| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2008-ci ilin 11 ayi ?rzind? respublikanin xarici ticar?tinin v?ziyy?ti
2008-ci ilin 11 ayi ?rzind? respublikanin xarici ticar?tinin v?ziyy?ti
2008-ci ilin ilk 11 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 140 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 53472607,5 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 46976839,4 min ABŞ dolları dəyərində 2071 adda mal ixrac, 6495768,1 min ABŞ dolları dəyərində 5784 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 40481071,3 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 31381,7 min ABŞ dolları dəyərində 4062,7 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin ilk 11 ayına nisbətən 2008-ci ilin ilk 11 ayında ixrac əməliyyatlarının həcmi 760,16% (41515463,7 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 29,65% (1485715,0 min ABŞ dolları) artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 309594,1 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 430070,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 11 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 90439,8 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 491,08% təşkil etmişdir. Bunlardan 81429,2 min ton ixrac, 9010,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (702,5 min ton), dəmiryolu (14969,8 min ton), avtomobil (584,2 min ton), hava (3,0 min ton) və stasionar nəqletmə (boru kəməri) (65163,4 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (347,6 min ton), dəmiryolu (7136,1 min ton), avtomobil (1434,4 min ton) və hava (27,0 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 221916 (əlavə vərəqlə birlikdə 299058) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 40851 (əlavə vərəqlə birlikdə 46320) ədəd ixrac, 181065 (əlavə vərəqlə birlikdə 252738) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 11 ayındə YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 111,03% təşkil etmiş və ya 22040 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 651(101,62%) ədəd, idxalda isə artım 21389 (113,40%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5960,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (2287,0 min ton), İsveçrə (1641,6 min ton), Gürcüstan (804,5 min ton), Tacikistan (295,0 min ton), Türkmənistan (211,6 min ton), İran (195,8 min ton), Rusiya (177,1 min ton), Türkiyə (160,8 min ton) və Qazaxıstan (41,6 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 112,36% olmuş və ya 655,8 min ton artmışdır.

2008-ci ilin ilk 11 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (17186217,5 min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (823961,2 min ABŞ dolları), aşağı həddi isə mart ayında (416945,5 min ABŞ dolları) olmuşdur;
- noyabr ayında ixrac əməliyyatlarının həcmi oktyabr ayı ilə müqayisədə 6026515,7 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 72029,6 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 36375,4 min ABŞ dolları, idxal əməliyyatlarında isə 9948,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 246171,1 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 142,37% təşkil etmiş və ya 73256,5 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin ilk 11 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| |
İxracda: |
İdxalda: |
| 01 |
(milli valyuta ilə hesablaşma) |
- 0,00 % |
- 0,26 % |
| 21 |
(SDV ilə hesablaşma) |
- 37,61 % |
- 76,45 % |
| 23 |
(dövlət krediti üzrə hesablaşma) |
- 0,00 % |
- 2,32 % |
| 41 |
(qapalı dövriyyəli valyuta) |
- 0,40 % |
- 4,93 % |
| 78 |
(kompen. öhdəlikləri hesabına |
- 60,72 % |
- 0,00 % |
| 80 |
(digərləri) |
- 1,27 % |
-16,03 % |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 11 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 92,76% (2007-ci ilin ilk 11 ayıının ixracına nisbətən 14,8 dəfə), neft məhsulları - 4,18% (133,36%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,48% (344,53%), meyvə-tərəvəz - 0,41% (140,73%), bitki və heyvan mənşəli yağlar - 0,25% (149,87%), alüminium və ondan hazırlanan məmulatlar - 0,25% (146,87%), kimya sənayesi məhsulları - 0,22% (128,58%), alkoqollu və alkoqolsuz içkilər - 0,04% (89,30%), pambıq - 0,03% (49,83%), tütün və tütün məmulatları - 0,01% (51,57%) təşkil edir. Qalan əmtəələrin payına 1,38% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,56% (2007-ci ilin ilk 11 ayıının idxalına nisbətən 131,59%), nəqliyyat vasitələri və onların hissələri - 17,16% (144,35%), ərzaq məhsulları - 12,52% (137,57%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,38% (108,42%), əczaçılıq məhsulları - 1,49% (122,53%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,14% (117,95%), xalq istehlakı malları - 0,72% (102,78%), mebel - 0,55% (130,76%). Qalan əmtəələrin payına 26,48% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| |
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin 9 ayına netto çəki nisb.%-lə |
| 1) |
Neft (xam) |
76491400,4 t |
43574824,1 |
|
| 1.1) |
Boru kəməri ilə 01.08.2008-ci
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən) |
|
| |
-Şimal boru kəməri ilə |
1300560,2 t |
|
| -Supsa boru kəməri ilə |
375518,7 t |
|
| -Bakı-Tbilisi-Ceyhan |
28501503,2 t |
|
| 1.2) |
Dəmiryolu nəqliyyatı 01.08.2008-ci ilə qədər yola salınan xam neft (şərti YGB) |
2061990,2 t |
|
| 2) |
Neft emal məhsulları |
2584785,3 t |
1962745,1 |
|
| |
o cümlədən, saziş növləri üzrə: |
|
| - sərbəst dönərli valyuta ilə |
2549279,7 t |
1932083,1 |
|
| - digərləri |
35505,6 t |
30662,0 |
|
| 2.1) |
01.08.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları |
195674,2 t |
|
| 3) |
Bitki və heyvan mənş. yağ. |
68802,7 t |
116482,3 |
117,2% |
| 4) |
Spirtli içkilər |
10700626,9 L |
16430,7 |
79,5 % |
| 5) |
Tütün |
2019,0 t |
2751,3 |
58,3 % |
| 6) |
Tütün məmulatı |
129810,0 min əd. |
754,2 |
20,7% |
| 7) |
Qara metallar |
84306,8 t |
46652,9 |
97,8 % |
| 8) |
Alüminium |
56609,3 t |
115395,2 |
159,2 % |
| 9) |
Çay |
4741,9 t |
16570,6 |
88,0 % |
| 10) |
Pambıq mahlıcı |
14042,7 t |
14297,4 |
44,1 % |
| 11) |
Elektrik enerjisi |
765,1 mln. kvt/s |
25820,7 |
|
| 12) |
Təbii qaz |
285922,9 min kub/m |
57099,6 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| |
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin 9 ayına netto çəki nisb.%-lə |
| 1) |
Ət və ət məhsulları |
20906,1 t |
15611,2 |
92,5 % |
| |
- humanitar yardım |
37,3 t |
25,0 |
|
| 2) |
Buğda |
1184957,9 t |
344836,1 |
101,5 % |
| 3) |
Un |
101669,1 t |
46923,3 |
60,3dəfə |
| |
- humanitar yardım |
1888,5 t |
1102,2 |
|
| 4) |
Şəkər |
245472,8 t |
86176,3 |
83,5 % |
| |
- humanitar yardım |
163,0 t |
100,6 |
|
| 5) |
Yağ |
89895,7 t |
68544,5 |
111,1 % |
| |
- kərə yağı |
6665,4 t |
8822,7 |
|
| - bitki və heyvan mənş. yağ. |
83230,3 t |
59721,8 |
|
| - humanitar yardım |
178,0 t |
492,5 |
|
| 6) |
Çay |
6183,7 t |
14038,7 |
82,2 % |
| 7) |
Spirt |
1587473,2 L |
1639,3 |
122,2 % |
| 8) |
Spirtli içkilər |
11223309,7 L |
15105,4 |
87,1 % |
| 9) |
Tütün |
2902,2 t |
5770,0 |
75,3 % |
| 10) |
Tütün məmulatı |
9936873,8 min əd. |
175151,0 |
93,3 % |
| 11) |
Qara metallar |
537112,5 t |
177297,6 |
117,7 % |
| 12) |
Minik avtomobilləri |
|
| |
-YGB əsasında |
41962 əd. |
357962,9 |
140,2% |
| -GMO əsasında |
39283 əd. |
238785,9 |
|
| 13) |
Neft məhsulları |
75372,9 t |
91642,2 |
|
| 14) |
Elektrik enerjisi |
265,1 mln. kvt/s |
10460,2 |
|
Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (57677373,8 ton (75,40%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (18286263,1 ton (23,91%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2226800,4 ton (86,15%)), "QKSSS" MMC (98274,5 tonu (3,80%)), "Azneftyağ" İstehsalat Birliyi (80456,2 ton (3,11%)) və "Caspian Petrol-1" firması (69210,4 ton (2,68%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 45450936,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 96,75%) çıxarmışlar, o cümlədən, 16890833,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 37,16%), 28490101,7 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 62,68 %) və 69864,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,15%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 4345695,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,90%) gətirilmişdir. Onlardan 3342942,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,93%) və 869944,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 20,02 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 41105241,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 99,23%); alüminium və alüminium məmulatları (0,25%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,18%); qara metallar (0,10%); üzvi kimyəvi birləşmələr (0,04%) ixrac edilmişdir. Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 29,58%); quru nəqliyyat vasitələri (14,58%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,43%); qara metallardan məmulatlar (6,40%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,31%) idxal edilmişdir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1525902,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 3,25%) çıxarmışlar, o cümlədən, 778646,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 51,03%), 526492,5 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 34,50%) və 186275,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 12,21%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 2150072,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,10%) gətirilmişdir. Onlardan 1623338,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,50%), 308278,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 14,34 %) və 171442,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 7,97%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 624170,0 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 36,29%); qara metallardan məmulatlar (11,57%); meyvə (8,14%); gəmilər, qayıqlar və digər üzən vasitələr (7,91%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,59%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 16,92%); quru nəqliyyat vasitələri (12,45%); avadanlıqlar və mexaniki qurğular (7,54%); qara metallardan məmulatlar (7,16%); qara metallar (6,16%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
|
İxracda
|
| Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) |
Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
18951770,23 |
40,34 |
| ABŞ |
5850343,83 |
12,45 |
| İsrail |
3478363,05 |
7,40 |
| Hindistan |
2432496,94 |
5,18 |
| Fransa |
2322656,00 |
4,94 |
| İspaniya |
1497687,37 |
3,19 |
| İndoneziya |
1366641,89 |
2,91 |
| Niderland |
1353422,20 |
2,88 |
| Çili |
933980,59 |
1,99 |
| B. Britaniya |
92544,91 |
1,97 |
|
İdxalda
|
| Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) |
Ümumi idxala nisb.%-lə |
| Rusiya |
1235841,78 |
19,03 |
| Türkiyə |
729236,29 |
11,23 |
| Almaniya |
530833,61 |
8,17 |
| Ukrayna |
509981,04 |
7,85 |
| Çin |
426952,49 |
6,57 |
| B. Britaniya |
356848,45 |
5,49 |
| Finlandiya |
232714,84 |
3,58 |
| ABŞ |
232395,61 |
3,58 |
| Yaponiya |
230443,43 |
3,55 |
| Qazaxıstan |
197347,91 |
3,04 |

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 12358 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 4190-ı hüquqi, 8168-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 17340756,8 min ABŞ dolları (36,91%), özəl sektorun 29464001,5 min ABŞ dolları (62,72%), fiziki şəxslərin payı isə 172081,1 min ABŞ dolları (0,37%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1588849,3 min ABŞ dolları (24,46%), özəl sektorun payı 4573803,6 min ABŞ dolları (70,41%), fiziki şəxslərin payı isə 333115,1 min ABŞ dolları (5,13%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|