| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2006-cı ilin 11 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin 11 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin 11 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 140 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 10248454,1 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 5624972,0 min ABŞ dolları dəyərində 2172 adda mal ixrac,
4623482,1 min ABŞ dolları dəyərində 5806 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyatları üzrə müsbət saldo 1001489,9 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 34566,8 min ABŞ dolları dəyərində 21764,9 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin 11 ayına nisbətən 2006-cı ilin 11 ayında ixrac
əməliyyatlarının həcmi 35,90% (1486008,0 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 21,47% (817200,8 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 33720,5 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 329541,4 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2006-cı ilin 11 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrdən
istifadə etməklə 22428,3 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 151,81% təşkil etmişdir. Bunlardan 12589,9 min
ton ixrac, 9838,4 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (6629,3 min ton), dəmiryolu (1300,7
min ton), avtomobil (459,5 min ton), hava (3,3 min ton) və stasionar
nəql etmə (boru kəməri) (4190,3 min ton) nəqliyyatından istifadə
olunmuşdur. İdxal əməliyyatlarında dəniz (259,4 min ton), dəmiryolu
(5603,9 min ton), avtomobil (1021,4 min ton), hava (25,0 min ton) və
stasionar nəql etmə (boru kəməri) (2888,5 min ton) nəqliyyatına
üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən
istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük
bəyannamələri əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 171591 (əlavə vərəqlə
birlikdə 229183) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir.
Bunlardan 37500 (əlavə vərəqlə birlikdə 43343) ədəd ixrac, 134091
(əlavə vərəqlə birlikdə 185840) ədəd idxal YGB-dir. 2006-cı ilin 11
ayında YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən
111,80% təşkil etmiş və ya 18104 ədəd bəyannamə çox olmuşdur. O
cümlədən, ixracda artım 4017 (111,99%) ədəd, idxalda isə artım 14087
(111,74%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 6007,3 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1905,8 min ton), İtaliya
(1589,6 min ton), Gürcüstan (1082,7 min ton), Tacikistan (355,0 min
ton), Rusiya (200,3 min ton), Türkiyə (170,6 min ton), Türkmənistan
(166,1 min ton), İran (160,2 min ton) və Kipr (112,0 min ton)
ölkələrinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan
tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 82,49% olmuş
və ya 1274,9 min ton azalmışdır.
2006-cı ilin 11 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi sentyabr ayında
(1189283,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236625,9
min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (743769,8
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253189,4 min ABŞ
dolları) olmuşdur;
- noyabr ayında ixrac əməliyyatlarının həcmi oktyabr ayı ilə müqayisədə 51959,9 min ABŞ dolları həcmində artmışdır;
- noyabr ayında idxal əməliyyatlarının həcmi oktyabr ayı ilə müqayisədə 25858,1 min ABŞ dolları həcmində azalmışdır.
- orta aylıq artım ixrac əməliyyatlarında 17808,4 min ABŞ dolları, idxal əməliyyatlarında isə 15302,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 165271,1 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 140,96% təşkil etmiş və ya 48025,8 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2006-cı ilin 11 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,33% |
| 21 (SDV ilə hesablaşma) |
-63,57% |
-60,32% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-3,16% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,58% |
-3,56% |
| 51 (barter sazişi) |
-0,01% |
-0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-29,04% |
-0,00% |
| 80 (digərləri) |
-5,80% |
-32,61% |
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas
əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin 11 ayına
nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 59,25% (2005-ci ilin 11 ayının ixracına nisbətən
152,50%), neft məhsulları - 24,59% (138,77%), kimya sənayesi məhsulları
- 3,13% (150,25%), meyvə-tərəvəz - 2,15% (78,79%), alüminium və ondan
hazırlanan məmulatlar - 1,17% (137,81%), bitki və heyvan mənşəli yağlar
- 1,06% (93,91%), qara metallar və onlardan hazırlanan məmulatlar -
1,02% (140,38%), pambıq - 0,64% (100,66%), tütün və tütün məmulatları -
0,34% (113,13%), alkoqollu və alkoqolsuz içkilər - 0,29% (208,43%)
təşkil edir. Qalan əmtəələrin payına 6,35% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 30,79% (2005-ci ilin 11
ayının idxalına nisbətən 111,23%), nəqliyyat vasitələri və onların
hissələri - 15,03% (194,27%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 9,35% (111,67%), neft qazı və digər qazaoxşar
karbohidrogenlər - 9,20% (166,89%), ərzaq məhsulları - 8,24% (121,77%),
xalq istehlakı malları - 1,11% (82,42%), oduncaq və ondan hazırlanan
məmulatlar - 1,06% (110,86%), əczaçılıq məhsulları - 0,93% (156,85%),
mebel - 0,48% (83,69%) təşkil edir. Qalan əmtəələrin payına 23,80%
düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin 11 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
8001717,2 t |
3332649,1 |
|
| -Şimal boru kəməri ilə |
4197760,0 t |
| |
| -Supsa boru kəməri ilə |
5615560,2 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
7090643,4 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
5306295,3 t |
| |
| 2) Neft emal məhsulları |
2962612,9 t |
1383424,8 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
2840946,6 t |
1324600,7 |
|
| - digərləri |
121666,3 t |
58824,1 |
|
2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
145580,8 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
