2008-ci ilin yanvar ayı ərzində
2008-ci ilin yanvar ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2008-ci ilin yanvar ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 96 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 1120499,4 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 626186,5 min ABŞ dolları dəyərində 473 adda mal ixrac,
494313,0 min ABŞ dolları dəyərində 2636 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 131873,5 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 2051,3 min ABŞ dolları dəyərində 2194,3 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin yanvar ayına nisbətən 2008-ci ilin yanvar ayında ixrac
əməliyyatlarının həcmi 58,13% (230183,6 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 26,91% (104803,2 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 7846,6 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 15715,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2008-ci ilin yanvar ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 1766,3 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 98,59% təşkil etmişdir. Bunlardan 920,0 min
ton ixrac, 846,3 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac
əməliyyatlarında əsasən dəniz (48,5 min ton), dəmiryolu (222,6 min
ton), avtomobil (57,8 min ton), hava (0,2 min ton) və stasionar
nəqletmə (boru kəməri) (590,4 min ton) nəqliyyat vasitələrindən
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (35,3 min ton),
dəmiryolu (713,9 min ton), avtomobil (91,8 min ton), hava (1,5 min ton)
nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki,
nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən
daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında
rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 14903 (əlavə vərəqlə
birlikdə 20010) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 2724 (əlavə
vərəqlə birlikdə 3058) ədəd ixrac, 12179 (əlavə vərəqlə birlikdə
16952) ədəd idxal YGB-dir. 2008-ci ilin yanvarında YGB-lərin ümumi sayı
2007-ci ilin müvafiq dövrünə nisbətən 102,43% təşkil etmiş və ya 354
ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda azalma 740 (78,63%)
ədəd, idxalda isə artım 1094 (109,87%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 412,4 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (157,9 min ton), İtaliya
(103,9 min ton), Gürcüstan (62,6 min ton), Türkiyə (31,1 min ton),
Tacikistan (20,5 min ton), Rusiya (14,9 min ton), İran (14,8 min ton),
Türkmənistan (3,9 min ton) və Ukrayna (1,3 min ton) dövlətlərinə
göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit
yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 99,23% olmuş və ya
3,2 min ton azalmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 9690,3 min ABŞ dolları
dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir.
Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin
dəyəri 65,27% təşkil etmiş və ya 5157,2 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2008-ci ilin yanvar ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,00 % |
-0,03 % |
| 21 (SDV ilə hesablaşma) |
-94,95 % |
-71,60 % |
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0,00 % |
-0,40 % |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,33 % |
-3,99 % |
| 80 (digərləri) |
-3,72 % |
-23,93 % |

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin yanvar ayına nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft- 67,74% (2007-ci ilin yanvar ayının ixracına nisbətən
160,71%), neft məhsulları- 20,05% (199,42%), alüminium və ondan
hazırlanan məmulatlar- 1,53% (107,66%), meyvə-tərəvəz- 1,51% (129,41%),
kimya sənayesi məhsulları- 1,32% (245,93%), qara metallar və onlardan
hazırlanan məmulatlar- 1,20% (192,14%), bitki və heyvan mənşəli yağlar-
1,09% (105,67%), alkoqollu və alkoqolsuz içkilər - 0,24% (66,99%),
pambıq- 0,07% (13,44%), tütün və tütün məmulatları - 0,05% (76,66%)
təşkil edir. Qalan əmtəələrin payına 5,22% düşür.
İdxalda: nəqliyyat vasitələri və onların hissələri - 35,06% (2007-ci
ilin yanvar ayının idxalına nisbətən 484,78%), maşın və elektrik
aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların
ehtiyat hissələri - 22,09% (112,35%), ərzaq məhsulları- 11,57%
(141,24%), qara metallar və onlardan hazırlanan məmulatlar- 5,49%
(47,43%), əczaçılıq məhsulları- 1,31% (96,80%), oduncaq və ondan
hazırlanan məmulatlar- 1,11% (124,72%), xalq istehlakı malları- 0,68%
(100,40%), mebel- 0,51% (99,35%) təşkil edir. Qalan əmtəələrin payına
22,17% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin I ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.02.2008-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
590377,5 t |
424148,5 |
|
| -Şimal boru kəməri ilə |
82819,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
2719785,4 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2008-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
233926,0 t |
| |
| 2) Neft emal məhsulları |
|
|
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
189029,3 t |
125553,9 |
|
2.1) 01.02.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
590377,5 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
4592,2 t |
6803,6 |
88,2 % |
| 4) Spirtli içkilər |
825981,0 L |
1495,1 |
55,9 % |
| 5)Tütün |
227,5 t |
217,8 |
151,2 % |
| 6) Tütün məmulatı |
