2009-cu ilin 11 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2009-cu ilin ilk 11 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 18614223,2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 13165547,8 min ABŞ dolları dəyərində 935 adda mal ixrac, 5448675,3 min ABŞ dolları dəyərində 4801 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 7716872,5 min ABŞ dolları təşkil etmişdir.
.jpg)
O cümlədən, respublikaya 26202,4 min ABŞ dolları dəyərində 1639,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilin ilk 11 ayına nisbətən 2009-cu ilin ilk 11 ayında ixrac əməliyyatlarının həcmi 71,97% (33807185,8 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 16,17% (1051015,1 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 107159,7 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 349055,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu ilin ilk 11 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrdən istifadə etməklə 38015,5 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 42,03% təşkil etmişdir. Bunlardan 31264,2 min ton ixrac, 6751,3 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (268,6 min ton), dəmiryolu (2891,0 min ton), avtomobil (411,0 min ton), hava (1646,6 min ton) və stasionar nəql etmə (boru kəməri) (26041,3 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (336,1 min ton), dəmiryolu (5012,3 min ton), avtomobil (1352,7 min ton) və hava (20,6 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 186290 (əlavə vərəqlə birlikdə 255094) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 31027 (əlavə vərəqlə birlikdə 35818) ədəd ixrac, 155263 (əlavə vərəqlə birlikdə 219276) ədəd idxal YGB-dir. 2009-cu ilin ilk 11 ayında YGB-lərin ümumi sayı 2008-ci ilin müvafiq dövrünə nisbətən 83,95% təşkil etmiş və ya 35626 ədəd bəyannamə az olmuşdur. O cümlədən ixracda artım 9824 (75,95%) ədəd, idxalda isə artım 25802 (85.75%) ədəd YGB olmuşdur.
.jpg)
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 6033,0 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1967,0 min ton), İtaliya (1331,0 min ton), Bermud adaları (1176,4 min ton), Gürcüstan (493,0 min ton), Tacikistan (294,2 min ton), Türkmənistan (290,8 min ton), İran (138,7 min ton), Rusiya (116,6 min ton) və Türkiyə (90,0 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 101,22% olmuş və ya 72,9 min ton artmışdır.
2009-cu ilin ilk 11 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi noyabr ayında (1605053,9 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (581301,4 min ABŞ dolları), aşağı həddi isə mart ayında (401491,6 min ABŞ dolları) olmuşdur;
- noyabr ayında ixrac əməliyyatlarının həcmi oktyabr ayı ilə müqayisədə 36430,4 min ABŞ dolları həcmində artmışdır;
- noyabr ayında idxal əməliyyatlarının həcmi oktyabr ayı ilə müqayisədə 90827,3 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 91056,4 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 2506,6 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 195309,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 79,34% təşkil etmiş və ya 50861,3 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu ilin ilk 11 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -3,59 % -0,64 %
21 (SDV ilə hesablaşma) -91,41 % -77,21 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,01 % -7,24 %
41 (qapalı dövriyyəli valyuta) -0,91 % -3,74 %
80 (digərləri) -4,07 % -11,17 %
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilin ilk 11 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 81,28% (2008-ci ilin ilk 11 ayının ixracına nisbətən 24,56%), neft məhsulları - 10,35% (69,46%), meyvə-tərəvəz - 1,29% (88,20%), bitki və heyvan mənşəli yağlar - 0,85% (96,08%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,77% (44,49%), kimya sənayesi məhsulları - 0,22% (27,58%), pambıq - 0,13% (115,48%), alüminium və ondan hazırlanan məmulatlar - 0,09% (10,11%), alkoqollu və alkoqolsuz içkilər - 0,07% (56,72%), tütün və tütün məmulatları - 0,04% (140,99%) təşkil edir. Qalan əmtəələrin payına 4,91% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 35,24% (2008-ci ilin ilk 11 ayının idxalına nisbətən 96,68%), nəqliyyat vasitələri və onların hissələri - 12,87% (62,90%), ərzaq məhsulları - 11,57% (77,51%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,28% (83,01%), əczaçılıq məhsulları - 2,29% (128,60%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,38% (101,62%), xalq istehlakı malları - 0,77% (89,39%), mebel - 0,70% (107,44%) təşkil edir. Qalan əmtəələrin payına 25,89% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ci ilin
(min ABŞ 11 ayına netto
dolları) çəki nisb.%-lə
1) Neft (xam) 25575334,6 t 10700483,9
1.1) Boru kəməri ilə 01.12.2009-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə 2344730,0 t
-Supsa boru kəməri ilə 3856983,5 t
-Bakı-Tbilisi-Ceyhan 31951468,9 t
1.2) Dəmiryolu nəqliyyatı
01.12.2009-cu ilə qədər yola
salınan xam neft (şərti YGB) 1284657,7 t
2) Neft emal məhsulları 2880997,1 t 1363235,7
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə 2091067,8 t 879370,4
-milli valyuta ilə 767580,1 t 471475,3
- digərləri 22349,2 t 12390,0
2.1) 01.12.2009-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmiləş-
