| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2006-cı ilin ilk 4 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin ilk 4 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin ilk 4 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 116 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 2645015,3 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 1386712,4 min ABŞ dolları dəyərində 1383 adda mal ixrac,
1258302,9 min ABŞ dolları dəyərində 4391 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 128409,5 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən, respublikaya 16697,2 min ABŞ dolları
dəyərində 6294,5 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların
xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil
olmuşdur. 
2005-ci ilin ilk 4 ayına nisbətən 2006-cı ilin ilk 4 ayında ixrac
əməliyyatlarının həcmi 72,86% (584517,0 min ABŞ dolları) artmış, idxal
əməliyyatlarının həcmi isə 12,73% (183494,8 min ABŞ dolları)
azalmışdır. İdxal əməliyyatlarının həcminin azalmasına səbəb
avadanlıqlar, texniki qurğular və onların hissələrinin, qara metaldan
hazırlanan məmulatların, mebelin, şəkərin və ət məhsullarının
respublikaya 2006-cı ilin ilk 4 ayı ərzində az gətirilməsi olmuşdur.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 14368,2 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 108897,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2006-cı ilin ilk 4 ayı ərzində müxtəlif növ nəqliyyat
vasitələrindən istifadə etməklə 6745,5 min ton yük daşınmışdır. Bu da
keçən ilin müvafiq dövrünə nisbətən 124,25% təşkil etmişdir. Bunlardan
3103,4 min ton ixrac, 3642,1 min ton isə idxal əməliyyatlarının payına
düşur. İxrac əməliyyatlarında əsasən dəniz (2559,9 min ton), dəmiryolu
(349,4 min ton) və avtomobil (156,9 min ton) nəqliyyatından istifadə
olunmuşdur. İdxal əməliyyatlarında dəmiryolu (1983,8 min ton),
avtomobil (324,3 min ton) və stasionar nəqletmə (boru kəməri) (1227,4
min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki,
nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən
daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməsi
nəzərə alınıb. 
Göstərilən müddət ərzində gömrük orqanlarında 54148 (əlavə vərəqlə
birlikdə 72118) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 11394 (əlavə
vərəqlə birlikdə 12890) ədəd ixrac, 42754 (əlavə vərəqlə birlikdə
59228) ədəd idxal YGB-dir. 2006-cı ilin ilk 4 ayında YGB-lərin ümumi
sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 106,68% təşkil etmiş və ya
3392 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 1765 (118,33
%) ədəd, idxalda isə artım 1627 (103,96%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2030,1 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (620,6 min ton), İtaliya
(448,9 min ton), Gürcüstan (371,1 min ton), Kipr (103,1 min ton),
Tacikistan (78,7 min ton), Rusiya (75,6 min ton), İran (64,5 min ton),
Türkiyə (58,1 min ton) və Türkmənistana (56,3 min ton) göndərilmişdir.
Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən
ilin müvafiq dövrünə nisbətən 65,94% olmuş və ya 1048,5 min ton
azalmışdır.
2006-cı ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur: 
-ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında
(540643,0 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236601,9 min
ABŞ dolları) olmuşdur;
-idxal əməliyyatlarının həcminin yüksək həddi mart ayında
(365286,7 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253208,0 min
ABŞ dolları) olmuşdur;
-aprel ayında ixrac əməliyyatlarının həcmi mart ayı ilə müqayisədə
191729,7 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 12606,4 min
ABŞ dolları həcmində azalmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 37437,1 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq artım 33157,4 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 41490,2 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə
rəsmiləşdirilmişdir. Qeyd etmək lazımdır ki, keçən ilin muvafiq dövrünə
nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 142,91% təşkil etmiş
və ya 12457,4 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2006-cı ilin ilk 4 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə hesablaşma) |
-0.01%
|
-0.09%
|
| 21 (SDV ilə hesablaşma) |
-92.71%
|
-65.76%
|
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0.00%
|
-0.72%
|
| 41 (qapalı dövriyyəli valyuta) |
-0.40%
|
-4.54%
|
| 51 (barter sazisi) |
-0.03%
|
-0.00%
|
| 80 (digərləri) |
-6.86%
|
-28.89%
|
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas
əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin ilk 4 ayına
nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 46,20% (2005-ci ilin ilk 4 ayının ixracına nisbətən
165,31%), neft məhsulları - 34,95% (222,13%), kimya sənayesi məhsulları
- 5,12% (245,87%), meyvə-tərəvəz - 2,06% (255,73%), alüminium və ondan
hazırlanan məmulatlar - 1,70% (139,05%), bitki və heyvan mənşəli yağlar
- 1,31% (79,59%), pambıq - 1,19% (174,67%), tütün və tütün məmulatları
- 0,68% (102,23%), qara metallar və onlardan hazırlanan məmulatlar -
0,67% (58,24%), alkoqollu və alkoqolsuz içkilər - 0,21% (168,58%)
təşkil edir. Qalan əmtəələrin payına 5,91% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar,
elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 26,44%
(2005-ci ilin ilk 4 ayının idxalına nisbətən 51,09%), neft qazı və
digər qazaoxşar karbohidrogenlər - 13,54% (162,69%), qara metallar və
onlardan hazırlanan məmulatlar - 9,69% (90,04%), ərzaq məhsulları -
9,52% (105,32%), nəqliyyat vasitələri və onların hissələri - 8,87%
(119,48%), xalq istehlaki malları - 1,55% (90,66%), oduncaq və ondan
hazırlanan məmulatlar - 1,45% (115,86%), əczaçılıq məhsulları - 1,24%
(187,76%), mebel - 0,67% (71,73%) təşkil edir. Qalan əmtəələrin payına
27,02% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2005-ci ilin ilk 4 ayına netto çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
1528532.4t
|
640722.7
|
|
| 1.1 Boru kəməri ilə 01.05.2006-cı ilə qədər gedən xam
neft |
|
|
|
| (sayğac göstəricilərinə əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
1556545.0t
|
|
|
| -Supsa boru kəməri ilə |
2333022.0t
|
|
|
| 1.2) Dəmiryolu nəqliyyatı ilə 01.05.2006-cı
ilə qədər yola salınan xam neft (müvəqqəti YĞB) |
2218523,8t
|
|
|
| 2. Neft emal məhsulları |
|
484707.1
|
|
| o cümlədən, saziş növləri üzrə: |
|
|
|
| -sərbəst dönərli valyuta il? |
1041042.1t
|
459423,2
|
|
| -digərləri |
50426,8t
|
25283.9
|
|
2.1. 01.05.2006-cı ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
141737.5t
|
|
|
| 3. Bitki və heyvan mənşəli yağlar |
14698.9t
|
18151.4
|
74.3%
|
| 4. Spirtli içkilər |
2331960.0l
|
2765.8
|
105.1%
|
| 5. Tütün |
2619.4t
|
2041.9
|
92.8%
|
| 6. Tütün məmulatı |
1195540.4 mln əd.
|
7412,8
|
97.9%
|
| 7. Qara metallar |
13302.7t
|
4179.0
|
32.7%
|
| 8 Alüminium |
11401.5t
|
23567.7
|
110.7%
|
| 9 Çay |
2069.3t
|
5909.6
|
77.5%
|
| 10. Pambıq mahlıcı |
19335.2t
|
16459.1
|
164.6%
|
| 11. Elektrik enercisi |
533,6mln kvt/s
|
8637.4
|
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2005-ci ilin ilk 4 ayına netto çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları |
4328.7t
|
3077.0
|
43.9%
|
| 2. Buğda |
343473.0t
|
44809,6
|
138.2%
|
| 3. Un |
1108.2t
|
300,7
|
154.7%
|
| -humanitar yardım |
832,0t |
216,3 |
|
| 4. Şəkər |
15784.0t
|
4020.2
|
30.5%
|
| -humanitar yardım |
399,5t
|
352,6
|
|
| 5. Yağ |
34801.5t
|
18955.8
|
100.3%
|
| -kərə yağı |
2226.3t
|
2571,4
|
|
| -bitki və heyvan mənş. yağlar |
32575.2t
|
16384.4
|
|
| -humanitar yardım |
|
35,0
|
|
| 6. Çay |
2902.1t
|
5179.5
|
101.9%
|
| 7. Spirt |
159937.4L |
153.2 |
28.7% |
| 8. Spirtli içkilər |
2333809.6L
|
3402.8
|
156.3%
|
| 9. Tütün məmulatı |
2324586.9mln əd
|
29400.8
|
143.7%
|
| 10. Qara metallar |
72388.9 t
|
26750.1
|
83.8%
|
| 11. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş |
8997 əd.
