| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2006-cı ilin ilk 2 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin ilk 2 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin ilk 2 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 104 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 1037349,9 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 497107,3 min ABŞ dolları dəyərində 935 adda mal ixrac, 540242,6
min ABŞ dolları dəyərində 3433 adda mal isə idxal olunmuş, ixrac-idxal
əməliyyatları üzrə mənfi saldo 43135,3 min ABŞ dolları təşkil etmişdir.
O cümlədən,
-
respublikaya 7634,4 min ABŞ dolları dəyərində 2303,0 ton əmtəə dövlət,
hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar
yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin ilk 2 ayına nisbətən 2006-cı ilin ilk 2 ayında ixrac
əməliyyatlarının həcmi 88,47% (233342,4 min ABŞ dolları) artmış, idxal
əməliyyatlarının həcmi isə 36,41% (309296,9 min ABŞ dolları)
azalmışdır. İdxal əməliyyatlarının həcminin azalmasına səbəb
avadanlıqlar, texniki qurğuların və onların hissələrinin, qara metaldan
hazırlanan məmulatların və təbii qazın respublikaya 2006-cı ilin ilk 2
ayı ərzində az gətirilməsi olmuşdur.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 7392,2 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 38782,5 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2006-cı
ilin ilk 2 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə
etməklə 2547,3 min ton yük daşınmışdır. Bunlardan 1141,2 min ton ixrac,
1406,0 tonu isə idxal əməliyyatlarının payına düşur. İxrac
əməliyyatlarında əsasən dəniz (890,7 min ton) və dəmiryolu (171,6 min
ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında
dəmiryolu (940,6 min ton) və avtomobil (142,6 min ton) nəqliyyatına
üstünlük verilmişdir.
Göstərilən
müddət ərzində gömrük orqanlarında 23565 (əlavə vərəqlə birlikdə 31313)
ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 4908
(əlavə vərəqlə birlikdə 5552) ədəd ixrac, 18657 (əlavə vərəqlə birlikdə
25761) ədəd idxal YGB-dir.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 911365,0 ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (252773,9t), Gürcüstan
(199800,5t), İtaliya (161428,2t), Kipr (76227,3t), Rusiya (36483,9t),
İran (31326,1t), Türkmənistan (30997,1t), Tacikstan (26335,3t) və
Rumıniyaya (24901,2t) göndərilmişdir.
2006-cı ilin ilk 2 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (260505,4
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236601,9 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi fevral ayında
(287081,0 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253161,6 min
ABŞ dolları) olmuşdur;
- fevral ayında yanvar ayı ilə müqayisədə ixrac əməliyyatlarının
həcmi 23903,5 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 33919,4
min ABŞ dolları həcmində artmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 18641,0 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə
rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2006-cı ilin ilk 2 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə hesablaşma) |
-0.02%
|
-0.00%
|
| 21 (SDV ilə hesablaşma) |
-92.54%
|
-63.82%
|
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0.00%
|
-0.38%
|
| 41 (qapalı dövriyyəli valyuta) |
-0.71%
|
-4.54%
|
| 51 (barter sazisi) |
-0.09%
|
-0.00%
|
