AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8034

EUR   1.096

GBP   1.2032

CHF   0.7502

TRY   0.5237

GEL   0.468

 

RUR                             0.0272





2009-cu il ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2009-cu il ərzində respublikanın xarici ticarətinin vəziyyəti
 
2009-cu il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 20818221,2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 14698496,6 min ABŞ dolları dəyərində 2071 adda mal ixrac, 6119724,7 min ABŞ dolları dəyərində 5854 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 8578771,8 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən, respublikaya 28392,3 min ABŞ dolları dəyərində 1824,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2008-ci ilə nisbətən 2009-cu ildə ixrac əməliyyatlarının həcmi 69,22% (33057543,6 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 14,64% (1049728,8 min ABŞ dolları) azalmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 138043,7 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 452774,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2009-cu il ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 41386,3 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 44,30% təşkil etmişdir. Bunlardan 33975,6 min ton ixrac, 7410,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (286,8 min ton), dəmiryolu (3220,5 min ton), avtomobil (458,9 min ton), hava (1668,3 min ton) və stasionar nəqletmə (boru kəməri) (28335,1 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (371,7 min ton), dəmiryolu (5456,0 min ton), avtomobil (1521,3 min ton) və hava (22,7 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 206486 (əlavə vərəqlə birlikdə 283108) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 34885 (əlavə vərəqlə birlikdə 40144) ədəd ixrac, 171601 (əlavə vərəqlə birlikdə 242964) ədəd idxal YGB-dir. 2009-cu ildə YGB-lərin ümumi sayı 2008-ci ilə nisbətən 84,93% təşkil etmiş və ya 36626 ədəd bəyannamə az olmuşdur. O cümlədən, ixracda azalma 9144 (79,23%) ədəd, idxalda isə 27482 (88,20%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 6681,7 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (2114,8 min ton), İtaliya (1433,2 min ton), Bermud adaları (1422,9 min ton), Gürcüstan (540,9 min ton), Tacikistan (338,7 min ton), Türkmənistan (302,7 min ton), Rusiya (142,0 min ton), Türkiyə (100,2 min ton) və İran (139,8 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 101,31% olmuş və ya 86,2 min ton azalmışdır.
2009-cu il ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi noyabr ayında (1605135,4 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (694489,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi dekabr ayında (669766,7 min ABŞ dolları), aşağı həddi isə mart ayında (401491,6 min ABŞ dolları) olmuşdur;
- dekabr ayında ixrac əməliyyatlarının həcmi noyabr ayı ilə müqayisədə 72268,3 min ABŞ dolları həcmində azalmışdır;
- dekabr ayında idxal əməliyyatlarının həcmi noyabr ayı ilə müqayisədə 178892,2 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 76216,1 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 14020,6 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 216355,9 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 77,02% təşkil etmiş və ya 64558,9 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2009-cu il ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib:
 
                                                                     İxracda:                 İdxalda:
 
01 (milli valyuta ilə hesablaşma)         -3,25 %                   -0,58 %
21 (SDV ilə hesablaşma)                      -91,73 %                 -76,94 %
23 (dövlət krediti üzrə hesablaşma)    -0,01 %                   -7,56 %
41 (qapalı dövriyyəli valyuta)                  -0,93 %                   -3,75 %
80 (digərləri)                                             -4,08 %                   -11,17 %
 
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2008-ci ilə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 81,57% (2008-ci ilin ixracına nisbətən 27,14%), neft məhsulları - 10,09% (72,18%), meyvə-tərəvəz - 1,31% (89,07%), bitki və heyvan mənşəli yağlar - 0,88% (104,41%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,70% (44,70%), kimya sənayesi məhsulları - 0,23% (31,30%), pambıq - 0,12% (119,27%), alüminium və ondan hazırlanan məmulatlar - 0,08% (9,85%), alkoqollu və alkoqolsuz içkilər - 0,08% (59,95%), tütün və tütün məmulatları - 0,04% (129,11%) təşkil edir. Qalan əmtəələrin payına 4,91% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 34,79% (2008-ci ilin idxalına nisbətən 96,41%), nəqliyyat vasitələri və onların hissələri - 12,76% (64,07%), ərzaq məhsulları - 11,60% (79,28%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,09% (83,28%), əczaçılıq məhsulları - 2,32% (131,51%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,41% (103,99%), xalq istehlakı malları - 0,76% (90,55%), mebel - 0,70% (107,65%) təşkil edir. Qalan əmtəələrin payına 26,57% düşür.
 
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
 
                                                                   Miqdarı                       Dəyəri                    2008-ci ilə
                                                                                                      (min ABŞ                 netto çəki
                                                                                                        dolları                   nisb. %-lə
  
1) Neft (xam)                                         27829459,4 t             11989737,7
1.1) Boru kəməri ilə 01.01.2010-cu
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə                        2484478,0 t
-Supsa boru kəməri ilə                       4235389,1 t
-Bakı-Tbilisi-Ceyhan                            34570626,9 t
1.2) Dəmiryolu nəqliyyatı
01.01.2010-cu ilə qədər yola
salınan xam neft (şərti YGB)              1399789,1 t
2) Neft emal məhsulları                      3095091,4 t                1482792,1
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə                2298601,6 t                994477,7
- milli valyuta ilə                                    774136,2 t                  475895,7
- digərləri                                               22353,6 t                     12418,7
2.1) 01.01.2010-cu ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları           464482,9 t
3) Bitki və heyvan mənş.yağ.              54649,7 t                     128867,6                  76,3 %
4) Spirtli içkilər                                      7449385,3 L               11138,7                     64,3 %
5) Tütün                                                 1767,1 t                        4025,5                       78,2 %
6) Tütün məmulatı                               206206,0 min əd.       1216,1                      158,8 %
7) Qara metallar                                   45588,4 t                      20046,4                   49,8 %
8) Alüminium                                        13441,5 t                      12046,5                    22,0 %
9) Çay                                                     6266,5 t                        26947,3                   119,3 %
10) Pambıq mahlıcı                             17371,6 t                      17358,5                   121,4 %
11) Elektrik enerjisi                              710,4 mln. kvt/s          27939,0
12) Təbii qaz                                          671711,4 min kub/m125321,9

