| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2008-ci ilin 4 ayı ərzində
2008-ci ilin 4 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2008-ci ilin ilk 4 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 122 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 5781827,0 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 3857429,3 min ABŞ dolları dəyərində 1247 adda mal ixrac,
1924397,6 min ABŞ dolları dəyərində 4592 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1933031,7 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən, - respublikaya 13428,2 min ABŞ dolları
dəyərində 3038,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların
xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil
olmuşdur.
2007-ci ilin ilk 4 ayına nisbətən 2008-ci ilin ilk 4 ayında ixrac
əməliyyatlarının həcmi 188,24% (2519152,5 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 26,79% (406575,0 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 48049,8 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 141947,0 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 4 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 9421,0 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 167,98% təşkil etmişdir. Bunlardan 6360,1 min
ton ixrac, 3060,9 min ton isə idxal əməliyyatlarının payına düşür.
İxrac əməliyyatlarında əsasən dəniz (215,7 min ton), dəmiryolu (1095,3
min ton), avtomobil (203,1 min ton), hava (1,5 min ton) və stasionar
nəql etmə (boru kəməri) (4841,3 min ton) nəqliyyat vasitələrindən
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (86,3 min ton),
dəmiryolu (2503,9 min ton), avtomobil (446,8 min ton) və hava (7,9 min
ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır
ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən
daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında
rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 73147 (əlavə vərəqlə
birlikdə 99253) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 13294 (əlavə
vərəqlə birlikdə 14683) ədəd ixrac, 59853 (əlavə vərəqlə birlikdə
84570) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 4 ayında YGB-lərin ümumi
sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 112,80% təşkil etmiş və ya
8298 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 830
(106,66%) ədəd, idxalda isə artım 7468 (114,26%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2261,0 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (709,2 min ton), İsveçrə
(679,5 min ton), Gürcüstan (343,9 min ton), Tacikistan (160,1 min ton),
İran (101,8 min ton), Türkiyə (87,9 min ton), Rusiya (73,4 min ton),
Türkmənistan (53,9 min ton) və Qazaxıstan (11,9 min ton) dövlətlərinə
göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit
yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 139,46% olmuş və ya
639,8 min ton artmışdır.
2008-ci ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (2313451,6
min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (572097,8
min ABŞ dolları), aşağı həddi isə mart ayında (416897,9 min ABŞ
dolları) olmuşdur;
- aprel ayında ixrac əməliyyatlarının həcmi mart ayı ilə müqayisədə
1967311,2 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 155200,0
min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 562483,8 min ABŞ dolları,
idxal əməliyyatlarında isə 25167,9 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 45366,3 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 84,64% təşkil etmiş və ya 8233,6 min
ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2008-ci ilin ilk 4 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| |
İxracda: |
İdxalda: |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,00 % |
-0,27 % |
| 21 (SDV ilə hesablaşma) |
-72,78 % |
-74,63 % |
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0,00 % |
-1,11 % |
| 41 (qapalı dövriyyəli valyuta) |
-0,76 % |
-4,35 % |
| 78 (kompen.öhdəliklər hesabına) |
-21,51 % |
-0,00 % |
| 80 (digərləri) |
-4,95 % |
-19,63 % |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 4 ayına nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 71,49% (2007-ci ilin ilk 4 ayının ixracına nisbətən
422,67%), neft məhsulları - 16,83% (199,38%), bitki və heyvan mənşəli
yağlar - 1,11% (157,51%), alüminium və ondan hazırlanan məmulatlar -
1,08% (144,34%), kimya sənayesi məhsulları - 1,06% (204,69%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 0,89% (147,93%),
meyvə-tərəvəz - 0,73% (175,11%), alkoqollu və alkoqolsuz içkilər -
0,17% (88,47%), pambıq - 0,11% (52,03%), tütün və tütün məmulatları -
0,03% (44,56%) təşkil edir. Qalan əmtəələrin payına 6,51% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 28,41% (2007-ci ilin ilk 4
ayının idxalına nisbətən 127,39%), nəqliyyat vasitələri və onların
hissələri - 19,56% (200,54%), ərzaq məhsulları - 13,28% (141,68%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 8,57% (77,52%), əczaçılıq
məhsulları - 1,90% (183,31%), oduncaq və ondan hazırlanan məmulatlar -
1,22% (116,63%), xalq istehlakı malları - 0,86% (129,77%), mebel -
0,53% (93,16%) təşkil edir. Qalan əmtəələrin payına 25,67% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| |
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin ilk 4 ayına netto çəki nisb.%-lə |
| 1) Neft (xam) |
4789388,4 t |
2757633,8 |
|
1.1) Boru kəməri ilə 01.05.2008-ci
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə
-Bakı-Tbilisi-Ceyhan |
243434,0 t 11200778,7 t |
|
|
1.2) Dəmiryolu nəqliyyatı
01.05.2008-ci ilə qədər yola
salınan xam neft (şərti YGB) |
929578,3 t |
|
|
2) Neft emal məhsulları
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə |
828251,0 t
828251,0 t |
649246,4
649246,4 |
|
| 2.1) 01.05.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları |
171562,4 t |
|