12000,0 min.əd |
72,0 |
24,3 % |
| 7) Qara metallar |
10394,2 t |
5020,3 |
224,4 % |
| 8) Alüminium |
4645,2 t |
9553,5 |
133,3 % |
| 9) Çay |
203,0 t |
664,2 |
52,8 % |
| 10) Pambıq mahlıcı |
438,3 t |
429,5 |
12,3 % |
| 11) Elektrik enerjisi |
29,4 mln kvt/s |
518,1 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin I ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
865,1 t |
510,8 |
51,5 % |
| 2) Buğda |
90254,4t |
25654,1 |
87,1 % |
| 3) Un |
2132,1 t |
1228,1 |
3128,6 % |
| - humanitar yardım |
1888,3 t |
1100,9 |
|
| 4) Şəkər |
12331,0 t |
4186,7 |
141,4 % |
| - humanitar yardım |
161,0 t |
96,6 |
|
| 5) Yağ |
8221,1 t |
6034,7 |
226,4% |
| - kərə yağı |
526,4 t |
717,8 |
|
| - bitki və heyvan mən.yağ |
7694,7 t |
5316,9 |
|
| - humanitar yardım |
87,0 t |
168,9 |
|
| 6) Çay |
747,6 t |
1634,8 |
115,9% |
| 7) Spirt |
177727,5 L |
136,8 |
217,1% |
| 8) Spirtli içkilər |
930874,5 L |
1958,0 |
35,4 % |
| 9)Tütün |
364,7 t |
941,8 |
135,0 % |
| 10) Tütün məmulatı |
839668,0 min. əd. |
12602,5 |
127,7 % |
| 11) Qara metallar |
52271,0 t |
10760,4 |
119,7 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
2680 əd. |
21690,7 |
161,7 % |
| -GMO əsasında |
1886 əd. |
8759,8 |
|
| 13) Neft məhsulları |
2048,2 t |
2936,8 |
|
| 14) Elektrik enerjisi |
23,7 mln. kvt/s |
852,0 |
|
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (590377,5 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (166391,1 ton (88,02%)), "QKSSS" MMC (13534,8 ton
(7,16%)), "Monolit-D" firması (4089,7 ton (2,16%)) və "Sumqayıt
Aşqarlar" ASC (3524,5 ton (1,86%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 511530,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
81,69%) çıxarmışlar, o cümlədən, 508053,3 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,32%) və 3473,4
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca
nisbətən 0,68%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 302120,3
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 61,12%)
gətirilmişdir. Onlardan 242446,7 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 80,25%) və 57028,8 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 18,88
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 209410,0 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
94,08%); alüminium və alüminium məmulatları (1,85%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (1,69%); qara metallar
(0,97%); meyvə (0,30%) ixrac edilmişdir.
Xarici
ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 22,20%); gəmilər,
qayıqlar və digər üzən vasitələr (18,78%); quru nəqliyyat vasitələri
(15,34%); elektrik maşınları və avadanlıqları, onların hissələri
(7,44%); qara metallardan məmulatlar (3,61%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 114656,2
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,31%)
çıxarmışlar, o cümlədən, 86496,8 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 75,44%), 19848,7 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 17,31%) və 8310,7
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 7,25%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 192192,7 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 38,88%) gətirilmişdir. Onlardan
111480,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 58,00%), 19060,4 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 9,92 %) və 61252,1
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
31,87%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 77536,5 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 61,37%); şəkər və
şəkərdən hazırlanan qənnadı məmulatı (7,16%); meyvə (6,37%); heyvan və
ya bitki mənşəli piylər və yağlar (5,93%); qeyri-üzvi kimya məhsulları
(4,65%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində gəmilər,
qayıqlar və digər üzən vasitələr (idxala nisbətən 29,08%); dənli
bitkilər (14,89%); avadanlıqlar və mexaniki qurğular (7,17%); quru
nəqliyyat vasitələri (6,69%); qara metallar (4,30%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Türkiyə |
784230,56 |
18,17 |
| İtaliya |
597074,97 |
13,83 |
| İran |
354436,50 |
8,21 |
| Rusiya |
349886,15 |
8,11 |
| Gürcüstan |
272815,74 |
6,32 |
| Indoneziya |
215384,66 |
4,99 |
| Fransa |
182936,48 |
4,24 |
| Hindistan |
144947,94 |
3,36 |
| ABŞ |
133740,74 |
3,10 |
| Koreya Resp. |
124742,47 |
2,89 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
697359,16 |
17,85 |
| Türkiyə |
394887,17 |
10,11 |
| Almaniya |
332201,00 |
8,50 |
| Ukrayna |
331361,71 |
8,48 |
| B.Britaniya |
304486,64 |
7,79 |
| ABŞ |
203502,16 |
5,21 |
| Yaponiya |
200412,44 |
5,13 |
| Çin |
176489,80 |
4,52 |
| Qazaxıstan |
119944,64 |
3,07 |
| İtaliya |
101281,40 |
2,59 |
|
Qeyd
etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 2494 hüquqi və
fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1399-u hüquqi, 1095-i isə fiziki
şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 571535,3 min
ABŞ dolları (91,27%), özəl sektorun 47994,2 min ABŞ dolları (7,66%),
fiziki şəxslərin payı isə 6656,9 min ABŞ dolları (1,06%) olmuşdur.
İdxal əməliyyatlarında dövlət sektorunun payı 129226,4 min ABŞ dolları
(26,14%), özəl sektorun payı 340524,0 min ABŞ dolları (68,89%), fiziki
şəxslərin payı isə 24562,6 min ABŞ dolları (4,97%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi