| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2007-ci ilin I rübü ərzində
2007-ci ilin I rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin I rübü ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 109 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 2055192,4 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 919062,2 min ABŞ dolları dəyərində 1258 adda mal ixrac,
1136130,1 min ABŞ dolları dəyərində 4596 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 217067,9 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 12192,1 min ABŞ dolları dəyərində 5980,8 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin I rübünə nisbətən 2007-ci ilin I rübündə ixrac
əməliyyatlarının həcmi 11,44% (118760,9 min ABŞ dolları) azalmış, idxal
əməliyyatlarının həcmi isə 25,41% (230216,5 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 33557,1 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 68883,4 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2007-ci ilin I rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 4170,5 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 82,14% təşkil etmişdir. Bunlardan 1897,9 min
ton ixrac, 2272,6 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (1479,2 min ton), dəmiryolu (221,1
min ton), avtomobil (193,8 min ton) və hava (1,1 min ton)
nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (32,8
min ton), dəmiryolu (1571,8 min ton), avtomobil (311,7 min ton), hava
(4,5 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton)
nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat
vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların
yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə
alınıb.
Göstərilən
müddət ərzində gömrük orqanlarında 47447 (əlavə vərəqlə birlikdə 62901)
ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 9798 (əlavə vərəqlə birlikdə
10972) ədəd ixrac, 37649 (əlavə vərəqlə birlikdə 51929) ədəd idxal
YGB-dir. 2007-ci ilin I rübünda YGB-lərin ümumi sayı 2006-cı ilin
müvafiq dövrünə nisbətən 123,2% təşkil etmiş və ya 8943 ədəd bəyannamə
çox olmuşdur. O cümlədən, ixracda artım 1852 (123,3%) ədəd, idxalda isə
artım 7091 (123,2%) ədəd YGB olmuşdur.
Tranzit
olaraq Azərbaycan Respublikası ərazisindən 1195,1 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (385,0 min ton), İtaliya
(281,5 min ton), Gürcüstan (246,4 min ton), Tacikistan (106,4 min ton),
İran (59,1 min ton), Türkiyə (36,6 min ton), Rusiya (35,1 min ton),
Türkmənistan (28,6 min ton) və Qazaxıstan (12,7 min ton) dövlətlərinə
göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit
yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 81,17% olmuş və ya
277,2 min ton azalmışdır.
2007-ci ilin I rübü ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (396017,1
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154386,7 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (390063,5
min ABŞ dolları), aşağı həddi isə mart ayında (356564,6 min ABŞ
dolları) olmuşdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə
214271,7 min ABŞ dolları həcmində artmışdır, idxal əməliyyatlarının
həcmi isə 33498,9 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq azalma 13679,3 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq azalma 16468,8 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 40368,2 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 135,84% təşkil etmiş və ya 10650,4 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2007-ci ilin I rübü ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,47% |
| 21 (SDV ilə hesablaşma) |
-82,42% |
-70,52% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,02% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,36% |
-4,37% |
| 80 (digərləri) |
-16,21% |
-23,60% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin I rübünə nisbətən müqayisə
statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 50,62% (2006-cı ilin I rübünün ixracına nisbətən
93,59%), neft məhsulları - 22,17% (57,57%), bitki və heyvan mənşəli
yağlar - 2,29% (188,19%), alüminium və ondan hazırlanan məmulatlar -
2,14% (108,43%), qara metallar və onlardan hazırlanan məmulatlar -
1,72% (237,27%), kimya sənayesi məhsulları - 1,53% (28,47%),
meyvə-tərəvəz - 1,49% (60,16%), pambıq - 0,82% (61,84%), alkoqollu və
alkoqolsuz içkilər - 0,63% (256,96%), tütün və tütün məmulatları -
0,18% (24,72%) təşkil edir. Qalan əmtəələrin payına 16,40% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 27,95% (2006-cı ilin I
rübünün idxalına nisbətən 129,98%), qara metallar və onlardan
hazırlanan məmulatlar - 15,62% (195,78%), ərzaq məhsulları - 11,67%
(144,44%), nəqliyyat vasitələri və onların hissələri - 10,76%
(165,06%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 4,55%
(42,66%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,30% (104,55%),
əczaçılıq məhsulları - 1,29% (162,64%), mebel - 0,82% (150,32%), xalq
istehlakı malları - 0,81% (74,02%) təşkil edir. Qalan əmtəələrin payına
25,22% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
1108772,7 t |
465206,1 |
|
| -Şimal boru kəməri ilə |
876356,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
5790571,0 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2007-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
1646804,7 t |
| |
| 2) Neft emal məhsulları |
419041,0 t |
203728,7 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
404945,1 t |
198178,2 |
|
| - digərləri |
14095,9 t |
5550,5 |
|
2.1) 01.02.2007-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
154415,7 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
16010,1 t |
21053,9 |
176,9 % |
| 4) Spirtli içkilər |
3827343,3 L |
5820,9 |
224,4 % |
| 5)Tütün |
898,9 t |
734,2 |
47,2 % |
| 6) Tütün məmulatı |
156300,0 mln.əd |
928,0 |