|
| 3) Bitki və heyvan mənş.yağ. |
28172,1 t |
42743,3 |
134,2 % |
| 4) Spirtli içkilər |
4500507,6 L |
6335,7 |
86,6 % |
| 5) Tütün |
960,4 t |
887,4 |
70,4 % |
| 6) Tütün məmulatı |
49700,0 min əd |
264,4 |
19,5 % |
| 7) Qara metallar |
39493,0 t |
18919,7 |
132,8 % |
| 8) Alüminium |
20379,0 t |
41603,8 |
173,8 % |
| 9) Çay 1650,9 t |
6007,4 |
91,6 % |
|
| 10) Pambıq mahlıcı |
4449,2 t |
4361,8 |
47,0 % |
| 11) Elektrik enerjisi |
174,7 mln. kvt//s |
3960,3 |
|
| 12) Təbii qaz |
76687,2 min kub/m |
14452,5 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| |
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin ilk 4 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
6427,0 t |
4443,7 |
73,0 % |
| 2) Buğda |
358409,8 t |
110772,6 |
85,1 % |
3) Un 2473,3 t - humanitar yardım |
1429,1 1888,5 t |
857,2 % 1102,2 |
|
4) Şəkər - humanitar yardım |
80104,8 t 163,0 t |
26676,5 100,6 |
139,4 % |
5) Yağ 41110,0 t - kərə yağı - bitki və heyvan mən.yağ. - humanitar yardım |
30488,5 3184,7 t 37925,3 t 178,0 t |
116,9 % 4233,8 26254,8 492,5 |
|
| 6) Çay 2644,5 t |
5711,1 |
72,3 % |
|
| 7) Spirt |
729597,3 L |
670,6 |
376,2 % |
| 8) Spirtli içkilər |
3176706,4 L |
5710,6 |
53,1 % |
| 9) Tütün |
1067,4 t |
2192,1 |
78,5 % |
| 10) Tütün məmulatı |
3015288,9 min əd. |
51571,6 |
107,1 % |
| 11) Qara metallar |
230285,5 t |
67124,7 |
147,4 % |
12) Minik avtomobilləri -YGB əsasında -GMO əsasında |
|
14202 əd. 119331,0 146,9 % |
8267 əd. 40862,9 |
| 13) Neft məhsulları |
12881,9 t |
19072,2 |
|
| 14) Elektrik enerjisi |
162,9 mln. kvt//s |
6196,9 |
|
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2650313,1
ton (55,34%)) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (2139075,3 ton
(44,66%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında
Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
(720479,2 ton (86,99%)), "QKSSS" MMC (36853,6 ton (4,45%)) və
«Azərneftyağ» NEZ (29607,1 ton (3,57%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 3368925,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
87,34%) çıxarmışlar, o cümlədən, 2529569,0 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 75,09%), 829747,3
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 24,63 %) və 9565,8 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 0,28%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1303681,6
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67,74%)
gətirilmişdir. Onlardan 984277,7 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 75,50%) və 295816,0 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 22,69
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 2065244,2 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
96,35%); alüminium və alüminium məmulatları (1,23%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (0,79%); qara metallar
(0,56%); üzvi kimyəvi birləşmələr (0,18%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,55%); quru
nəqliyyat vasitələri (13,91%); elektrik maşınları və avadanlıqları,
onların hissələri (8,84%); qara metallardan məmulatlar (5,21%);
gəmilər, qayıqlar və digər üzən vasitələr (4,51%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 488503,6
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 12,66%)
çıxarmışlar, o cümlədən, 277984,9 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 56,91%), 181268,1 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 37,11%) və 29123,5
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 5,96%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 620716,1 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 32,26%) gətirilmişdir. Onlardan
451948,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 72,81%), 80626,2 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,99 %) və 82028,5
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
13,22%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 132212,4 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 39,13%); gəmilər,
qayıqlar və digər üzən vasitələr (18,96%); heyvan və ya bitki mənşəli
piylər və yağlar (8,66%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı
(5,32%); meyvə (4,26%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində əsasən dənli
bitkilər (idxala nisbətən 18,73%); quru nəqliyyat vasitələri (11,84%);
gəmilər, qayıqlar və digər üzən vasitələr (9,15%); qara metallar
(8,23%); avadanlıqlar və mexaniki qurğular (7,17%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| Ixracda |
Idxalda |
| İtaliya |
1130644,44 |
29,31 |
| ABŞ |
490582,84 |
12,72 |
| Hindistan |
337595,65 |
|
| İsrail |
238451,29 |
6,18 |
| Çili |
213981,94 |
5,55 |
| Rusiya |
149306,59 |
3,87 |
| Türkiyə |
133953,82 |
3,47 |
| Gürcüstan |
128830,63 |
3,34 |
| İran |
125066,07 |
3,24 |
| Fransa |
104884,66 |
2,72 |
|
| Rusiya |
338643,87 |
17,60 |
| Türkiyə |
201072,24 |
10,45 |
| Almaniya |
155997,15 |
8,11 |
| Çin |
122273,75 |
6,35 |
| Qazaxıstan |
118362,91 |
6,15 |
| B. Britaniya |
115337,11 |
5,99 |
| Ukrayna |
112786,92 |
5,86 |
| Yaponiya |
80473,03 |
4,18 |
| ABŞ |
68459,21 |
3,56 |
| Fransa |
46672,04 |
2,43 |
|

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6853 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan
3211-i hüquqi, 3642-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında
dövlət sektorunun payı 2694905,6 min ABŞ dolları (69,86%), özəl
sektorun 1143899,8 min ABŞ dolları (29,65%), fiziki şəxslərin payı isə
18623,95 min ABŞ dolları (0,48%) olmuşdur. İdxal əməliyyatlarında
dövlət sektorunun payı 270457,2 min ABŞ dolları (18,54%), özəl sektorun
payı 482483,5 min ABŞ dolları (19,25%), fiziki şəxslərin payı isə
118536,7 min ABŞ dolları (6,16%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnələri əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|