dirilməmiş neft məhsulları 128546,9 t
3) Bitki və heyvan mənş. yağ. 47676,1 t 111919,1 69,3 %
4) Spirtli içkilər 6502398,9 L 9551,2 60,8 %
5) Tütün 1619,9 t 3726,5 80,2 %
6) Tütün məmulatı 206206,0 min əd. 1216,1 158,8 %
7) Qara metallar 43903,9 t 19287,9 52,1 %
8) Alüminium 12835,4 t 11671,7 22,7 %
9) Çay 5437,4 t 23151,0 114,7 %
10) Pambıq mahlıcı 16575,7 t 16467,6 118,4 %
11) Elektrik enerjisi 683,5 mln. kvt/s 26919,2
12) Təbii qaz 620997,1 min kub/m115607,2
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri 2008-ci ilin
(min ABŞ 11 ayına netto
dolları) çəki nisb.%-lə
1) Ət və ət məhsulları 16125,8 t 11739,8 77,1 %
- humanitar yardım 36,9 t 36,9
2) Buğda 841990,0 t 176715,5 71,1 %
3) Un 32729,1 t 7403,6 32,2 %
4) Şəkər 280082,5 t 92972,7 114,1 %
5) Yağ 90740,4 t 85528,3 100,9 %
- kərə yağı 9938,7 t 1 9024,5
- bitki və heyvan mən.yağ. 80801,7 t 66503,8
6) Çay 6746,5 t 14790,4 109,1 %
7) Spirt 1319156,6 L 1311,8 83,1 %
8) Spirtli içkilər 6241137,0 L 9196,7 55,6 %
9) Tütün 2166,3 t 4841,6 74,6 %
10) Tütün məmulatı 10178397,5 min əd. 195159,9 102,4 %
11) Qara metallar 496364,4 t 146274,7 92,4 %
12) Minik avtomobilləri
-YGB əsasında 25476 əd. 231692,3 60,7 %
-GMO əsasında 32746 əd. 182391,7
13) Neft məhsulları 55948,9 t 49837,5
14) Elektrik enerjisi 131,5 mln. kvt/s 5038,8
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (25575334,4 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1916646,1 ton (66,53%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" hava hərəkəti idarəsi (767580,2 ton (26,64%)), "Azneftyağ" İstehsalat Birliyi (114259,0 ton (3,97%)) və "İlqar LTD" şirkəti (50916,0 ton (1,77%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 11652733,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88,51%) çıxarmışlar, o cümlədən, 11399780,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,83%) və 104194,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,89%) çıxarılmışdır.
.jpg)
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3755284,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,92%) gətirilmişdir. Onlardan 2826363,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,26%) və 539238,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 14,36%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 7897448,7 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,18%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,36%); meyvə (0,23%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,20%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,19%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 24,18%); elektrik maşınları və avadanlıqları, onların hissələri (19,45%); quru nəqliyyat vasitələri (9,93%); qara metallardan məmulatlar (7,30%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,28%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1512814,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 11,49%) çıxarmışlar, o cümlədən, 635161,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 41,99%), 431668,0 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 28,53%) və 120412,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 7,96%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1693390,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31,08%) gətirilmişdir. Onlardan 1380739,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,54%), 189453,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,19 %) və 69309,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 4,09%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 180576,1 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 51,44%); gəmilər, qayıqlar və digər üzən vasitələr (10,11%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,38%); meyvə (6,20%); qara metallardan məmulatlar (5,39%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 11,28%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,65%); quru nəqliyyat vasitələri (8,06%); avadanlıqlar və mexaniki qurğular (7,96%); uçan aparatlar (6,77%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda
Ölkənin Dəyəri (min Ümumi ixra-
adı ABŞ dol.) ca nisb.%-lə.jpg)
İtaliya 3425026,55 26,02
ABŞ 1592340,99 12,09
Fransa 1103217,69 8,38
İsrail 1015088,14 7,71
Rusiya 686033,06 5,21
Tayvan 680392,45 5,17
Kanada 507077,46 3,85
İndoneziya 505824,48 3,84
Malayziya 387557,07 2,94
Gürcüstan 364021,98 2,76
İdxalda
Ölkənin Dəyəri (min Ümumi idxa-
adı ABŞ dol.) la nisb.%-lə
Rusiya 966064,62 17,73
Türkiyə 791301,22 14,52
Almaniya 501691,48 9,21
Ukrayna 469407,18 8,62
Çin 410752,44 7,54
B.Britaniya 247749,63 4,55
ABŞ 232259,76 4,26
Yaponiya 137874,20 2,53
İtaliya 122211,00 2,24
Belarus 115666,80 2,12
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 8753 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3938-i hüquqi, 4815-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 12309928,8 min ABŞ dolları (93,50%), özəl sektorun 715156,6 min ABŞ dolları (5,4%), fiziki şəxslərin payı isə 140462,4 min ABŞ dolları (1,07%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1777824,8 min ABŞ dolları (32,63%), özəl sektorun payı 3406020,3 min ABŞ dolları (62,51%), fiziki şəxslərin payı isə 264830,2 min ABŞ dolları (4,86%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi