| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2007-ci ilin dörd ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin dörd ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 4 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 119 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 2855618,3 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 1338274,5 min ABŞ dolları dəyərində 1514 adda mal ixrac,
1517343,8 min ABŞ dolları dəyərində 5189 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 179069,3 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 15406,8 min ABŞ dolları dəyərində 9163,7 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 4 ayına nisbətən 2007-ci ilin ilk 4 ayında ixrac
əməliyyatlarının həcmi 3,50% (48481,5 min ABŞ dolları) azalmış, idxal
əməliyyatlarının həcmi isə 20,55% (258694,1 min ABŞ dolları) artmışdır.
Müvəqqəti
ixrac rejimində ölkəmizdən 35823,8 min ABŞ dolları dəyərində mal ixrac
edilmiş, 100892,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti
idxal edilmişdir.
2007-ci ilin ilk 4 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 5608,5 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 83,14% təşkil etmişdir. Bunlardan 2651,3 min
ton ixrac, 2957,3 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (2014,5 min ton), dəmiryolu (402,0
min ton), avtomobil (230,3 min ton) və hava (1,6 min ton)
nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (36,5
min ton), dəmiryolu (2134,5 min ton), avtomobil (424,5 min ton), hava
(7,0 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton)
nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat
vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların
yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə
alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 64849 (əlavə vərəqlə
birlikdə 85880) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 12464 (əlavə
vərəqlə birlikdə 14036) ədəd ixrac, 52385 (əlavə vərəqlə birlikdə
71844) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 4 ayında YGB-lərin ümumi
sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 119,8% təşkil etmiş və ya
10701 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 1070
(109,4%) ədəd, idxalda isə artım 9631 (122,5%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1621,2 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (529,7 min ton), İtaliya
(344,5 min ton), Gürcüstan (338,4 min ton), Tacikistan (152,6 min ton),
İran (74,7 min ton), Rusiya (59,3 min ton), Türkiyə (54,6 min ton),
Türkmənistan (40,1 min ton) və Qazaxıstan (16,3 min ton) dövlətlərinə
göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit
yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 79,86% olmuş və ya
408,9 min ton azalmışdır.
2007-ci ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (419212,3
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154386,7 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (390285,6
min ABŞ dolları), aşağı həddi isə mart ayında (356615,5 min ABŞ
dolları) olmuşdur;
- aprel ayında ixrac əməliyyatlarının həcmi mart ayı ilə müqayisədə
50553,8 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 24324,6 min
ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 7731,7 min ABŞ dolları, idxal
əməliyyatlarında isə orta aylıq azalma 2854,1 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 53599,9 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 129,19% təşkil etmiş və ya 12109,7 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2007-ci ilin ilk 4 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,35% |
| 21 (SDV ilə hesablaşma) |
-82,89% |
-72,10% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,00% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,25% |
-4,40% |
| 80 (digərləri) |
-15,84% |
-22,14% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 4 ayına nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 48,75% (2006-cı ilin ilk 4 ayının ixracına nisbətən
101,83%), neft məhsulları - 24,33% (67,18%), alüminium və ondan
hazırlanan məmulatlar - 2,15% (122,30%), bitki və heyvan mənşəli yağlar
- 2,03% (149,50%), qara metallar və onlardan hazırlanan məmulatlar -
1,72% (249,96%), kimya sənayesi məhsulları - 1,49% (28,03%),
meyvə-tərəvəz - 1,20% (56,12%), pambıq - 0,63% (50,94%), alkoqollu və
alkoqolsuz içkilər - 0,55% (250,09%), tütün və tütün məmulatları -
0,19% (27,34%) təşkil edir. Qalan əmtəələrin payına 16,95% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 28,28% (2006-cı ilin ilk 4
ayının idxalına nisbətən 128,97%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 13,98% (173,90%), nəqliyyat vasitələri və onların
hissələri - 12,37% (169,45%), ərzaq məhsulları - 11,89% (150,50%), neft
qazı və digər qazaoxşar karbohidrogenlər - 3,41% (30,37%), oduncaq və
ondan hazırlanan məmulatlar - 1,32% (109,87%), əczaçılıq məhsulları -
1,31% (127,57%), xalq istehlakı malları - 0,84% (65,22%), mebel - 0,72%
(130,26%) təşkil edir. Qalan əmtəələrin payına 25,87% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
1523644,5 t |
652426,6 |
|
| -Şimal boru kəməri ilə |
938663,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
7934725,0 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2007-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
2054106,2 t |
| |
| 2) Neft emal məhsulları |
634298,6 t |
325637,3 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
620197,7 t |
320076,5 |
|
| - digərləri |
14100,9 t |
5560,9 |
|
2.1) 01.02.2007-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
138912,8 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
20999,5 t |
27136,7 |
142,9 % |
