| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2006-cı ilin birinci rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin birinci rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin I rübü ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 114 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 1943276,9 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 1037796,2 min ABŞ dolları dəyərində 1184 adda mal ixrac,
905480,7 min ABŞ dolları dəyərində 4035 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 132315,6 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,  
- respublikaya 10123,0 min ABŞ dolları dəyərində 4129,9 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin I rübünə nisbətən 2006-cı ilin I rübündə ixrac
əməliyyatlarının həcmi 116,43% (558284,4 min ABŞ dolları) artmış, idxal
əməliyyatlarının həcmi isə 19,92% (225301,2 min ABŞ dolları)
azalmışdır. İdxal əməliyyatlarının həcminin azalmasına səbəb
avadanlıqlar, texniki qurğuların və onların hissələrinin, qara metaldan
hazırlanan məmulatların respublikaya 2006-cı ilin I rübü ərzində az
gətirilməsi olmuşdur.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 12763,3 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 68380,9 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
 2006-cı
ilin I rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə
etməklə 5077,2 min ton yük daşınmışdır. Bunlardan 2364,8 min ton ixrac,
2712,5 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac
əməliyyatlarında əsasən dəniz (1994,6 min ton), dəmiryolu (246,8 min
ton), avtomobil (94,1 min ton) və hava (1,0 min ton) nəqliyyatından
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəmiryolu (1494,2 min ton),
avtomobil (228,8 min ton) və stasionar nəql etmə (boru kəməri) (911,2
min ton) nəqliyyatına üstünlük verilmişdir.
Göstərilən müddət ərzində gömrük orqanlarında 38480 (əlavə vərəqlə
birlikdə 51220) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir.
Bunlardan 7944 (əlavə vərəqlə birlikdə 9021) ədəd ixrac, 30536 (əlavə
vərəqlə birlikdə 42199) ədəd idxal YGB-dir.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1472313,3 ton
yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (451119,3t), Gürcüstan
(277474,9t), İtaliya (265728,6t), Kipr (103073,5t), Tacikstan
(66629,9t), Rusiya (58063,6t), İran (45956,5t), Türkmənistan (43627,4t)
və Türkiyəyə (37838,2t) göndərilmişdir.
2006-cı ilin I rübü ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında
(540640,1 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236601,9 min
ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi mart ayında
(365229,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253173,3 min
ABŞ dolları) olmuşdur;
- mart ayında fevral ayı ilə müqayisədə ixrac əməliyyatlarının
həcmi 280085,8 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə
78151,9 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 152019,1 min ABŞ
dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 56028,1 min ABŞ
dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 29717,8 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə
rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2006-cı ilin I rübü ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə hesablaşma) |
-0.01%
|
-0.06%
|
| 21 (SDV ilə hesablaşma) |
-93.46%
|
-66.38%
|
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0.00%
|
-0.62%
|
| 41 (qapalı dövriyyəli valyuta) |
-0.45%
|
-4.43%
|
| 51 (barter sazisi) |
-0.04%
|
-0.00%
|
| 80 (digərləri) |
-6.05%
|
-28.50%
|
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas
əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin I rübünə
nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 47,90% (2005-ci ilin I rübünün ixracına nisbətən
243,83%), neft məhsulları - 34,10% (235,23%), kimya sənayesi məhsulları
- 4,76% (269,56%), meyvə-tərəvəz - 2,19% (230,18%), alüminium və ondan
hazırlanan məmulatlar - 1,75% (148,07%), pambıq - 1,18% (166,16%),
bitki və heyvan mənşəli yağlar - 1,08% (76,65%), tütün və tütün
məmulatları - 0,65% (200,09%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 0,64% (55,34%), alkoqollu və alkoqolsuz içkilər - 0,22%
(267,76%) təşkil edir. Qalan əmtəələrin payına 5,53% düşür.
