| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2008-ci ilin I yarımili ərzində
2008-ci ilin I yarımili ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2008-ci
ilin I yarımili ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 127 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi
20572261,4 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 17489043,4 min
ABŞ dolları dəyərində 1565 adda mal ixrac, 3083218,0 min ABŞ dolları
dəyərində 5043 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları
üzrə müsbət saldo 14405825,4 min ABŞ dolları təşkil etmişdir. O
cümlədən,
- respublikaya 19785,9 min ABŞ dolları dəyərində 3349,0 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız
kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin I yarımilinə nisbətən 2008-ci ilin I yarımilində ixrac
əməliyyatlarının həcmi 591,38% (14959456,0 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 25,57% (627935,2 min ABŞ dolları) artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 85313,1 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 233253,3 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2008-ci ilin I yarımili ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 37344,9 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 3,9 dəfə çox olmuşdur. Bunlardan 32553,1 min
ton ixrac, 4791,8 min ton isə idxal əməliyyatlarının payına düşür.
İxrac əməliyyatlarında əsasən dəniz (306,1 min ton), dəmiryolu (8036,6
min ton), avtomobil (332,9 min ton), hava (2,0 min ton) və stasionar
nəql etmə (boru kəməri) (23871,8 min ton) nəqliyyat vasitələrindən
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (188,1 min ton),
dəmiryolu (3824,7 min ton), avtomobil (734,6 min ton) və hava (12,9 min
ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır
ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən
daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında
rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 116291 (əlavə vərəqlə
birlikdə 157063) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 22150 (əlavə
vərəqlə birlikdə 24779) ədəd ixrac, 94141 (əlavə vərəqlə birlikdə
132284) ədəd idxal YGB-dir. 2008-ci ilin I yarımilində YGB-lərin ümumi
sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 112,2% təşkil etmiş və ya
12645 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 1089
(105,17%) ədəd, idxalda isə artım 11556 (113,99%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3366,0 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1118,3 min ton), İsveçrə
(994,8 min ton), Gürcüstan (517,8 min ton), Tacikistan (212,0 min ton),
İran (138,1 min ton), Türkiyə (128,6 min ton), Türkmənistan (97,6 min
ton), Rusiya (91,0 min ton) və Qazaxıstan (22,2 min ton) dövlətlərinə
göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit
yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 129,61% olmuş və ya
768,9 min ton artmışdır.

2008-ci ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi may ayında (11011775,5
min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (620673,9
min ABŞ dolları), aşağı həddi isə mart ayında (416897,9 min ABŞ
dolları) olmuşdur;
- iyun ayında ixrac əməliyyatlarının həcmi may ayı ilə müqayisədə
8392004,8 min ABŞ dolları həcmində azalmışdır, idxal əməliyyatlarının
həcmi isə 82867,2 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 398754,1 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq artım 24816,0 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 94539,2 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 115,19% təşkil etmiş və ya 12464,4 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2008-ci ilin I yarımili ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| |
|
İxracda: |
İdxalda: |
| 01 |
(milli valyuta ilə hesablaşma) |
-0,00 % |
-0,23 % |
| 21 |
(SDV ilə hesablaşma) |
42,98 % |
-74,65 % |
| 23 |
(dövlət krediti üzrə hesablaşma) |
-0,00 % |
-1,26 % |
| 41 |
(qapalı dövriyyəli valyuta) |
-0,50 % |
-4,97 % |
| 78 |
(kompen.öhdəlikləri hesabına) |
-55,13 % |
-0,00 % |
| 80 |
(digərləri) |
-1,38 % |
-18,87 % |
İxrac
və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı
(%-lə) aşağıdakı kimidir (2007-ci ilin I yarımilinə nisbətən müqayisə