19,4 % |
| 7) Qara metallar |
20222,6t |
8535,2 |
323,6 % |
| 8) Alüminium |
7952,5 t |
19707,4 |
89,2 % |
| 9) Çay |
1462,8 t |
3954,6 |
94,1 % |
| 10) Pambıq mahlıcı |
8483,6 t |
7566,2 |
58,7 % |
| 11) Elektrik enerjisi |
72,8 mln kvt*s |
1227,3 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
6430,8 t |
4254,5 |
174,0% |
| 2) Buğda |
339128,1 t |
50192,0 |
118,0% |
| 3) Un |
169,3 t |
55,8 |
129,8% |
| 4) Şəkər |
22917,1 t |
7566,9 |
164,3% |
| 5) Yağ |
30292,5 t |
16468,9 |
127,4% |
| - kərə yağı |
2253,8 t |
2547,7 |
|
| - bitki və heyvan mən.yağ |
28038,7 t |
13921,2 |
|
| - humanitar yardım |
39,6 t |
75,4 |
|
| 6) Çay |
2814,0 t |
4744,8 |
112,3 % |
| 7) Spirt |
91869,0 L |
95,8 |
114,5 % |
| 8) Spirtli içkilər |
5935220,7 L |
7199,1 |
299,6 % |
| 9) Tütün məmulatı |
1938574,8 mln. əd. |
28571,5 |
120,0 % |
| 10) Qara metallar |
119200,4 t |
25994,4 |
209,9 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
6610əd. |
48689,0 |
99,3% |
| -GMO əsasında |
8270əd. |
37303,6 |
|
| 12) Neft məhsulları |
16160,0 t |
11909,1 |
|
| 13) Elektrik enerjisi |
349,5 mln. kvt*s |
8888,3 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470062,8 min kub.m |
51716,6 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (1108772,7 ton (100,00%)) tərəfindən ixrac
edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (395367,8 ton (94,35%)), "Az
Trans Reil" MMC (14084,4 ton (3,36%)), "Caspian Petrol-1" firması
(5998,0 ton (1,43%)) və "Monolit-D LTD" firması (2527,1 ton (0,60%))
üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 697620,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
75,91%) çıxarmışlar, o cümlədən, 672438,0 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 96,39%) və 25115,1
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca
nisbətən 3,60%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 719205,5
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 63,30%)
gətirilmişdir. Onlardan 462337,4 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 64,28%), 242454,6 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 33,71
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə mənfi saldo 21585,2 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən neft və onların
emal məhsulları, mineral yanacaq, bitumlu minerallar (ixraca nisbətən
90,08%); alüminium və alüminium məmulatları (2,80%); avadanlıqlar və
mexaniki qurğular (1,32%); qara metallar (1,22%); qeyri-üzvi kimya
məhsulları (0,80%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 30,05%); qara
metallardan məmulatlar (14,52%); elektrik maşınları və avadanlıqları,
onların hissələri (8,47%); quru nəqliyyat vasitələri (7,87%); optik,
fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya
cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,69%)
idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 221442,0
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 24,09%)
çıxarmışlar, o cümlədən, 85059,6 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,41%), 123841,1 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 55,92%), 12537,4
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 5,66%) çıxarılmışdır.
Eyni
zamanda, respublikaya MDB ölkələrindən 416924,7 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 36,70%) gətirilmişdir. Onlardan
338875,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 81,28%), 47770,1 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,46 %), 25647,4
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
6,15%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 195482,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən neft və onların emal məhsulları,
mineral yanacaq, bitumlu minerallar (ixraca nisbətən 22,16%); şəkər və
şəkərdən hazırlanan qənnadı məmulatı (21,51%); gəmilər, qayıqlar və
digər üzən vasitələr (18,62%); heyvan və ya bitki mənşəli piylər və
yağlar (9,50%); qeyri-üzvi kimya məhsulları (3,40%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq (idxala nisbətən 14,36%); dənli bitkilər (12,70%); quru
nəqliyyat vasitələri (11,33%); qara metallardan məmulatlar (11,28%);
qara metallar (5,42%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
317019,18 |
34,49 |
| Türkiyə |
113042,26 |
12,30 |
| Rusiya |
104243,78 |
11,34 |
| İran |
91592,45 |
9,97 |
Virgin ada
(ABŞ) |
60973,43 |
6,63 |
| Gürcüstan |
51303,21 |
5,58 |
| Qazaxıstan |
45847,87 |
4,99 |
| Fransa |
37931,90 |
4,13 |
Yunanıstan
(Honkonq) |
13264,55 |
1,44 |
Hibraltar
|
10912,02 |
1,19 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
235116,95 |
20,69 |
| Türkiyə |
11590,30 |
9,82 |
| Ukrayna |
102280,97 |
9,00 |
| Almaniya |
91880,65 |
8,09 |
| B.Britaniya |
61392,49 |
5,40 |
| Yaponiya |
60514,46 |
5,33 |
| ABŞ |
58735,02 |
5,17 |
| Zin |
50327,62 |
4,43 |
| Qazaxıstan |
46810,04 |
4,12 |
| İtaliya |
45014,81 |
3,96 |
|
Qeyd
etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5359 hüquqi və
fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2299-u hüquqi, 3060-ı isə fiziki
şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 711597,9 min
ABŞ dolları (77,43%), özəl sektorun payı 199090,5 min ABŞ dolları
(21,66%), fiziki şəxslərin payı isə 8373,9 min ABŞ dolları (0,91%)
olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 318536,7 min
ABŞ dolları (28,04%), özəl sektorun payı 753242,6 min ABŞ dolları
(66,30%), fiziki şəxslərin payı isə 64350,8 min ABŞ dolları (5,66%)
olmuşdur.
Qeyd: Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi
əsasında hesablanmışdır. Neft, neft emal məhsulları, qaz və elektrik
enerjisinin gömrük rəsmiləşdirilməsi spesifik xüsusiyyətlərə malik
olduğu üçün gömrük sərhədini keçmə tarixi ilə bəyannamələşdirmə tarixi
arasında fərq vardır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|