| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2008-ci ilin birinci rübü ərzində
2008-ci ilin birinci rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2008-ci ilin I rübü ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 114 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 2896185,3 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 1543977,8 min ABŞ dolları dəyərində 1022 adda mal ixrac,
1352207,6 min ABŞ dolları dəyərində 4104 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 191770,2 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 8473,5 min ABŞ dolları dəyərində 2458,3 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin I rübünə nisbətən 2008-ci ilin I rübündə ixrac
əməliyyatlarının həcmi 67,99% (624911,9 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 18,99% (215785,3 min ABŞ dolları) artmışdır.
Müvəqqəti
ixrac rejimində ölkəmizdən 25430,4 min ABŞ dolları dəyərində mal ixrac
edilmiş, 78771,4 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti
idxal edilmişdir. 2008-ci ilin I rübü ərzində müxtəlif növ
nəqliyyat vasitələrindən istifadə etməklə 4503,6 min ton yük
daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 107,99% təşkil
etmişdir. Bunlardan 2272,4 min ton ixrac, 2231,2 min ton isə idxal
əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz
(154,6 min ton), dəmiryolu (736,6 min ton), avtomobil (140,8 min ton),
hava (1,0 min ton) və stasionar nəqletmə (boru kəməri) (1238,6 min ton)
nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında
dəniz (69,5 min ton), dəmiryolu (1833,3 min ton), avtomobil (311,7 min
ton) və hava (5,2 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir.
Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti
təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB)
əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 50667 (əlavə vərəqlə
birlikdə 69037) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 8955 (əlavə
vərəqlə birlikdə 9985) ədəd ixrac, 41712 (əlavə vərəqlə birlikdə
59052) ədəd idxal YGB-dir. 2008-ci ilin I rübünda YGB-lərin ümumi sayı
2007-ci ilin müvafiq dövrünə nisbətən 106,79% təşkil etmiş və ya 3220
ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda azalma 843 (91,40%)
ədəd, idxalda isə artım 4063 (110,79%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1701,7 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (578,9 min ton), İtaliya
(500,1 min ton), Gürcüstan (234,3 min ton), Tacikistan (121,6 min ton),
İran (74,5 min ton), Türkiyə (66,5 min ton), Rusiya (53,1 min ton),
Türkmənistan (39,0 min ton) və Böyük Britaniya (8,6 min ton)
dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən
daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən
142,39% olmuş və ya 506,6 min ton artmışdır.
2008-ci ilin I rübü ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (626000,2
min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (496594,0
min ABŞ dolları), aşağı həddi isə mart ayında (416895,9 min ABŞ
dolları) olmuşdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə
225696,8 min ABŞ dolları həcmində, idxal əməliyyatlarının həcmi isə
21821,7 min ABŞ dolları azalmışdır;
- ixrac əməliyyatlarında orta aylıq azalma 139929,9 min ABŞ dolları,
idxal əməliyyatlarında isə 39849,1 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 34659,7 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 85,85% təşkil etmiş və ya 5708,5 min
ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2008-ci ilin I rübü ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,24% |
| 21 (SDV ilə hesablaşma) |
-93,16% |
-73,78% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-0,83% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,48 |
-4,21% |
| 80 (digərləri) |
-5,34% |
-20,94% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin I rübünə nisbətən müqayisə
statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 54,17% (2007-ci ilin I rübünün ixracına nisbətən
179,79%), neft məhsulları - 28,41% (215,30%), alüminium və ondan
hazırlanan məmulatlar - 2,21% (173,44%), bitki və heyvan mənşəli yağlar
- 1,94% (141,96%), kimya sənayesi məhsulları - 1,80% (197,05%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 1,59% (154,99%),
meyvə-tərəvəz - 1,49% (168,22%), alkoqollu və alkoqolsuz içkilər -
0,30% (80,08%), pambıq - 0,17% (35,42%), tütün və tütün məmulatları -
0,06% (54,95%) təşkil edir. Qalan əmtəələrin payına 7,86% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 27,70% (2007-ci ilin I
rübünün idxalına nisbətən 117,86%), nəqliyyat vasitələri və onların
hissələri - 22,13% (244,74%), ərzaq məhsulları - 13,09% (133,51%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 7,76% (59,15%), əczaçılıq
məhsulları - 1,55% (142,93%), oduncaq və ondan hazırlanan məmulatlar -
1,29% (117,76%), xalq istehlakı malları - 0,76% (111,50%), mebel -
0,57% (83,25%), təşkil edir. Qalan əmtəələrin payına 25,14% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin I rübünə netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.04.2008-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
1202893,5 t |
836373,2 |
|
| -Şimal boru kəməri ilə |
249411,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
8311458,8 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.04.2008-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
646946,8 t |
| |
| 2) Neft emal məhsulları |
569994,4 t |
438635,2 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
569994,4 t |
438635,2 |
|
2.1) 01.04.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