statistik dəyərə görə aparılmışdır): İxracda: xam neft - 89,74%
(2007-ci ilin I yarımilinın ixracına nisbətən 12,5 dəfə), neft
məhsulları - 6,25% (158,58%), meyvə-tərəvəz - 0,49% (169,73%), kimya
sənayesi məhsulları - 0,39% (188,04%), alüminium və ondan hazırlanan
məmulatlar - 0,36% (152,26%), bitki və heyvan mənşəli yağlar - 0,33%
(134,96%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,29%
(137,60%), alkoqollu və alkoqolsuz içkilər - 0,05% (82,16%), pambıq -
0,04% (57,88%), tütün və tütün məmulatları - 0,01% (44,91%) təşkil
edir. Qalan əmtəələrin payına 2,05% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 28,46% (2007-ci ilin I
yarımilinın idxalına nisbətən 125,22%), nəqliyyat vasitələri və onların
hissələri - 18,91% (179,41%), ərzaq məhsulları - 12,87% (139,50%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 9,56% (96,11%), əczaçılıq
məhsulları - 1,69% (140,70%), oduncaq və ondan hazırlanan məmulatlar -
1,20% (114,67%), xalq istehlakı malları - 0,79% (104,34%), mebel -
0,56% (117,17%) təşkil edir. Qalan əmtəələrin payına 25,96% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| |
|
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin I yarımilinə netto çəki nisb.%-lə |
| 1) |
Neft (xam) |
29957539,3 t |
15694274,5 |
|
| 1.1) |
Boru kəməri ilə 01.07.2008-ci
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən) |
|
|
|
| |
-Şimal boru kəməri ilə |
562730,0 t |
|
|
| |
-Supsa boru kəməri ilə |
7700,9 t |
|
|
| |
-Bakı-Tbilisi-Ceyhan |
17510746,3 t |
|
|
| 1.2) |
Dəmiryolu nəqliyyatı
01.07.2008-ci ilə qədər yola
salınan xam neft (şərti YGB) |
1434102,8 t |
|
|
| 2) |
Neft emal məhsulları |
1340600,9 t |
1093799,1 |
|
| 2.1) |
01.07.2008-ci ilə qədər şərti
bəyannamə ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
130840,9 t |
|
|
| 3) |
Bitki və heyvan mənş. yağ |
37808,1 t |
58000,6 |
113,5 % |
| 4) |
Spirtli içkilər |
6278362,0 L |
8661,1 |
78,8 % |
| 5) |
Tütün |
1252,3 t |
1278,0 |
63,5 % |
| 6) |
Tütün məmulatı |
107330,0 min əd. |
604,4 |
24,5 % |
| 7) |
Qara metallar |
57534,9 t |
28906,6 |
120,8 % |
| 8) |
Alüminium |
31184,8 t |
63771,2 |
178,1 % |
| 9) |
Çay |
2479,2 t |
8937,8 |
89,9 % |
| 10) |
Pambıq mahlıcı |
6321,9 t |
6213,5 |
52,1 % |
| 11) |
Elektrik enerjisi |
282,8 mln. kvt/s |
6768,0 |
|
| 12) |
Təbii qaz |
76687,2 min kub/m |
14452,5 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| |
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin I yarımilinə netto çəki nisb.%-lə |
| 1) |
Ət və ət məhsulları |
11569,9 t |
8747,0 |
85,4 % |
| |
- humanitar yardım |
37,3 t |
25,0 |
| 2) |
Buğda |
428542,4 t |
138651,9 |
72,5 % |
| 3) |
Un |
47910,3 t |
24301,0 |
139 dəfə |
| |
- humanitar yardım |
1888,5 t |
1102,2 |
|
| 4) |
Şəkər |
145976,3 t |
48582,2 |
93,8 % |
| |
- humanitar yardım |
163,0 t |
100,6 |
|
| 5) |
Yağ |
64892,1 t |
47170,0 |
139,5 % |
| |
- kərə yağı |
4567,8 t |
6043,4 |
| - bitki və heyvan mən. yağ. |
60324,2 t |
41126,6 |
| - humanitar yardım |
178,0 t |
492,5 |
| 6) |
Çay |
3994,7 t |
8867,9 |
78,4 % |
| 7) |
Spirt |
760168,8 L |
701,2 |
275,0 % |
| 8) |
Spirtli içkilər |
5768342,6 L |
8125,6 |
78,5 % |
| 9) |
Tütün |
1576,3 t |
3166,2 |
76,8 % |
| 10) |
Tütün məmulatı |
4516900,2 min əd. |
76891,9 |
82,6 % |
| 11) |
Qara metallar |
321956,4 t |
104570,0 |
133,4 % |
| 12) |
Minik avtomobilləri |
| |
-YGB əsasında |
22169 əd. |
189562,4 |
159,2 % |
| -GMO əsasında |
15317 əd. |
88182,1 |
| 13) |
Neft məhsulları |
38459,3 t |
45737,2 |
| 14) |
Elektrik enerjisi |
189,4 mln. kvt//s |
7370,4 |
Xam
neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (22539858,9 ton
(75,24%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (7417680,4 ton (24,76%)) tərəfindən ixrac edilmişdir. Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (1138201,4 ton (84,90%)), "QKSSS" MMC (81688,8 ton
(6,09%)), "Azneftyağ" İstehsalat Birliyi (53199,5 ton (3,97%)) və
"Sumqayıt Aşkarlar"ASC (23312,7 ton (1,74%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 16713789,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca
nisbətən 95,57%) çıxarmışlar, o cümlədən, 7091439,2 min ABŞ dolları
dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 42,43%),