| 4) Spirtli içkilər |
5194809,6 L |
7355,4 |
222,8 % |
| 5)Tütün |
1363,7 t |
1126,0 |
52,1 % |
| 6) Tütün məmulatı |
255030,0 mln.əd |
1459,0 |
21,3 % |
| 7) Qara metallar |
29745,1t |
12414,1 |
223,6 % |
| 8) Alüminium |
11722,9 t |
28823,9 |
102,8 % |
| 9) Çay |
1803,0 t |
4839,2 |
87,1 % |
| 10) Pambıq mahlıcı |
9473,2 t |
8383,6 |
49, 0% |
| 11) Elektrik enerjisi |
188,9 mln kvt*s |
3295,9 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
8800,5 t |
5656,8 |
203,3% |
| 2) Buğda |
420952,1 t |
63750,0 |
122,6% |
| 3) Un |
288,5 t |
102,0 |
26,0% |
| 4) Şəkər |
57475,7 t |
18899,4 |
364,1% |
| 5) Yağ |
35160,5 t |
19246,8 |
101,0% |
| - kərə yağı |
2898,9 t |
3211,2 |
|
| - bitki və heyvan mən.yağ |
32261,5 t |
16035,6 |
|
| - humanitar yardım |
39,6 t |
75,4 |
|
| 6) Çay |
3658,8 t |
6222,8 |
126,1 % |
| 7) Spirt |
193936,5 L |
200,0 |
121,3 % |
| 8) Spirtli içkilər |
5983794,7 L |
7330,6 |
256,4 % |
| 9) Tütün məmulatı |
2815582,8 mln. əd. |
40363,7 |
121,1 % |
| 10) Qara metallar |
156172,4 t |
34912,8 |
215,7 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
9665əd. |
72544,9 |
107,4% |
| -GMO əsasında |
10727əd. |
49498,4 |
|
| 12) Neft məhsulları |
18229,2 t |
15216,5 |
|
| 13) Elektrik enerjisi |
414,5 mln. kvt*s |
11216,7 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470063,3 min kub.m |
51721,8 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (1523644,4 ton (100,00%)) tərəfindən ixrac
edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (609682,4 ton (96,12%)), "Az
Trans Reil" MMC (14084,4 ton (2,22%)), "Caspian Petrol-1" firması
(6646,3 ton (1,05%)) və "Monolit LTD" firması (2527,1 ton (0,40%))
üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 1016809,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
75,98%) çıxarmışlar, o cümlədən, 987659,9 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,13%) və 29082,7
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca
nisbətən 2,86%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 953970,5
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 62,87%)
gətirilmişdir. Onlardan 633547,3 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 66,41%), 303067,2 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 31,77
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 62839,3 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
90,75%); alüminium və alüminium məmulatları (2,81%); qara metallar
(1,21%); avadanlıqlar və mexaniki qurğular (1,00%); qeyri-üzvi kimya
məhsulları (0,60%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 29,07%); qara
metallardan məmulatlar (13,01%); elektrik maşınları və avadanlıqları,
onların hissələri (9,43%); quru nəqliyyat vasitələri (8,58%); optik,
fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya
cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,79%)
idxal edilmişdir.
Respublikanın
rezident və qeyri-rezidentləri MDB ölkələrinə 321464,7 min ABŞ dolları
dəyərində əmtəə (ümumi ixraca nisbətən 24,02%) çıxarmışlar, o cümlədən,
121701,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə
(ixraca nisbətən 37,86%), 182933,4 min ABŞ dolları dəyərində digər
sazişlərlə (ixraca nisbətən 56,91%), 16784,9 min ABŞ dolları dəyərində
əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,22%)
çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 563373,3 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 37,13%) gətirilmişdir. Onlardan
460384,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 81,72%), 64234,8 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,40 %), 32857,4
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
5,83%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 241908,6 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən gəmilər, qayıqlar və digər üzən
vasitələr (ixraca nisbətən 27,43%); mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (22,23%); şəkər və şəkərdən
hazırlanan qənnadı məmulatı (15,56%); heyvan və ya bitki mənşəli piylər
və yağlar (8,43%); qeyri-üzvi kimya məhsulları (3,50%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli
bitkilər (idxala nisbətən 11,88%); quru nəqliyyat vasitələri (11,32%);
mineral yanacaq (11,15%); qara metallardan məmulatlar (9,44%); duz,
kükürd, gil torpaq, daş, suvaq materialı, əhəng və sement (5,82%) idxal
edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
35657,61 |
26,64 |
| Türkiyə |
181091,57 |
13,53 |
| Rusiya |
122603,59 |
9,16 |
| İran |
114594,93 |
8,56 |
Qazaxıstan
(ABŞ) |
95494,77 |
7,14 |
| Fransa |
75188,78 |
5,62 |
| Gürcüstan |
74585,54 |
5,57 |
| Cili |
63617,79 |
4,75 |
Koreya Resp.
(Honkonq) |
61958,05 |
4,63 |
Virgin ada.(ABŞ)
|
60973,43 |
4,56 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
301451,73 |
19,87 |
| Ukrayna |
155007,76 |
10,22 |
| Türkiyə |
147212,08 |
9,70 |
| Almaniya |
125142,89 |
8,25 |
| B.Britaniya |
81278,01 |
5,36 |
| Yaponiya |
77800,49 |
5,13 |
| ABŞ |
69946,60 |
4,61 |
| Zin |
64917,22 |
4,28 |
| Qazaxıstan |
58016,29 |
3,82 |
| İtaliya |
53053,67 |
3,50 |
|
Qeyd
etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6364 hüquqi və
fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2597-si hüquqi, 3767-si isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
1048109,9 min ABŞ dolları (78,32%), özəl sektorun payı 280389,8 min ABŞ
dolları (20,95%), fiziki şəxslərin payı isə 9774,7 min ABŞ dolları
(0,73%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
421722,6 min ABŞ dolları (27,79%), özəl sektorun payı 1008832,9 min ABŞ
dolları (66,49%), fiziki şəxslərin payı isə 86632,4 min ABŞ dolları
(5,71%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|