|
59647.7
|
96.4%
|
| -GMO əsasında rəsmiləşdirilmiş |
7899əd.
|
39119.6
|
|
| 12. Neft məhsulları |
51386.5t
|
39119.6
|
|
| 13. Elektrik enercisi |
51386.5min kvt/s
|
28026.4
|
|
| 14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər |
1729.5min kub.m
|
170325,2
|
|
Xam neft Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi
(1498656,6 ton (98,05%)), "Şirvan Oil" birğə məhdud məsuliyyətli
müəssisə (29875,8 ton (1,95%)) tərəfindən ixrac edilmişdir. Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr
İdarəsi (926472,3 ton (84,88%)), "Azneftyağ" İstehsalat Birliyi
(86194,8 ton (7,90%)), "Middle East Petrol Farm FZE" şirkətinin
Azərbaycandakı filialı (50424,2 ton (4,62%)), və "Monolit-D" firması
(9915,7 ton (0,91%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 1169891,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
84,36%) çıxarmışlar, o cümlədən, 1117782,7 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 95,55%) və 51599,2
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca
nisbətən 4,41%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 745047,1
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 59,21%)
gətirilmişdir. Onlardan 419649,0 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 56,33%), 315950,9 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 42,41
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 424844,2 min ABŞ dolları təşkil edir.
Respublikadan
xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 90,60%); alüminium
və alüminium məmulatları (2,01%); polimer materiallar və onlardan
hazırlanan məmulatlar (1,63%); meyvə (1,39%); qeyri-üzvi kimya
məhsulları (1,00%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 27,54%); elektrik
maşınları və avadanlıqları, onların hissələri (11,59%); qara
metallardan məmulatlar (10,56%); quru nəqliyyat vasitələri (7,44%);
optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və
ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları
(3,38%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə
216821,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 15,64%)
çıxarmışlar, o cümlədən, 167782,6 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 77,38%), 43504,4 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 20,06%), 5523,6 min
ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca
nisbətən 2,55%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 513255,8 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 40,79%) gətirilmişdir. Onlardan
407761,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 79,45%), 55490,0 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,81 %), 47634,4
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
9,28%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 296434,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 35,79%),
qeyri-üzvi kimya məhsulları (22,31%); heyvan və ya bitki mənşəli piylər
və yağlar (8,12%); pambıq (5,83%); meyvə (5,18%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala
nisbətən 39,92%); dənli bitkilər (9,03%); quru nəqliyyat vasitələri
(8,30%); avadanlıqlar və mexaniki cihazlar (5,24%); duz; kükürd; torpaq
və daş, suvaq materialı, əhəng və sement (5,12%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| Rum?niya |
79462,58
|
5,73
|
Rusiya |
319073.94
|
25.36
|
| Tailand |
34786,77
|
2,51
|
Böyük Britaniya |
110471.96
|
8.78
|
| Rusiya |
71688,36
|
5,17
|
Türkiyə |
88238.09
|
7.01
|
| Tacikistan |
|
3,48
|
Italiya |
39580.80
|
3.15
|
| İtaliya |
668629,15
|
48,22
|
Almaniya |
86369.79
|
6.86
|
| İsrail |
95462,45
|
6,88
|
Türkmənistan |
56261.11
|
4.47
|
| Gürcüstan |
67969,03
|
4,90
|
Qazaxıstan |
23703.01
|
2.62
|
| Türkiyə |
65910,35
|
4,75
|
Ukrayna |
60316.53
|
4.79
|
| Syangan (Honkong) |
21651.85
|
1.56
|
Çin |
63365.63
|
5.04
|
| İran |
83912,63
|
6,05
|
ABŞ |
54296.22
|
4.32
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5516 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2407-i hüquqi, 3109-i isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
1228272,7 min ABŞ dolları (88,57%), özəl sektorun payı 150273,6 min ABŞ
dolları (10,84%), fiziki şəxslərin payı isə 8166,1 min ABŞ dolları
(0,59%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
381966,0 min ABŞ dolları (30,36%), özəl sektorun payı 791705,5 min ABŞ
dolları (62,92%), fiziki şəxslərin payı isə 84631,5 min ABŞ dolları
(6,73%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|