| 80 (digərləri) |
-6.65%
|
-31.25%
|
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas
əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin ilk 2 ayına
nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 39,55% (2005-ci ilin ilk 2 ayıının ixracına
nisbətən 231,90%), neft məhsulları - 38,58% (193,76%), kimya sənayesi
məhsulları - 6,21% (263,20%), meyvə-tərəvəz - 3,22% (283,45%),
alüminium və ondan hazırlanan məmulatlar - 1,61% (104,15%), pambıq -
1,41% (148,24%), bitki və heyvan mənşəli yağlar - 1,15% (58,27%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 0,99% (55,76%), tütün və
tütün məmulatları - 0,87% (308,98%), alkoqollu və alkoqolsuz içkilər -
0,13% (200,13%) təşkil edir. Qalan əmtəələrin payına 6,28% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 31,60% (2005-ci ilin ilk 2
ayıının idxalına nisbətən 35,16%), ərzaq məhsulları - 12,02% (121,28%),
qara metallar və onlardan hazırlanan məmulatlar - 11,65% (85,32%),
nəqliyyat vasitələri və onların hissələri - 9,36% (143,00%), neft qazı
və diğər qazaoxşar karbohidrogenlər - 4,29% (47,13%), oduncaq və ondan
hazırlanan məmulatlar - 1,64% (121,35%), xalq istehlaki malları - 1,31%
(83,53%), əczaçılıq məhsulları - 1,26% (156,35%), mebel - 0,66%
(57,83%) təşkil edir. Qalan əmtəələrin payına 26,21% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2005-ci ilin ilk 2 ayına netto çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
483886,0t
|
196585.3
|
|
| 1.1 Boru kəməri ilə 01.03.2006-ci ilə qədər gedən xam
neft |
|
|
|
| (sayğac göstəricilərinə əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
758253.0t
|
|
|
| -Supsa boru kəməri ilə |
1133349.5t
|
|
|
| 1.2) Dəmiryolu nəqliyyatı ilə 01.03.2006-ci
ilə qədər yola salınan xam neft (müvəqqəti YĞB) |
1016444,3t
|
|
|
| 2. Neft emal məhsulları |
451076.4 t
|
191765.5
|
|
| o cümlədən, saziş növləri üzrə: |
|
|
|
| -sərbəst dönərli valyuta il? |
439721.8t
|
186509,4
|
|
| -digərləri |
11354,6t
|
5256,1
|
|
2.1. 01.03.2006-cı ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
168674.7t
|
|
|
| 3. Bitki və heyvan mənşəli yağlar |
4796.1t
|
5740.6
|
55.5%
|
| 4. Spirtli içkilər |
737346.0l
|
585.3
|
179.7%
|
| 5. Tütün |
1287.5t
|
1062.7
|
87.7%
|
| 6. Tütün məmulatı |
429850.0 mln əd.
|
3246,2
|
2773.2%
|
| 7. Qara metallar |
3279.0t
|
1005.5
|
14.8%
|
| 8 Alüminium |
4096.4t
|
7995.4
|
89.4%
|
| 9 Çay |
1032.4t
|
2963.8
|
83.2%
|
| 10. Pambıq mahlıcı |
8141.3t
|
7009.5
|
137.2%
|
| 11. Elektrik enercisi |
52,0mln kvt/s
|
1076.4
|
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2005-ci ilin ilk 2 ayına netto çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları |
2940.3t
|
2034.3
|
65.0%
|
| 2. Buğda |
205286.2t
|
26359,4
|
159.3%
|
| 3. Un |
86.0t
|
27,0
|
21.4%
|
| 4. Şəkər |
22586.2t
|
11907.5
|
156.3%
|
| -humanitar yardım |
219,0t
|
86,7
|
|
| 5. Yağ |
83334.6t
|
44932.5
|
107.9%
|
| -kərə yağı |
1326.0t
|
1435,2
|
|
| -bitki və heyvan mənş. yağlar |
21260.2t
|
10472.3
|
|
| -humanitar yardım |
|
32,0
|
|
| 6. Çay |
1601.6t
|
2962.5
|
93.7%
|
| 7. Spirtli içkilər |
1213974.6L
|
1704.3
|
165.8%
|
| 8. Tütün məmulatı |
736246.0mln əd
|
10959.3
|
130.4%
|
| 9. Qara metallar |
32225.6 t
|
14388.9
|
74.1%
|
| 10. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş |
4537 əd.
|
25654.1
|
110.8%
|
| -GMO əsasında rəsmiləşdirilmiş |
4095əd.
|
17739.5
|
|
| 11. Neft məhsulları |
16379.5t
|
8589.0
|
|
| 12. Elektrik enercisi |
389.3min kvt/s
|
13131.3
|
|
| 13. Neft qazı və digər qazaoxşar karbohidrogenlər |
386084.8min kub.m
|
23188,0
|
|
Xam neft Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi
(454010,2 ton (93,83%)), "Şirvan Oil" birğə məhdud məsuliyyətli
müəssisə (29875,8 ton (6,17%)) tərəfindən ixrac edilmişdir. Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr
İdarəsi (338912,9 ton (75,13%)), "Azneftyağ" İstehsalat Birliyi
(86194,8 ton (19,11%)), "Middle East Petrol Farm FZE" şirkətinin
Azərbaycandakı filialı (11352,1 ton (2,52%)) və "Monolit-D" firması
(4240,0 ton (0,94%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 403315,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
81,13%) çıxarmışlar, o cümlədən, 388261,3 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 96,27%) və 14550,8
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca
nisbətən 3,61%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 360348,4
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,70%)
gətirilmişdir. Onlardan 211304,2 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 58,64%), 146459,0 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 40,64
%) gətirilmişdir.
Xarici ölkələr(MDB-dən başqa) üzrə müsbət saldo 42967,3 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral
yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca
nisbətən 89,12%); meyvə (2,20%); alüminium və alüminium məmulatları
(1,97%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,84%);
qeyri-üzvi kimya məhsulları (1,43%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 28,97%); elektrik
maşınları və avadanlıqları, onların hissələri (12,75%); qara
metallardan məmulatlar (11,71%); quru nəqliyyat vasitələri (5,71%);
filizlər (3,15%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 93791,7 min
ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,87%) çıxarmışlar,
o cümlədən, 71765,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyuta ilə (ixraca nisbətən 76,52%), 18521,2 min ABŞ dolları dəyərində
digər sazişlərlə (ixraca nisbətən 19,75%), 3505,4 min ABŞ dolları
dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən
3,74%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 179894,2 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 33,30%) gətirilmişdir. Onlardan
133477,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 74,20%), 23570,5 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 13,10 %), 22387,6
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
12,44%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 86102,6 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 33,91%);
qeyri-üzvi kimya məhsulları (22,74%); meyvə (7,23%); pambıq (6,31%);
heyvan və ya bitki mənşəli piylər və yağlar (6,07%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq, neft emal məhsulları, qaz (idxala nisbətən 20,02%); dənli
bitkilər (15,35%); quru nəqliyyat vasitələri (11,41%); avadanlıqlar və
mexaniki cihazlar (6,62%); duz; kükürd; torpaq və daş, suvaq materialı,
əhəng və sement (5,34%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| Rum?niya |
22816.74
|
4.59
|
Rusiya |
101509.46
|
18.79
|
| Fransa |
12512,41
|
2,52
|
Böyük Britaniya |
48624.20
|
9.00
|
| Rusiya |
31259,11
|
6,29
|
Türkiyə |
38298.08
|
7.09
|
| Tacikistan |
|
4.27
|
Italiya |
19235.37
|
3.56
|
| İtaliya |
182593.66
|
36,73
|
Almaniya |
36785.52
|
6.81
|
| İsrail |
70754,21
|
14,23
|
Türkmənistan |
18814.58
|
3.48
|
| Gürcüstan |
28796,03
|
5,79
|
Finlandiya |
20759.82
|
3.84
|
| Türkiyə |
20870,78
|
4,20
|
Ukrayna |
28551.10
|
5.28
|
| Yunan?stan |
11316.18
|
2.28
|
Çin |
28216.43
|
5.22
|
| İran |
25830,06
|
5,20
|
ABŞ |
22450.33
|
4.16
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 3636 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1754-ü hüquqi, 1882-si isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
426954,9 min ABŞ dolları (85,89%), özəl sektorun 65744,7 min ABŞ
dolları (13,23%), fiziki şəxslərin payı isə 4407,8 min ABŞ dolları
(0,89%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
122172,0 min ABŞ dolları (22,61%), özəl sektorun payı 377389,1 min ABŞ
dolları (69,86%), fiziki şəxslərin payı isə 40681,5 min ABŞ dolları
(7,53%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|