48772,4 t |
59360,2 |
90,4 % |
| 4) Spirtli içkilər |
12454282,1 L |
16112,5 |
145,5 % |
| ё |
5154,1 t |
3765,2 |
74,2 % |
| 6) Tütün məmulatı |
2639,0 mln.əd |
15378,9 |
144,4 % |
| 7) Qara metallar |
79997,4 t |
25918,6 |
69,6 % |
| 8) Alüminium |
30262,5 t |
66008,0 |
104,1 % |
| 9) Çay |
5727,7 t |
16073,1 |
121,0 % |
| 10) Pambıq mahlıcı |
42091,1 t |
36063,6 |
100,1 % |
| 11) Elektrik enerjisi |
7901,1 mln kvt*s |
12752,2 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin 11 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
18583,9 t |
13597,1 |
60,1% |
| - humanitar yardım |
187,3 t |
457,8 |
|
| 2) Buğda |
893676,9 t |
123757,3 |
110,3% |
| 3) Un |
3492,6 t |
943,6 |
93,6% |
| - humanitar yardım |
2992,8 t |
782,0 |
|
| 4) Şəkər |
160500,5 t |
50769,9 |
114,6% |
| - humanitar yardım |
399,5 t |
352,6 |
|
| 5) Yağ |
80063,8 t |
46035,8 |
103,7% |
| - kərə yağı |
6667,2 t |
7980,9 |
|
| - bitki və heyvan mən.yağ |
73396,7 t |
38054,9 |
|
| - humanitar yardım |
301,0 t |
366,2 |
|
| 6) Çay |
6130,1 t |
11528,1 |
91,2 % |
| 7) Spirt |
718521,6 L |
624,9 |
48,6 % |
| 8) Spirtli içkilər |
8943866,3 L |
12349,0 |
151,6 % |
| 9) Tütün məmulatı |
6175,9 mln. əd. |
82262,1 |
119,7 % |
| 10) Qara metallar |
332326,5 t |
93575,2 |
148,2 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
25457əd. |
184878,3 |
100,6% |
| -GMO əsasında |
31322əd. |
157951,0 |
|
| 12) Neft məhsulları |
138289,6 t |
78322,8 |
|
| 13) Elektrik enerjisi |
1925,3 mln. kvt*s |
53037,8 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
4066,9 min kub.m |
425295,5 |
|
Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (4226766,8 ton
(52,82%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi
(3745074,6 ton (46,80%)) tərəfindən ixrac edilmişdir. Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr
İdarəsi (2649173,1 ton (89,42%)), "Azneftyağ" İstehsalat Birliyi
(86194,8 ton (2,91%)), "Middle East Petrol Farm FZE" şirkətinin
Azərbaycandakı filialı (64876,0 ton (2,19%)) və "AZ TRANS REİL" MMC
(56787,1 ton (1,92%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 4806611,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
85,45%) çıxarmışlar, o cümlədən, 3050974,2 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 63,47%) və 1633422,7
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 33,98 %), 121653,4 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 2,53%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2793636,8
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 60,42%)
gətirilmişdir. Onlardan 1511500,9 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 54,11%), 1123387,2 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən
40,21%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 2012974,8 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emalı məhsulları, bitumlu minerallar (ixraca nisbətən
93,43%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,38%);
alüminium və alüminium məmulatları (1,37%); qeyri-üzvi kimya
məhsulları (0,53%); qara metallar (0,49%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 33,32%); elektrik
maşınları və avadanlıqları, onların hissələri (12,36%); qara
metallardan məmulatlar (10,02%); quru nəqliyyat vasitələri (7,32%);
optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və
ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları
(3,03%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 818360,4
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 14,55%)
çıxarmışlar, o cümlədən, 524566,3 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 64,10%), 204713,9 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 25,02%), 88801,3
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 10,85%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1829845,3 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 39,58%) gətirilmişdir. Onlardan
1277565,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 69,82%), 159873,5 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8,74 %), 384420,6
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
21,01%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 1011484,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən, mineral yanacaq (ixraca nisbətən
30,99%), qeyri-üzvi kimya məhsulları (14,39%); gəmilər, qayıqlar və
digər üzən vasitələr (8,90%); meyvə (8,11%); heyvan və ya bitki mənşəli
piylər və yağlar (7,07%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq, bitumlu minerallar (idxala nisbətən 28,02%); gəmilər, qayıqlar
və digər üzən vasitələr (16,32%); quru nəqliyyat vasitələri (7,42%);
dənli bitkilər (7,00%); avadanlıqlar və mexaniki cihazlar (5,27%) idxal
edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
2517998,81 |
44,76 |
| İsrail |
522186,76 |
9,28 |
| Türkiyə |
375614,86 |
6,68 |
| Fransa |
312249,81 |
5,55 |
| Rusiya |
290710,33 |
5,17 |
| Gürcüstan |
252768,38 |
4,49 |
| İran |
245906,16 |
4,37 |
| Yunanistan |
164273,51 |
2,92 |
| Tacikistan |
117663,09 |
2,09 |
| Qazaxıstan |
102435,85 |
1,82 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
1016039,59 |
21,98 |
| B.Britaniya |
422786,85 |
9,14 |
| Almaniya |
353027,52 |
7,64 |
| Türkiyə |
337904,53 |
7,31 |
| Ukrayna |
247218,00 |
5,35 |
| Çin |
201814,22 |
4,36 |
| ABŞ |
174240,20 |
3,77 |
| Finlandiya |
155071,65 |
3,35 |
| Yaponiya |
139024,11 |
3,01 |
| İtaliya |
112433,52 |
2,43 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 11431 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3617-i hüquqi, 7814-ü isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
3344642,2 min ABŞ dolları (59,46%), özəl sektorun 2192052,8 min ABŞ
dolları (38,97%), fiziki şəxslərin payı isə 88277,0 min ABŞ dolları
(1,57%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
1329468,4 min ABŞ dolları (28,75%), özəl sektorun payı 3034127,1 min
ABŞ dolları (65,62%), fiziki şəxslərin payı isə 259886,6 min ABŞ
dolları (5,62%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|