203,3 t  

44223,8 

62,5 dəfə

 

- humanitar yardım

1888,5 t  

1102,2

 

4)

Şəkər

220373,3 t 

77756,0   

81,6 %

 

- humanitar yardım 

163,0 t  

100,6

 

5)

Yağ  

85961,3 t 

65082,4 

114,7 %

 

 

- kərə yağı 

6449,4 t

8580,4

 

- bitki və heyvan mənş. yağ. 

79491,9 t  

56502,0

 

- humanitar yardım 

178,0 t 

492,5

 

6)

Çay

5749,2 t 

13039,7 

82,3 %

7)

Spirt  

1346068,2 L

1344,4

113,6 %

8)

Spirtli içkilər

10032676,1 L

13240,5 

87,5 %

9)

Tütün 

2740,1 t 

5617,2

83,0 %

10)

Tütün məmulatı

8937069,6 min əd.

156902,7  

92,8 %

11)

Qara metallar

499756,6 t 

167039,5 

121,7 %

12)

Minik avtomobilləri

 

 

-YGB əsasında

38308 əd.  

329563,1   

146,3%

-GMO əsasında  

33998 əd.

209873,3

 

13)

Neft məhsulları 

68675,6 t 

83394,2

 

14)

Elektrik enerjisi 

260,3 mln. kvt/s

10255,5

 

Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (57677373,8 ton (76,72%)) və Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (16978808,5 ton (22,58%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1837749,8 ton (84,32%)), "QKSSS" MMC (97737,1 ton (4,48%)), "Azneftyağ" İstehsalat Birliyi (75838,1 ton (3,48%)) və  "Caspian Petrol-1" firması (69210,4 ton (3,18%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 44593787,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 96,97%) çıxarmışlar, o cümlədən, 16060685,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 36,02%), 28490080,1 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 63,89 %) və 42885,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,10%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3934569,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,71%) gətirilmişdir. Onlardan 3021546,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta (idxala nisbətən 76,79%) və 801241,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 20,36 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 40659217,9 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 99,28%); alüminium və alüminium   məmulatları (0,23%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,18%); qara metallar (0,10%); üzvi kimyəvi birləşmələr (0,03%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 29,74%); quru nəqliyyat vasitələri (14,40%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,53%); qara metallardan məmulatlar (6,36%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,08%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1393265,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 3,03%) çıxarmışlar, o cümlədən, 731431,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 52,50%), 482914,8 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 34,66%) və 144730,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 10,39%)  çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1963842,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,29%) gətirilmişdir. Onlardan 1479507,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta (idxala nisbətən 75,34%), 277201,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 14,12 %) və 162447,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 8,27%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 570577,0 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 37,70%); qara metallardan məmulatlar (12,30%); gəmilər, qayıqlar və digər üzən vasitələr (8,66%); heyvan və ya bitki mənşəli piylər və yağlar (6,31%); meyvə (5,79%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 16,26%); quru nəqliyyat vasitələri (12,70%); avadanlıqlar və mexaniki qurğular (7,35%); qara metallardan məmulatlar (7,29%); qara metallar (6,33%) idxal edilmişdir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:

İxracda

Ölkənin adı

Dəyəri (min ABŞ dol.)

Ümumi ixraca nisb.%-lə

İtaliya 

18675601,05

40,61

 ABŞ

5711526,62 

12,42

İsrail 

3406723,49

7,41

Hindistan

2432496,94 

5,29

Fransa

2284037,76

4,97

İspaniya

1442853,15

3,14

Niderland

1353421,86

2,94

İndoneziya

1293708,57

2,81

Çili

933980,59

2,03

B. Britaniya 

924959,36

2,01 

İdxalda

Ölkənin adı

Dəyəri (min ABŞ dol.)

Ümumi idxala nisb.%-lə

Rusiya

1110409,78

18,83

Türkiyə

668442,02

11,33

Almaniya

475598,54

8,06

Ukrayna

473947,68

8,04

Çin

391691,42

6,64

B. Britaniya 

323897,74 

5,49

Finlandiya  

224561,95

3,81

Yaponiya   

212520,09

3,60

Qazaxıstan 

187691,58

3,18

ABŞ

184922,59

3,14

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 11225 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan  4045-i hüquqi, 7180-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 16469897,1 min ABŞ dolları (35,81%), özəl sektorun 29387915,2 min ABŞ dolları (63,90%),  fiziki şəxslərin payı isə 129240,3 min ABŞ dolları (0,29%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1412797,1 min ABŞ dolları (23,95%), özəl sektorun payı 4188012,3 min ABŞ dolları (71,00%), fiziki şəxslərin payı isə 297602,3 min ABŞ dolları  (5,05%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az