 
İdxalınstrukturunda əsasyertutan əmtəələrinmiqdarıvə dəyəriaşağıdakıkimidir:
 
                                                                    Miqdarı                       Dəyəri                    2008-ci ilə
                                                                                                      (min ABŞ                  netto çəki
                                                                                                         dolları)                    nisb. %-lə
   
1) Ət və ət məhsulları                           18379,2 t                     14070,7                    75,7 %
    - humanitar yardım                           36,9 t                            36,9
2) Buğda                                                931239,4 t                    194765,5                 71,1 %
3) Un                                                       33178,6 t                      7556,9                      31,0 %
4) Şəkər                                                  306744,9 t                   105708,3                  115,7 %
5) Yağ                                                     98093,0 t                      93042,0                    91,5 %
 - kərə yağı                                             10560,8 t                      20595,5
 - bitki və heyvan mən.yağ.                  87532,2 t                      72446,6
6) Çay                                                     7739,7 t                        16931,0                    110,0 %
7) Spirt                                                    1319157,6 L                1312,0                      75,6 %
8) Spirtli içkilər                                      6555084,7 L                10125,3                    56,4 %
9) Tütün                                                  2368,6 t                        5019,6                      74,5 %
10) Tütün məmulatı                             11320051,5 min əd.  217692,2                  102,9 %
11) Qara metallar                                 528565,7 t                   162120,6                  91,2 %
12) Minik avtomobilləri
 -YGB əsasında                                    28309 əd.                     254426,3                 63,5 %
 -GMO əsasında                                   35118 əd.                     201461,0
13) Neft məhsulları                              59636,4 t                      54353,0
14) Elektrik enerjisi                              133,9 mln. kvt//s          5126,3
 
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (27829459,2 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2114989,2 ton (68,33%)), "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (774136,2 ton (25,01%)), "Azneftyağ" İstehsalat Birliyi (122576,9 ton (3,96%)) və "İlqar LTD" şirkəti (50916,0 ton (1,65%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 13026789,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88,63%) çıxarmışlar, o cümlədən, 12759249,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,95%) və 116956,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,90%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 4229222,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 69,11%) gətirilmişdir. Onlardan 3166811,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,88%) və 610554,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 14,44 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 8797567,3 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,12%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,39%); meyvə (0,23%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,20%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,19%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 23,61%); elektrik maşınları və avadanlıqları, onların hissələri (19,38%); quru nəqliyyat vasitələri (9,97%); qara metallardan məmulatlar (7,14%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,62%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1671706,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 11,37%) çıxarmışlar, o cümlədən, 723996,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 43,31%), 482428,2 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 28,86%) və 136831,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 8,19%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1890502,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 30,89%) gətirilmişdir. Onlardan 1541425,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,54%), 215033,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,37 %) və 72918,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 3,86%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 218795,4 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 51,28%); gəmilər, qayıqlar və digər üzən vasitələr (9,98%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,69%); meyvə (6,70%); qara metallardan məmulatlar (4,95%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 11,15%); avadanlıqlar və mexaniki qurğular (8,43%); quru nəqliyyat vasitələri (8,12%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,01%); tütün və tütünün sənaye əvəzediciləri (6,70%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
 
İxracda
 
Ölkənin adı           Dəyəri (min           Ümumi ixra-
                                  ABŞ dol.)              ca nisb. %-lə
 
İtaliya                    3788439,38                25,77
ABŞ                      1746805,16                11,88
Fransa                 1326111,51                9,02
İsrail                     1236197,29                8,41
Rusiya                  744952,49                  5,07
Tayvan                  680392,45                  4,63
İndoneziya           660653,08                  4,49
Kanada                587482,34                  4,00
Gürcüstan           395007,64                  2,69
Malayziya             387557,07                  2,64
 
 
İdxalda
 
Ölkənin adı           Dəyəri (min          Ümumi idxa-
                                  ABŞ dol.)             la nisb. %-lə
 
Rusiya                  1070933,01               17,50
Türkiyə                  905980,08                 14,80
Almaniya              550974,48                  9,00
Ukrayna                511654,89                  8,36
Çin                         484822,79                 7,92
B. Britaniya           274771,92                 4,49
ABŞ                        264222,73                 4,32
Yaponiya               146208,66                 2,39
Fransa                  142119,95                  2,32
Belarus                 136657,20                  2,23
 
 Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 9261 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 4087-si hüquqi, 5174-ü isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 13760056,8 min ABŞ dolları (93,62%), özəl sektorun 779497,9 min ABŞ dolları (5,30%), fiziki şəxslərin payı isə 158941,9 min ABŞ dolları (1,08%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 2024613,9 min ABŞ dolları (33,08%), özəl sektorun payı 3793489,7 min ABŞ dolları (61,99%), fiziki şəxslərin payı isə 301621,2 min ABŞ dolları (4,93%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
 
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
 

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya