| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2008-ci ilin iki ayı ərzində
2008-ci ilin iki ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2008-ci ilin ilk 2 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 107 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 2132136,4 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 1197810,5 min ABŞ dolları dəyərində 785 adda mal ixrac,
934325,8 min ABŞ dolları dəyərində 3599 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 263484,7 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 5227,7 min ABŞ dolları dəyərində 2342,2 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci
ilin ilk 2 ayına nisbətən 2008-ci ilin ilk 2 ayında ixrac
əməliyyatlarının həcmi 117,62% (647403,2 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 19,82% (154533,3 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 14868,0 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 38600,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 2 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 3376,0 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 119,47% təşkil etmişdir. Bunlardan 1812,0 min
ton ixrac, 1564,0 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (99,5 min ton), dəmiryolu (451,9
min ton), avtomobil (103,4 min ton), hava (0,5 min ton) və stasionar
nəqletmə (boru kəməri) (1156,0 min ton) nəqliyyat vasitələrindən
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (47,5 min ton),
dəmiryolu (1304,5 min ton), avtomobil (201,8 min ton) və hava (2,9 min
ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır
ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən
daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında
rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 33231 (əlavə vərəqlə
birlikdə 45215) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 5895 (əlavə
vərəqlə birlikdə 6590) ədəd ixrac, 27336 (əlavə vərəqlə birlikdə
38625) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 2 ayında YGB-lərin ümumi
sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 107,56% təşkil etmiş və ya
2336 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda azalma 1244
(82,57%) ədəd, idxalda isə artım 3580 (115,07%) ədəd YGB olmuşdur.
Tranzit
olaraq Azərbaycan Respublikası ərazisindən 1099,7 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (398,4 min ton), İtaliya
(298,4 min ton), Gürcüstan (141,5 min ton), Tacikistan (75,8 min ton),
Türkiyə (55,7 min ton), İran (51,8 min ton), Rusiya (38,4 min ton),
Türkmənistan (22,8 min ton) və Böyük Britaniya (7,1 min ton)
dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən
daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən
152,47% olmuş və ya 378,2 min ton azalmışdır.
2008-ci ilin ilk 2 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (626000,2
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (571810,3 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (496594,0
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (437731,8 min ABŞ
dolları) olmuşdur;
- fevral ayında ixrac əməliyyatlarının həcmi yanvar ayı ilə müqayisədə
54189,8 min ABŞ dolları həcmində, idxal əməliyyatlarının həcmi isə
58862,3 min ABŞ dolları həcmində azalmışdır.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 22548,3 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 81,01% təşkil etmiş və ya 5286,8 min
ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2008-ci ilin ilk 2 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,24% |
| 21 (SDV ilə hesablaşma) |
-94,65% |
-72,33% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-0,52% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,33% |
-4,06% |
| 80 (digərləri) |
-4,02% |
-22,83% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 2 ayına nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 64,87% (2007-ci ilin ilk 2 ayıının ixracına
nisbətən 272,69%), neft məhsulları - 21,36% (220,31%), bitki və heyvan
mənşəli yağlar - 1,71% (157,66%), alüminium və ondan hazırlanan
məmulatlar - 1,51% (120,78%), kimya sənayesi məhsulları - 1,46%
(201,54%), meyvə-tərəvəz - 1,39% (149,42%), qara metallar və onlardan
hazırlanan məmulatlar - 1,25% (164,14%), alkoqollu və alkoqolsuz
içkilər - 0,18% (49,21%), pambıq - 0,08% (16,02%), tütün və tütün
məmulatları - 0,06% (58,03%) təşkil edir. Qalan əmtəələrin payına 6,14%
düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 27,22% (2007-ci ilin ilk 2
ayıının idxalına nisbətən 120,88%), nəqliyyat vasitələri və onların
hissələri - 25,08% (293,31%), ərzaq məhsulları - 13,17% (137,26%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 7,04% (51,00%), əczaçılıq
məhsulları - 1,74% (157,45%), oduncaq və ondan hazırlanan məmulatlar -
1,37% (126,08%), xalq istehlakı malları - 0,70% (99,20%), mebel - 0,56%
(97,01%) təşkil edir. Qalan əmtəələrin payına 23,13% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin iki ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.03.2008-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
1120358,3 t |
777022,9 |
|
| -Şimal boru kəməri ilə |
165623,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
5567060,8 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.03.2008-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
398359,8 t |
| |
| 2) Neft emal məhsulları |
358895,9 t |
255801,8 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
358895,9 t |
255801,8 |
|
2.1) 01.03.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
108115,8 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
13538,6 t |
20486,1 |
136,2 % |
| 4) Spirtli içkilər |
1553471,2 L |
2113,6 |
52,5 % |
| 5)Tütün |
606,3 t |
593,5 |
91,6 % |
| 6) Tütün məmulatı |
25700,0 min.əd |
133,7 |
21,3 % |
| 7) Qara metallar |
20755,3 t |
9855,1 |
179,4 % |
| 8) Alüminium |
8883,3 t |
18096,8 |
149,0 % |
| 9) Çay |
417,8 t |
1197,3 |
40,6 % |
| 10) Pambıq mahlıcı |
851,4 t |
914,3 |
13,4 % |
| 11) Elektrik enerjisi |
65,3 mln kvt/s |
1141,0 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin iki ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
2536,9 t |
1769,9 |
61,0 % |
| 2) Buğda |
197072,6 t |
55993,7 |
74,0 % |
| 3) Un |
2202,8 t |
1262,7 |
1480,5 % |
| - humanitar yardım |
1888,3 t |
1100,9 |
|
| 4) Şəkər |
40416,2 t |
13523,0 |
293,9 % |
| - humanitar yardım |
161,0 t |
96,6 |
|
| 5) Yağ |
16810,9 t |
12602,3 |
92,0% |
| - kərə yağı |
1431,5 t |
1925,1 |
|
| - bitki və heyvan mən.yağ |
15379,4 t |
10677,1 |
|
| - humanitar yardım |
87,0 t |
168,9 |
|
| 6) Çay |
1334,9 t |
2908,3 |
83,3 % |
| 7) Spirt |
388510,0 L |
358,1 |
474,6 % |
| 8) Spirtli içkilər |
1191093,5 L |
2651,7 |
41,7 % |
| 9)Tütün |
656,6 t |
1466,7 |
89,1 % |
| 10) Tütün məmulatı |
1663580,0 min. əd. |
27115,8 |
126,8 % |
| 11) Qara metallar |
135068,7 t |
28751,8 |
175,8% |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
6879 əd. |
55763,6 |
161,9 % |
| -GMO əsasında |
4086 əd. |
20203,5 |
|
| 13) Neft məhsulları |
5773,8 t |
8830,8 |
|
| 14) Elektrik enerjisi |
59,5 mln. kvt/s |
2117,3 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (1120358,3 ton (100,00%)) tərəfindən ixrac
edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (316030,2 ton (88,06%)),
"QKSSS" MMC (15594,5 ton (4,35%)), "Azneftyağ" İstehsalat Birliyi
(8601,9 ton (2,40%)) və "Monolit-D" firması (6979,3 ton (1,94%))
üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 989092,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
82,58%) çıxarmışlar, o cümlədən, 984319,0 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,52%) və 4763,8
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca
nisbətən 0,48%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 604218,7
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 64,67%)
gətirilmişdir. Onlardan 448727,3 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 74,27%) və 149362,3 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 24,72
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 384873,7 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
94,18%); alüminium və alüminium məmulatları (1,82%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (1,52%); qara metallar
(0,99%); qeyri-üzvi kimya məhsulları (0,21%) ixrac edilmişdir.
Xarici
ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 28,60%); quru
nəqliyyat vasitələri (13,96%); gəmilər, qayıqlar və digər üzən
vasitələr (9,60%); elektrik maşınları və avadanlıqları, onların
hissələri (7,75%); qara metallardan məmulatlar (4,24%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 208718,1
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 17,42%)
çıxarmışlar, o cümlədən, 149350,5 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 71,56%), 43341,9 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 20,77%) və 15933,2
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 7,63%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 330107,1 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 35,33%) gətirilmişdir. Onlardan
227047,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 68,78%), 36342,2 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,01 %) və 63953,0
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
19,37%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 121388,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 53,95%); heyvan və
ya bitki mənşəli piylər və yağlar (9,80%); meyvə (6,37%); şəkər və
şəkərdən hazırlanan qənnadı məmulatı (5,34%); qeyri-üzvi kimya
məhsulları (4,76%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli
bitkilər (idxala nisbətən 17,95%); gəmilər, qayıqlar və digər üzən
vasitələr (17,16%); quru nəqliyyat vasitələri (9,61%); avadanlıqlar və
mexaniki qurğular (7,08%); qara metallar (6,78%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| ABŞ |
269156,04 |
22,47 |
| İsrail |
173951,86 |
14,52 |
| Çili |
97900,61 |
8,17 |
| Hindistan |
94266,62 |
7,87 |
| ltaliya |
88335,34 |
7,37 |
| İran |
67981,55 |
5,68 |
| Ukrayna |
67720,92 |
5,65 |
| Rusiya |
63973,54 |
5,34 |
| Rumıniya |
51284,02 |
4,28 |
| Gürcüstan |
48997,18 |
4,09 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
193914,83 |
20,75 |
| Türkiyə |
86907,19 |
9,30 |
| Almaniya |
67571,21 |
7,23 |
| Qazaxıstan |
56908,87 |
6,09 |
| B.Britaniya |
55952,64 |
5,99 |
| Ukrayna |
54851,39 |
5,87 |
| Çin |
51790,00 |
5,54 |
| ABŞ |
34801,51 |
3,72 |
| Yaponiya |
31542,54 |
3,38 |
| Xorvatiya |
30066,36 |
3,22 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4093 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1959-u hüquqi, 2134-ü isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
1085433,8 min ABŞ dolları (90,62%), özəl sektorun 100600,9 min ABŞ
dolları (8,40%), fiziki şəxslərin payı isə 11775,8 min ABŞ dolları
(0,98%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
185369,5 min ABŞ dolları (19,84%), özəl sektorun payı 692202,8 min ABŞ
dolları (74,09%), fiziki şəxslərin payı isə 56753,6 min ABŞ dolları
(6,07%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|