298185,6 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
19802,1 t |
29887,5 |
123,7 % |
| 4) Spirtli içkilər |
3192135,8 L |
4537,7 |
83,4 % |
| 5)Tütün |
731,8 t |
721,2 |
81,4% |
| 6) Tütün məmulatı |
38700,0 min.əd |
192,2 |
24,8 % |
| 7) Qara metallar |
30801,3 t |
14671,8 |
152,3 % |
| 8) Alüminium |
16670,5 t |
34180,9 |
209,6 % |
| 9) Çay |
1287,0 t |
4774,3 |
88,0 % |
| 10) Pambıq mahlıcı |
2713,0 t |
2680,2 |
32,0 % |
| 11) Elektrik enerjisi |
104,2 mln kvt/s |
1810,7 |
|

İdxalın struktunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin I rübünə netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
4371,4 t |
3025,5 |
68,0 % |
| 2) Buğda |
254677,5 t |
73847,2 |
75,1% |
| 3) Un |
2276,4 t |
1303,4 |
1345,0% |
| - humanitar yardım |
1888,3 t |
1100,9 |
|
| 4) Şəkər |
52918,6 t |
17702,6 |
230,9 % |
| - humanitar yardım |
163,0 t |
100,0 |
|
| 5) Yağ |
30434,7 t |
22294,5 |
100,5% |
| - kərə yağı |
2318,7 t |
3075,6 |
|
| - bitki və heyvan mən.yağ |
28116,0 t |
19218,9 |
|
| - humanitar yardım |
88,0 t |
171,9 |
|
| 6) Çay |
2097,0 t |
4603,4 |
74,5% |
| 7) Spirt |
676670,3 L |
616,4 |
736,6% |
| 8) Spirtli içkilər |
2580190,5 L |
4610,4 |
43,5 % |
| 9)Tütün |
837,6 t |
1871,9 |
82,3% |
| 10) Tütün məmulatı |
2269194,9 min. əd. |
38584,3 |
117,0 % |
| 11) Qara metallar |
171802,5 t |
43327,4 |
144,1 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
10278 əd. |
83646,4 |
155,5% |
| -GMO əsasında |
6182 əd. |
30926,8 |
|
| 13) Neft məhsulları |
8284,0 t |
12210,3 |
|
| 14) Elektrik enerjisi |
96,8 mln. kvt/s |
3434,1 |
|
Xam neft əsasən (1202893,5 ton (100,00%)) Dövlət Neft Şirkətinin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac edilmişdir.
Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi (507288,6 ton (89,00%)), "QKSSS" MMC
(20373,7 ton (3,57%)) və "Azneftyağ" İstehsalat Birliyi (15702,2 ton
(2,75%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 1235537,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
80,02%) çıxarmışlar, o cümlədən, 1229123,3 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,48%) və 6394,4
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca
nisbətən 0,52%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 905792,9
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,99%)
gətirilmişdir. Onlardan 681282,9 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 75,21%) və 211857,9 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 23,39
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 329744,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
92,28%); alüminium və alüminium məmulatları (2,75%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (1,75%); qara metallar
(1,18%); üzvi kimyəvi birləşmələr (0,28%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,37%); quru
nəqliyyat vasitələri (14,01%); elektrik maşınları və avadanlıqları,
onların hissələri (8,61%); gəmilər, qayıqlar və digər üzən vasitələr
(6,42%); qara metallardan məmulatlar (4,53%) idxal edilmişdir.
Respublikanın
rezident və qeyri-rezidentləri MDB ölkələrinə 308440,3 min ABŞ dolları
dəyərində əmtəə (ümumi ixraca nisbətən 19,98%) çıxarmışlar, o cümlədən,
209292,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə
(ixraca nisbətən 67,86%), 76116,4 min ABŞ dolları dəyərində digər
sazişlərlə (ixraca nisbətən 24,68%) və 22907,9 min ABŞ dolları
dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən
7,43%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 446414,7 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 33,01%) gətirilmişdir. Onlardan
316334,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 70,86%), 54754,4 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,27 %) və 71228,8
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
15,96%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 137974,4 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 48,69%); heyvan və
ya bitki mənşəli piylər və yağlar (9,68%); meyvə (5,69%); gəmilər,
qayıqlar və digər üzən vasitələr (5,58%); qeyri-üzvi kimya məhsulları
(4,58%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli
bitkilər (idxala nisbətən 17,43%); gəmilər, qayıqlar və digər üzən
vasitələr (12,73%); quru nəqliyyat vasitələri (11,83%); qara metallar
(7,13%); avadanlıqlar və mexaniki qurğular (7,07%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| ABŞ |
272622,50 |
17,66 |
| İsrail |
174018,10 |
11,27 |
| Rusiya |
108371,24 |
7,02 |
| İran |
101292,17 |
6,56 |
| Çili |
97900,61 |
6,34 |
| İtaliya |
94544,01 |
6,12 |
| Hindistan |
94266,62 |
6,11 |
| Türkiyə |
88944,42 |
5,76 |
| Yunanistan |
86316,10 |
5,59 |
| Gürcüstan |
84674,07 |
5,48 |
|
| Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
255190,13 |
18,87 |
| Türkiyə |
130803,93 |
9,67 |
| Almaniya |
106928,91 |
7,91 |
| Çin |
92887,23 |
6,87 |
| B.Britaniya |
83154,33 |
6,15 |
| Qazaxıstan |
77451,44 |
5,73 |
| Ukrayna |
76711,81 |
5,67 |
| ABŞ |
49289,01 |
3,65 |
| Yaponiya |
48274,62 |
3,57 |
| Fransa |
33534,69 |
2,48 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5478 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2855-i hüquqi, 2423-ü isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
1364137,5 min ABŞ dolları (88,35%), özəl sektorun 164667,8 min ABŞ
dolları (10,67%), fiziki şəxslərin payı isə 15172,5 min ABŞ dolları
(0,98%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
261036,1 min ABŞ dolları (19,30%), özəl sektorun payı 1009838,1 min ABŞ
dolları (74,69%), fiziki şəxslərin payı isə 81333,4 min ABŞ dolları
(6,01%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|