9608280,7 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər
hesabına (ixraca nisbətən 57,49 %) və 13988,9 min ABŞ dolları dəyərində
əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,08%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2101454,5
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,16%)
gətirilmişdir. Onlardan 1592938,9 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 75,80%), dövlət krediti üzrə
32116,9 min ABŞ dolları (1,53 %), qapalı valyutaya 5405,1 min ABŞ
dolları (0,26 %) və 470745,0 min ABŞ dolları dəyərində əmtəə digər
sazişlər hesabına (ixraca nisbətən 22,40 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 14612335,3 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları (ixraca nisbətən 98,79%); alüminium və
alüminium məmulatları (0,38%); polimer materiallar və onlardan
hazırlanan məmulatlar (0,29%); qara metallar (0,17%); üzvi kimyəvi
birləşmələr (0,06%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,54%); quru
nəqliyyat vasitələri (14,84%); elektrik maşınları və avadanlıqları,
onların hissələri (9,07%); qara metallardan məmulatlar (5,94%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (3,54%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 775253,6
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 4,43%)
çıxarmışlar, o cümlədən, 425568,6 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 54,89%), 227850,8 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 29,39%),
kompensasiyalı öhdəliklər hesabına 33761,1 min ABŞ dolları (4,35 %) və
87879,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar
ilə (ixraca nisbətən 11,34%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 981763,5 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 31,84%) gətirilmişdir. Onlardan
708779,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 72,19%), 147913,5 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 15,07 %), dövlət
krediti üzrə 6830,6 min ABŞ dolları (0,70 %), milli valyutaya 6923,6
min ABŞ dolları (0,70 %) və 111067,7 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlərlə (idxala nisbətən 11,31%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 206509,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları (ixraca nisbətən 40,83%); gəmilər, qayıqlar və digər
üzən vasitələr (12,46%); heyvan və ya bitki mənşəli piylər və yağlar
(7,42%); tərəvəz (7,10%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı
(5,77%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli
bitkilər (idxala nisbətən 15,36%); quru nəqliyyat vasitələri (13,26%);
qara metallar (8,17%); avadanlıqlar və mexaniki qurğular (6,81%); qara
metallardan məmulatlar (6,67%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
İxracda |
| Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) |
Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
7228312,07 |
41,33 |
| ABŞ |
2136544,55 |
12,22 |
| İsrail |
1751307,72 |
10,01 |
| Fransa |
959907,66 |
5,49 |
| Hindistan |
817273,25 |
4,67 |
| Türkiyə |
482966,56 |
2,76 |
| Niderland |
364508,91 |
2,08 |
| Xorvatiya |
363654,04 |
2,08 |
| İspaniya |
326032,41 |
1,86 |
| B. Britaniya |
297284,41 |
1,70 |
İdxalda |
| Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) |
Ümumi idxala nisb.%-lə |
| Rusiya |
524868,08 |
17,02 |
| Türkiyə |
337813,26 |
10,96 |
| Almaniya |
253012,47 |
8,21 |
| Ukrayna |
204579,86 |
6,64 |
| Çin |
200194,30 |
6,49 |
| B. Britaniya |
183212,07 |
5,94 |
| Qazaxıstan |
147340,07 |
4,78 |
| Yaponiya |
121687,95 |
3,95 |
| ABŞ |
97354,68 |
3,16 |
| İtaliya |
75776,21 |
2,46 |
Qeyd
etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7903 hüquqi və
fiziki şəxs məşğul olmuşdur. Bunlardan 4587-si hüquqi, 3316-sı isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
7325726,7 min ABŞ dolları (41,89%), özəl sektorun 10088775,2 min ABŞ
dolları (57,69%), fiziki şəxslərin payı isə 74541,5 min ABŞ dolları
(0,43%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
611465,1 min ABŞ dolları (19,83%), özəl sektorun payı 2293452,9 min ABŞ
dolları (74,39%), fiziki şəxslərin payı isə 178299,9 min ABŞ dolları
(5,78%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|