İdxalda: maşın və elektrik aparatları,avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 26,98% (2005-ci ilin I
rübünün idxalına nisbətən 42,61%), neft qazı və diğər qazaoxşar
karbohidrogenlər - 13,39% (158,58%), ərzaq məhsulları - 10,13%
(114,28%), qara metallar və onlardan hazırlanan məmulatlar - 10,01%
(88,33%), nəqliyyat vasitələri və onların hissələri - 8,24% (123,42%),
oduncaq və ondan hazırlanan məmulatlar - 1,56% (141,86%), xalq
istehlaki malları - 1,38% (81,75%), əczaçılıq məhsulları - 1,00%
(147,57%), mebel - 0,68% (65,84%) təşkil edir. Qalan əmtəələrin payına
26,64% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2005-ci ilin I rübünə netto çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
1218183.4t
|
497056.6
|
|
| 1.1 Boru kəməri ilə 01.04.2006-ci ilə qədər gedən xam
neft |
|
|
|
| (sayğac göstəricilərinə əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
1157371.0t
|
|
|
| -Supsa boru kəməri ilə |
1728663.1t
|
|
|
| 1.2) Dəmiryolu nəqliyyatı ilə 01.04.2006-ci
ilə qədər yola salınan xam neft (müvəqqəti YĞB) |
1644765,0t
|
|
|
| 2. Neft emal məhsulları |
808862.4 t
|
353882.3
|
|
| o cümlədən, saziş növləri üzrə: |
|
|
|
| -sərbəst dönərli valyuta il? |
783752.0t
|
341801,6
|
|
| -digərləri |
25110,5t
|
12080,7
|
|
2.1. 01.04.2006-cı ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
115732.4t
|
|
|
| 3. Bitki və heyvan mənşəli yağlar |
9052.2t
|
11187.3
|
70.9%
|
| 4. Spirtli içkilər |
1705691.0l
|
2143.6
|
135.1%
|
| 5. Tütün |
1905.1t
|
1485.7
|
88.3%
|
| 6. Tütün məmulatı |
803890.4 mln əd.
|
5238,8
|
333.7%
|
| 7. Qara metallar |
6249.8t
|
1942.5
|
20.4%
|
| 8 Alüminium |
8914.8t
|
18175.4
|
122.1%
|
| 9 Çay |
1554.0t
|
4447.6
|
75.7%
|
| 10. Pambıq mahlıcı |
14440.5t
|
12235.3
|
156.9%
|
| 11. Elektrik enercisi |
471,9mln kvt/s
|
7614.3
|
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2005-ci ilin I rübünə netto çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları |
3696.0t
|
2499.3
|
54.7%
|
| 2. Buğda |
287521.7t
|
36911,5
|
150.3%
|
| 3. Un |
130.4t
|
40,8
|
22.4%
|
| 4. Şəkər |
13945.1t
|
2867.3
|
47.8%
|
| -humanitar yardım |
398,8t
|
352,4
|
|
| 5. Yağ |
23776.4t
|
13025.1
|
110.9%
|
| -kərə yağı |
1722.7t
|
1866,1
|
|
| -bitki və heyvan mənş. yağlar |
22053.7t
|
11159.0
|
|
| -humanitar yardım |
|
32,0
|
|
| 6. Çay |
2506.9t
|
4544.2
|
144.4%
|
| 7. Spirt |
80208.6L |
77.3 |
24.8% |
| 8. Spirtli içkilər |
1980970.0L
|
2762.3
|
175.1%
|
| 9. Tütün məmulatı |
1615556.0mln əd
|
21339.2
|
159.2%
|
| 10. Qara metallar |
56784.1 t
|
21890.4
|
99.9%
|
| 11. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş |
6655 əd.
|
38789.1
|
97.5%
|
| -GMO əsasında rəsmiləşdirilmiş |
6054əd.
|
28265.4
|
|
| 12. Neft məhsulları |
36020.0t
|
18793.8
|
|
| 13. Elektrik enercisi |
470.4min kvt/s
|
16060.0
|
|
| 14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər |
1278255.1min kub.m
|
121227,2
|
|
Xam neft Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi
(1188307,6 ton (97,55%)), "Şirvan Oil" birğə məhdud məsuliyyətli
müəssisə(29875,8 ton (2,45%)) tərəfindən ixrac edilmişdir.Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr
İdarəsi (677524,5 ton (83,76%)), "Azneftyağ" İstehsalat Birliyi
(86194,8 ton (10,66%)), "Middle East Petrol Farm FZE" şirkətinin
Azərbaycandakı filialı (25107,9 ton (3,10%)), və "Monolit-D" firması
(7516,1 ton (0,93%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 886102,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
85,38%) çıxarmışlar, o cümlədən, 854088,8 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 96,39%) və 31508,6
min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca
nisbətən 3,56%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 530172,0
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 58,55%)
gətirilmişdir. Onlardan 301923,7 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 56,95%), 222287,0 min ABŞ
dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 41,93
%) gətirilmişdir.
Xarici ölkələr(MDB-dən başqa) üzrə müsbət saldo 355930,4 min ABŞ dolları təşkil edir .
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral
yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca
nisbətən 91,60%); alüminium və alüminium məmulatları (2,04%); meyvə
(1,42%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,29%);
qeyri-üzvi kimya məhsulları (0,88%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 28,21%); elektrik
maşınları və avadanlıqları, onların hissələri (11,91%); qara
metallardan məmulatlar (10,67%); quru nəqliyyat vasitələri (6,05%);
optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və
ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları
(3,30%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə
151693,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 14,62%)
çıxarmışlar, o cümlədən, 115796,0 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 76,34%), 31235,4 min ABŞ
dolları dəyərində diğər sazişlərlə (ixraca nisbətən 20,59%), 4652,0 min
ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca
nisbətən 3,07%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 375308,7 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 41,45%) gətirilmişdir. Onlardan
299159,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 79,71%), 38838,4 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,35 %), 35785,0
min ABŞ dolları dəyərində əmtəə diğər sazişlərlə (idxala nisbətən
9,53%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 223614,8 min ABŞ dolları təşkil edir .
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 32,68%),
qeyri-üzvi kimya məhsulları (23,02%); heyvan və ya bitki mənşəli piylər
və yağlar (7,18%); pambıq (6,40%); meyvə (6,27%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq, qaz-neft emal məhsulları, bitumlu minerallar (idxala nisbətən
38,98%); dənli bitkilər (10,19%); quru nəqliyyat vasitələri (8,45%);
avadanlıqlar və mexaniki cihazlar (5,56%); duz; kükürd; torpaq və daş,
suvaq materialı, əhəng və sement (4,86%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| Rum?niya |
79430,98
|
7,65
|
Rusiya |
229464.99
|
25.34
|
| Tailand |
34784.85
|
3.35
|
Böyük Britaniya |
77184.72
|
8.52
|
| Rusiya |
52130,50
|
5,02
|
Türkiyə |
60379.09
|
6.67
|
| Tacikistan |
|
3,35
|
Italiya |
29790.07
|
3.29
|
| İtaliya |
445633,06
|
42,94
|
Almaniya |
62264.79
|
6.88
|
| İsrail |
95398,35
|
9,19
|
Türkmənistan |
48005.54
|
5.30
|
| Gürcüstan |
46565,23
|
4,49
|
Finlandiya |
23703.01
|
2.62
|
| Türkiyə |
51153,41
|
4,93
|
Ukrayna |
45113.45
|
4.98
|
| Əfqanistan |
17744.48
|
1.71
|
Çin |
40784.22
|
4.50
|
| İran |
69791,36
|
6,72
|
ABŞ |
35273.47
|
3.90
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4704 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2133-ü hüquqi, 2571-i isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
926625,8 min ABŞ dolları (89,29%), özəl sektorun 104963,3 min ABŞ
dolları (10,11%), fiziki şəxslərin payı isə 6207,1 min ABŞ dolları
(0,60%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
268127,2 min ABŞ dolları (29,61%), özəl sektorun payı 575777,4 min ABŞ
dolları (63,59%), fiziki şəxslərin payı isə 61576,0 min ABŞ dolları
(6,80%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|